Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

56
 
 
Bütün deyil
ənləri nəzərə  alaraq Azərbaycan normal daxili 
bazarın  formalaşması  baxımından  aşağıdakı  istiqamətlər üzrə 
t
ədbirlərin həyata keçirilməsi məqsədəuğyun olardı: 
-
daxili  potensialından  tam  və  səmərəli istifadə  etməklə 
ölk
ənin özünütəmin etmə səviyyəsi yüksəldilməlidir; 
-
daxili bazarın inkişaf startegiyası müəyyən edilməlidir; 
-
əhalinin istehsalının yaxşılaşdırılması üçün bazarda bolluq 
yaratmaq v
ə  bu məhsullar üzrə  rəqabətin güclənməsi üçün öl-
k
ənin daxili bazarı xarici ticarət əlaqələri üçün açıq olmalıdır; 
-xarci ticar
ət siyasətində əsasən liberalizmə istiqamət götür-
m
əklə, eyni zamanda proteksionist siyasətin də  elementlərindən 
istifad
ə olunmalıdır; 
-b
əzi məhsulların  istehsalının  mövsümi  xarakterini  nəzərə 
alaraq,  gömrük  rüsumları  vasitəsilə  məhsulların  idxalı  mövsü-
münd
ən asılı olaraq tənzimlənməlidir; 
-
gömrük  orqanları  vasitəsi ilə  idxal olunan məhsulların 
keyfiyy
ətinə nəzarət gücləndirilməlidir; 
-m
əhsul  istehsalını  yaxşılaşdırmaq  üçün  xaricdən modern 
texnika v
ə texnologiya alınmasına, həmçinin xarici investisiyalara 
h
ər cür şərait yaradılmalıdır.  
 
 
 
 
 


57
 
 
III FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASININ 
GÖMRÜK SİYASƏTİ VƏ ONUN 
TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 
 
3.1. Gömrük siyas
ətinin müasir vəziyyəti və onun 
t
əkmilləşdirilməsi istiqamətləri 
 
 
Ölk
ənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, daxili 
baza
rı  müdafiə  etmək və  ölkə  istehsalına  dayaq  durmaq  üçün 
gömrük siyas
ətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb 
edir. Yalnız Azərbaycan sahibkarlarının beynəlxalq kooperasiya-
ya c
əlb edilməsini  stimullaşdıran  və  xarici sənayeçilər ilə  yerli 
subyektl
ərin vicdanlı rəqabətinə kömək edən zəif proteksionizm 
t
ədbirlərini  tarazlaşldırmağa  cəhd etməklə  iqtsadiyyatda müsbət 
d
əyişikliklərə nail olmaq olar.  
 
M
əqsədyönlü gömrük siyasəti idxalın strukturunu yüksək 
keyfiyy
ətli  əlaqələrin xeyrinə  dəyişdirmək, təkcə  idxal edilən 
m
əhsulun deyil, eyni zamanda yerli məhsulun qiymətinin  aşağı 
salınmasına kömək etmək iqtidarındadır. Gömrük orqanlarının ən 
böyük  funksiyaları  ixrac  nəzarəti və  əmtəələrin keyfiyyətlərini 
qiym
ətləndirməkdir. Fiskal funksiya əvvəlki kimi gömrük xid-
m
əti fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanın 
iqtisadi t
əhlükəsizliyinə  təhlükə  törədən kifayət qədər çox amil 
mövcuddur: ixracda xammalın üstünlük təşkil etməsi və maşınqa-
yırma, elektrotexnika, kimya və digər məhsulların bazarının itiril-
m
əsi, müxtəlif ölkələrin Azərbaycanın  strateji  cəhətdən mühüm 
xammal  bazarı  üzərində  nəzarət qoymaq cəhdi, istehlak malla-
rının  bir  çox  çeşidlərinin idxal edilməsindən durmadan artan 
asılılıq, xaricdən iqtisadi və siyasi təzyiq olacağı hallarda iqtisa-
diy
yatın  güclənən zəifliyi, Rusiya  Federasiyasının və  İran  İslam 
Respublikasının  mövqelərinin sərtləşməsinə  görə  idxal-ixrac 
yükl
ənməsinin, daşınmasının çətinlikləri, respublikanın ərazisinin 
v
ə  iqtisadi  potensialının  20%-nin itirilməsinə  səbəb olan Er-


58
 
 
m
ənistan təcavüzkarlığının davam etməsi, iqtisadiyyatın yenidən 
qurulmasında,  manevretmə  imkanlarını  məhdudlaşdıran  xarici 
kreditl
ərdən ölkənin  asılılığı,  xarici  iqtisadi  fəaliyyətlə  bağlı 
cinay
ətkar biznes. 
Az
ərbaycanın  gömrük  siyasəti, ölkədəki iqtisadi və  siyasi 
v
əziyyətə təsir göstərən bütün amillər nəzərə  alınmaqla  qurulur. 
Bu  gün  ixracın  inzibati  tənzimetmə  vasitələrinin demək olar ki, 
hamısı ləğv edilmişdir. Lakin, ixrac kvotalarının və rüsumlarının 
l
əğvi o demək deyildir ki, gömrük orqanları ixrac sövdələşmələ-
rin
ə fikir verməməlidir. Ölkədən kapital axınının qarşısını yalnız 
iqtisadi  metodlarla  almaq  olmaz.  İxrac  hasilatının  qaytarılması 
problemi 
əvvəlki kimi mühüm problemlərdən biri olaraq qalır. 
İstehsalın  və  istehlakın  milli  strukturunun  xüsusiyyətlərini 
n
əzərə almaqla ölkənin iqtisadi inkişaf səviyyəsi, eləcə də müx-
t
əlif obyektiv və  subyektiv amillərin təsiri xarici ticarət tənzim-
l
ənməsi sisteminə, onun icarə  edilməsi mexanizminə  kompleks 
yanaşmanı tələb edir: 
Birincisi, milli iqtisadiyyat yüks
ək dərəcədə  xarici iqtisadi 
əlaqələrdən asılıdır. 
İkincisi,  keçmiş  SSRİ  dövlətləri ilə  tarixən  yaranmış 
t
əsərrüfat  əlaqələri bu sahədə  prioteritetlərdən biri kimi, MDB 
ç
ərçivəsində iqtisadi inteqrasiyanın inkişafını tələb edir.  
Üçüncüsü, Az
ərbaycan, digər inkişaf etməkdə olan ölkələr 
kimi, iqtisadi inkişaf səviyyəsini yüksəltmək məsələsini və dünya 
t
əsərrüfat əlaqələri sisteminə inteqrasiya olunma məsələsini eyni 
vaxtda h
əll etmək məcburiyyətindədir. 
Dördüncüsü, dünya ticar
ətinin mövcud müasir sistemi xarici 
iqtisadi siyas
ətin sərt tələb və  məhdudlaşdırmalarını  bütün 
dövl
ətlər üçün irəli sürür ki, onlar da inkişaf etməkdə olan ölkələr 
üçün, o cüml
ədən Azərbaycan üçün xüsusilə ağırdır.  
Beşincisi, Azərbaycan iqtisadiyyatı özünün texnoloji səviy-
y
əsini yüksəltməyə və dünya bazarında rəqabət qabiliyyətli isteh-
sal kompleksl
ərini  yaratmağa  imkan  verə  bilən struktur 
yenid
ənqurmanı həyata keçirməlidir.  


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə