BAKI HAMAMLARI
Bakı hamamlarının qədim tarixi vardır. İirvanŞahlar sarayında bizim
günlərədək qalmıŞ qədim bir hamamın tikintisi göstərir ki, hələ o dövrlərdə Şəhərdə
hamam tikintisinə böyük əhəmiyyət verilmiŞdir. Belə köhnə hamamlara Bakı
kəndlərində də rast gəlmək mümkündür. Məsələn, Nardaran kəndindəki hamam
14-cü əsrin 1388-ci ilində tikilmiŞdir. Mərdəkandakı Məhəmməd hamamı da
qədimdir. İçəri Şəhərdəki köhnə hamamlardan ən gözəyatımı Qasımbəy hamamıdır
1859-cu ildən sonra, baŞqa sözlə desək, Bayır Şəhər salınandan sonra
Bakıda bir-birinin ardınca çoxlu hamamlar tikilmiŞdi. Hamamların binası əsasən
tağlardan və onların üstündə qurulmuŞ günbəzlərdən ibarət idi. Bu baxımdan
Şəhərin özündə və AbŞeronun ətraf kəndlərində tikilmiŞ hamamların bir-birinə
oxŞar cəhətləri çox idi. Hamamlar suya və rütubətə davamlı daŞlardan tikilirdi. Su
qıtlığına baxmayaraq, bu hamamlar səy və səliqə ilə iŞlədilirdi. Hamam binası
əsasən iki hissədən ibarət olurdu: bayır və içəri hissələr. Bayır hissə soyunubgeyinmək
üçün, içəri hissə isə çimməkdən ötrü idi. Bu iki hissəni ensiz bir dəhliz
birləŞdirirdi. Günbəzlərdə xırda pəncərələr açılmıŞdı. Bunlardan hamamın içərisinə
iŞıq düŞürdü. Hamamın xüsusi ocaqxanası-külxanası vardı ki, burada hamamın
suyu odun, ya da neftlə qızdırılırdı. Hamamların içəri hissəsində üstü örtülü böyük
164
bir hovuz vardı. Burada həmiŞə isti su olardı. Adamlar alçaq səkilərin üstündə
yuyunub, kisələnib sabunlanandan sonra bu hovuzda boğazadək olan suya girib
yaxalanırdılar. Bu hovuz xəzinə adlanırdı. Bəzi hamamlarda isə bundan əlavə
xırdaca xəlvəti hovuzlar da olurdu ki, orada ancaq hörmətli adamlar yaxalanırdı.
Hamamın içərisi möhkəm sal daŞlarla döŞənmiŞdi. Bayır hissədə daŞ döŞəmədən
təxminən 60 santimetr hündürlüyündə olan səkilərdə soyunmaq üçün çoxlu
çaxçalar vardı. Buradan hərə öz paltarını asardı. Burada kasıbla dövlətli öz yerini
yaxŞı tanıyırdı. Kasıblar bir səkidə, varlılar isə üzbəüzdəki ikinci səkidə
soyunardılar. Hamamlarda lüt çimmək ədəb xaricində idi. Lüt çimməyə həya
edərdilər. Soyunandan sonra hamam xidmətçisi (buna cumadar deyirdilər) hərəyə
bir fitə verərdi. Adamlar da fitələri belində lüt bədəninə sarıyıb, hamamın içəri
hissəsinə çimməyə gedərdilər. Fitə iki cür olurdu: darayı və mərcanı. Darayı fitə
ipəkdir, mərcanı fitə isə iplikdəndi. Cumadarlar ipək fitələri həmiŞə varlı, hörmətli
adamlara verərdilər. Onu da qeyd edək ki, varlılar çox zaman fitə və qətifələrini
özləri ilə evdən gətirərdilər. Səkilərdə geyinmək üçün hər cür Şərait yaradılardı.
Səkinin üstünə xalça-palaz döŞənir, ayaqlarını suya çəkmək üçün laxanlar
qoyulardı. Varlıların soyunduğu səkilərə isə bunlardan əlavə uzanıb dincəlməkdən
ötrü taxt da qoyulardı. Qəlyan və çay verilərdi. Bəziləri üçün hətta nərd taxtası da
gətirilərdi. Hamamda Şəhərin qoçuları çiməndə hamı xamuŞ olardı. Qorxularından
heç kəs ağzından artıq söz qaçırmazdı.
Hamam bir gün kiŞilər, bir gün isə arvadlar üçün idi. Qadınlar üçün olan
günlərdə hamamda elə çığır-bağır olardı ki, ağız deyəni qulaq eŞitmirdi. UŞaqların
ağlaŞması, arvadların çığırtısına, bəzən də bərkdən savaŞmalarına qarıŞıb hamamı
ağzına alardı. Arvadlar hamama az qala köç-külfətlə gələrdilər. UŞaq əlindən, iri
bağlamalardan əl-qol açmaq mümkün olmazdı. Bu bağlamalarda təmiz geyimlə
yanaŞı hamamda yumaq üçün çirkli pal-paltar, çimməyə lazım olan Şeylər;
məsələn, rüŞul, daraq, ayaqdaŞı, ənlik-kirŞan, ətirli və paltar sabunu və uŞaqlar
üçün hamamda yeməyə meyvə, ya da meyvə qurusu olardı. Cavan gəlinlər öz
paltarlarını nümayiŞ etdirmək üçün zərbaftalı don, xara tuman geyib, bəzənərdilər.
Qarılar bir gün qabaqdan baŞlarına qoyduqları xınanı yumaq üçün qırmızı
sərqətifələrini açıb, içəri keçərdilər. Arvad yengələri bütün günü hamamda düŞüb
qalardılar. Onlar kiminsə tapŞırığı ilə övladlarına qız axtaran adamların pulu ilə
çimərdilər. PeŞələri gizli-gizli qızlara göz qoymaqdı.
Hamam sahibi səkilərdən birində bir küncdə oturub, xəzinədarlıq edərdi.
Arvadların günündə isə onun yerini arvadı tutardı. O eyni zamanda xına, rüŞul,
sabun, ayaqdaŞı alveri də edərdi.
Hamamda cumadar və külxanaçıdan baŞqa üçüncü bir xidmətçi də vardı ki,
bu da kisəçi idi. KiŞilər üçün kiŞi kisəçi, arvadlar üçün arvad kisəçi hamam
açılandan bağlananadək pul qazanırdılar. Kisəçinin necə iŞlədiyini, adamlara necə
165
kisə çəkdiyini öyrənmək üçün. A. S. PuŞkinin "Ərzruma səyahət" kitabında Tiflis
müsəlman hamamlarına aid hissəni oxumaq kifayətdir. O, yazırdı: "... Kisəçi Həsən
məni isti daŞ döŞəmənin üstünə uzadaraq, bədənimin bütün əzalarını ovxalamağa
baŞladı. Oynaqlarımı dartıŞdırdı, bütün bədənimi yumruğu ilə döyüclədi. Mən
bundan zərrə qədər ağrı duymurdum, əksinə özümdə qəribə bir yüngüllük hiss
edirdim. (Asiyalı hamamçılar bəzən vəcdə gələrək, adamın belinə hoppanır,
ayaqlarını adamın qabırqalarının üstü ilə sürüŞdürərək, çömbəlib, rəqs edirlər.
Əla!) Sonra Şal kisə ilə bədənimi xeyli sürtdü, isti su ilə çimizdirib, sabunlu lifin,
köpüyü ilə yumağa baŞladı. Sözlə ifadə edilə bilməyəcək bir zövq duydum! İsti
sabun köpüyü adamı hava kimi bürüyürdü. İal kisə, və köpüklü lifrus hamamında
mütləq təŞkil edilməlidir".
Tiflisin İeytanbazar Müsəlman məhəlləsinin hamamında PuŞkinin gördüyü
mənzərəyə Bakının bütün hamamlarında rast gəlmək mümkündü.
İyirminci əsrədək və əsrin 20-ci illərində Bakıda iki tipli hamam vardı:
Asiya tipli və Avropa tipli. Asiya tipli hamamlar bunlardı: Axund hamamı, Mirzə
hamamı, Qasımbəy hamamı, Hacı Qurban hamamı, Hacı Aslan hamamı, Ağa
Nəzər hamamı, Tatar hamamı, İor hamam. Bunlardan baŞqa Xərrat bazarında,
indiki BəŞir Səfəroğlu küçəsində, Vidadi küçəsində də hamamlar vardı. Bakı
hamamlarından çoxunun divarlarında (əlbəttə, bayır hissənin divarlarında) yağlı,
boyalarla müxtəlif əfsanəvi Şəkillər rəsm edilərdi. Bu Şəkillər daha çox Firdovsi
qəhrəmanlarının həyatından, "Leyli və Məcnun" dastanından olurdu. Bəzi
hamamlarda isə ancaq yarımçılpaq gözəl qadın Şəkilləri çəkilərdi. Bakı
hamamlarını bu əfsanəvi qəhrəmanlarsız, Leyli və Məcnunsuz təsəvvür etmək
çətindi.
Avropa tipli hamamlar Asiya tipli hamamlardan onunla fərqlənirdilər ki,
burada hamılıqla çimmək üçün ayrılmıŞ iri otaqlardan baŞqa çoxlu xüsusi nömrələr
də vardı. Hamam binalarının əksəriyyəti içəri tərəfdən rəngbərəng kaŞı daŞları ilə
bəzədilmiŞdi. Hər nömrə öz rəngarəngliyi ilə fərqlənirdi. Bakıdakı Avropa tipli
hamamlar bunlardı: "Fantaziya", "Ermitaj", "Dekadens", "Moskva", "Mir" və
baŞqaları. Bu hamamlar içərisində "Fantaziya" hamamı öz gözəlliyi, rahatlığı,
bərbəzəkli, gül-çiçəkli, fantanlı, hovuzunda qızıl balıqlar üzən zəngin salonu ilə
fərqlənirdi. Səqfindən iri çil-çıraqlar asılardı. Əlbəttə, buna görə burada hər
nömrənin qiyməti baŞqa hamamlara nisbətən daha baha idi.
Dostları ilə paylaş: |