SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə63/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   ...   59   60   61   62   63   64   65   66   ...   74

235 
 
Bu baxımdan İnsan ikili təbiətə sahibdir: bir tərəfdən 
o ölməzdir, çünki onun İlk insandan miras qalan ruhu  və 
düşüncəsi  vardır,  digər  tərəfdən  isə  insanın  zülmətdən 
alınmış  cismani  bədəni  də  vardır.  O  isə  sonludur,  ölümə 
məhkumdur. Buna görə də, insan gərək öz xilasına doğru 
yola  çıxsın.  Bu  yol  da  öz  ilahi  mahiyyətini  tanımaqda  və 
Tanrıya  uyğunlaşmaqdadır.  Buna  da  özəl  gizli  biliklərlə 
(qnosis)  çatmaq  mümkündür.  Qnosisə  yiyələnmiş  ruh 
bədənin  ölümündən  sonra  yeddi  göy  qatından  keçərək 
orada  bütün  pisliklərdən  qurtarır  və  İlk  Başlanğıca 
(Tanrıya) qayıdır. İlk Tanrı bunu etməyən və öz nəfsləri ilə 
yaşayan  adamlardan  uzaqlaşır  və  onlar  şər  varlıqların 
hökmünə verilir. 
Xilas  olmaq  üçün  insan  öz  həqiqi  mahiyyətini  dərk 
etməlidir. Hermetizmin əsaslarından biri odur ki “yuxarıda 
olanla aşağıda olan eyni şeydir”. Bu sözlər Hermetizmin əsas 
ideyalarını  əks  etdirən  “Zümrüd  lövhə”  adlanan  kiçik  bir 
yazıda  yazılmışdır.  Beləliklə,  görünən  və  görünməyənin 
arasında  belə  bir  bağlılıq  var  ki,  ona  gizli  biliyi  əldə 
eləmişlər  vara  bilərlər.  Bununla  da,  hermetizm  magiya, 
münəccimlik,  teurgiya  və  cadugərlik  kimi  mistik 
praktikalara yol açmışdır. 
 
2.7.2. Yeni pifaqorçuluq 
 
Yeni  pifaqorçuluq  m.  ö.  I  yüzillikdə  İskəndəriyyədə 
yaranmış  mistik  dini-fəlsəfi  təlimdir.  M.  ö.  IV  yüzillikdən 
sonra qədim pifaqorçuların fəaliyyətinə son qoyulmuşdur. 
Roma  imperiyası  dövründə  isə  bu  təlim  yenidən  dirçəlsə 


236 
 
də,  onun  qədim  məktəbinin  təlimi  ilə  çox  az  bağlılığı 
olmuşdur. Sadəcə bu məktəbin filosofları hansısa tanınmış 
ənənəyə  bağlı  olmasını  sərgiləmək  üçün  öz  təlimlərini 
qədim  pifaqorçuluqla  bağlayırdılar.  Bu  səbəbdən  də,  o 
zaman  pifaqorçuluğa  aid  edilən  çoxlu  sayda  saxta 
ədəbiyyat yazılmışdır.  
Yeni  pifaqorçuluq  bir  çox  əlamətlərinə  görə  fəlsəfi 
cərəyandan  daha  çox  dini  təlim  idi.  Onun  hətta  Pifaqora 
aid edilən vəhy kitabları da mövcud olmuşdur. Bu təlimin 
əsasında  kəskin  dualizm  dururdu.  Maddi  aləm  şərlə,  ruhi 
və  səmavi  başlanğıclar  isə  xeyirlə  əlaqələndirilirdi.  Bu 
baxımdan  onlar  düşünürdülər  ki,  Tanrı  dünyanı 
rəqəmlərlə  eyniləşdirilən  ideyaların  əsasında  qurmuşdur. 
(10) 
Yeni  pifaqorçular  Bir  rəqəmini  xeyir  olan  və  hər 
şeyin başlanğıcında duran Tanrı ilə eyniləşdirirdilər. Şərin 
təcəssümü  olan  İki  rəqəmindən  isə  artıq  çoxluq, 
dəyişkənlik,  xaos  başlayır.  Bütün  rəqəmlər  ideyalarla 
eyniləşdirilir  və  onların  nisbətinə  görə  dünyada  hər  şey 
var  olur.  Ancaq,  rəqəmlərin  sərbəst  varlığı  yoxdur,  onlar 
Birdən çıxırlar. (11) 
Yeni  pifaqorçular  həm  də  dünyanın  əbədiliyinə 
inanırdılar.  İnsana  isə  “mikrokosm”  kimi  baxırdılar.  Yeni 
pifaqorçuluqda  tək  tanrılığın  əlamətləri  olsa  da,  onunla 
maddi dünya arasında vasitəçi olan kiçik tanrıların və şər 
qüvvələrin  varlığı  da  inkar  edilmirdi.  Həqiqi  Tanrı  ən 
yüksək  mənəvi  təbəqələrdə  sonsuz  uzaqlardadır.  Vasitəçi 
kiçik  tanrılar  isə  kamil  olmadıqlarına  görə,  insanlara 
özlərinə  tapınmağı  buyururlar.  Əbədiyyətə  çatmaq  üçün 


237 
 
isə  onlara  deyil,  həqiqi  Tanrıya  doğru  mənəvi  cəhətdən 
yönəlmək  lazımdır.  Bunun  üçün  əxlaqlı  abid  həyatı 
yaşanmalı, qidalanma, and içmə, qüsul  və dəstəmaz alma 
qaydalarına riayət edilməli idi. (11) 
Yeni 
pifaqorçuluğun 
ilk 
nümayəndəsi 
kimi 
tədqiqatçılar  Publius  Nigidius  Fiqulus’un  (lat.  Publius 
Nigidius Figulus, təxminən m. ö. 98 – 45) adını qeyd edilər. 
O,  filosof  Siseronun  yaxın  dostu  idi.  O,  bir  çox  elmlər 
haqqında  kitablar  yazmışdır.  Siserona  görə,  o  qədim 
pifaqorçuluğu  yenidən  dirçəltmək  istəmişdir.  Publius 
Fiqulus  mistikaya  çox  meylli  idi.  Siseron  xəbər  vermişdir 
ki,  o  öncədəngörənlik  edərək  Oktavianus  Avqustusun 
doğum  günündə  onun  imperator  olacağını  bəyan 
etmişdir. Fiqulusun  ən tanınmış əsərlərindən biri dilçiliyə 
aid  olan  “Qrammatikaya  aid  şərhlər”  (lat.  Commentarii 
grammatici)  kitabı  idi.  Bundan  başqa  o  tanrılara  tapınma 
və  onlara  ehtiram  etmə  haqqında  “Tanrılar  haqqında” 
(lat. “De diis”), eləcə də münəccimlik, öncədəngörənlik  və 
yuxu  yozumları  sahəsində  də  əsərlər  yazmışdır.  Onların 
yalnız bəzi fraqmentləri günümüzə gəlib çatmışdır. (6) 
Yeni  pifaqorçuluğun  ən  tanınmış  nümayəndəsi 
Tiyanalı  Apollonius  (yun.  Ἀπολλώνιος  ὁ  Τυανεύς
təxminən  m.  1  –  98)  olmuşdur.  Dövrümüzə  onun  adına 
yazılan  97  məktubu  gəlib  çatmışdır.  Miladi  III  yüzillikdə 
yazıçı  Lusius  Flavius  Filostratus  Apolloniusun  kimliyinə 
həsr  olunmuş  “Tianalı  Apolloniusun  həyatı”  adlı  bir 
roman  yazmışdır.  Bu  roman  hərəsində  40  fəsil  olan  8 
kitabdan ibarətdir. Orada Apolloniusun müxtəlif şəhərlərə 
səfərləri,  onun  krallarla,  məmurlarla  və  müdriklərlə 


238 
 
görüşləri, dini-fəlsəfi mülahizələri, möcüzələri, sehrbazlığı 
haqqında söhbət açılmışdır. Sonra o, Romaya qayıtdıqdan 
sonra  imperator  Nero  tərəfindən  təqib  olunmuş,  ancaq 
növbəti  imperator  Vespasianusun  zamanında  yüksək 
vəzifəyə 
yüksəlmişdir. 
İmperator 
Domisianusun 
dövründə  isə  o  yenə  də  təqib  olunmuş  və  möcüzə 
göstərərək hamının gözü qarşısında qeyb olmuşdur. Sonra 
Efesdə peyda olmuş, orada Pifaqor məktəbini yaratmışdır. 
Beləliklə,  Apollonius  filosof  kimi  deyil,  daha  çox  bir 
peyğəmbər,  sehrbaz,  öncədəngörən  kimi  təsvir  olunmuş 
və antik dünyada bu keyfiyyətləri ilə tanınmışdır.  
Bir  çox  Roma  filosofları  Apolloniusun  həyatını  İsa 
Məsihin 
həyat 
yolu 
ilə 
müqayisə 
edib, 
onun 
(Apolloniusun)  daha  da  çox  peyğəmbərliyə  layiq 
olduğunu  iddia  edirdilər  (13,  393).  Bununla  da,  onlar 
Xristian  ehkamlarını  təkzib  etməyə  çalışmışdırlar. 
Məsələn,  Roma  filosofu  Hierokles  yazırdı  ki,  Apollonius 
İsadan daha çox möcüzələr göstərmiş, ancaq ondan fərqli 
olaraq,  onu  heç  kəs  tanrı  elan  etməmişdir.  Daha  sonra 
Hieroklesin  fikrincə  Romada  Xristianlığı  yayan  həvari 
Paulus (Pavlos) və Petrus
88
 etibarlı adamlar olmamışdırlar. 
Digər tərəfdən isə Apolluniusun haqqında məlumat verən 
Filostratus  və  Damis  isə  öz  möminlik  və  doğruluqları  ilə 
xalq  arasında  tanınmışdırlar.  Hieroklesi  təkzib  etmək 
üçün  kilsə  tarixçisi  Eusebius  “Həqiqət  sözü”  (lat. 
Philalethes  logos)  əsərini  yazmışdır  (13,  393-394).  Üstəlik 
Apolloniusun  ölümündən  sonra  onun  şərəfinə  məbədlər 
                                                
88
 Ruslar ona Pyotr (Пётр) deyirlər. 




Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə