SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə73/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   66   67   68   69   70   71   72   73   74

276 
 
(3)  adlı  kitabıdır.  Orada  o,  Proklusun  həyatı,  fəlsəfəsi, 
mənəviyyatı,  xasiyyəti  və  başqa  özəllikləri  haqqında 
söhbət  açmışdır.  Marinusun  fikrincə  məhz  Proklus 
xoşbəxtliyi  həyatında  əldə  etmiş  adam  idi,  bununla  da  o, 
hər bir kəs üçün bir örnəkdir. Bu baxımdan o, hətta “kamil 
insan” idi. Xoşbəxtliyi əldə etmək  istəyən hər bir insan öz 
həyatını  Proklus  kimi  yaşamalı,  mənəviyyatını  fəlsəfə 
üzərində qurmalı, ona təmənnasız yönəlməlidir. 
Afina  məktəbinin  daha  bir  nümayəndəsi Kilikiyalı 
Simplikius (yun.  Σιμπλίκιος ὁ Κῐλίκιος,  lat.  Simplicius
təxminən  m.  490—560)  olmuşdur.  O,  Platon  və  Aristotel 
təlimlərinin  bir  mənşədən  gəldiyini  iddia  edirdi.  Onun 
fikrincə  bu  filosofların  fikirləri  arasında  fərq  yalnız 
sözlərdə  və  ifadələrdədir.  Simplikius  öz  əsərlərində 
Zenon, Empedokles, Anaksaqoras, Parmenides və bir sıra 
başqa 
qədim 
filosoflardan 
sitatlar 
gətirmişdir. 
Zamanımıza  onun  Aristotelin  “Göy  haqqında”,  “Fizika”, 
“Kateqoriyalar”  əsərlərinə  şərhləri  gəlib  çatmışdır. 
Bundan başqa o, Yamblix və Epiktetus kimi filosofların da 
əsərlərinin şərhçisi kimi tanınmışdır. (23) 
Afina  fəlsəfə  məktəbinin  sonuncusu  skolarxı 
(başçısı) Damaskius (yun.  Δᾰμάσκῖός;  təxminən  m.  462  – 
538)  olmuşdur.  O,  Aristotelin  bir  sıra  əsərlərinə  şərhlər 
yazmış,  onları  platonçu  ənənələrinə  uyğunlaşdırmışdır. 
Bundan başqa onun “İlk başlanğıclar” kimi öz əsərləri də 
olmuşdur.  
Damaskius 
neoplatonizmi 
daha 
da 
təkmilləşdirmişdir. O, Vahidin  haqqında  hər  hansı biliyin 
əldə  edilməsinin  mümkünsüzlüyünü  iddia  edirdi.  Onun 


277 
 
fikrincə  insanlar  onun  barəsində  yalnız  öz  fikirlərini  irəli 
sürə  bilərlər.  Ona  görə  də  şeylərin  yaranması  barəsində 
dəqiq  bir  fikir  yürütmək  mümkün  deyildir.  Onun 
təlimində Vahid, Yamblixın fəlsəfəsində olduğu kimi ikiyə 
deyil, üçə bölünür. Birinci Vahid mütləq, ikinci və üçüncü 
Vahidlər  isə  nisbətən  dərk  olunmazdırlar.  Sonra  varlığın 
vahidi  olan  monada  ilə  cütlük  (diada)  bir-birinə  qarşı 
qoyulur  və  bu  qarşıdurma  nəticəsində  mahiyyət  ortaya 
çıxır. (16) 
 
2.8.5. İskəndəriyyə məktəbi 
 
Yeni-platonçuluğun İskəndəriyyə 
məktəbinin ən 
tanınmış 
nümayəndələrindən 
biri 
onun 
yaradıcısı İskəndəriyyəli Hierokles (yun. Ἱεροκλῆς, m. V-
ci  yüzilliyin  ikinci  yarısı)  olmuşdur.  O,  bir  çox  əsərlərin 
müəllifi  idi.  Onlardan  bəziləri  günümüzə  gəlib  çatmışdır. 
Bizə çatmış əsərlərin ən tanınmışları pifaqorçuların “Qızıl 
şeyrlər”  kitabına  şərhlər  və  “Tale  haqqında”  əsərindən 
fraqmentlərdir. 
Hierokles  artıq  Xristianlığın  çox  geniş  yayıldığı 
dövrdə  yaşamışdır.  Ona  görə  də  bəzi  tədqiqatçılar  hesab 
edirlər  ki,  onun  fəlsəfəsində  bu  dinin  ilahiyyatı 
neoplatonizm  fəlsəfəsi  ilə  qarışmışdır.  Ancaq,  başqaları 
bununla  razılaşmış  və  iddia  edirdilər  ki,  Hieroklesin 
fikirləri Platon fəlsəfəsinin fərqli yorumudur. 
Hierokles  başqa  neoplatonçulardan  fərqli  olaraq 
birinci  və  hər  şeydən  uca  olan  İlk  başlanğıcı  dünyanın 
yaradıcısı  olan  Demiurqosdan  ayırmır  və  onları  birlikdə 


278 
 
olan  Tanrı  kimi  görürdü.  Onun  fikrincə  maddə  və  dünya 
da  əbədi  olmamış,  onları  Tanrı  öz  iradəsinin  və  xeyrinin 
gücü  ilə  heç  nədən  yaratmışdır.  Bu  xristian  ilahiyyatı  ilə 
uyğunlaşan  məqamlardır.  Ancaq,  Xristianlıqdan  fərqli 
olaraq  Hieroklesin  Tanrısı  hansısa  anda  dünyanı 
yaratmamışdır.  Dünya  və  maddə  elə  Tanrının  özündədir, 
onun  təbiətinə  uyğun  hərəkət  edir.  Ona  görə  də  yaradılış 
əbədi  olaraq  hər  zaman  baş  verir.  Bu  bir  işlək  orqanizmə 
bənzəyir.
 
(17, 20-21) 
Hierokles  Tanrı  tərəfindən  qurulan  qanunauyğunluq 
(lat.  providentia),  tale  və  insan  azadlığı  problemləri  üzrə 
düşüncələri ifadə etmişdir. Providentia hər bir şeyə uyğun 
olan yoldur. Tale isə bu yolda baş verən Tanrı hökmüdür. 
Bununla belə insanın hökmündə olan şeylər də vardır. 
Hierokles  providentia,  tale  və  insan  azadlığı 
haqqında  söhbət  açarkən  Tanrının  şərlə  münasibətləri 
(teodiseya) məsələsinə də toxunmuşdur. Əgər şər maddədə 
və  dünyadadırsa,  onda  onları  yaradan  Tanrı  da  ona 
bulaşmış olur. Deməli, Tanrını təmizə  çıxartmaq  üçün bir 
tərəfdən şərin özəl təbiətinin olması sübuta  yetirilməlidir, 
başqa  tərəfdən  isə  onun  var  olmasının  məsuliyyəti  insan 
üzərinə  atılmalıdır.  Tanrı  dünyanı  yaradıb  və  hər  şey 
onun qoyduğu qanunauyğunluğa tabedir. Belə olmasaydı, 
onda  dünyada  düzən  olmazdı.  Ancaq  bu  o  demək  deyil 
ki, şər də Tanrı tərəfindən yaradılmışdır. (17, 49-62) 
Şərin  təbiəti  ikilidir:  biri  məruzqalan,  digəri 
törədiləndir. Məruzqalan şər xəstəlik, yaxınların itkisi, təbii 
fəlakətlər  kimi  hadisələrdir.  Bunlar  həqiqi  şərlər  deyil, 
çünki  insan  tərəfindən  törədilmir,  onun  ruhuna  ziyan 


279 
 
yetirmir  (17,  49-62).  Deməli,  bunlar  təbii  axarla  baş  verən 
hadisələrdir, hansı ki bunlara şər deyildirlər.  
Həqiqi  şər  isə  insan  tərəfindən  düşünülmüş  şəkildə 
törədilir  (17,  49-62).  Bu  da  ona  verilmiş  azadlıqdan  irəli 
gəlir. Azadlığı isə ona Tanrı  vermişdir  ki, o öz  əməllərinə 
görə  sorumlu  olsun.  Deməli,  insan  taleyində  onun 
günahları və onlara görə cəzalar da vardır. Beləliklə, Tanrı 
tərəfindən  qurulmuş  providensia  insanı  seçim  qarşısında 
qoyur, onun seçimi isə tale olur. 
Hieroklesə  görə  Demiurqos  və  materiya  arasında 
iyerarxia  vardır.  Bunlar  göy  tanrıları,  göy  və  yer 
arasındakı tanrılar, tanrı iradəsinin carçıları olan demonlar 
və  insanlardır.  Ruhların  da  iyerarxiası  vardır.  Ən 
yüksəkdə ayüstü məkanının  ruhlarıdır; sonra ayaltı, daha 
sonra isə yerüstü və yerdə olan ruhlar gəlir. (18, 11-12) 
Neoplatonizmin 
İskəndəriyyə 
məktəbinin 
skolarxlarından biri Hipatia (yun. Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα
m.  370  –  415)  adlı  bir  qadın  olmuşdur.  Onun  atası  Teon 
(yun. 
Θέων
335 
– 
405) 
məşhur 
İskəndəriyyə 
kitabxanasının 
sonuncu 
başçısı 
olmuşdur. 
Onun 
zamanında  bu  kitabxananın  fəaliyyətinə  imperator 
fərmanı  ilə  son  qoyulmuşdur.  Teon  Euklidesin
99
 
                                                
99
 Euklides  (yun.  Ε
ὐκλείδης)  –  qədim  yunan  riyaziyyatçısı  idi.  Ruslar  ona 
Evklid  (Эвллид)  deyirlər.  Onun  ən  tanınmış  əsəri  olan  “Başlanğıclar”da 
(yun.  Στοιχεῖα,  lat.  Elementa)  antik  həndəsə  və  riyaziyyatın  bütün 
nailiyyətləri  qələmə  alınmışdır.  Bu  kitabla  Euklides  həmin  elmlərin  gələcək 
inkişafına təkan vermişdir. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə