Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə30/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   26   27   28   29   30   31   32   33   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

MƏKTƏB VƏ MAARİF

1834-cü il məlumatına əsasən həmin ildə Bakıda cəmi bir ümumi ibtidai

məktəb vardı. Bu məktəb ona görə ümumi məktəb adlanırdı ki, orada Bakıda

yaŞayan bütün millətlərin uŞaqları oxuya bilərdilər. Həmin il 8 fevral təliqəsinə

əsasən bu məktəbin cəmi 29 Şagirdi vardı. Burada oxuyan uŞaqların əksəriyyəti

dövlət məmurlarının uŞaqları idi. 28 nəfərdən 11 nəfəri bəy, dvoryan, knyaz

uŞaqları, 11 nəfər isə tacir və varlıların uŞaqları idi. Yerli zümrələrdən olan

azərbaycanlılar öz uŞaqlarını bu məktəbə buraxmırdılar. Bunun da səbəbi o idi ki,

bu məktəblərdə ana dili və Quran təlim olunmurdu. Azərbaycanlı uŞaqların

əksəriyyəti mədrəsələrdə oxuyurdular. Şəhərdə mollalar tərəfindən saxlanılan belə

mədrəsələrin sayı 12-dən artıq deyildi. Bunlarda da 142 nəfər uŞaq oxuyurdu.

Təkcə MaŞtağa nahiyyəsində 23 mədrəsə vardı ki, burada təhsil alan Şagirdlərin

sayı 200 nəfərə yaxındı. Məscidlərin nəzdində olan bu mədrəsələrdə dərs deyən

mollaların əksəriyyəti İrandan gəlmə idilər. Mədrəsələrin xərcini qismən məscidlər

və qismən valideynlər ödəyirdi.

Qafqaz caniŞininin 1843-cü il 17 may tarixli fərmanı əsasında Bakıda

müsəlman məktəbi açılır. Bu məktəbin üç nəfər müəllimi və 50 nəfər Şagirdi vardı.

Dərslər Azərbaycan, rus, ərəb və fars dillərində aparılırdı. Yalnız rus dili

müəlliminin maaŞı hökümət hesabına ödənilirdi. O biri müəllimlər isə maaŞlarını

ayrı-ayrı adamlardan toplanmıŞ ianə hesabına alırdılar.

Yalnız, 1887-ci ildən baŞlayaraq, Bakıda yeni Avropa tipli məktəblər

açılmağa baŞladı. Bunlar camaat içərisində üsuli-cədid məktəbi adlanırdı. İlk

təŞəbbüs həmin ildə Tiflisdə Aleksandr institutunu yenicə bitirib Bakıya qayıtmıŞ

Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyov tərəfindən irəli sürülür.

146

Məktəbdə ana dili, fars dili ilə yanaŞı rus dili də təlim olunurdu. Buna görə də



məktəb "Rus-tatar məktəbi" adlanırdı. Fars dili ona görə keçilirdi ki, ticarətlə

əlaqədar bütün müəssisələrdə yazı-pozu fars dilində aparılırdı. Məktə_____bdə 50 Şagird

vardı. Hər uŞaqdan ayda 3 manat pul alınırdı. Lakin müəllimlər bu Şagirdlərin

demək olar ki, 25 faizinə pulsuz dərs deyirdilər. "Rus-tatar məktəbi"nin binası

cəmi iki dərs və bir müəllimlər otağından ibarət idi. 15 ədəd dörd nəfərlik

skamyası, iki dənə yazı taxtası, iki stolu və bir neçə dənə stulu vardı. Dərsləri

əsasən Sultan Məcidlə Həbib bəy aparırdı. İlk zamanlar yalnız ŞərŞət müəllimi

kənardan çağırılırdi. İkinci il məktəb böyüyür. Məktəbə gələn Şagirdlərin sayı 80

nəfərə çatır. Lakin yer olmadığından onlardan ancaq 50 nəfəri qəbul olunur.

Məktəb getdikcə böyüyür və onun üçün daha geniŞ bina kirayə etməli olurlar.

BaŞqa müəllimlər də dəvət olunur. Məktəbin mədaxili isə çox az idi. Kənardan

çağırılmıŞ müəllimlərə məvacib vermək, ev kirayəsi, odun, neft və su almaq üçün

vəsait çatmırdı. Məxarici ödəmək məqsədilə Sultan Məcid və Həbib bəy evlərdə

xüsusi adamların uŞaqlarına dərs deməklə də məŞğul olurdular. Dərs kitabları yox

idi. Özləri dərslik yazmağa məcbur idilər. Hətta məktəbin lövhəsini də Sultan

Məcid öz əli ilə yazmıŞdı. 1889-cu ildə Şəhər idarəsi məktəb binasının kirayəsi

üçün hər il məktəbə 6000 manat pul ayırdı. Məktəb 1891-ci ilədək davam edir. Bu

zaman Bakıda rus dilində aŞağıdakı məktəblər vardı; ibtidai məktəblər: Turgenev,

Aleksandr, Mixail məktəbləri. Orta məktəblər: Real məktəbi, "Müqəddəs Nina" qız

məktəbi, yaxud gimnaziyası, Mariya qız məktəbi, Azərbaycanda cəmi 7 Mariya qız

məktəbi vardı ki, bunlarda 1827 nəfər qız, o cümlədən 37 nəfər azərbaycanlı qızı

oxuyurdu. Gimnaziyalar 7 əsas və 1 hazırlıq sinfindən ibarət idi. Fənnlər iki cür

idi: məcburi və qeyri məcburi. Məcburi fənn cəmi 3 idi və bunlardan ibarətdi: rus

dili, matematika, coğrafiya, tarix, təbŞət, fizika, rəsmxətt və əl iŞi. Qeyri məcburi

fənnlər: alman dili və bədən tərbiyəsi idi. "Rus-tatar məktəbi"nin məqsədi real

məktəbə Şagird hazırlamaq idi.

Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyovun "Rus-tatar məktəbi"

1887-ci ildən 1891-ci ilədək 4 il içərisində real məktəb üçün xeyli Şagird

hazırlamıŞdı. 1912-ci ilədək savadlı bakılıların 75 faizi həmin məktəblərdən

çıxmıŞdı.

1891-ci ildə "Rus-tatar məktəbi" tamamilə dumanın sərəncamına keçdi.

Hətta duma əlavə olaraq, 7 belə məktəb açdı. Açılan bu məktəblərdən biri Çəmbərə

kəndində, o biri isə Zərgər palanında idi. Çəmbərə kəndindəki məktəbin müdiri

Sultan Məcid, Zərgər palanındakı məktəbin müdiri isə Həbib bəy Mahmudbəyov

idi.

Sultan Məcid Qənizadə belə məktəblərdən Türküstan vilayətinin Səmərqənd



Şəhərində də açılmasını təklif etmiŞdi. Bu məqsədlə İsmayıl bəy Qaspirinski ilə

birlikdə Səmərqəndə gedərək, orada xüsusi cədid məktəbi açmıŞdılar.

147

1887-ci ildə, yəni "Rus-tatar məktəbi" açılmamıŞdan qabaq orta məktəbdə



cəmi 10 nəfər müsəlman məktəblisi oxuyurdu ki, bunlardan da çoxu özgə

Şəhərlərdən gəlmiŞdi. 1912-ci ildə isə real məktəbdə 200 nəfərdən çox müsəlman

uŞağı oxuyurdu. Gimnaziyalarda, texniki məktəbdə, ticarət məktəbində oxuyan

azərbaycanlı uŞaqlarının sayı artmıŞdı. Bakıda rus və Azərbaycan dilində savadlı

olanların 75 faizi rus-tatar məktəblərini bitirmiŞdilər. Bunlardan M. Ə. Rəsulzadə,

M. Əzizbəyov, Hacı İbrahim Qasımov, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev,

Kazımovski və baŞqalarını göstərmək olar. Mövcud 7 rus-tatar məktəblərindən

ancaq biri - 2 nömrəli rus-tatar məktəbi 6 sinifli Şəhər məktəbinə çevrilmiŞdi.

Yalnız sonralar, yəni 1907-ci ildə rus-tatar məktəbləri üç illik təhsildən dörd illik

təhsilə keçirlər. Daha sonralar, 1914-ci ildə isə bütün 4 sinifli məktəblər ali ibtidai

məktəb sisteminə keçmiŞdilər.

Rus-tatar məktəblərində dərs deyən müəllimlər mütləq Qori seminariyasını

bitirməli idilər. Ancaq müstəsna hal olaraq bəzən real məktəbi bitirənlər də burada

dərs deyə bilərdilər.

Xarici dil predmetlərini təlim etmək üçün universitet bitirmək lazımdı.

1901-ci ildə H. Z. Tağıyevin məŞhur qız məktəbi açılır. Bu məktəbin

nizamnaməsi H. B. Zərdabi tərəfindən tərtib edilmiŞdi. Məktəbin açılmasına çar

höküməti uzun müddət icazə vermirdi. Bu məsələ II Nikolayın taxta çıxması

gününədək uzanır. H. Z. Tağıyev imperatorun taxta çıxması günündən istifadə

edərək, təzədən hökümətə müracŞət edir və bu dəfə məktəbin açılmasına icazə ala

bilir. Məktəbin inŞaatını sürətləndirmək məqsədilə qız məktəbinə imperatoriçə

Aleksandra Fyodorovnanın adı verilir. Məktəbin tikiliŞinə 183 min beŞ yüz otuz iki

manat pul xərclənmiŞdi. Bundan əlavə Hacı məktəbin mənafeyinə xərclənmək

üçün 125 min də ayırmıŞdı. Qız məktəbində 20 nəfər qız məccani oxuyacaqdı.

Sonra binanın zirzəmilərindən gələn kirayə haqqı da məktəbə bağıŞlandı. Bunun

sayəsində məktəbdə pulsuz oxuyan qızların sayı 15 nəfər də artdı. Qəbul olunacaq

qızların sayı 50 nəfərdən ibarət nəzərdə tutulmuŞdu. Lakin arzu eləyənlərin sayı

çox olduğu üçün məktəbə birinci il 58 nəfər qız qəbul edildi. Məktəbin müdiri

Həsən bəy Zərdabinin arvadı Hənifə xanım idi. Uzaq Şəhər və kəndlərdən gələn

qızlar üçün məktəbdə pansion vardı. Burada yataqxana, yeməkxana və xəstəxana

üçün xüsusi otaqlar ayrılmıŞdı. Bakı Şəhərindən olan qızlar isə öz evlərində

qalırdılar. Məktəbin Şagirdləri kimi müəllimləri də ancaq müsəlmanlardan ibarət

idi.

Qız məktəbinin açılması ilə əlaqədar çətinliklərdən sonra Tağıyev daha yeni



bir çətinliklə üzləŞdi. Qız məktəbinin açılıŞı Şəhərin ruhani, mürtəce təbəqələri,

qoçular, tacirlər tərəfindən qəzəblə qarŞılanmıŞdı. Heç kəs qızını məktəbə

buraxmırdı. Guya Hacı müsəlmənlıqdan kənar iŞ tutmuŞdur. Hacının tərəfində olan

ruhani üləmalardan Bakı vilayəti qazısı Mir Məhəmməd Kərim, axund Ruhulla,

148

Mirzə Abuturab və baŞqalarının elmin qızlara vacib olduğu barədə Quran



ayələrindən möuzələr oxusalar da mürtəcə adamları öz rəylərindən döndərə

bilmirdilər. Axırda Tağıyev məcbur olur ki, İslamın müqəddəs Şəhərlərinə

nümayəndələr göndərsin. Qızlara da oğlanlarla birlikdə elm və təhsil almağa icazə

verilməsi barədə görkəmli müctəidlərdən rəsmi yazılı sənədlər gətirsinlər, yalnız

bundan sonra qız məktəbi ətrafında gedən ehtiraslı danıŞıqlara son qoyuldu və

Şəhər əhlindən çoxu öz qızlarını məktəbə buraxdılar. Camaatı sakitləŞdirmək

məqsədilə adlarını çəkdiyimiz hər üç üləma da qızlarını təhsil almaq üçün

Tağıyevin qız məktəbinə qoydular.

Bakıda eyni zamanda texniki məktəb ticarət məktəbi (kommerçeskoe

uçiliŞe) və "Dənizçilik kursları" adı altında dənizçilik məktəbi də fəaliyyət

göstərirdi. Sonralar Xəzər dənizinin ticarət gəmilərində iŞləyən bosman və

kapitanlar həmin bu məktəbi bitirmiŞdilər. Bunlardan əlavə iri sənaye

müəssisələrinin nəzdində fəhlə və qulluqçuların uŞaqları üçün özlərinin xüsusi

məktəbləri də vardı. Xeyriyyə cəmiyyətlərindən "Səadət", "NəŞr və Maarif',

"Nicat" və "Səfa" cəmiyyətləri tərəfindən müsəlman uŞaqları üçün xüsusi

məktəblər açılmıŞdı. Bu məktəblərdə ehtiyacı olan uŞaqlardan çoxu pulsuz

oxuyurdu.

İnqilabadək Bakıda rus dilində 5 kiŞi gimnaziyası vardı: 1 nömrəli

gimnaziya (Səməd Vurğun ilə D. Əliyeva küçələrinin tinində (Bədən Tərbiyəsi

İnstitutunun keçmiŞ binasında yerləŞirdi), 2 nömrəli gimnaziya (İstiqlaliyyət

küçəsində, indiki Xalq Təsərrüfatı İnstitutu binasının ikinci mərtəbəsində idi). 3

nömrəli gimnaziya əvvəllər indiki "Vətən" kinoteatrı binasının ikinci mərtəbəsində

yerləŞirdi. Sonralar isə Bazar (indiki Füzuli) küçəsində məxsusi bu gimnaziya üçün

tikilmiŞ binaya (indiki 4 nömrəli xəstəxananın binasına) köçmüŞdü, 4 nömrəli

axŞam gimnaziyası 2-ci gimnaziyanın binasında idi. 5-ci gimnaziya isə

Yemelyanov gimnaziyası idi.

Rus dilində 3 qız gimnaziyası da vardı: 1. Mariya gimnaziyası (hazırki

İncəsənət Muzeyi binasında yerləŞirdi). 2. "Müqəddəs Nina" gimnaziyası (hazırki

132 nömrəli məktəbin binasında). 3. 3 nömrəli qız gimnaziyası (hazırki Səməd

Vurğun küçəsində yerləŞirdi).

Real məktəblər də iki idi: 1 nömrəli Real məktəbi (hazırki Xalq Təsərrüfatı

institutu binasının birinci mərtəbəsində), 2 nömrəli Real məktəbi isə Azad

Azərbaycan qadını abidəsinin arxasında keçmiŞ çay fabrikinin binasında yerləŞirdi.

MƏTBUAT

Xeyriyyə cəmiyyəti bağlandıqdan sonra Həsən bəy Zərdabi qəzet çıxarmaq

fikrinə düŞür. "Həyat" qəzetinin 1905-ci il tarixli 115-ci nömrəsində o yazırdı:

149


"Bizim "Cəmiyyəti Xeyriyyə" bina tutmadığından aŞkar oldu ki, qəzet

çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmıŞ doğru sözlər

qapı və pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmazsa doğru söz

yerdə qalsın".

O dövrdə Azərbaycan dilində qəzet çıxarmaq çox çətin idi. Həsən bəyin

özünün yazdığı kimi "pul yox, yazıçı - yoldaŞ yox, çapxana yox, hürufat yox.

Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır".

Bu iŞdə ona yalnız o zaman Bakının general qubernatoru olan Staroselski

yaxından kömək edir. Staroselski rus dvoryanlarından olsa da, arvadı gürcü olduğu

üçün Qafqaz əhlinə qarŞı çox səmimi idi. O Həsən bəyə məsləhət bilir ki,

çıxaraçağı qəzetin adını "Əkinçi" qoysun. Hökümətin icazə verməsi üçün də bu

düŞünülmüŞ bir yol idi. Guya "Əkinçi" siyasət məsələlərinə qatıŞmayacaq, ancaq

əkin və əkinçilikdən danıŞacaqdır. Türk dilində hürufat olmadığı üçün Həsən bəyə

məsləhət bilirlər ki, qəzeti daŞbasması ilə (litoqrafiya üsulu ilə) çıxarsın. Həsən bəy

bu fikirlə razılaŞmır. Çünki litoqrafiya üsulu ilə qəzeti həftədə ancaq bir və ya iki

dəfə çıxarmaq olardı. O isə qəzeti gündəlik etmək fikrində idi. Uzun müddət

düŞünüb daŞınandan sonra hürufat almaq üçün 1875-ci ilin iyul ayında İstanbula

gedir. Hürufatı alıb, qayıdandan sonra əlahiddə bir çapxana açmaq lazım gəlir.

Həsən bəyin isə buna gücü çatmır. Staroselski yenə ona kömək əlini uzadır. O

Həsən bəyin İstanbuldan gətirdiyi hürufatı quberniya idarəsinin çapxanası üçün

satın alır və beləliklə Həsən bəyi çətin vəziyyətdən çıxarır. 1875-ci ilin 22

iyulundan quberniya idarəsinin mətbəəsində "Əkinçi"nin birinci nömrəsi çapdan

çıxır. Mürəttib məsələsi də çox çətinliklə həll edilmiŞdi. O zaman quberniya

çapxanasında Minasov adlı bir nəfər erməni mürəttibi iŞləyirdi. Həsən bəy ondan

istifadə etdi. Bir müddətdən sonra Minasov öz bacısı oğlunu da iŞə qəbul etdirib,

ona mürəttibliyi öyrətməyə baŞladı. Qəzetin üstündə rəsmi olaraq, "iki həftəlik

qəzet" yazılsa da, Həsən bəy həmin ilin payızından qəzeti həftədə bir dəfə

çıxarırdı. Çünki abunəçilərin sayı 400 nəfərə çatmıŞ və qəzetin ətrafında yazıçıların

sayı artmıŞdı. Staroselski özünü qəzetin senzoru təyin etmiŞdi. O iŞdən gedəndən

sonra isə senzor vitse qubernator oldu. Əlbəttə, Staroselskinin iŞdən getməsi,

Həsən bəyin özünün dediyi kimi, onun üçün bədbəxtçilik idi. Çünki Staroselski

gedəndən sonra qəzetin düŞmənləri yer-yerdən hücuma keçib, qəzeti bağlatdırmağa

çalıŞdılar. O biri tərəfdən qəzetdə siyasi xəbərləri çap etməyə icazə

verilmədiyindən abunəçilərin də narazılığı artırdı. Qəzet barədə danoslar yazılmağa

baŞladı. Jandarm tərəfindən Həsən bəyin hərəkətlərinə göz qoyuldu. Bu barədə

Həsən bəy özü belə yazırdı: "Gündə məndən və "Əkinçi"dən danoslar

göndərirdilər. Jandarm tərəfdən üstümə qaraulçular qoyuldu... Bununla belə mən

qəzeti vaxtında çıxarırdım. Elə ki, Dağıstanda Şuluqluq baŞlandı "Əkinçi"nin də

günü dəxi qara oldu. Bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan

150


göndərmiŞdi, vermiŞdim düzülməyə. Məqalədə bir dərviŞ bazarda dükanların

qabağında qəsidələr oxuyub, onları elm təhsil etməyə çağırırdı. Senzor qol çəkib,

çap olunmağa icazə vermiŞdi. Qəzeti çap olunub paylanandan sonra qubernatorun

hökmünə görə o nömrəni bağlayıb, məni istədilər. Gedib gördüm ki, mənim

Minasovum oradadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərviŞin sözlərinin

qeyri mənası var. Ona görə nömrəni bağlayıb, sənə hökm edirəm ki, bir qeyri

nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən gedəndən

sonra qubernator özü bir nömrə çıxardıb, payladı. Nömrə mənim adımla çıxmıŞdı.

Mən təvəqqe elədim ki, mənim adımdan qəzet çıxarmasınlar".

1877-ci üdə baŞlayan rus-türk müharibəsi qəzetə böyük zərbə oldu. Bütün

rus qəzetləri müharibənin gediŞindən ətraflı xəbərlər verdiyi halda "Əkinçi"yə

müharibə barədə bir sətir də çap etməyə icazə verilmədi. Hətta müharibənin

baŞlanmasını da bildirmək ona qadağan olunmuŞdu. Qəzetin üzərində senzor daha

da güclənmiŞdi. Həsən bəy bu barədə belə yazırdı: "Deyil ki müharibənin gediŞi,

hətta müharibə zamanı Rusiya içərisində vaqe olmuŞ təbii fəlakətlərə dair

məlumatı, Moskvada soyuqdan sərçələrin donub ölməsini də qəzetə yazmağa

müsaidə etməmiŞdilər. Senzorun fikrincə bunu müsəlmanlar "ruslara Allahın

qəzəbi keçmiŞdir" deyə izah edərlər".

Müharibə barədə heç bir məlumatın verilməməsi abunəçilər içərisində

qəzeti xeyli nəzərdən salmıŞdı.

Həmin bu günlərdə Dağıstanda iğtiŞaŞ baŞladı. Üsyan baŞçılarından bəziləri

güllələndi, bəziləri də sürgün edildi. Bununla "Əkinçi"ni bağlamaq üçün

hökümətin əlinə yaxŞı bəhanə düŞmüŞdü. Bütün Qafqazda üsyanın

baŞlayacağından qorxuya düŞən çar höküməti "Əkinçi"nin də bu iŞdə böyük rol

oynayacağını düŞünüb qəzeti bağlatdırdı. Qəzetin axırıncı - 56-cı sayı 1877-ci ilin

sentyabrında çıxdı. Qəzet bağlansa da Həsən bəyin özündən əl çəkmədilər. Real

məktəbinin direktoru Həsən bəyə təklif etdi ki, o Yekatirinadar və ya Kutaisi

gimnaziyasına müəllim getsin. Bu barədə Həsən bəy özü belə yazırdı: "Mən ərizə

verib, qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb, müsəlman iŞlərindən kənar

olmağı özüm üçün ölüm hesab edirdim.

Dava qurtardı. Amma mənim Bakıda qalmağım müŞkül oldu. PadŞahlıq

qulluğuna məni götürmədilər və bakılılardan da heç kəs məni qulluğa götürmədi.

...Bakıda daha qala bilməyib öz kəndimizə köçüb getdim".

"Bakinskaya izvestiya" qəzeti 1878-ci il 29 noyabr tarixli 25-ci sayında belə

bir elan vermiŞdi: "Real məktəbinin keçmiŞ müəllimi Həsən bəy Məlikov 20

noyabrdan istefaya çıxaraq xüsusi müəssisələrdə iŞlər müdiri, kontorçu, müəllim və

sairə bu kimi vəzifələrdə iŞləmək üçün yer axtarır".

"Əkinçi" bütün Zaqafqaziyada ilk türk qəzeti idi. Qəzet səhifələrində Həsən

bəyin yazdıqları əsasən kənd həyatından, kənd təsərrüfatından olurdu. Ancaq

151


bununla belə qəzetin səhifələrində dövrün bir sıra ictimai məsələləri də

iŞıqlandırılır, bu barədə mübahisələr açılırdı. Mollalar, mövhumatçılar, çar

çinovnikləri, yalnız öz mənafelərini güdən duma qlasnıları da Həsən bəyin

məqalələrində amansızcasına tənqid olunurdu. Azərbaycan dilinin təmizliyi Həsən

bəydən ötrü müqəddəsdi. O fars və ərəb sözləri ilə dolu olan və heç kəsin

anlamadığı bir dildən sadə Azərbaycan dilinə keçməyi yanar bir ürəklə təbliğ

edirdi. O yazırdı: "İstəyirsinizmi türk milləti yaŞasın, qabağa getsin, elmi və

mərifəti olsun, mədəniyyəti olsun - ona dil verin, türklər öz dillərini itiriblər, sizin

sözünüzü onlar anlamazlar. Onların dilini tapın, verin onlar yaŞasın, qabağa

getsin".


Həsən bəy Zərdabinin "Əkinçi"dən sonrakı həyatı da çox ağır keçmiŞdir. 16

il Zərdabda qaldıqdan sonra iflic xəstəliyinə tutularaq, Bakıya qayıdır. Yenə

qəzetlərdə mühərrirliklə məŞğul olur. "Kaspi" qəzeti səhifələrində öz məqalələri ilə

müntəzəm iŞtirak edir. Peterburq qəzetləri də onu öz səhifələrində iŞtirak etməyə

çağırırdılar. Dumaya seçilir və onun komissiyalarında fəal iŞtirak edirdi. Dumanın

iclaslarından birində məsələ qaldırmıŞdı ki, Şəhər yerlərindən keçən neft boruları

üçün vergi alınsın. Bu təklif neft sahibkarlarının böyük qəzəbinə səbəb olmuŞdu.

Onlardan biri öz qəzəbini belə ifadə etmiŞdi: "Lütün biri lüt. Özünün cibində bir

qəpik olmadığı halda bizim cibimizlə oynayır. Biz onu yetimə qəyyum etdik ki,

dumaya seçilməyə ixtiyarı olsun. İndi bizimlə belə rəftar edir".

Həsən bəy iflic olmasına, dilinin tutulmasına baxmayaraq, duma

komissiyalarının iclaslarında fəal iŞtirak edirdi. Hətta dumaya təzə seçki baŞladığı

zaman özünə qutu da qoydurmuŞdu. Ancaq xəstə olduğu üçün onu seçməmiŞdilər

və seçilmədiyini də heç kəs ona bildirməmiŞdi. Bununla belə o özünü əvvəlki kimi

qlasnı hesab edirdi. Lakin iclaslara nə üçün çağırılmadığına təəccüblənirdi.

1907-ci il 28 noyabrda Həsən bəy Zərdabi gözlərini əbədi yumur. Onun

dəfni zamanı natiqlərdən biri demiŞdi: "Həsən bəy Bakıya ac gəldi, ac da getdi".

"Əkinçi"dən sonra 1873-cü ildə Tiflisdə daŞ basma üsulu ilə "Ziya" qəzeti

çıxmağa baŞladı. Qəzetin ilk nömrəsi yanvarın 16-da çıxdı. 2 səhifədən ibarət idi.

NaŞiri Səid Ünsüzadə, müdir və mühərriri isə Cəlal Ünsüzadə idi. "Ziya" 1879-cu

ildə 46 ədəd, 1880-ci ildə isə 30 ədəd çıxmıŞdı. 1880-ci il dekabrin 6-dan qəzet

"Ziyayi Qafqaziyyə" adı altında hürufatla çıxmağa baŞlayır. "Ziyayi Qafqaziyyə"

qəzetinin nəŞri 1884-cü ilin 1 iyununadək davam edir. 1881-ci ilin sentyabrın 21-

dək 31 nömrə, 1882-ci il 26 oktyabrdan 1883-cü ilin 3 yanvarınadək 32 nömrə,

1893-cü ilin 10 yanvarından dekabrın 6-dək 30 nömrə, 1884-cü ilin yanvarından

iyunun 1-dək 11 nömrə çıxmıŞdır. Axırıncı illərdə qəzeti Səid Ünsüzadə redaktə

edirdi.

1883-cü ildən Tiflisdə Azərbaycan dilində "KəŞkül" adlı bir jurnal da nəŞr

olunmağa baŞlayır. Ta 1891-ci ilədək davam edir. Jurnal türk dilindən baŞqa fars və

152


ərəb dillərində də nəŞr edilirdi. Jurnalın səhifələrində siyasət, ticarət, sənaye və

ədəbiyyat məsələlərindən müntəzəm bəhs olunurdu.

Adlarını çəkdiyimiz mətbuat orqanları Tiflisdə çap olunsalar da daha çox

Bakıda satılırdı. Lakin "Əkinçi"dən fərqli olaraq bu mətbuat orqanlarının heç biri

Həsən bə_____y Zərdabinin xalqdan gələn gözəl ənənələrini davam etdirə bilmədi. Xalqa

bağlılıq bunlara tamamilə yad idi. Dərc olunan məqalələrdə cəmiyyətin kəskin

ictimai məsələləri qətiyyən öz əksini tapa bilmirdi. Qəzet və jurnal bütün bu

məsələlərin yanından sovuŞub keçirdi.

1905-ci il inqilabınadək çap edilən qəzetlərdən biri də "Şərqi rus" idi. 1903-

cü ildən Tiflisdə nəŞr edilmiŞ və 1904-cü ilədək davam etmiŞdir. 1904-cü ildə qəzet

bağlanır və redaksiyası Tiflisdən Bakıya köçür. Burada qəzet əvvəllər "Şərqi rusun

teleqramları", sonra 1905-ci ildə "AxŞam xəbərləri" adı ilə nəŞrini davam etdirir.

Qəzet Məmmədağa İahtaxtinskinin baŞçılığı ilə çap edilirdi. Qadın məsələsi,

xüsusən, hürufat islahı qəzetin səhifələrində görkəmli yer tuturdu.

Keçən əsrin yetmiŞinci illərində Bakıda rus dilində çap olunan mətbuat

baŞlıca olaraq, üç qəzetdən ibarət idi. Birinci qəzet 1876-cı ildən çap olunan

"Bakinskaya izvestiya" qəzeti idi. Bu qəzet rəsmi olaraq, Bakı quberniya idarəsinin

orqanı idi. 1881-ci ildən isə İmperator Rus Texniki Cəmiyyətinin Bakı Şöbəsinin

əlinə keçir. O Naruçev tərəfindən redaktə olunurdu. 1888-ci ildə isə qəzetin adı

dəyiŞib, "Bakı ticarət-sənaye vərəqi" adı ilə öz nəŞrini davam etdirir. Bu ad altında

o 1888-ci il 15 oktyabradək çap olunur. Redaktor Neruçevin ölümü ilə əlaqədar

qəzetin nəŞri müvəqqəti saxlanılır. 1889-cu ildən isə qəzet Sokolinskinin redaktəsi

altında öz iŞini davam etdirir. Qəzetin səhifələrində əsasən sənaye, neft istehsalı

sahəsi iŞıqlandırılır, müxtəlif Şəhər xəbərləri verilirdi.

Rus dilində ikinci böyük qəzet "Kaspi" idi. Siyasi-ədəbi qəzet idi.

Quberniya idarəsinin katibi Kuzmin tərəfindən təsis edilmiŞdi. 1887-ci ilin

mayında Kuzmin qəzetin çap edilmə hüququnu Svinkinə satır və ona müəllim

Liçkus-Xomutov müvəqqəti redaktor təyin olunur. Sonra qəzeti 1888-ci ildə

Qoryayevski, 1889-cu ildən isə Sokolinski redaktə edirdi.

XX əsrin əvvəllərində H. Z. Tağıyev "Kaspi" qəzetini redaksiyası ilə

birlikdə alaraq, Ə. M. TopçubaŞovun redaktorluğu ilə çap etdirir. Qəzetin ətrafına

H. B. Zərdabi, Əli bəy Hüseynzadə, F. Köçərli, M. A. İahtaxtlı, M. Mahmudbəyov

və baŞqa azərbaycanlı ziyalılar toplaŞaraq öz məqalələri ilə onun həyatında

yaxından iŞtirak edirdilər. Həsən bəy Zərdabi hətta bir müddət qəzetin əməkdaŞı

kimi iŞləmiŞdir.

Qəzetin səhifələrində artıq Azərbaycanın ictimai və ədəbi həyatı

iŞıqlandırılır. Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən parçalar çap

olunurdu.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə