Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

62
 
 
prosesd
ə  aparıcı  rol  gömrük  orqanlarına  məxsusdur. Xarici 
iqtisadi f
əaliyyətin dövlət tənzimləməsi sisteminin təkmilləş-
dirilm
əsi xarici iqtisadi əlaqələr sahəsində işlərin real vəziyyətini 
əks etdirən analitik-statistik tədqiqatlar olmadan mümkünsüzdür.  
Beyn
əlxalq ticarət sistemi ilə  qanuniləşdirilmiş  qeyri-tarif 
t
ənzimləmə tədbirləri, yəni xarici malların idxalının kəskin artımı 
il
ə milli iqtisadiyyata vurulan zərərin müəyyən olunmuş qaydada 
qarşısının  alınması  və  ya yüngülləşdirilməsi məqsədi güdən 
müdafi
ə tədbirləri mövcuddur. Eyni zamanda xarici ixracatçıların 
vicdansız rəqabətinin qarşısının alınmasına yönəldilən tədbirlər də 
tamamil
ə legitim xarakter daşıyır. 
Vaxtil
ə istifadə olnunmuş bir çox materialllar indi qadağan 
edilmişdir.  İdxala  kəmiyyət məhdudiyyətləri tədiyyə  balansının 
pisl
əşməsi  şəraitində  kənd təsərrüfatı  məhsuluna, alkoqollu 
içkil
ərə və tütün məmulatına, ölkədə istehsalı hələ inkişaf etmə-
y
ən yeni məhsul növlərinə münasibətdə zəruri olmayan (məhsul) 
mallar münasib
ətdə  tətbiq oluna bilər.  İstehsal  ölkədə  yenidən 
yaranan m
əhsulun idxalına qoyulan məhdudluğun müdafiə tədbiri 
kimi izah etm
ək lazımdır. Gömrük nəzarəti mexanizminin prose-
dur
larına  təkmilləşdirilməsi  işində  nəzarətin səmərəliliyini sax-
lamaqla gömrük prosedur
larını  sadələşdirməyə  nail olmaq məq-
s
ədilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ilə, eləcə də Ümum-
dünya Ticar
ət Təşkilatı (ÜTT) və YUNKTAD ilə faydalı əmək-
daşlığı  qaydaya  salmaq  lazımdır.  Xarici  ticarətdə  Azərbaycana 
t
ətbiq edilə  biləcək  ayrıseçkilik  halnda  müdafiə, eyni zamanda 
cavab t
ədbirləri sistemini eləcə də Azərbaycan ÜTT-yə hələ üzv 
olmadığı hallarda belə ölkənin mənafelərini müdafiə mexanizmini 
inkişaf etdirmək lazımdır. Lakin, respublikamızın İqtisadi Əmək-
daşlı Təşkilatının (İƏT) üzvüdür. Bu təşkilatın bir çox üzvləri o 
cüml
ədən İran və Türkiyədə eyni zamanda ÜTT-nin üzvüdür. Hə-
min t
əşkilat çərçivəsində imzalanmış sazişlər ÜTT-nin tələblərinə 
müvafiq olan qaydaların və üsulların tətbiqini nəzərdə tutur. 
Hazırda  gömrük  siyasətinin  başlıca  istiqamətlərindən biri 
m
əhz Azərbaycanın Ümumdünya Ticarət təşkilatına üzv olmaqla 


63
 
 
bağlı  gömrük  məsələlərinin elə  düzgün  qurulmasıdır  ki,  bundan 
h
əm bütövlükdə ölkə iqtisadiyyatı, həm də dövlət büdcəsi maksi-
mum s
əmərə əldə edə bilsin. Bu baxımdan Azərbaycan Respub-
likasının yeni diferensiallaşdırılmış gömrük-tarif sisteminin qəbul 
edilm
əsi xüsusi əhəmiyyətli  addım  kimi  qiymətləndirilə  bilər. 
Yeni s
istemin  hazırlanması  zamanı  heç  də  gömrük tariflərinin 
qal
dırılması başlıca vəzifə kimi qarşıya qoyulmamışdır. Əsas mə-
s
ələ tariflərin  yalnız büdcə mədaxilini təmin etmək funksiyasını 
deyil, eyni zamanda daxili istehsalı tənzimləmək funksiyasının da 
reallaşdırmasına nail olmaq idi. Bu sistem hazırkı dövrdən Azər-
baycanın  ÜTT-yə  üzv  olduğu  vaxta  qədərdən bir müddət üçün 
optimal sayıla bilər. 
Ölk
əmizin ÜTT-yə daxil olması dünya təsərrüfat əlaqələrinə 
inteqrasiya olmağın bir mərhələsidir. ÜTT-yə daxil olmaqla Azər-
baycan  öz  iqtisadiyyatının  müqayisəli üstünlüklərini  reallaşdıra 
bilm
ək imkanı qazanacaq, ticarət şəraitini yaxşılaşdıracaq, ixracın 
h
əcmini artıracaq və daha da rəngarəng edəcək, satış bazarlarını 
stabill
əşdirəcək və onun coğrafiyasını genişləndirəcək və məhsul-
la
rın keyfiyyətinin artırılmasının stimullaşdırılması üçün əlverişli 
şərait əldə edəcəkdir. 
Az
ərbaycanın ÜTT-yə üzvlüyünün bir sıra müsbət cəhətləri 
vardır: 
-Az
ərbaycan ÜTT-yə üzv olmaqla nəinki dünya ticarətində 
daha geniş şəkildə iştirak etmək imkanı qazanacaq, həmçinin mil-
li maraqlarımızı nəzərə almaqla onun inkişafında iştirak edəcək; 
-
ixracatçı və idxalatçılarımız müxtəlif sazişlərə əsaslanaraq 
(QATT,  QATS,  TRİPS  və  s.) vahid hüquqi məkandan istifadə 
etm
ək  imkanı  qazanacaqlar,  həmçinin digər ölkələrlə  ticarətdə 
beyn
əlxalq hüquqi müdafiə ilə təmin olunacaqlar. Yəni ölkəmiz 
dig
ər dövlətlərin  əsassız  ayrıseçkilik  tədbirlərindən hüquqi 
c
əhətdən qorunacaqlar; 
-dig
ər dövlətlərlə ticarətdə tarif və qeyri-tarif maneələrinin 
ölk
ə  ixracına  mənfi təsiri kəskin surətdə  azalacaq. Ölkəmiz 
beyn
əlxalq istehsal kooperasiyasına və beynəlxalq işgüzar əmək-


64
 
 
daşlığın  digər  formalarına  qoşulması  üçün  əlverişli  zəmin yara-
nacaq, birg
ə  müəssisələrin  yaradılmasından  intellektual  mülkiy-
y
ətin mübadiləsinə  qədər  əməkdaşlıq  üçün  geniş  imkanlar ola-
caqdır; 
-bu sah
ədə mövcud ola biləcək mübahisə və ziddiyyətlərin 
h
əlli üçün real hüquqi əsas yaranacaq, yerli istehsalçıların sağlam 
beyn
əlxalq rəqabətə  qoşulması  onlar  üçün  stimullaşdırıcı  rol 
oynayaca
qdır. 
Bütün bunlar Az
ərbaycanın dünya təkrar istehsal proseslə-
rin
ə daha tez inteqrasiyasını təmin edəcək və bu əsasda da xarici 
iqtisadi f
əaliyyətə  istiqamətlənmiş  perspektiv  istehsal  sahələri 
daha da inkişaf edəcəkdir. Digər tərəfdən, müasir istehsal və ida-
r
əetmə texnologiyalarının idxalı imkanları daha  da  genişlənəcək 
v
ə ölkəmizə birbaşa investisiya axını güclənəcək. 
Lakin n
əzərə almaq lazımdır ki, Azərbaycan ÜTT-yə daxil 
olark
ən nəyisə əldə etdiyi kimi, nədənsə də imtina etməlidir. O, 
t
əşkilata daxil olarsa, ortaya bir sıra problemlər çıxacaqdır: 
-ÜTT-y
ə daxil olarkən Azərbaycan xarici ticarətin tənzim-
l
ənməsinin qeyri-tarif  metodlarından  imtina  etməli  olacaqdır 
(ÜTT standartlarının icazə verdiyi sahələr istisna olmaqla) ki, bu 
da daxili bazarın qorunması səviyyəsini aşağı sala bilər; 
-xarici ticar
ətdə  qeyri-tarif vasitələrindən imtina etməklə 
yanaşı, Azərbaycan idxal tariflərinin səviyyəsini də aşağı salmağa 
m
əcbur  olacaqdır.  Bu  da  xüsusi  ilə  böhran vəziyyətində  olan 
iqtisadiyyat üçün ağrılı bir prosesdir. Nəzərə alsaq ki, yerli isteh-
sa
lın  əksər sahələrinin rəqabət qabiliyyətlilik səviyyəsi xeyli 
aşağıdır,  onda  xarici  istehsalçıların  ekspansiyasının  kəskin güc-
l
ənməsi milli istehsalın bir sıra sahələrinin məhvinə gətirib çıxara 
bil
ər; 
-bu zaman, h
əmçinin fiskal problem də üzə çıxa bilər. Belə 
ki, idxal rüsumlarının götürülməsi, vergi yığımları ilə vəziyyətin 
lazımi  səviyyədə  olması  şəraitində  gömrük ödənişlərinin  aşağı 
düşməsinin kompensasiya etmək xeyli çətin olacaqdır; 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə