Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

92
 
 
rüsumlar
ı, əksinə yerli istehsalı mümkün olmayan mallara isə aşagı 
gömrük rüsumlar
ı müəyyənləşdirilir.  
Amma  bu  uzunmüdd
ətli  olmamalıdır.  Hər  bir  ölkədə  milli 
istehsal
ın inkişafının bir «uşaqlıq dövrü» və müdafiə tədbirləri var. 
Bu  tarifl
ər  sistemi  özəlləşdirmənin  birinci  mərhələsindən  sonra 
yaranm
ış yeni milli istehsalımızın «ayaga durması» onun müdafiəsi 
üçü
n vacibdir. Proteksionist tarif sistemi dünyan
ın hər yerində əgər 
uzun  müdd
ət  davam  edərsə  artıq  mənfi  nəticələrə  gətirib  çıxarır. 
M
əsələn,  qonşu  Türkiyə  Respublikasında  vaxtilə  avtomobil 
s
ənayesini  «ayaga  qaldırmaq»  üçün  protensionist  tarif  siyasəti 
h
əyata keçirməklə avtomobil  sənayesini inkişaf etdirmək məqsə-
dil
ə  xarici  avtomobillərin  Türkiyəyə  gətirilməsi  zamanı  dəyərin 
100%-
ə qədər gömrük idxal rüsumu tətbiq edilməyə başladı. Amma 
bu  siyas
ətin  əhatə  etdiyi  dövr  uzandı.  Nəticədə  son  vaxtlar 
burax
ılan  Türkiyə  avtomobilləri  öz  keyfiyyətinə  görə  xarici  ölkə 
avtomobill
ərinə uduzurlar. Protensiomist siyasət yalnız 3-5 il üçün 
n
əzərdə  tutulmalıdır.  Başqa  sözlə  protensiomist  siyasət  total 
xarakter da
şımalı, ölkənin iqtisad təhlükəsizliyi baxımından xarici 
ticar
ət siyasəti aşagıdakı prinsiplər əsasında qurulmalıdır: tədricilik, 
diferensialla
şdırma və müddətlilik. 
T
ədricilik  prinsipi  daha  çox  xarici  ticarətin  liberallaşdırıl-
masma t
ətbiq edilməlidir. Bu sahədə Azərbaycanda müəyyən işlər 
görülm
üşdür. İxrac gömrük vergiləri ləgv edilmiş, idxal vergilərinin 
is
ə səviyyəsi aşagı salınmışdır. 
Diferensialla
şdırma  prinsipi  dedikdə,  milli  iqtisadiyyatın 
sah
ələri  özlərinin  inkişaf  səviyyəsinə,  daxili  və  xarici  bazarda 
r
əqabət  qabiliyyətinə,  ölkədəki  məşğul  əhalinin  həmin  sahələrdə 
i
ştirak səviyyəsinə, istehsalın və malların strateji əhəmiyyət daşıma-
s
ına görə, əhalinin zəruri istehlakında malların oynadığı rola görə 
(xüsusi il
ə ərzaq məhsulları) aynlaraq qruplaşdırılması başa düşülür. 
İqtisadiyyatın hər hansı konkret sahəsində ölkədəki məşğul əhalinin 
i
ştirak  payı  yüksəldikdə  və  əhalinin  zəruri  istehlak  mallarında 
h
əmin sahənin məhsulları mühüm paya malikdirsə və həm də stra-
teji 
əhəmiyyət  daşıyırsa,  onda  həmin  mallara  proteksionist 


93
 
 
siyas
ətdə,  bu  və ya  digər məhsullara  qarşı yeridilən  proteksionist 
siyas
ətin uzunmüddətli olmaması, konkret müddətinin göstərilməsi 
n
əzərdə tutulur. Bu müddətdə həmin sahədə yaradılan əlverişli şərait 
say
əsində rəqabətqabiliyyətli sahələrə çevrilməlidir. 
Beyn
əlxalq  təcrübəyə  uyğun  olaraq  XİF-in  gömrük-tarif 
t
ənzimlənməsi  tədbiri  kimi  diferensiallaşdırılmış  tarif  sisteminə 
uy
ğun  olaraq  Azərbaycan  Respublikasının  gömrük  tarifi  müəyyən 
edilmi
ş, Nazirlər Kabineti ilə «Azərbaycan Respublikasının ərazisinə 
g
ətirilən mallar üzrə gömrük idxal rüsumlarının  dərəcələri»,  «Azər-
baycan Respublikas
ından ixrac zamanı ixrac gömrük rüsumuna cədb 
olunan mallar
ın siyahısı və ixrac rüsumlarının dərəcələri» və «Gömrük 
r
əsmiləşdirilməsinə  görə  alınan  gömrük  yıgımlarının  miqdarı»  təsdiq 
edilmi
şdir. 
Differensialla
şdırılmış tarif sisteminə uygun olaraq bu gün bəzi 
m
əhsullara  ixrac  rüsumlarının  tətbiq  edilməsi  məqsədəuygun  hesab 
edilmi
şdir.  Müxtəlif  istehsal  sahələrinin  yaranması,  həm  də  belə 

əssisələrin ölkə daxilindəki xammalla təmin edilməsi problemini 
ortaya  qoyur.  M
əsələn,  bu  gün  poladəritmə  -  «Bakı  Steel  Com-
pany», 
əlvan  metaldan  məmulatların  hazırlanması  istiqamətində 

əyyən istehsal sahələri qurulmuşdur. Bunların isə yerli xammalla 
t
əmin olunması daha çox effekt verə bilər. Bütün bunlar nəzərə alın-
maqla  Nazirl
ər  Kabinetinin  qərarında  yeni  tarif  sistemində  ixrac 
rüsumlar
ının tətbiqi də nəzərdə tutulub. Bu iki adda məhsulu - qara 
metal q
ırıntıları və xammalını, əlvan metalları əhatə edir. Ölkədən ix-
rac edil
əcək qara metalın hər tonuna 5 ABŞ dollarının manat ekviva-
lentind
ə,  əlvan  metallar  üçündə  həm  onların  xammalı,  həm  də 
onlardan istehsal olunan m
əmulatlar üçün ixrac edilən zaman 15ABŞ 
dollar
ının manat ekvivalenti həcmində gömrük ixrac rüsumları nəzər-
d
ə tutulmuşdur. Hələlik bu 2 qrup məhsullara gömrük ixrac rüsumu 
t
ətbiq ediləcəkdir. Zaman keçdikdə və müəyyən istehsal sahələrində 
normal  istehsal  v
ə  rəqabət  qabiliyyətinə  malik  müəssisələr 
yarand
ıqca,  ölkədə  daxili  bazarın  tələbatını  təmin  etdikcə  digər 
xammal  növl
ərinin  də  ixracına  belə  rüsumların  tətbiqi  problemi 
aktualla
şa bilər. 


94
 
 
Qeyd ed
ək ki, hətta bizdən 1 il, 6 ay qabaq MDB dövlətlərinin 
əksəriyyətində ixrac rüsumlarının tətbiqinə başlanılmışdır. 
2001-ci ilin aprelin 16-da q
əbul olunan «Azərbaycan Respub-
likas
ının Gömrük tarifı» layihəsi nazirliklərə, şirkətlərə, özəl struk-
turlara gönd
ərilmiş, onların rəyi alınmışdır. Azərbaycan Respubli-
kas
ı  Dövlət  Neft  Şirkətindən,  Kənd  Təsərrüfatı  Nazirliyindən, 
«Az
ərkimya»  Dövlət  Şirkətindən  layihəyə  münasibət  bildiril-
mi
ş, rəy verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 
xarici iqtisadi f
əaliyyətin vahid əmtəə nomenklaturasının (XİFƏN) 
27-ci qrupuna daxil olan mallara idxal zaman
ı gömrük rüsumlarının 
Nazirl
ər  Kabinetinin  «Azərbaycan  Respublikasında  ixrac-idxal 
əməliyyatları üzrə gömrük rüsum dərəcələri haqqında» 22.04.1998-
ci il tarixli 91 sayl
ı və ona əlavə olunan 27.02.1999-cu il tarixli 25 
sayl
ı, 25.05.2000-ci il tarixli 94 saylı və 06.07.2000-ci il tarixli 112 
sayl
ı Qərarları ilə müəyyən edilmiş dərəcədə tətbiq edilməsini (xam 
neft  v
ə  maye  yanacaq  istisna  olaraq)  təklif  edərək  idxal  olunan 
xam neft
ə, tranzit və svop əməliyyatları zamanı gömrük rüsumuna 
c
əlb  edilməsi  müvafiq  olaraq  ARDNS-in  neft  emalı  zavodlarının 
v
ə  nəqliyyat  vasitələrinin  istehsalat  güclərindən  daha  səmərəli 
istifad
əsini  və  büdcəyə  əlavə  gəlir  yaradılmasının  mümkünlüyünü 
göst
ərməkdədir. 
K
ənd  Təsərrüfatı  Nazirliyinin  verdiyi  rəydə  respublikada 
aqrar  s
ənayeni  inkişaf  etdirmək  üçün,  «Azərbaycan  Respublika-
s
ının Gömrük Tarifi» layihəsində ayrı-ayrı qruplarda qeyd olunan 
k
ənd təsərrüfatı bitkiləri toxumlarının, hibridlərinin, ling və qələm-
l
ərinin,  eyni  zamanda  büğda  səpini  və  barama  toxumlarına, 
mineral gubr
ələr və zəhərli-kimyəvi maddələrə gömrük tarif dərəcə-
sini s
ıfır faiz təklif edərək yerli istehsalı inkişafını ön plana çəkmişdir. 
Ayr
ıca yerli istehsal qorumaq baxımından 22-ci qrupda yer alan hər 
cür 
şərab növlərinə gömrük tarif dərəcəsini 50% təklif etmişdir. 
«Az
ərkimya»  dövlət  Şirkəti  «Azərbaycan  Respublikasının 
Gömrük  Tarifi»  layih
əsində  yerli  müəssisələrdə  istehsal  edilən 
m
əhsulların  tarif  dərəcələrinin  yüksəldilməsini,  istehsal  üçün  lazım 
olan  m
əhsullarının  gömrük  tarif  dərəcələrinin  azaldılmasını  təklif 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə