SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə67/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

252 
 
14.  Теологумены  арифметики  //  Философское 
антиковедение  и  классическая  традиция.  Т.  3.  Вып.  1, 
Новосибирск, 2009. 
15.  Тертуллиан.  О  крещении  V,  1  /  Общая 
редакция  и  составление  А.  А.  Столярова.  М.: 
Издательская  группа  "Прогресс"-"Культура".  Москва, 
1994. 
 
2.8. Yeni-platonçuluq 
 
Yeni  Akademiya  təxminən  m.  200  –  529-cu  illər 
arasında fəaliyyət göstərmişdir. Bu da “yeni-platonçuluq” 
(neoplatonizm)  adlanan  platonizmin  sonuncu,  beşinci 
tarixi  mərhələsi  hesab  olunur.  Onu  səciyyələndirən 
xüsusiyyətlərdən  biri  neoplatonizmin  dinə  və  mistikaya 
yaxınlaşması olmuşdur. 
Yeni-platonçuluq  Platon  və  Aristotelin  fəlsəfəsini 
şərq  inancları  ilə  birləşdirən  antik  idealist  fəlsəfi 
cərəyandır.  Neoplatonizmin  əsas  ideyaları  varlığın 
birliyini Vahid-Əql-Ruh üçlüyündə təsəvvür etmək, insan 
ruhunun  materiyanın  təsirindən  azad  etmə  yollarını 
göstərmək, 
həqiqətin 
intuisiya 
vasitəsi 
ilə 
kəşf 
olunmasından ibarət idi. 
Yeni-platonçuluq  antik  dünyanın  sonuncu  fəlsəfəsi 
və  mistik  məktəbi  olmuşdur.  Bu  təlim  m.  III  yüzillikdə 
yaranmış  və  inkişaf  etmişdir.  Bu  dönəm  eyni  zamanda 
xristian  ilahiyyatının  yaranması  dövrü  idi.  Bu  iki 
dünyagörüşü bir-biri ilə ideoloji çəkişmədə olmuşdur. 


253 
 
Yeni-platonçuluğun  yaranması  və  inkişafı  Roma 
imperiyasını bürümüş siyasi-iqtisadi və mənəvi böhranlar 
dövrünə  təsadüf  edir.  İmperiya  öz  süqutuna  doğru 
irəlilədikcə  cəmiyyətdə  gələcəyə  inamsızlıq  və  mənəvi 
boşluq  hissləri  dərinləşmiş;  istibdada,  tiranlığa  və  zülmə 
qarşı etirazlar güclənmişdir. 
Bu  şəraitdə  müxtəlif  dini-fəlsəfi  və  mistik  təlimlərin 
cəmiyyətdə  yayılması  qaçılmaz  idi.  Bütün  imperiya  boyu 
mövhumatlar,  falçılıq  və  cadugərliyin  müxtəlif  formaları 
surətlə 
yayılırdı. 
Bununla 
yanaşı 
şarlatanlıq 
və 
fırıldaqçılıq  da  çoxalmışdır.  Digər  tərəfdən  Romanın  ələ 
keçirdiyi  ölkələrin  və  xalqların  müxtəlif  mistik  və  dini 
təlimləri  də  imperiyada  surətlə  yayılırdı.  O  zaman 
imperiya  boyu  Misir  tanrısı  Osiris  və  Frigiya  tanrısı  Attis 
kimi  ölən  və  dirilən  tanrıların,  Mitra  adlı  şərə  qarşı 
mübarizə  aparan  İran  mənşəli  tanrının  kultları  geniş 
yayılmışdı. 
Eyni  zamanda,  qədim  Yunan  və  Roma  mənşəli  dini 
inanclar dərin böhran keçirirdilər. Onların cəmiyyətə təsiri 
getdikcə  azalmış,  üstəlik  bu  inanclar  Şərqdə  yayılmış 
dinlərlə qarışmışdırlar.  
Ənənəvi  dini  görüşlərin  böhranı  dövlət  başçılarının 
kultunu
92
 da  yaratmışdı.  İmperatorların  və  senatın
93
 
şərəfinə  tapınaqlar  (məbədlər),  heykəllər  ucaldılırdı. 
                                                
92
 Kult  –  tanrıya,  tanrılara,  hansısa  müqəddəs  şeylərə,  müqəddəslərə, 
əcdadlara, hökmdarlara, gerçək ya da fantastik varlıqlara və s. tapınmadır və 
buna bağlı ayinlər toplusudur. 
93
 Senat – qədim Romada yüksək idarəetmə orqanı olan şura və ya məclis idi. 


254 
 
Bundan  başqa  romalılar  müxtəlif  “kiçik”  tanrılara  və 
ruhlara da inanırdılar. 
Yeni-platonçuluq  fəlsəfəsi  bu  cür  mürəkkəb  sosial-
siyasi  böhran  şəraitində  yaranmışdır.  İdealist  və  mistik 
təlim olduğuna görə o tədricən materialist sayağı təlimləri 
ortadan çıxardırdı. O şəraitdə bu proses qaçılmaz idi. Eyni 
zamanda,  yeni-platonçuluq  qədim  yunan  və  Roma 
fəlsəfəsinin 
müddəalarını 
mənimsəmiş, 
onun 
qoruyucusuna çevrilmişdir.  
Xristianlıqdan fərqli olaraq yeni-platonçuluq daha da 
çox  hakim  dairələrin,  bilim  adamlarının  arasında 
yayılmışdır.  Xristianlığa  qarşı  çıxış  edən  Romanın  hakim 
dairələri  çox  vaxt  məhz  yeni-platonçuluq  ideyalarına 
arxalanıb,  onları  Xristianlığa  alternativ  bir  dünyagörüşü 
kimi  təqdim  edirdilər.  İmperator  Yulianın  (361-363) 
hakimiyyəti  dövründə  bu  cür  hallar  daha  qabarıq  şəkildə 
baş  verirdi.  Xristianlığın  hakim  dinə  çevrilməsinə 
baxmayaraq  o  köhnə  inancları  bərpa  etməyə,  onların 
Xristianlıqla  bərabər  imperiyada  yayılmasına  çalışırdı. 
Ancaq,  Yulianın  ölümündən  sonra  Xristianlıq  yenidən  öz 
mövqeyini 
möhkəmləndirmiş 
və 
yeni-platonçuluğu 
sıxışdırıb  ortadan  çıxarmışdır.  Bundan  sonra  antik  dövr 
sona  çatmış  və  ortaəsr  dövrü  başlamışdır.  O  dövrdən 
başlayaraq Aralıq dənizi hövzəsi ətrafında olan ərazilərdə 
xristian  dininin  və  fəlsəfəsinin  hökmranlığı  dövrü 
başlanmışdır.  
Yeni platoçuluğun RomaİskəndəriyyəApameyaAfina 
və  başqa  şəhərlərdə  məktəbləri  olmuşdur.  Bu  təlimin 
sonuncu  məktəbi  Afinada  yerləşirdi.  VI  yüzillikdə 


255 
 
imperator  Yustinianın  fərmanı  ilə  onun  fəaliyyətinə  son 
qoyulmuşdur. 
 
2.8.1. Roma məktəbi 
 
Roma 
məktəbinin 
və 
ümumiyyətlə, 
yeni-
platonçuluğun  ilk  filosofu Ammonius  Sakkas (yun. 
Ἀμμώνιος  Σακκᾶς,  lat.  Ammonius  Saccas;  m.  175—242) 
hesab  edilir.  O,  xristian  ailəsində  tərbiyə  almışdır.  Sonra 
isə  Xristianlıqdan  imtina  etmiş,  antik  fəlsəfi  irsi  əsasında 
öz  fəlsəfəsini  irəli  sürmüşdür.  Ancaq,  Ammoniusdan  heç 
bir  yazılı  ədəbiyyatın  qalmadığına  görə  onun  fəlsəfi 
fikirlərini bərpa etmək çox çətin olmuşdur.  
Ammoniusun bir sıra tanınmış öyrənciləri olmuşdur. 
Onların  arasında  Plotin  və  tanınmış  xristian  ilahiyyatçısı 
Origen də olmuşdurlar (7, 3).  
Məlumdur  ki,  Ammonius  bədən  və  ruh  haqqında 
dualist  fikirləri  irəli  sürmüşdür.  Onun  fikrincə  bədəndə 
cisimsiz  ruh  vardır,  o  bədənin  təbiətindən  fərqlidir  və 
maddə  deyildir.  Ruh  yuxuda  ya  da  insanın  dərin 
düşüncələrə qapandığı zaman bədəndən müvəqqəti ayrıla 
bilər.  Ammonius 
və  onun  öyrənciləri  ilk  dəfə 
“Teosofiya”
94
 sözünü  işlətməyə  başlamış  və  bu  anlayışı 
təlim  halına  gətirmişdirlər  (24).  Bu  təlimin  vasitəsi  ilə 
Ammonius  bütün  dinlər  və  inancları  birləşdirmək 
istəmişdir. 
                                                
94
 Teosofiya  (yun.  θεοσοφία  –  ilahi  müdriklik)  –  hər  şeyin  həqiqi 
mahiyyətinin  açılması  üçün  zəruri  olan  mistik  Tanrı  biliciliyi  və  Tanrının 
duyulması haqqında təlimdir. 




Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə