Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə19/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   15   16   17   18   19   20   21   22   ...   159

80

S O N U N C U   FAT E H

Gövhərbəyim ana yaylıqla üzünü silə-silə ona ba-

xıb, xəfifcə gülümsündü:

– Özlərinə nə olub, ölüblər bəyəm, gör nə çoxdu-

lar?


Nadir astadan anasına dedi: 

– Ana, səni and verirəm Allaha, ağır cavab qaytar-

ma. Birdən sənə əl qaldırarlar, özümü saxlaya bilmərəm, 

bəlaya düşərik. Biz indi onlar üçün əşya kimi bir şeyik

qənimətik. Əlimizdən hələ ki, heç nə gəlmir. 

Gövhərbəyim ana oğlunun dediklərini başı ilə təs-

diq etdi: 

– Düz deyirsən, qadan alım. Səni, İbrahimi mən-

dən ayırsalar, bağrımın başı çatlayar, ölərəm. Səbir 

edək, görək başımıza nə  iş  gəlir. Qurban olduğum 

sevdiklərini əvvəl sınağa çəkir, kim ki, sınaqdan yaxşı 

çıxdı, ona xoş müjdə verir… – Sonra o, əllərini göyə 

qaldırdı: – Ey qəriblərin, kimsəsizlərin Allahı, özün 

mənim balalarıma kömək ol! Zalımın ürəyinə  rəhm 

sal, tezliklə bizə aman versin… 

O biri əsir qadınlar da onun səsinə səs verib:

– Amin. Ya Rəbbülaləmin, – dedilər.

Səhər erkəndən həyət-bacada qab-qaşıq səsləri 

bir-birinə qarışmışdı. 

Buxaralı Qəmbər hamını bir yerə yığdı, bir-iki ağız 

öskürüb, boğazını arıtlayandan sonra bərkdən dedi:

– Hərəniz bir işin qulpundan yapışacaqsınız. Siz 

mənə məxsussunuz. Əlbəttə, hələlik. Sonrasına baxarıq. 

Əgər özünüzü yaxşı aparsanız, burada qalacaqsınız.

Həyətin ortasında yerə böyük bir nimdaş palaz 

sə rilmişdi. 




81

N A D İ R   Ş A H   Ə F Ş A R

Qənimətlər bölünərkən Buxaralı  Qəmbərə bir 

neçə xaral yun, üç inək, iki buzov, altı at – hamısı da 

Nadirgilin idi – səkkiz-doqquz qoyun, on üç də qul 

düşmüşdü; dörd uşaq, iki yeniyetmə qız, dörd arvad, 

bir də  Əmirqulu,  İbrahim, Nadir. Əsirlərin bəziləri

bir-birlərinin adını da bilmirdilər.

Palaz üstə tirmə süfrə açıldı. Süfrənin qırağın-

da cərgə ilə oturmuş  əsirlərin hərəsinə yarım  fincan 

bəhməz, bir dilim də çörək verildi. Sonra Buxaralı 

Qəmbər mızıldana-mızıldana balaca uşaqları  və iki 

yeniyetmə  qızı – onlar neçə gün idi ki, yol gələ-gələ 

aramsız ağlayırdılar – götürüb getdi. 

Bir azdan pıçhapıç düşdü ki, uşaqları qul bazarı na 

satmağa aparıblar... 

* * *

…Şəhərin yuxarı hissəsində ucalan əzəmətli mi-



narələrdən azan səsi eşidildi. Günorta çağı idi. Buxa-

ralı Qəmbər evə xoş əhval-ruhiyyə ilə qayıdıb gəldi. 

Qıyıq gözləri gülürdü, saralmış dişləri parıldayırdı. 

Halından bəlli idi ki, xorasanlı  qız uşaqlarını yaxşı 

qiymətə satıb... Sonra o, əsir arvadları çağırıb həyətin 

ortasında dağ boyda qalaqlanmış yun topasının yanı-

na apardı və hərəsinin əlinə bir çubuq verib: 

– Bu yunu axşama kimi çubuqla çırpıb-təmizlə-

yin. Deyirlər, guya, qızılbaş arvadları ev işlərində çox 

zirəkdilər.  Əgər burada gördüyünüz iş öz evinizdə 

gördüyünüz işdən pis olsa, onda, bəxtinizdən küsün.

Əmirqulu ilə Nadir geniş həyətin bir guşəsinə çə-

kilib, yun tayasına tamaşa edirdilər. 



82

S O N U N C U   FAT E H

– Bax, bax, bu bizim qoyunların yunudu, nə tez 

qırxdılar?

– Öz qoyunlarımızın yununu özümüzə  tə miz lə-

dirlər. Yəqin, Buxaralı  Qəmbər aparıb bazarda sata-

caq. 

– Adam satmağı ar bilməyəndən sonra yağmala-



dığın yunu satmağa nə var…

– Məmləkətin halı bazarından bəllidir. Qaxacdan 

tutmuş adamacan burada hər şey satılır... Allah-təala 

hər  şeyi görür... Hər cür bəla və müsibət – xəstəlik, 

qıtlıq, ölüm-itim də Allahdan gəlir...

– Əmirqulu, deyirəm, İbrahim elə bir müddət ya-

taqdan qalxmasa yaxşıdır. Yoxsa bu əbləh onu da qul 

kimi aparıb satar…

Elə bu vaxt Buxaralı Qəmbər əlində qırmanc onla-

ra yaxınlaşdı:

Görürəm ki, bekarçılıqdan çox əngə verirsiniz. 

Hə, sizə gərək elə iş verəm ki, söhbət etməyə vaxtınız 

olmasın… 

Ertəsi gün Buxaralı Qəmbər Əmirqulu ilə Nadirə 

altı bacının bir qardaşını – əziz-xələf oğlunu qoşub 

dedi:


– Gedirsiniz sürünü otarmağa. Oğlum gələndə 

sizdən bir balaca şikayət etsə, dərhal ikinizi də qul ba-

zarına aparıb satacağam. Sonra başınıza nə  gələcək

mənlik deyil. Kim bilir, bəlkə  məndən zalımına tuş 

gələcəksiniz, sizi öküz arabasına qoşub, heyvan kimi 

işlədəcək? Ya da elə  zəhərli çayanların,  əqrəblərin 

qay naşdığı səhralarda çör-çöp toplamağa yollaya caq? 

Ona görə, baxın,  əli-qolu bağlı ölməkdənsə,  əli-qolu 




83

N A D İ R   Ş A H   Ə F Ş A R

bağlı yaşamaq yaxşıdır. Hələlik ayaqlarınıza yüngül 

kündə vuracağam ki, qaçıb getməyəsiniz. Yəni qaç-

mağa da bir yer yoxdur. Kündəsiz də heç yerə qaça 

bilməzsiniz. 

– Bəs, onda niyə bizə əziyyət verirsən? – deyə Na-

dir tərs-tərs onun üzünə baxdı.

Buxaralı  Qəmbər yenə  əlindəki qamçını onun 

üstünə qaldıranda, Gövhərbəyim ana görüb çığırdı:

– Ey, Allahdan qorxmursan? Sənə dedim axı, ona 

toxunma. Peygəmbərimiz Məhəmməd səlləlahu aleyh 

və alihi səlləm əsirləri incitməyi böyük günah sayıb. 

Bəs sən, sən müsəlman hümməti deyilsən? 

Gövhərbəyim ananın sərt baxışları ilə qarşılaşan 

Buxaralı  Qəmbərin  əli yenə yanına düşdü. Nə deyə-

cə yini  bilmədi. Qadının da, oğlunun da üz-gözündə 

onu heyrətə salan nəsə vardı. Elə bil, gözəgörünməz 

bir qüvvə əlini-qolunu, hətta dilini bağladı.

* * *


Nadirgil yastı-yapalaq evlərin arasından ötüb-

keçən  əyri-üyrü, kələ-kötür yollarla bir qədər ge-

dəndən sonra axır ki, şəhərdən çıxdılar. Sürüdə xeyli 

mal-qara, at və qoyun-quzu vardı. Zərəfşan çayından 

ayrılan kiçik bir qolun üzərindəki taxta körpüdən ke-

çib geniş çəmənliyə çıxdılar, Buxaralı Qəmbərin oğlu 

eşşəyin belində, Nadirgil isə piyada... 

Hər yanda ayrı-ayrı qoyun sürüləri, at ilxıları, 

də  və, mal-qara otlayırdı. Bunları Xorasan mahalına 

basqın zamanı müdafiəsiz qalmış əhalini talayan öz-

bək çapqınçıları qənimət kimi gətirmişdilər. 



Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə