öncə, onlar da Mədinəyə hicrət etmişdirlər.
O, Hüneyn və Taif döyüşlərində,
eləcə də,
Məkkənin alınmasında iştirak etmişdir. Ab-
dullah ibn Abbas
Raşidi xəlifələr dövründə
xəlifələrə yaxın olmuş, müsəlmanların Şi-
mali Afrika və Təbəristana yürüşlərində işti-
rak etmişdir.
Xəlifə Osmanın vəfatından sonra Abdul-
lah ibn Abbas
Əli ibn Əbu Talibi xəlifə kimi
tanıyıb, ona dövlət işlərində yaxından
köməklik göstərmişdir. Əli onu idarəçilik qa-
biliyyəti səbəbi ilə Bəsrə şəhərinin başçısı
təyin etmişdir. Bu vəzifədə olarkən o,
xari-
cilərin üsyanını yatıra bilsə də, sonra dövlət
işlərindən uzaqlaşmış, həyatının sonuna kimi
Məkkədə
yaşayaraq, elmlə məşğul olmuşdur.
Xəlifə
Müaviyə öldükdən sonra Abdullah ibn
Abbas,
Hüseyn ibn Əlini xəlifə Yəzidə qarşı
çıxmış kufəlilərin çağırışına uymamağa
dəvət etmiş, onun oraya getməsinin məqsədə
uyğun olmadığını qeyd etmişdir. Buna bax-
mayaraq, Hüseyn Kufəyə yollanmış və orada
şəhid olmuşdur.
Abdullah ibn Abbas
fiqh elminin ən
mahir bilicisi idi. Hər hansı hökmü verdikdə
o, ilk olaraq
Qurana müraciət edirdi. Orada
problemin həllini tapmayanda isə o zaman
Məhəmməd peyğəmbərin həyat yoluna, daha
sonra onun səhabələrinin
həyat nümunələrinə
istinad edərək problemləri həll edirdi. Bun-
dan başqa, Abdullah ibn Abbas Quran
təf-
sirçisi kimi də tanınırdı.
Abdullah ibn Abbasın elmini,
mədəniyyətini və bacarığını müsəlmanların
düşmənləri də dəyərləndirmişlər. O, elçi kimi
müsəlman ordusunun rəhbərliyi adından
Bizansın Şimali Afrika bölgələrinin başçısı
Georgiusun yanına göndərilmiş, orada elmi
mübahisələrdə iştirak etmişdir. Onu dinləmiş
Georgius, Abdullah ibn Abbası ən bilikli ərəb
adlandırmışdır. Abdullah ibn Abbas 70
yaşında Taifdə vəfat etmişdir.
ABDULLAH İBN ƏBDÜLMÜT-
TƏLİB –
Məhəmməd peyğəmbərin atası
idi. Abdullah atası Əbdülmüttəllibin sevimli
oğlu olmuşdur. Rəvayətlərə görə
Əbdülmüt-
təlib çoxlu oğlu olarsa, birini qurban
verəcəyinə söz vermişdir. İllər
sonra onun on
oğul övladı dünyaya gəlmişdir. Buna görə də
Əbdülmüttəlib verdiyi sözü tutmuş və övlad-
larından birini qurban verməyi qərara
almışdır. Onun atdığı püşk oğlu Abdullaha
düşmüşdür. Beləliklə, Əbdülmüttəlib sevimli
oğlunu qurban verməli idi. Ancaq sonra,
qüreyşlilərin təkidi ilə o öz fikrindən daşın-
mış, oğlunun yerinə 100 dəvəni qurban kəs-
mişdir.
Daha sonralar Əbdülmüttəllib Abdullahı
nüfuzlu ərəb qəbilələrindən birinə məxsus
Əminə adlı bir qızla evləndirmişdir. Bu
evlilikdən Məhəmməd dünyaya gəlmişdir.
Ancaq, Abdullah gənc yaşlarında vəfat et-
diyindən oğlu Məhəmmədi görə bilməmişdir.
Bir çox tarixçilərin yazdıqlarına görə, Əminə
hamilə olduğu zaman, o, ticarət işləri ilə
əlaqədar
Suriyaya getmiş, yolda qəfildən
xəstələnərək Yəsrib (
Mədinə) yaxınlığında
vəfat etmişdir. O zaman Abdullahın 25 yaşı
olduğu qeyd edilir.
ABDULLAH İBN ƏMİR (65/684-cü
ildə vəfat etmişdir) –
Məhəmməd peyğəm-
bərin tanınmış səhabələrindən biri olmuş-
dur. Əmir ibn Asın oğlu idi. Abdullah ibn
Əmir
Məkkədə doğulmuşdur. Bəzi rə-
vayətlərə görə o, səmimi şəxsiyyəti və imanı
ilə digərlərindən seçilmişdir. Günlərinin çox-
unu ibadətlərdə keçirən Abdullah,
müşriklərə
qarşı döyüşlərdə iştirak etmişdir. Süffeyn
döyüşündə öz atası ilə birlikdə
Xəlifə Əlinin
tərəfdarları ilə döyüşmüşdür. Digər mən-
bələrdə qeyd edilir ki, Abdullah orada olsa
da, döyüşdə iştirak etməmişdir. Rəvayətlərə
görə, Abdullah
ibn Əmir öz dövrünün ən
elmli insanlarından biri olmuşdur. O,
Məhəmməd peyğəmbərdən rəvayət edilən
hədislərin yaxşı bilicisi kimi tanınmışdır. Bu
istiqamətdə o, bir çox kitablar da yazmışdır.
Eyni zamanda, müəllimlik fəaliyyəti ilə də
7
ABDULLAH İBN ƏMİR
məşğul olmuşdur. O, Ərəb dilini gözəl
bilməklə bərabər, qədim yəhudi (ibrani),
eləcə də süryani dillərini də bilmişdir. Abdul-
lah ibn Əmir 72 yaşında Misirin Fustat
şəhərində vəfat etmişdir.
ABDULLAH İBN MƏSUD (32/653-cü
ildə vəfat etmişdir) –
İslamı ilk qəbul edən-
lərdən və Məhəmməd peyğəmbərin ən
tanınmış səhabələrindən biri olmuşdur. O,
Məkkədə doğulmuş, orada böyümüş və gənc
yaşlarında çobanlıq etmişdir.
İslamı qəbul et-
dikdən sonra o,
Məhəmməd peyğəmbərdən
ayrılmamış, müsəlmanların
Ərqəmin evində
olan məşvərətlərində iştirak etmişdir. O
dövrdə müsəlmanlar,
bütpərəstlərin təzy-
iqlərinə məruz qaldıqlarına görə, dini ayin və
ibadətlərini açıq bir şəkildə yerinə yetirə
bilmirdilər. Buna baxmayaraq, Abdullah heç
nədən çəkinməmiş,
Quranın “Ər-Rəhman”
surəsini
Kəbədə insanların qarşısında oxu-
muşdur.
Buna görə o,
qureyşlilərin
işgəncələrinə məruz qalmışdır. Müşriklər İs-
lamdan imtina etməsi üçün onu qızmar günəş
altında qum üzərinə uzadaraq işgəncələr ver-
mişdirlər. Ancaq, Abdullah ibn Məsud bu əz-
ablara dözərək, inancından dönməmiş, heç
bir nəticə əldə edə bilməyən qureyşlilər
ondan əl çəkmək məcburiyyətində qalmışdır-
lar.
Təqiblərdən qurtulmaq üçün Abdullah
ibn Məsud ilk öncə Həbəşistana, sonra isə
Mədinəyə hicrət etmişdir. Mədinəyə hicrət
etdikdən sonra, Abdullah ibn Məsud müsəl-
manların güclənməsi üçün əlindən gələn hər
şey etmişdir. O,
Bədr, Uhud, Xəndək, Xeybər,
Hüneyn, eləcə də Məkkənin alınması
uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Məhəmməd
peyğəmbərin
vəfatından
sonra Abdullah ibn Məsud İslam ordusunun
döyüşçüsü kimi,
Suriyada Bizans im-
periyasına qarşı yürüşlərə qatılmış, sonra isə
xəlifə
Ömər onu Kufədə hakim vəzifəsinə
təyin etmişdir. Bu vəzifəni Abdullah ibn
Məsud böyük məharətlə yerinə yetirmişdir.
O, qanun pozuntusunu heç kimə, yaxınları və
dostlarına belə bağışlamırdı. Abdullah ibn
Məsud çox bilikli, güclü yaddaşı ilə seçilən
bir insan olmuşdur. O, Quranı əzbərdən
bilirdi. O, Quran və
hədislərin ən yaxşı bili-
cisi kimi
fiqhi hökmlər verirdi. İmanlı şəxs
olaraq, o,
zühd həyatı yaşamış və müəllimlik
etmişdir. Onun çoxlu tələbələri olmuşdur.
Abdullah ibn Məsud İraq fiqh məktəbinin
yaradıcısı hesab edilir. Onun Kufədə işlətdiyi
hüquqi metodları
Əbu Hənifə inkişaf et-
dirmişdir.
Hənəfi məzhəbinin əsasları onun
fiqhi yanaşmaları üzərində qurmuşdur. O,
Quran və hədislərdə problemin həlli yollarını
tapa bilməyəndə,
qiyas metodundan istifadə
edirdi. Abdullah ibn Məsud altmış yaşında
dünyasını dəyişmişdir.
ABDULLAH İBN ÖMƏR (74/693-cü
ildə öldürülmüşdür) –
Məhəmməd peyğəm-
bərin ən tanınmış səhabələrindən biridir.
Abdullah
Ömər ibn Xəttabın oğlu idi.
Məhəmmədə
peyğəmbərlik veriləndən ya üç,
ya da bir il öncə
Məkkədə doğulmuşdur. Ab-
dullah ibn Ömər
İslamı gənc yaşlarında
qəbul edib,
Mədinəyə hicrət etmişdir. Yetkin-
lik yaşına çatmadığına görə
Bədr və
Uhud
döyüşlərində iştirak etməmişdir. Ancaq, 18
yaşından sonra
Xəndək döyüşündə, daha
sonra Muta, Təbuk yürüşlərində və
Məkkənin alınması uğrunda gedən
müharibələrdə döyüşmüşdür.
Məhəmməd
peyğəmbərin vəfatından
sonra, Abdullah ibn Ömər siyasi məsələlərlə
maraqlanmamış və ona görə də Xilafətdə heç
bir vəzifə tutmamışdır. O, İslam ordusunun
Şimali Afrikaya (hicri 27-ci ildə), Təbəris-
tana, Xorasana (hicri 30-cü ildə) etdikləri
yürüşlərdə iştirak etmişdir. Xəlifə
Osmanın
qətlindən
sonra Abdullah ibn Ömər Əli ibn
Əbu Talibin xəlifəliyini tanımışdır. Xilafətdə
baş verən daxili savaşda Əliyə rəğbəti olsa
belə, bitərəf qalmış, savaşlarda iştirak et-
8
ABDULLAH İBN MƏSUD