Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə42/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   38   39   40   41   42   43   44   45   ...   70

175
Kolorado. Biver-Krik. At ferması belə görünür


176
balaca avtobuslarda apardılar. Qonaqlarla dolu avtomobil-
lər bütün axşamı ora-bura gedib-gəlirdilər. 
Mənim gündəliyimdə bu axşam yalnız əla sözlərlə təsvir 
olunub.  Hətta  indi  də  mənə  bunu  anlamaq  çətin  deyil.  Əl-
bəttə,  mən  o  vaxtkı  vəziyyətimi  xatırlayıram.  Axı  1994-cü 
ildə bizim ölkəmizdə hələ başa çatmamış ac sosializm davam 
edirdi. Küçələrdəki, istirahət yerlərindəki şərait, mənzillərdə, 
restoranlarda, klublarda həyat çox sadə idi. Əlbəttə, tamamilə 
başqa bir aləmin prezidentinin evində olmaq mənə çox ma-
raqlı  gəlməli idi. İstər-istəməz göz bütün təfərrüatları, davra-
nışdakı fərqləri, reaksiyaları, təzahürləri qeyd edirdi.
Hər şey çox maraqlı idi və hərdən mənə elə gəlirdi ki, Hol-
livudda möhtəşəm bir şounun çəkilişində iştirak edirəm. Əs-
lində müəyyən mənada bu belə idi. Amerika ulduzlarının və 
forum qonaqlarının iştirakı ilə şou.
Biz  Ford  ailəsinin  evi  qarşısında  maşından  çıxan  kimi, 
gözəl geyimli, gülərüz insanların əhatəsinə düşdük. 
Mənim yeni amerikalı rəfiqəm, ştatlardan birinin quberna-
torunun xanımı, ahıl yaşda olmasına rəğmən, əslində yəqin ki, 
yalnız gənc xanımların seçə biləcəyi cəsarətli paltar geyinmiş-
di. Özünü çox rahat, sərbəst hiss etdiyi aydın sezilirdi. İsti yay 
gecəsi olmasına baxmayaraq, bəzi xanımlar çiyinlərinə xəz at-
mışdılar. Kiminsə kürəyi açıq idi – Naomi Kempbellinki kimi 
uzun,  cilalanmış  deyildi,  real,  piyə  tutulmuş,  şişkin  qadın 
kürəkləri. Boyunsuz, düz çiyinlərin üstündəki başlara baxdıq-
ca düşünürdüm: “Bizdə beləsini hökmən gizlədərdilər, hamı-
ya  nümayiş  etdirməzdilər”.  Betti  Fordun  tarixçəsi  haqqında 
həddindən artıq çox danışırdılar. Mən əvvəlcə, söhbətin nə-
dən getdiyini anlamırdım. Yalnız sonradan başa düşdüm ki, 
ev  sahibəsinin  kitabı  müzakirə  edilir.  Kitab  “Bettinin  böyük 
oyanışı”  adlanırdı  və  bu  kitab  əsasında  “Bettinin  hekayəti” 
adlı film də çəkilmişdi. 
Heç  demə  Fordun  həyat  yoldaşı  vaxtilə  alkoqolizmdən 
əziyyət  çəkirmiş.  Əri  seçkilərdə  uduzduqdan  sonra  o  qədər 
həyəcan keçirib ki, möhkəm içməyə  başlayıb və içkiyə aludə 
olub. Çox ciddi müalicə olunub. Hamı elə bu barədə də danı-
şırdı. O, qətiyyən çəkinmədən kitabında bu barədə danışır və 


177
inanırdı ki, oxşar problemli insanlara kömək edə bilər.
Bütün bunlar mənə əcaib görünürdü. Mən bunu öz ölkə-
mizlə müqayisə edirdim. Deyək ki, bizdə Naina Yeltsina al-
koqolik  ərlə  yaşamağın  çətinliyindən  kitab  yaza  bilərdimi? 
Burada isə, problem yoxdur, yazırlar. 
Biz dağılışdıq, patio və çəmənliyə yayıldıq. Hər yanda ma-
salar  qoyulmuşdu.  Bu  içkilərin  bol  olduğu  və  daş  üzərində 
qızardılmış  ət  iyli  furşet  idi. Amma  yemək  adamı  çəkmirdi. 
Moskvada gecənin yarısıydı. Ünsiyyətdən doymaq olmurdu. 
Yüksəklikdəki evin işıqları parlayır və bayram atmosferindən 
xəbər verirdi. Bütün söhbətlərdən sonra Fordun arvadı ilə ta-
nış  olmağı  çox  istəyirdim.  Səkkiz  saatlıq  zaman  fərqini  çox 
hiss edən Daşa isə istirahət etmək istəyirdi:
Ana,  mən  artıq  yatmaq  istəyirəm.  Məni  mehmanxanaya 
göndərin. Mən ev sahibinə təşəkkür edib, gedəcəyəm. Yaxşı, 
ana?
Sən ona necə təşəkkür edəcəksən, onu hələ burada tapmaq 
lazımdır.  –  Daşanın  ev  sahiblərinə  dəvət  üçün  minnətdarlıq 
etmək qaydasını möhkəm mənimsəməsi mənə xoş gəlirdi.
Daşanın babası,  mənim qaynatam diplomat idi və nənəsi 
öz nəvəsinə bəzi etiket qaydalarını öyrətmişdi. Xüsusilə qəbul 
edən tərəfə zəng edərək, xoş keçirilmiş gecəyə görə minnət-
darlıq etməyi. Hətta balaca olanda, bəzən bizə nəzarət edirdi: 
“Ata, ana, filankəsə zəng edin. Biz axı dünən onlarda idik”.
Qızımın  mehmanxanaya  göndərilməsi  haqqında  söhbət 
düşəndə  bizim  yanımızda  Sahibkarlıq  İnstitutunun  direktoru-
nun oğlu kiçik-Kris de Muss dayanmışdı. Onun atası da eyni adı 
təbii ki, eyni soyadı daşıyırdı, amma “böyük” qoşması ilə.
Kiçik de Mussun on yeddi yaşı vardı. O, kollecdə təhsilini 
başa vurmuşdu və universitetə daxil olmağa hazırlaşırdı. Da-
şadan cəmi bir yaş böyük olsa da, Kris məktəbliyə oxşamırdı. 
O, bütün iclaslara və dəyirmi masalara gedir, daim nəsə yazır 
və ciddi adam təəssüratı yaradırdı. Mən hətta bir dəfə ona de-
dim:
Kris, sən yəqin ki, nə vaxtsa ABŞ prezidenti olacaqsan.
Cavan oğlan bunu zarafat kimi qəbul etməyərək, ciddi və 
inamla mənə dedi:


178
Əlbəttə, olacağam, missis Puşkova. Axı mən indidən buna 
hazırlaşıram.
Atası ilə birgə buralarda tez-tez olan kiçik-Kris de Muss bu 
yerlərin  bilicisi  kimi,  kiçik  Puşkovanı  maraqlı  məlumatlarla 
təchiz edirdi. Daşanı bəyəndiyi hiss olunurdu, o özü də qızı-
mın xoşuna gəlmək istəyirdi. Burada isə belə bəhanə tapılmış-
dı – prezidentin arvadı ilə şəxsi tanışlığın olması ilə diqqəti 
cəlb etmək. 
- Gəlin, mən indicə missis Fordu bax orada gördüm.
Kris cəld və bacarıqla masalarla dolu olan çəmənlik boyu 
hərəkət edirdi. Mən və Daşa ona zorla çatırdıq.  Projektor-
larla altdan gözəl işıqlandırılan böyük ağacın altında iki cüt-
lüyün  arasında  zərif,  saçları  qısa  kəsdirilmiş  qadın  dayan-
mışdı. Çoxdan altmışı ötməsinə baxmayaraq onun əynində 
qolları  açıq,  qısa  qara  paltar  var  idi.  Sovet-Amerika  nidası 
“You do look well!” mənim ifamda “Siz əla görünürsünüz” 
komplimentindən çox, rus meyarlarına görə, çoxdan təqaüd 
yaşında  olan  bir  qadının  görünüşünə  səmimi  heyranlığım 
kimi  səsləndi.  Halbuki  bu  yaşda  gözəl  görünmək  vacib  ol-
maya da bilər. 
Kris de Muss məni və Daşanı çox ciddi görünüşlə, böyük-
lər kimi təqdim etdi. Moskvada mən “Böyük Pyotrun kiçik 
Hollandiyası”  filmini  bitirmişdim.  Mən  bu  filmin  həm  sse-
nari müəllifi, həm də prodüseri idim. Amerikada olarkən də 
mən  işləməkdə  davam  edirdim.  Bir  dəfə  Kris  məni  ssenari 
yazarkən görmüşdü.
Məndən  nə  yazdığımı  soruşanda,  bildirdim  ki,  Rusiya 
donanmasının  300  illiyinə  həsr  olunmuş  filmin  ssenarisini 
tamamlayıram.  Filmin  donanma  və  çar  Pyotr  haqqında  ol-
duğunu söylədim. O, bunu yadda saxlayıbmış. Buna görə də 
məni missis Forda təqdim edəndə, o, təntənəli surətdə mə-
nim adımı, sənətimi və son işimi söylədi.
O məni az qala Rusiyanın yeni Lev Tolstoyu kimi təqdim 
etdi.  Mən  təntənəli  təqdimatla  bağlı  zarafat  etməyə  macal 
tapmamış,  təşəbbüsü  Daşa  ələ  keçirdi.  Bir  sözlə,  cavanlar 
liderlik edirdilər. Daşa danışırdı ki, o, məktəblidir və cəmi 
iki  gün  əvvəl  babasının  bağında  hasar  rəngləyirdi,  indi  isə 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə