SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə72/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   ...   66   67   68   69   70   71   72   73   74

272 
 
etmişdir.  Onun  fikrincə  yalnız  Platon  Tanrı,  dünya  və 
insan  haqqında  ən  yetkin  fikirlər  irəli  sürmüşdür.  Yulian 
bu  əsərdə  Platonun  fikirlərini  Tövratın  ayələri  ilə 
müqayisə  edərək  onların  yəhudi  rəvayətlərindən  daha 
üstün olduğunu iddia etmişdir. (22, 346-392) 
 
2.8.4. Afina məktəbi 
 
Afina 
şəhərində 
neoplatonçuluq 
məktəbinin 
yaradıcısı Afinalı  Plutarx (yun.  Πλούταρχος  ὁ  Ἀθηναῖος
ölüm  ili  m.  431)  olmuşdur.  O,  Aristotelin  və  Platonun 
əsərlərinə şərhlər yazmış, ancaq onun  əsərləri dövrümüzə 
gəlib  çatmamışdır.  Onun  yaradıcılığı  haqqında  yazan 
başqa müəlliflərə görə öz əsərlərində Plutarx Artistotel və 
Platonun 
fəlsəfələrini 
bir-birinə 
uyğunlaşdırmağa 
çalışmışdır. 
Plutarx  Plotinin  və  ümumiyyətlə  yeni-platonizmin 
Vahid-Əql-Ruh 
üçlüyü 
haqqında 
təliminini 
təkmilləşdirmiş, 
onu 
Platonun 
“Parmenides” 
dialoqundakı  hipotezlərinə  uyğunlaşdırmışdır.  Plotində 
bu  üçlüyün  maddə  və  dünya  ilə  necə  bağlı  olduğu  dəqiq 
verilməmişdir.  Buna  görə  də,  Plutarx  varlıq  haqqında 
baxışlarında  bu  üçlüyü  əsas  götürərək  ona  maddənin 
eidosunu (yun. εἶδος – ideyasını) və özünü əlavə etmişdir. 
Bundan  başqa  Plutarx  Platonun  “Parmenides”  dialoquna 
uyğun  olaraq  buraya  başqa  hipotezlər  də  əlavə  etmişdir. 
(18, 7-11) 
Plutapx  həm  də  fantaziya  haqqında  fikirlər  irəli 
sürmüşdür.  O  hesab  edirdi  ki,  duyğularla  duyulan  şeylər 


273 
 
bizim  hisslərimizi,  hisslər  isə  duyğulardan  gələn 
təsəvvürlərimizi 
oyadır. 
Bu 
təsəvvürlərdə 
təkcə 
duyğularla  hiss  edilmiş  şeylər  deyil,  həm  də  onların 
formaları  və  qəlibləri  əks  olunur.  Duyğusal  şeylər 
düşüncədə  həkk  olunan  zaman  orada  fantaziya  ortaya 
çıxır.  Deməli,  fantaziyalar  tam  mənada  obrazlar  deyil  və 
onlar duyğu orqanları ilə də hiss edilmirlər. (18, 7-11) 
Yeni-platonçuluğun Afina  məktəbinin ən  görkəmli 
nümayəndəsi 
isə Proklus 
Diadoxus (yun. 
Πρόκλος ὁ Διάδοχος, lat. Proclus; m. 412 – 485) olmuşdur. 
O, 
Platon 
Akademiyasının 
rəhbəri 
(skolarxı), 
neoplatonizm 
məktəbinin 
sonuncu 
ən 
tanınmış 
nümayəndəsi  hesab  edilir.  Onun  öyrənciləri  yazırdılar  ki, 
o  çoxlu  tanınmış  müəllimlərdən  dərs  almış,  müdriklik 
məqamına çatmış, çoxlu ibadətlər etmiş, ailə qurmamış və 
abid həyatı sürmüşdür (12).  
“İlahiyyatın 
ilk 
əsasları” (yun. 
Στοιχείωσις 
θεολογική), 
“Platon 
ilahiyyatı” 
(yun. 
Περὶ τῆς 
κατὰ Πλάτωνα  θεολογίας),  “Fizikanın  başlanğıcı”  (yun. 
Στοιχείωσις  φυσική)  kimi  kitabların,  eləcə  də  Platonun 
“Timeus”, 
“Parmenides”, 
“Alkibiades”, 
“Kratilus” 
əsərlərinə edilən şərhlərin müəllifi olmuşdur. Ancaq onun 
əsərlərinin çoxu bizim zamanımıza qədər gəlib çatmışdır. 
Digər  neoplatoçular  kimi  Proklus  da  dünyanı 
Vahidin  (tanrının)  emanasiyası  kimi  təsəvvür  edirdi  (21, 
17-18).  O,  emanasiyanı  triadik  (üç  mərhələli)  inkişafda 
görürdü.  Ancaq,  bu  inkişaf  əslində  tənəzzül  demək  idi, 
çünki  o  əks  istiqamətdə  inkişaf  edirdi:  kamildən  naqisə, 
işıqdan  qaranlığa  olan  kimi.  Triadik  hərəkətin  birinci 


274 
 
mərhələsi Vahiddə yerləşmişdir (21, 10). Bu o deməkdir ki, 
törənən  şey  törədəndə  olmuşdur.  İkinci  mərhələ  o  şeyin 
Vahiddən axaraq çıxmasıdır.  Üçüncü mərhələ isə törənənin 
törədiciyə qayıtmasıdır (21, 33-38). 
Ümumiyyətlə,  Proklus,  üçlük  ideyasını  (triadanı) 
varlığın 
bütün 
aspektlərinə 
aid 
etmişdir. 
Onun 
tanrılaşdırdığı 
varlıq 
Vahid-Əql-Ruh 
üçlüyündən 
ibarətdir.  O  hər  şeyin  əvvəlidir,  hər  şeydən  ucadır,  dərk 
olunmaz və sözlə ifadə edilməzdir. 
Vahiddən  doğan  emanasiyanın  (işıqsaçmanın)  sonu 
olaraq  çoxluq  yaranır.  Bunlar  da  “henada”  adlanan 
vahidlərdir (13). Bu henadalar tanrılar kimi təsəvvür edilir 
və  ideal  aləmdə  olan  ilk  çoxluğun  mərhələsini  təşkil 
edirlər.  
Proklusun  ikinci  üçlüyü  olan  Əql  də  üçə  bölünür. 
Öncə  o  özü-özündə  mövcuddur;  bu  düşünülən  Əqldir 
(noetoy).  Sonra  əql  özü-özündən  çıxır  və  özü-özünü 
düşünür  (21,  118-119).  Özü-özünü  düşünən  noeroy’dur. 
Sonda  əqlin  özü-özünə,  noeroyun  noetoya  qayıdışı  baş 
verir  və  sintez  alınır.  Bu  mərhələdə  daha  sonra  yeni 
üçlüklər  yaranır.  Onlar  üçlüklərdən  ibarət  halqaları  təşkil 
edirlər.  Bu  halqalar  hebdomada  (yeddiliklər)  adlanır.  Əqlin 
bu  üçlüyü  (triadası)  yunan  tanrıları  Kronos,  Zeus  və  Reya 
ilə  eyniləşir.  Hebdomadada  olan  üçlüklərin  hər  bir  üzvü 
də bir tanrı ilə eyniləşir. Noetoy və noeroy da onlara tabe 
olan tanrılaşmış üçlüklərə bölünür. 
Ruha da Proklus üçlük prinsipi baxımından yanaşırdı 
(21,  131-149).  Deməli,  dünya  triadasının  üçüncü  tərkib 


275 
 
hissəsi  olan  Ruh  öz  növbəsində  ilahi,  demonik  və  insani 
üçlüyə bölünür. Onların hər birinin də öz bölgüsü vardır. 
Bu  dünya  və  materiya  Proklusun  fəlsəfəsində 
qaranlıqla  (zülmətlə)  eyniləşir  (21,  59-60).  Onlar  işığın 
(nurun)  yoxluğudur.  Ancaq,  Plotindən  fərqli  olaraq 
Proklus materiyanı şər kimi təsəvvür etmirdi. Ona görə bu 
dünya nə şər, nə də xeyirdir. Şərin səbəbi materiyada yox, 
aşağıdakı  dünyanın  uca  olan  idealdan  ayrılmasında  və 
uzaqlığındadır. 
İşığa  (nura)  qayıtmaq,  ona  qovuşmaq  üçün  insan 
tanrıya  tərəf  yönəlməlidir.  Proklusa  görə  bu  yolda  da 
üçlük  vardır.  Bu  Erot-Həqiqət-İman  triadasıdır.  Tanrıya 
qayıdışın  qüvvəsi  elmi  bilik  deyil,  ekstaz  halıdır.  Erot 
(məhəbbət  cazibəsi)  insanı  ekstaz  halına  hazırlayır, 
həqiqət  onu  tanrıya  yaxınlaşdırır,  iman  isə  tanrı  ilə 
qovuşdurur.  Ancaq,  bu  kimi  ekstatik  hallar  çox  nadir 
durumlarda baş verdiyi üçün tanrı ilə tam qovuşma yalnız 
ölümdən sonra baş verir. 
Neapollu  Marinus  (yun.  Μαρῖνος  ὁ  Νεάπολίτης
təxminən  m.  450  –  495)  yeni-platonçuluğun  Afina 
məktəbinin  daha  bir  nümayəndəsi  idi.  O,  yəhudi  soylu 
olmuş,  ancaq  sonra  ellin  inancını  qəbul  etmiş,  Proklusun 
öyrəncisi  olmuşdur.  Onun  ölümündən  sonra  isə  Afina 
Akademiyasına  başçılıq  etmişdir  (2).  O,  həmçinin 
astronomiya  və  fəlsəfə  sahələrində  ciddi  işlər  ortaya 
qoymuşdur. 
Marinusun  bir  neçə  əsəri  zamanımıza  çatmışdır. 
Onlardan  biri  Euklides  və  Platonun  əsərlərinə  şərhlər  idi. 
Ən tanınmış əsəri isə “Proklus və ya xoşbəxtlik haqqında” 




Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə