Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə18/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   14   15   16   17   18   19   20   21   ...   159

76

S O N U N C U   FAT E H

lar. Buxara, əsasən, gil və palçıqdan tikilmiş evlərdən 

ibarət idi. Buxaralı Qəmbər və yoldaşları həmin gil və 

palçıq evlərin arası ilə əsirləri böyük və uca hasarlı bir 

həyətə gətirdilər. 

Nadirin qardaşı İbrahim heç özündə deyildi, xəs-

tələnmişdi. 

Özbəklər öz aralarında bir saat məsləhət-məş və-

rət etdilər, uzun-uzadı mübahisədən sonra əsirləri, 

mal-qaranı, ilxını, qoyun-quzunu, ev əşyalarını bö-

lüşdürdülər, hərə öz payını götürüb getdi. Nadirgil 

və daha bir neçə ailə Buxaralı Qəmbərin püşkünə düş-

dülər. Əsirləri evinin zirzəmisində yerləşdirən Buxa-

ralı Qəmbər, artıq gec olduğuna görə, həyətin dəmir 

darvazasını qıfıllayıb yatmağa getdi.

Şəhərdə dükan-bazar qarovulçularından və itlər-

dən başqa hamı yatmışdı. Yorğun ev sahibi yuxuya ge-

dəndən sonra arvadlarından biri əsirlərin yanında pey-

da oldu. Şişman bədənli bu qadın Buxaralı Qəm bərin 

ikinci arvadı olsa da, özünü lap birinci arvad ki mi apa-

rırdı, çünki Buxaralı Qəmbərə oğul övladı ver mişdi. Bu 

da onu xətir-hörmətli və diliuzun etmişdi.

Ev yiyəsinin arvadı əlində çıraq əsirlərin yerləşdiyi 

otaqları bir-bir gəzib, qapıları bağladı. Mal-qaranı, 

at ları  və qoyun-quzunu tövləyə apardı. Sonra yenə 

əsirlərə baş  çəkdi – bu dəfə özü ilə palaz və yorğan 

da gətirmişdi. Hər  əsirə bir kiçik mütəkkə  də verib

çırağın işığını bir-bir gələnlərin üzünə salaraq bax-

dı. Sonra, nədənsə, anlaşılmaz sözlər deyib, deyinə-

deyinə çıxıb getdi. Görünür, gətirilən qənimətlər onu 

qane etməmişdi. 




77

N A D İ R   Ş A H   Ə F Ş A R

Neçə gündən bəri dinclik və rahatlıq nədir bil-

məyən, doyunca yatmayan əsirlər yerə  sərilən kimi 

yuxuya getdilər. 

Nadir anasının və qardaşının yerini rahatlayan-

dan sonra özü də arxası üstə onların yanında uzandı. 

Amma başqalarından fərqli olaraq, gözlərinə yuxu 

getmədi. Qaranlıqda gözlərini tavana zilləyib bu-

radan necə qaçıb xilas olacaqları barədə düşündü... 

çöldən it səsi və iri otaqda kar Bəhramın xorultusu 

kəsiləndə, dünya səssizliyə qərq olurdu. Arabir İbra-

him sayıqlayırdı; kimlərisə elə hey köməyə çağırırdı, 

bəzən də gah Oğuz dədəni, gah da Əfşar babanı ha-

raylayırdı… 

Nadir ürəyinin səsinə qulaq asa-asa fikirləşirdi. 

Fikirləşirdi ki, sir-sifətini necə dəyişib, hansı qılığa gi-

rib, Xorasana gedən karvanlara qoşulub buradan qaç-

maq olar. Bu o qədər də asan deyildi. 

Anası yanında tez-tez o yan-bu yana çevrilib inil-

dəyirdi. 

Bəli, qiyafəsini dəyişib, hər hansı bir karvana 

qoşulmaq və qaçmaq! Ayrı çıxış yolu yox idi. Həm-

yerlilərinin Xorasandan – Əbivərddən və ya Də rə-

gözdən gəlib onları azad edəcəklərinə ümid bağla-

maq olmazdı. Bəli, indi ona iki-üç at tapmaq hava-su 

kimi gərək idi. Yəqin ki, Buxaralı Qəmbər gətirdiyi 

atların, yəni Nadirin atlarının hamısını satacaqdı. At-

lanıb, sonra gecə-gündüz geriyə baxmadan çapmaq, 

çapmaq! Ancaq bu da çox çətin idi – baş tutan işə 

oxşamırdı. Çünki düşünürdü ki, özü belə edə bilər. 

Bəs xəstə anası, qardaşı? Anası  və qardaşı üçün də 




78

S O N U N C U   FAT E H

at tapmaq olardı. Amma bu vəziyyətdə onların hər 

ikisi,  əlbəttə, atı yaxşı çapa bilməzdilər. Doğrudur, 

gündüzlər hardasa gizlənib, gecələr yola çıxmaq 

olardı. Ancaq özbəklər arxadan gəlib onlara çatmaz-

dılarmı? Bir də düşünürdü ki, hər şey artıq Buxaralı 

Qəmbərin onlarla necə rəftar edəcəyindən asılı ola-

caq. Hələ ki, heç nə bilinmirdi – ev sahibi onları bu-

rada saxlayacaq, ya bazara çıxarıb qul kimi satacaq? 

Bəlkə də özü ilə harasa səfərə, alverə aparacaq? Sa-

bah, ya da birisi gün, yəqin ki, hər şey yerli-yataqlı 

bilinəcəkdi... 

Nadir hələ çox cavan idi, qəlbi ümidlə döyünürdü. 

Və hər vəziyyətdən sağ-salamat çıxacağına inanırdı.

Nəhayət, xoruzun ilk banı  eşidiləndə onu yuxu 

apardı, bir də, vərdiş etdiyi kimi, sübhçağı oyandı. 

Anası  hələ yatırdı. Ondan o tərəfdə – İbrahimin ya-

nında uzanan kənd qonşusu Əmirqulu da oyanmış     dı. 

Geyinib çölə  çıxmaq istəyəndə  məlum oldu ki, qapı 

çöldən bağlıdır. 

Nadir gülümsəyərək Əmirquluya baxdı, pıçıltı ilə 

dedi:

– Bəli, qardaş, bax, əsirin qonaqdan fərqi budur... 



Biz unutmuşuq ki, əsirik axı, qonaq deyilik.

Qapının ağzında oturdular. Əmirqulu da elə Nadir 

yaşında, uzunsifət, yaşılgöz bir oğlan idi. Mədrəsədə 

təhsil alırdı. Quranı avazla oxumağı yaxşı bacarırdı. 

Basqın vaxtı qaçıb aradan çıxa bilməmişdi. O, pıçıltı 

ilə dedi:

– Gərək həyət-bacanı yaxşı-yaxşı  gəzib bələd lə-

yək. 



79

N A D İ R   Ş A H   Ə F Ş A R

– Buna vaxtımız çox olacaq, amma…– Nadir başı-

nı buladı. – İndilərdə çətin ki, buradan qaça bilək. Sən 

təkbaşınasan, bəlkə də qaçıb canını qurtara bilərsən

mən isə, anamı, qardaşımı atıb gedə bilmərəm.

– Yox, canım, sən diribaşsan, mən hansı  səmtə 

gedəcəyimi də bilmirəm. Deyirsən ki, bir yerdə qaç-

mağımız yəni belə əngəl-üzar işdir?.. Onda ömrümüz 

boyu çürüyəcəyik ki...

Nadir bir az fikirləşib dedi: 

– Dünyanın işini bilmək olmaz. Təki ruhumuz, 

dədə-babalarımızın bizə əmanət qoyduğu vətən eşqi 

ölməsin. Gələn-gedənin xarabazara çevirdiyi ana və-

tənimizi, ata-baba yurdumuzu unutmayaq. Azadlığı-

mızı hər an düşünək, ən əsası budur ki, gərək çalı şıb 

əlbir olaq. Çünki tək əldən səs çıxmaz. Qoy İbrahim 

də bir az özünə gəlsin... 

Əmirqulu başı ilə razılığını bildirdi. Bu zaman 

çöldən ayaq səsləri gəldi.

Gecə  əlində  çıraq gəlib onlara baş  çəkən  şişman 

qadın deyinə-deyinə qapıları açdı,  əsirlərə çölə  çıx-

maq əmri verdi. Az sonra Buxaralı Qəmbər də gəldi. 

Onun bir yeniyetmə oğlu və çoxlu qızı vardı. Uşaqlar 

bir-birinə qısılıb, maraq və təəccüblə əsirlərə baxırdı-

lar. Ev sahibi – Buxaralı Qəmbər «təzə sakinlərə» ha-

sarın dibində qoyulmuş taxta çəlləyi göstərdi. 

– Yuyunun… 

Nadir  əl-üzünü yuyanda anasına tərəf dönüb 

de di:


– Deməli, bu boyda ailəni bundan sonra gərək biz 

dolandıraq.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə