Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

80
 
 
mament (fasil
əsi), daimi fəaliyyətdə olan taktiki tədbirlər arasında 
mühüm m
ərhələlərdən biridr. Gömrük rəsmiləşdirilməsi prose-
duralarının  təkmilləşdirilməsi üçün baza xarici iqtisadi fəaliyyət 
iştirakçılarının riskinin obyektiv qiymətləndirilməsi olmalıdır. 
Strateji t
ədbirlərə, fikrimizcə, ilk növbədə, ÜGT-nin dünya-
nın  bütün  gömrük  sistemləri  üçün  hazırladığı  metodiki  tövsiyə-
l
ərin tətbiqini aid etmək  lazımdır.  ÜGT  müxtəlif ölkələrin milli 
gömrük sisteml
ərinə yardım göstərmək. Xüsusən də resurs poten-
sialından  daha  səmərəli istifadə  etmək, müvafiq idarəetmə  sis-
teml
ərini təkmilləşdirmək, daha effektiv gömrük rejimlərini tətbiq 
etm
ək zərurətindən çıxış edir. 
ÜGT-y
ə daxil olmayan ölkələrin öz fəaliyyətində rəhbər tut-
duq
ları strategiyanın əsasında aşağıdakılar dayanır: 
-milli gömrük sisteminin islahat v
ə  modernləşdirilmə 
proqramları; 
-
gömrük  konvensiyalarının,  beynəlxalq  qaydaların  və  nor-
mativl
ərin tətbiqi və genişləndirilmə təcrübəsi; 
-milli gömrük sisteml
ərinin  islahatı  üzrə  tədbirlərin dövlət 
r
əhbərliyi tərəfindən dəstəklənmə təcrübəsi; 
-
milli  gömrük  sisteminin  kadr  potensialının  islahatına 
x
ərclərin strukturu. 
Ümumdünya Gömrük T
əşkilatı dünya gömrük sistemlərinin 
işinin  əlaqələndirilməsi funksiyasını  öz  üzərinə  götürmüşdür. 
Əksər ölkələrin  gömrükxanalarının  fəaliyyətini təhlil etməklə, 
ÜGT onların əsas fəaliyyət prinsiplərini işləyib hazırlamışdır. Bu 
prinsipl
ərdə, milli xüsusiyyətlərin nəzərə  alınması  mühüm  rol 
oynayır. Bu o deməkdir ki, hər bir dövlət öz milli mentalitetindən
iqtisadi v
əziyyətindən və s. irəli gələn inkişaf qanunauyğunluqla-
rından  çıxış  edir.  Bu  prinsiplə  yanaşı  bazislik  prinsipinə  xüsusi 
əhəmiyyət verilir. 
Bazislik prinsipi ölk
ənin gömrük xidmətinin milli meyarını 
n
əzərə almaq üçün əsas ÜGT-nin müddəaları, müəyyən tövsiyə-
l
əri hesab edilir. Bu prinsiplərin reallaşdırılmasında həlledici rol 


81
 
 
dövl
ətə  məxsusdur,  əsas maliyyələşmə  mənbəyi isə  dövlət 
büdc
əsidir. 
Gömrük sistemi sah
əsində  aparılan  uğurlu  islahatlardan 
bütün v
ətəndaşlar  faydalanır,  onun  həyata keçirilməsi ölkənin 
bütün iqtisadiyatına, onun gəlirlərinə faydalı təsir göstərir. Belə-
likl
ə, dövlət büdcəsi gəlirlərinin  artması  ilə  bərabər bütövlükdə 
respublikanın  gəlirlərinin, eləcə  də  proqramın  həyata keçirilmə-
sind
ə iştirak edəcək strukturların gəlirlərinin artmasında da nəzərə 
almaq  lazımdır.  Büdcə  gəlirlərini və  bütövlükdə  iqtisadiyyatın 
qarşılıqlı  əlaqəsini də  nəzərə  almaq  lazımdır.  İxrac  gömrük 
rüsumları məhdudluğunun aradan qaldırılmasına və ləğv edilmə-
sin
ə görə dövlət büdcəsinin bu mənbə hesabına gəlirləri azalmalı-
dır.  İdxal  rüsumlarının  aşağı  salınması  da  xarici iqtisadi fəaliy-
y
ətdə büdcənin gəlirinin azalmasına səbəb olur. 
Qeyd etm
ək lazımdır ki, o da unudulmamalıdır ki, gəlirlərin 
azalması  digər amillər hesabına,  məsələn, milli  iqtisadiyyatın 
yüks
əlişinə  əsaslanan xarici iqtisadi dövriyyənin həcmlərinin 
artması hesabına kompensasiya ediləcəkdir. 
İdxal rüsumlarının ümumi azalması zamanı məntiqi protek-
sionizm v
ə ölkə əmtəə və xidmət istehsalçılarını müdafiə etmək 
siyas
əti yürüdüləcəkdir. 
Ümumiyy
ətlə, xarici ticarət dövriyyəsi  artımı,  milli 
iqtisadiyyatın yüksəlişi, onun dünya təsərrüfat əlaqələri sisteminə 
üzvi  şəkildə  daxil  olması  nəzərdə  tutulmuş  tədbirlərin  uğurla 
h
əyata keçirilməsindən  çox  asılıdır.  Bütün  bunlar son nəticədə 
respublika  iqtisadiyyatının  inkişaf  etməsi və  xalqın  maddi  rifah 
halının yüksəlməsini təmin edəcəkdir. 
 
3.3. Az
ərbaycanın beynəlxalq gömrük əlaqələri və gömrük 
ittifaqlarında iştirakı məsələsi 
 
  Beyn
əlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsi və 
möhk
əmləndirilməsi,  inteqrasiyanın  dərinləşdirilməsi məqsədilə 
bir çox beyn
əlxalq təşkilatlar  və  dünya dövlətlərinin gömrük 


82
 
 
xidm
ətləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət 
Gömrük Komit
əsi hüquqi əməkdaşlığı  bir  neçə  istiqamətdə 
h
əyata keçirir. Bu istiqamətlərdən biri də  Ümumdünya Gömrük 
T
əşkilatı  ilə  sıx  əlaqələr müstəvisində  fəaliyyət göstərməsidir. 
T
əsadüfi deyildir ki, Azərbaycan Gömrük Təşkilatı ÜGT-nin stra-
teji istiqam
ətlərinin  formalaşdırılması,  qlobal  gömrük  proseslə-
rinin effektivl
əşdirilməsi və  daha da müasirləşdirilməsində 
yaxından  iştirak  edir.  Digər tərəfdən, ÜGT-nin fəal üzvü kimi 
dünyanın ən qabaqcıl ölkələrinin gömrük orqanları ilə sıx əmək-
daşlıq edir.  
  Bu 
əməkdaşlıq ÜGT, MDB Gömrük Xidmətləri Rəhbərlər 
Şurası  və  ikitərəfli münasibətlər  (ayrı-ayrı  ölkələrinin gömrük 
orqanları ilə) çərçivəsində özünü büruzə verir.  
  ARDGK-nin ikit
ərəfli və  çoxtərəfli beynəlxalq  sazişlərə 
üstünlük verm
əsi gömrük sisteminin təkmilləşdirilməsində  öz 
b
əhrəsini verir. Türkiyə, İran İslam Respublikası, Gürcüstan, Öz-
b
əkistan, Qazaxıstan, Livan, Bolqarıstan respublikaları və Ukray-
na  gömrük  orqanları  ilə  gömrük  işi  sahəsində  əməkdaşlıq  və 
qarşılıqlı yardım haqqında sazişlər imzalanmışdır. MDB Gömrük 
Xidm
ətləri Rəhbərlər Şurası çərçivəsində və İqtisadi Əməkdaşlıq 
T
əşkilatına  üzv  olan  ölkələrlə  çoxtərəfli  sazişlər mövcuddur. 
Böyük Britaniya v
ə Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti 
il
ə Azərbaycan Respublikası hökuməti arasında gömrük orqanla-
rının  qarşılıqlı  inzibati  yardımı  haqqında  memorandum  7  iyul 
1997-ci il tarixind
ə imzalanmışdır.  
  DGK Müst
əqil Dövlətlər Birliyi üzvü olan ölkələrin Göm-
rük Xidm
ətləri Rəhbərlər  Şurasının  iclaslarında  fəal itirak edir. 
Bunun n
əticəsidir ki, MDB üzvü olan ölkələrin Gömrük Xid-
m
ətləri Rəhbərlər Şurasının 20-ci iclası Bakı şəhərində keçirilmişdir. 
Dövl
ət Gömrük Komitəsi XİFƏN əsasında vahid gömrük tarifinin 
işlənib hazırlanması, gömrük rüsumlarının alınması, tətbiq edilməsi, 
malların mənşə ölkəsinin təyin edilməsini, gömrük məqsədləri üçün 
malların qiymətləndirilməsi də daxil olmaqla MDB üzvü olan ölkə-
l
ərin gömrük siyasətinin əsas istiqamətləri üzrə təkliflərin hazırlanıb 
t
əqdim edilməsini təmin edir. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə