Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə106/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   102   103   104   105   106   107   108   109   ...   138

-   1984-cü  ildə  Bakı  şəhərində  106  saylı  marşrut  avtobusu 

erməni  terrorçusu  Vartanov tərəfindən  partladılmış,  nəticədə  1 

qadın  həlak  olmuş  və  3  nəfər  yaralanmışdır.

-   16  sentyabr  1989-cu  il  -  Tbilisi-Bakı  marşrutu  ilə  hərəkət 

edən  sərnişin  avtobusu  partladılmış,  5  nəfər  həlak  olmuş,  25 

nəfər  yaralanmışdır.

-   13  fevral  1990-cı  il  tarixdə  Yevlax-Laçın  avtomagistralının 

105-ci  kilometrliyində  Şuşa-Bakı  marşrutu  ilə  hərəkət  edən 

avtobus  partladılmış,  13  nəfər  azərbaycanlı  yaralanmışdır.  Ter­

rorçuları  həbs  etmək  mümkün  olmamışdır.

-   11  iyul  1990-cı  il  tarixdə  Tərtərdən  Kəlbəcərə  sərni­

şin  aparan  avtobus  və  xalq  təsərrüfatı  malları  daşıyan  maşın 

karvanına  qarşı  ermənilər  tərəfindən  terror  aksiyası  keçirilmiş, 

nəticədə  1  qadın,  7  kişi  qətlə  yetirilmiş,  23  nəfər  isə  ağır  ya­

ralanmışdır  (cinayət  işi  44/33013).  İstintaq  zamanı  müəyyən 

edilmişdir  ki,  terror  aksiyasını  Xankəndi  şəhər  sakinləri,  «Na­

poleon»  ləqəbli  Ayriyan  Arkadi  Abramoviç  və  Babayan  Sam­

vel  Andronikoviç  törətmişlər.  Onlar  1990-cı  il  dekabrın  15-də 

Əsgəran  rayonunun  Cəmi 11 i  və  Kosalar  kəndi  arasında  3  nəfər 

azərbaycanlı  kəndlisini  qətlə yetirmişlər.  Hər 2  cinayətkar həbs 

olunmuş,  1992-ci  il  iyunun  19-da  ölüm  hökmünə  məhkum 

edilmişlər.  S.Babayan  1992-ci  ilin  iyulunda  azərbaycanlı  gi­

rov  və  əsirlərlə  dəyişdirilmişdir  (1993-99-cu  illərdə  qondarma 

DQR-in  müdafiə  naziri  olmuş,  hazırda  prezident A.Qukasyana 

qarşı  sui-qəsddə  təqsirli  bilinir).

-   10  avqust  1990-cı  ildə  Şamxor-Gəncə  avtomobil  yolunda 

Xanlar  rayonunun  Nadel  kəndi  yaxınlığında  «LAZ»  markalı  43- 

80  AQF  nömrəli  avtobus  partladılmış,  nəticədə  17  nəfər  həlak 

olmuş,  16  nəfər  yaralanmışdır.

-   10  avqust  1990-cı  il  -   Tbilisi-Ağdam  marşrutu  ilə  hərə­

kət  edən  sərnişin  avtobusu  partladılmış,  20  nəfər  həlak  olmuş, 

30  nəfər  yaralanmışdır.  Cinayəti  törətmiş  erməni  terrorçuları 

Armen  Mixayloviç  Avanesyan  və  Mixail  Mixayloviç  Tatevo-

337



sov  həbs  olunmuş,  1992-ci  ilin  mayında  A.Avanesyan  ölüm 

cəzasına  məhkum  edilmiş,  M.Tatevosov  isə  15  il  azadlıqdan 

məhrum  edilmişdir.  İstintaq  zamanı  məlum  olmuşdur  ki,  ci­

nayətkarlar  1991-ci  il  iyulun  17-də  Ağdam-Tbilisi  marşrutu 

ilə  hərəkət  edən  sərnişin  avtobusunu  da  partlatmağı  planlaş­

dırmış,  lakin  özlərindən  asılı  olmayan  səbəblərdən  aksiyanı 

həyata  keçirə  bilməmişlər.  M.Tatevosov  1992-ci  ilin  may  ayın­

da  Tərtər  rayonunda  azərbaycanlı  girovlarla  dəyişdirilmişdir.

-   30  noyabr  1990-cı  ildə  Əsgəran  rayonundakı  Ağa  Körpü 

adlanan  ərazidə  DİN  əməkdaşlarını  Şuşadan  Xankəndi  aero­

portuna  aparan  avtobus  partladılmış,  nəticədə  2  milis  işçisi 

yaralanmışdır.

-   14  mart  1991-ci  ildə  Ağdam-Şuşa  marşrutu  üzrə  hərəkət 

edən  avtobus  partladılmış,  3  nəfər  həlak  olmuş,  4  nəfər  yara­

lanmışdır.

-   8  sentyabr  1991-ci  il  tarixdə  Ağdam-Qaradağlı  marşrutu 

ilə  işləyən  avtobusun  partladılması  nəticəsində  6  nəfər  ölmüş, 

36  nəfər  yaralanmışdır.

-   Qaradağlı  kəndinin  77  nəfər  mülki  sakini  terror  qurbanı 

olmuşdur;  həmin  tarixdə  ermənilər  Qaradağlı  kəndində  3  nə­

fər  kənd  sakininin  üzərinə  dizel  yanacağı  tökərək  yandırmış, 

iki  nəfər  kənd  sakininin  başını  kəsmişlər.



Həlak  olanlar:  68  nəfər  (əsasən  qadınlar,  uşaqlar,  qocalar)

Yaralananlar:  132  nəfər

Sərnişin  və  yük  qatarlarında  törədilmiş  terror  aktları

-   24  mart  1990-cı  ildə  Noraşen-Bakı  yolunun  364-cii  kim­

də  dəmir  yolu  partladılmış,  nəticədə  teplovoz  və  3  vaqon 

partladılmış,  150  metrdən  çox  dəmiryol  xətti  yararsız  hala 

düşmüşdür.

-   30  may  1991-ci  ildə  Dağıstan  Respublikasının  Xasavyurt 

stansiyası  yaxınlığında  Moskva-Bakı  sərnişin  qatarı  partladıl­

mışdır,  11  nəfər  həlak  olmuş,  22  nəfər  yaralanmışdır.

338



-   31  iyun  1991-ci  ildə  Dağıstan  Respublikasının  Temirtau 

stansiyasının  yaxınlığında  Moskva-Bakı  sərnişin  qatarı  partla­

dılmış,  16  nəfər  həlak  olmuş,  20  nəfər  yaralanmışdır.  Cinayət­

karı  müəyyən  etmək  mümkün  olmamışdır.

-   30  may  1991-ci  ildə  Dağıstanın  Xasavyurt  stansiyası  ya­

xınlığında  Moskva-Bakı  sərnişin  qatarı  partladılmış,  11  nəfər 

həlak  olmuş,  22  nəfər  ağır  yaralanmışdır.

-   31  iyun  1991-ci  ildə  Dağıstan  Respublikasının  Temirtau 

stansiyasının  yaxınlığında  Moskva-Bakı  sərnişin  qatarı  partla­

dılmış,  16  nəfər  həlak  olmuş,  20  nəfər  ağır  yaralanmışdır.

-   28  fevral  1993-cü  ildə  Dağıstan  Respublikası  ərazisində, 

Qudermes  stansiyası  yaxınlığında  Kislovodsk-Bakı  sərnişin  qa­

tarı  partladılmış,  11  nəfər  həlak  olmuş,  18  nəfər yaralanmışdır.

-   2  iyun  1993-cü  ildə  Bakı  Dəmiryol  vağzalında  ehtiyat 

yolda  dayanan  sərnişin  qatarının  vaqonu  partladılmışdır.  Hə­

lak  olan  və  yaralanan  yoxdur.  Cinayəti  törətmiş  Xatkovski  İqor 

Anatolyeviç  1994-cü  il  iyunun  22-də  AR  Hərbi  Məhkəməsinin 

hökmü  ilə  8  il  azadlıqdan  məhrum  edilmişdir.

-   1  fevral  1994-cü  ildə  -   Bakı  Dəmiryol  vağzalında 

Kislovodsk-Bakı  sərnişin  qatarında  terror  aktı  törədilmiş,  3  nə­

fər  həlak  olmuş,  20  nəfər  yaralanmışdır.

-   9  fevral  1994-cü  ildə  Xudat  stansiyası  yaxınlığında  ehtiyat 

yolda  dayanan  yük  vaqonu  partladılmışdır.

-   13  aprel  1994-cü  ildə  Dağıstan  Respublikasının  «Daqes- 

tanskie  Oqni»  stansiyasının  yaxınlığında  Moskva-Bakı  sərnişin 

qatarı  partladılmış,  6  nəfər  həlak  olmuş,  3  nəfər yaralanmışdır.



Həlak  olanlar:  74  nəfər

Yaralananlar:  125  nəfər

Hava  yollarında  törədilmiş  terror  aktları

-   20  noyabr  1991-ci  ildə  Xocavənd  rayonunun  Qarakənd 

kəndi  yaxınlığında  erməni  terrorçuları  tərəfindən  Mİ-8  tip­

339



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə