Soyqirimi: tarixin qanlı salnaməsi


partiyası  kimi  yaradılan  «Daşnaksıityun»  Türkiyə  er­



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə103/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   99   100   101   102   103   104   105   106   ...   138

millətçi  partiyası  kimi  yaradılan  «Daşnaksıityun»  Türkiyə  er­

mənilərinin  azad  edilməsi,  Rusiya  və  Türkiyə  ermənilərinin 

«vahid,  ümumi  vətəni»  -   «Böyük  Ermənistan»  yaradılması  kimi 

avantürist  ideya  irəli  sürərək,  təbliğatlarını  da  bu  istiqamətdə 

qurmuşdur.

Görkəmli  tarixçilər  İ.Dyakonov,  B.Piotrovski  və  başqala­

rı  zorla  qədim  tarix  yaratmaq  istəyən  saxtakar  erməni  alim­

lərini  dəfələrlə  ifşa  etmişlər.  Lakin  Z.Balayan,  S.Xanzadyan,

S.Ayvazyan  və  başqaları  Azərbaycanı,  İranın  bir  hissəsini, 

Türkiyənin  xeyli  hissəsini,  Gürcüstanın  bir  hissəsini  (Tiflislə 

birlikdə),  Quzey  Qafqazı,  Rostovu  və  Voronejə  qədər əraziləri 

öz  tarixi  torpaqları  kimi  qələmə  verirlər.  Z.Balayanın  1990-cı 

il  yanvarın  18-də  SSRİ  Müdafiə  Nazirliyinin  Baş  Qərargahında 

çıxışı  da  bunu  bir  daha  sübut  edir.  Ermənistanın  rəsmi  dairə­

ləri  1988-ci  ildə  törədilən  cinayətlərin,  azərbaycanlıların  zorla 

evlərindən  çıxarılmasının,  öldürülməsinin,  döyülməsinin  və 

təhqir  olunmasının  «Daşnaksütyun»  və  başqa  təcavüzkar  par­

tiya  və  millətçi  qrupların  əməli  olduğunu  ört-basdır  etməyə 

çalışırdılar.  Ermənistan  KP  MK  katibləri  O .Lobov və  B.Qaloyan 

kimiləri  də  çıxışlarında  millətçi-ekstremist  hərəkətləri  pərdə- 

ləməyə,  bu  hərəkətləri  «milli-azadlıq  hərəkatı»  kimi  qələmə 

verməyə  çalışırdılar.

«Daşnaksütyun»  partiyasının  fəaliyyəti  barədə  kitab  nəşr 

edən  erməni  müəlliflərindən  biri  -   Bakunts  Ananikyan  bu  ter­

rorçu  təşkilatın  əsl  mahiyyətini  açıq  şəkildə  üzə  çıxarmışdır. 

Onun  «Daşnaksütyun»  partiyasının  ideya-siyasi  iflası»  adlı  ki­

tabı  rus  dilində  Yerevanın  «Hayastan»  nəşriyyatı  tərəfindən 

1979-cu  ildə  nəşr  edilmişdir.  Kitab  «Daşnaksütyun»  partiya­

sının  təxribatçılıq  işləri,  «m illətçiliyi  gücləndirmək  və  m illi 

düşmənçiliyi  qızışdırmaq  sahəsindəki  fəaliyyətləri»  barədə  ay­

dın  təsəvvür  yaradır.  M üəllif  qeyd  edir  ki,  subyektiv  idealist 

dünyagörüşə  əsaslanan,  heç  bir elmi  əsası  olmayan  və  bəsirət- 

siz  siyasət  yeritmələri  sayəsində  «Daşnaksütyun»  nəinki  başqa

330



xalqlara,  həm  də  erməni  xalqına  böyük  ziyanlar  vurmuşdur. 

Yarandığı  ilk  gündən  düşmənçilik  siyasəti  yeridən  bu  partiya 

əhali  kütləsinin  siyasi  geriliyindən,  kütlüyündən  məharətlə  isti­

fadə  etmişdir.  Əhalinin  m illi  duyğuları  ilə  oynayan  və  onu  ələ 

alan  bu  partiya  öz  marağı  və  mənfəəti  üçün  Türkiyə  ermənilə­

rini  «əsarətdən  xilas  etmək»  bəhanəsi  ilə  mənasız toqquşmala­

ra  cəlb etmişdir.  1890-1920-ci  illər ərzində çoxlu  qanlı  fitnələr 

törətmiş  bu  partiyanın  sonrakı  fəaliyyəti  nəzərdən  qaçırılmış, 

yanlış  olaraq  onu  artıq  xalqdan  uzaq  düşmüş,  əhəmiyyətsiz 

bir  qurum  hesab  etmişlər.  Lakin  «Daşnaksütyun»  pozuculuq 

fəaliyyətini  daha  da  genişləndirmiş,  beynəlxalq  terrorçu  dəstə­

lərini  gücləndirmiş,  çağdaş  təlimlər  əsasında  döyüşçülər  ye­

tişdirmişdir.  «Daşnaksütyun»  indi  beynəlxalq  ideoloji  təxribat 

işində  istifadə  olunan  fəal  partiyalardan  biridir.

Erməni  tarixçisi  B.Ananikyan  qeyd  edir  ki,  xalqın  əlindən 

pulunu  alaraq  özünü  «bütün  ermənilərin  partiyası,  ideya  aparı­

cısı»  elan  edən  «Daşnaksütyun»  liderləri  bununla  daha  böyük 

qüvvəyə  və  gücə  malik  olduqlarını  sübut  etməyə  çalışır,  öz 

qapılarını  hamının  üzünə  açıq  qoymaqla  Avropanın  diqqətini 

cəlb  etmək  istəyirlər.  O yazır:  «Daşnak  liderləri  adi  xalq  kütlə­

sinə  mal  sürüsü  kimi  baxır.  Onların  həyatı  və  hüququ  barədə 

bir  təminat  vermir,  onlardan  isə  yalnız  bir  şey  tələb  edirlər  -  

ölmək».

Sonrakı  dövrlərdə  də  daşnaklar  müxtəlif qüvvələrə,  dövlət­



lərə,  siyasətlərə  qulluq  göstərərək  erməniləri  yaxın  qonşularla 

yeni  düşmənçiliyə  sürükləmiş,  çoxlu  nahaq  qanların  axıdılma- 

sına  səbəb  olmuşlar.  Vaxtı  ilə  S.Şaumyan  siyasi  bicliklə  yazır­

dı:  «Erməni  xalqı  taleyin  hökmü  ilə  qeyri-adi  zülmkarların  -  

qanlı  çar  və  sultanın  hakimiyyəti  altında  yaşamışdır.  O,  eyni 

zamanda  Türkiyədə  özündən  xeyli  geridə  qalmış  kürdlərlə, 

Rusiyada  isə  tatar və  gürcülərlə  əhatə  olunmuşdur.  Siyasət gə­

misini  elə  idarə  etmək  lazımdır  ki,  bu  aralıqda  o  əzilməsin».

331



Son  dövrlər  siyasi  fəaliyyətini  xeyli  genişləndirməyə  nail  ol­

muş  «Daşnaksütyun»  regionda  m illi  ədavəti  və düşmənçiliyi  qı­

zışdıraraq  yeni  fəlakətlər törətmişdir.  Bu  fəlakətlər  yalnız  qon­

şu  xalqlara  aid  olmamış,  əslində,  ermənilərin  özlərini  də  çox 

böyük itkilər və mənəvi-psixoloji sarsıntılara uğratmışdır.  Böyük 

Sovet  Ensiklopediyasında  (20-ci  cild,  1930)  «Daşnaksütyun»la 

bağlı  məlumatda  göstərilir:  «Daşnaksütyun»un  1894-cü  ildə 

qəbul  olunmuş  birinci  proqramı  vulqar  marksizmin,  liberaliz­

min,  xalqçılığın  və xırda  burjua  m illətçiliyinin  qarışığından  iba­

rət  idi.  Proqramın  mərkəzində  «Türkiyə  Ermənistanı»nı  azad 

etmək  ideyası  dururdu.  1903-cü  ildən  partiya,  demək  olar  ki, 

yalnız  Türkiyə  ərazisində  fəaliyyət  göstərirdi».

Daşnakların  m illi  ədavət  yaratmaq  kimi  məkrli  siyasətləri­

ni  onların  özləri  də  etiraf  edirlər.  Erməni  tarixçisi  A.Lalayan 

«Əksinqilabçı  «Daşnaksütyun»  və  1914-1918-ci  illərin  im­

perialist  müharibəsi»  adlı  məqaləsində  yazır:  «Daşnaklar  hər 

vasitə  ilə  türk  və  erməni  zəhmətkeşləri  arasında  milli  ziddiy­

yəti  qızışdırır,  erməniləri  türkləri  məhv  etməyə  çağırırdılar. 

«Daşnaksütyun»un  rus  silahı  və  çarizmin  «köməyi  ilə»  Türkiyə 

ermənilərini  azad  etmək  məsələsi  də  aydın  göstərir  ki,  bu  par­

tiya,  sadəcə  olaraq,  çarizmin  agenturasıdır».

«Arqumenti  i  faktı»  qəzetində  (1986-cı  il)  jurnalist  Q.Koto- 

yanın  «Qonaqsevərlik  qanunlarını  pozaraq»  adlı  məqaləsində 

1957-ci  ildən  başlayaraq  Yerevanda  oxumağa  gələn  xarici  və­

təndaşlar  arasında  daşnak  təbliğatı  aparanların  çoxalmasından 

söhbət gedirdi.  M üəllif o  zaman  Ermənistanda  20  ölkədən  700 

tələbənin  oxuduğunu  qeyd  edir  və  göstərirdi  ki,  daşnak  təb­

liğatçıları  qara  yaxır,  yetkin  olmayanların  m illi  duyğuları  ilə 

oynayır,  xalqların  dostluq  və  qardaşlığına  böhtan  atırlar.  Bu  tə­

bliğatçılar  ilk  növbədə  «özlərini  «erməni  məsələsi»nin  həllinə 

imkan  yaradan  qüvvə»  hesab  edir,  «tarixi  saxtalaşdırır»,  «ərazi 

iddiaları  irəli  sürürlər».

332



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə