Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

71
 
 
t
əsərrüfatı,  sənaye, ticarət)  istehsal  olunan  malların  ümumi 
miqdarı  ilə  müəyyən  edilir.  İstehsalda  məhsuldarlığı  əmək 
bölgüsü il
ə ixtisaslaşma təmin edir. 
Adam Smit özünün «mütl
əq üstünlüklər» nəzəriyyəsini iki 
ölk
ə və iki mal üzərində izah edir. Onun nəzəriyyəsinə görə tica-
r
ət aparan hər iki ölkə iqtisadi səmərə əldə edir. Lakin bu zaman o 
hesab edirdi ki, xarici ticar
ətə  dövlətlər mümkün qədər az 
müdaxil
ə etməlidirlər. 
Mütl
əq üstünlüklər nəzəriyyəsinin cavab verə  bilmədiyi 
sualları  D.Rikardo  «müqayisəli üstünlüklər» nəzəriyyəsi ilə 
aydınlaşdırmışdır.  O  öz nəzəriyyəsi ilə  sübut  etmişdir  ki,  hər 
hansı bir ölkə bu və ya digər malın istehsalında istehsal xərclərin 
baxımından  mütləq üstünlüyə  malik  olmadığı  halda  da  ölkələr 
arasında xarici ticarət aparılır və bu ticarətdən hər iki ölkə mənfə-
ət əldə edə bilir. Rikardoya görə əgər ölkələr arasında qiymətlərdə 
az da olsa f
ərq varsa, onda hər bir ölkə nisbi üstünlüyə malikdir. 
Y
əni bu ölkədə həmişə elə bir mal tapmaq mümkündür . Mövcud 
istehsal x
ərclərinin nisbətində  onun  istehsalı  digər ölkədəki is-
tehsaldan daha s
ərfəli olsun. Həmin ölkə  məhz belə  malın  is-
tehsalı və ixracında ixtisaslaşmalıdır. 
Qeyd etm
ək lazımdır ki, klassik iqtisadçılar ölkələr arasında 
istehsal  funksiyaları  və  istehsal xərclərinin nə  üçün  olduğu 
s
əbəblərini izah etməmişlər. 
İsveç iqtisadçıları F.Hekşer və B.Olin XX əsrin 30-cu illə-
rind
ə  həmin suallara cavab verməklə  beynəlxalq ticarət  axınla-
rının  istiqamətləri və  strukturunun  hansı  amillərlə  müəyyən 
edilm
əsi haqqında müasir anlayışların əsasını qoydular. 
Hekşer və Olin nəzəriyyəsinə görə ölkələr arasında istehsal 
x
ərcləri arasındakı nisbi fərqin əsasını istehsal amillərinin dünya-
da qeyri-b
ərabər bölgüsü təşkil edir. Həmin nəzəriyyənin mahiy-
y
əti aşağıdakından ibarətdir: hər hansı ölkə malik olduğu bol is-
tehsal amill
ərindən intensiv surətdə  istifadə  olunan  malların 
istehsalını təşkil etməklə üstünlük qazanır. Digər tərəfdən, nisbə-


72
 
 
t
ən az və ya çox olmayan istehsal amilləri intensiv istifadə edilən 
malların istehsalında isə üstünlüyə malik deyildir. 
Ümumi olaraq Hekşer-Olin nəzəriyyəsinə görə xarici ticarət 
o zaman s
əmərəli olur  ki, o ayrı-ayrı dövlətləri eyni tip məhsul 
istehsalından imtina etməyə sövq edir, yəni istehsalın sahələrarası 
ixtisaslaşmasını artırır. 
Lakin beyn
əlxalq ticarətin sonrakı inkişafı qarşıya yeni-yeni 
suallar qoyurdu v
ə  Hekşer-Olin nəzəriyyəsində  irəli sürülən 
f
ərziyyələrin real həyatda özünü tam göstərdiyi demək mümkün 
dey
ildir. Yalnız onu göstərmək kifayətdir ki, bu nəzəriyyədə real 
h
əyatda güclü təsirə malik olan tələb amili nəzəri alınmamışdır. 
Halbuki, n
əzəriyyədə irəli sürülən əsas müddəalar ilə əldə edilən 
n
əticələr tamamilə bu müddəaların əksinə ola bilər. 
İqtisadiyyat üzrə  sonradan  Nobel  mükafatına  layiq  görül-
müş  rus  mənşəli  V.V.Leontev  Hekşer-Olin nəzəriyyəsinin nə 
d
ərəcədə real həyata uyğunluğunu 1947-ci ildə ABŞ-ın misalında 
t
əhlil  etmişdir.  Təhlilin nəticələri kəskin elmi mübahisələrə  yol 
açmış,  lakin  ümumiyyətlə  qəbul  edilmiş  və  iqtisadi  ədəbiyyata 
Leontev t
əzadı (ziddiyyəti) adı altında daxil olmuşdur. 
Yuxarıda göstərildiyi kimi, Hekşer-Olin nəzəriyyəsinə görə 
h
ər hansı bir ölkə nisbi üstünlüyə malik olduğu amildən intensiv 
istifad
ə  etdiyi  malın  istehsalı  və  ixracı  üzrə  ixtisaslaşmalı,  nisbi 
üstünlüy
ə malik olmadığı malı isə idxal etməlidir. 
Az
ərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən sonra 
dünya ölk
ələri ilə sərbəst idxal-ixrac əməliyyatları aparır və ölkə-
mizin bu sah
ədən  əlaqələri  genişlənir.  İdxal-ixrac  əməliyyatları-
nın  aparılması  gömrük  işinin  səmərəli təşkil  edilməsi ilə  sıx 
bağlıdır. Bu sahədə isə qarşıda duran bir sıra vaxtı çatmış prob-
leml
ərin həlli qarşıda durur. 
Gömrük f
əaliyyətinin səmərəliliyinin  artırılması  mexaniz-
mi
nin  lazımi  səviyyədə  işlənməsini təmin etmək üçün bütün 
çatışmazlıqlar  aradan  qaldırılmalıdır.  Belə  ki, ölkədə  aparılan 
gömrük siyas
əti gömrük rəsmiləşdirilməsinə sərf edilən müddətin 
qısaldılması,  gömrük  prosedurlarının  sadələşdirilməsi, gömrük 


73
 
 
informasiyalarının  işlənməsinin  avtomatlaşdırılmış  sisteminin 
yaradılması,  gömrük  və  gömrükətrafı  infrastrukturların  inkişaf 
etdirilm
əsini tələb edir. 
Qeyd etm
ək  lazımdır  ki,  gömrük  rəsmiləşdirilməsi prose-
dura
larının  təkmilləşdirilməsi taktiki tədbirlər  arasında  əsas 
m
əsələlərdən biridir və  məzmununa görə fasiləsiz, daimi fəaliy-
y
ətdədir. Bu zaman riskin dərəcə  və  qruplarının  qiymətləndiril-
m
əsinə ciddi diqqət yetirilməlidir. 
Strateji t
ədbirlərə, ilk növbədə Ümumdünya Gömrük Təşki-
la
tının tövsiyələri aid edilir. ÜGT tövsiyələrində resurs potensial-
larından  səmərəli istifadə,  gömrükxanaların  rəhbər  orqanlarının 
möhk
əmləndirilməsi, idarəetmə  sisteminin təkmilləşdirilməsi, 
müvafiq sistem v
ə strukturların formalaşdırılması, daha səmərəli 
gömrük proseduraları və gömrük rejimlərinin tətbiqi məsələlərinə 
xüsusi fikir verilir. 
Respublikamızda  gömrük  xidmətini  inkişaf  etdirmək və 
t
əkmilləşdirmək üçün ilk növbədə  dövlətin  kompleks  inkişaf 
proqramı  olmalıdır.  Bu  proqram  ardıcıl  olaraq  mərhələlər üzrə 
h
əyata keçirilməlidir. 
Gömrük xidm
ətinin  İnkşaf  Kompleks  Proqramının 
(GXİKR)  tərtib edilməsində  onun  hazırlanmasının  ümumi  mər-
h
ələləri proqramın məqsədi və əhatə etdiyi məsələlər, əldə  edil-
m
əsi nəzərdə  tutulan göstəricilər texniki və  fəaliyyət təminatı, 
proqramın müxtəlif növ resurslarla təmin edilməsi. Proqramın ha-
zırlanması və həyata keçirilməsinin stimullaşdırılması, proqramın 
yerin
ə  yetirilməsinin təşkili,  proqramın  yerinə  yetirilməsi səmə-
r
əliliyinin müəyyən edilməsi və s. 
GXİKP-nin  hazırlanmasında  başlıca  məqam proqramın 
m
əsələləri və əldə edilməsi nəzərdə tutulan göstəricilərin, həmçi-
nin gömrük xidm
ətinin yenidən  qurulmasının  konkret  məsələ-
l
ərini həll etməyə  imkan verən mühüm istiqamətlərin dəqiq və 
aydın ifadə edilməsidir. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə