Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə41/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   37   38   39   40   41   42   43   44   ...   70

171
Cins köynəklər və şlyapalar gecəsi. 
Amerika milyonçularının sadə cazibəsi


172
Bizim Amerika səfərimiz belə bir görüşlə başlandı.
Növbəti  səhər  isə  biz  Koloradoya  uçduq.  Denver  aero-
portunda bizi böyük ağ limuzin gözləyirdi. Bu kadillak idi, 
çünki Amerika  öz  maşınlarını  çox  sevir.  Bu  nəhəng  uzun 
maşın  mənim Amerika  təcrübəmin  Hollivudunun  davamı 
idi. 
Bu da qəşəng maşınlarla dop-dolu olan qəribə tunel. Biz 
gah aşağı sürətlə hərəkət etdiyimiz çox dar, ikitərəfli yolla, 
gah da az qala kosmik sürətlə şütüdüyümüz geniş hayveylə 
gedirdin.  
Denverdən biz balaca Biver-Krik şəhərçiyinə yollandıq. 
Şəhərçiyin adı “kiçik qunduz körfəzi” kimi tərcümə olunur. 
Özü  də  bu  poetik  müqayisə  deyil,  adi  məişət  reallığıdır. 
Sonradan  orada  çay  sahilində  gəzişərkən,  kiçik  körfəzlər 
qurmaqla məşğul olan çoxlu qunduzlar gördüm.
Biver-Krik  tər-təmiz  bir  yer  idi.  Elə  gözəl  mənzərələr 
vardı  ki,  onları  xüsusi  səylə  qurulmuş  kino  pavilyonları-
na bənzətməyə bilmirdim. Havası elə təmiz və şəffafdı ki... 
Meqapolisdə  belə  hava  ilə  nəfəs  almaq  xoşbəxtliyi  haqda 
düşünmək belə çətindir. 
Amerikalılar öz təbii gözəlliklərindən əla istifadə edirlər. 
Məsələn, məni ustalıqla təbii mənzərəyə uyğunlaşdırılmış 
cakuzi heyran etdi. O, otelin qarşısındakı çəmənlikdə yer-
ləşirdi. Rahatca cakuzidə uzanan adam, əlbəttə, heyranlıqla 
açıq səmaya, buludlara baxır və vannanın əks istiqamətin-
dən alp marmontunun onu seyr etdiyini dərhal görə bilmir. 
Onu  qorxutmamaq  üçün  uzanırsan  və  özünü  təbiətin  bir 
hissəsi  kimi  aparırsan.  Tərpənmədən,  quruldayan  və  par 
çıxan oksigenli suyun içində uzanaraq.  
Nə vaxtsa üç kəndi birləşdirən bu dağ şəhərciyində yük-
sək səviyyəli otellər var. Bizə ərimlə “Hyatt” otelində nöm-
rə verdilər, on altı yaşlı qızımız Daşa isə bizimki ilə palıd 
ağacından olan qapı ilə birləşən ayrıca nömrəyə köçdü. O 
valideynlərindən asılı olmadığını və öz yetkinliyini hiss et-
mək üçün bu qapını dərhal o biri tərəfdən açarla bağladı. 
Tədbirin  özünün  keçirildiyi  yer  də  Amerika  filmlərini 
xatırladırdı.  Təpənin  üstündə  kifayət  qədər  böyük  at  fer-


173
ması, dağlara gedən alp çiçəklərinə bürünən uzun yol var-
dı.  Vadidə də qəşəng şəhərcik. Hündür dağlarla şəhərciyin 
arasında, mənzərəli yerdə qərar tutmuş mehmanxanalarda 
da forum iştirakçıları yerləşdirilmişdi. 
Qonaqlar  arasında  Fransanın  eks-prezidenti  Valeri  Jis-
kar  D’Estenlə  həyat  yoldaşı  da  vardı.  Həmçinin,  ABŞ-ın 
ticarət  naziri  –  yaraşıqlı  bir  qadın,  konqresmenlər,  Alma-
niyanın sabiq kansleri Helmut Şmidt, bir çox hazırki və keç-
miş nəhəng siyasətçilər vardı. Prezident Ford öz Forumuna 
Amerikaya rəhbərlik etdiyi dövrdə dövlət başçıları olan bir 
neçə şəxsi dəvət etmişdi. 
Yaşına və ayağında ciddi əməliyyat keçirməsinə baxma-
yaraq, onun sinninə uyğun olmayan cəldliyi və diribaşlığı 
sezilirdi.
Fransa prezidenti sıxılırdı, amma çox nəzakətli idi. Hamı 
bilirdi ki, o, qədim fransız zadəgan nəslindəndir. O, ünsiy-
yətə  həvəs  göstərmirdi.  Onun  amerikalı  həmkarı  isə  tam 
əksinə. Üstəlik, amerikalı öz yaşından xeyli cavan görünür-
dü.  Ucaboy,  təxminən  bir  metr  doxsan  santimetr  hündür-
lükdə, bəlkə də daha hündür, gündə qaralmış, gülərüz, əsl 
idmançı kimi qamətli. 
Biz tennis kortuna yaxınlaşanda, Ford raketkasını örtük-
dən çıxarırdı. Onun partnyoru məşqçi ilə ötürmələr üzərin-
də işləyirdi.
Hə, oynayaq? – Ford gözlənilmədən Alekseyə təklif etdi. 
– Heç vaxt Moskvadan olan jurnalistlə oynamamışam.
Mənim üçün böyük şərəfdir, - ərim nəzakətlə cavab ver-
di.
Mən  divarın  qabağında  məşq  etməyə  getdim.  Amma 
Amerika  prezidentinin  bir  ayağının  ortadan  baldır  əzələ-
sinə kimi sarıqlı olduğunu görə bildim. “Bəlkə o, bu yolla 
dizini qoruyur”, - deyə  düşündüm.
Alyoşa,  onun  neçə  yaşı  var?  Əlli  beş? Altmış?  –  Fordla 
oynadıqdan sonra mənə qoşulan Alekseydən soruşdum.
Yox,  çoxdur...  Bəlkə  də  yetmişə  yaxın.  Qaçmaq  onun 
üçün ağırdır. Ayağında da nəsə var. Amma ümumiyyətlə, 
afərin!


174
Ertəsi gün Forum iştirakçılarından bəhs edən  kitabçada 
Fordun anadan olduğu tarixi – 14 iyul 1913-cü ili görəndə 
ikimiz də heyrətləndik. Başqa sözlə, mənim 40 yaşlı ərimlə 
kortda qaçan adamın bir neçə gündən sonra 81 yaşı tamam 
olacaq! O, isə təravətli və gümrahdır! Bütün iclaslarda çıxış 
edir, səhv etmir, hər şeyi xatırlayır...
Biz insanın hərəkətli olduğu təqdirdə qocalığa qalib gələ 
biləcəyi  haqda  xeyli  danışdıq.  Ayaqlarımızın  altında  isə 
yerli faunanın balaca nümayəndələri qaçışırdılar. 
Forum günləri çox tez keçdi. Təşkilatçılar sessiyalar ara-
sındakı boş vaxtları amerikalıların adətləri və meyl göstər-
dikləri əyləncələrlə tanışlıqla doldurmağa çalışırdılar. On-
lar forum iştirakçılarını gah yerli fermalara, gah uzun sürən 
atlı yürüşlərə, gah da hündür dağ çaylarından qayıqla düş-
məyə - “raftinq”ə dəvət edirdilər. Alekseylə Daşa “raftinq”i 
sınamaq qərarına gəldilər.
Biz  instruktaja  getdik.  Arzu  edənlərin  hamısına  orada 
doldurulmuş jiletlər və baş üçün çox qalın dəbilqələr verir-
dilər. Mən davranış qaydalarını eşidən kimi, imtina etdim. 
Bunlar ondan ibarət idi ki, əgər adam qayıqdan kənara dü-
şürdüsə,  avar  çəkməməli,  axınla  başı  aşağı  üzməlidir,  əks 
təqdirdə  burulacaq,  burulğanda  isə  hökmən  daşa  çırpıla-
caq.
Çalışın  ki,  ayaqlarınız  göydə,  başınız  isə  aşağıda  olan 
vəziyyətdə olasınız! – təlimatçı məsləhət verirdi. – Sizi hök-
mən  tutacaqlar.  Siz  qorxmayın!  Sadəcə  olaraq  sakit  yerə 
çıxmağınızı gözləyin, oradan sizi götürəcəklər.
Bu  sayaq  təlimatı  eşidən  kimi  mən  bu  qayığı  “tərk  et-
dim”. Axı “avar çəkməyin” nə deməkdir? “Çaya etibar edin 
və  çayla  başı  aşağı  üzün”  nə  deməkdir?  Bu  mənim  səbir-
sizliyimlə heç uyuşmur. Həm də mən artıq bir dəfə kliniki 
ölümlə suyun dibindən çıxarılmışam. Buna görə də coşqun 
dağ axınını fəth etməyə Aleksey qızımla yollandı, mən isə 
mağazalara,  özümə  axşam  geyimi  almağa  getdim. Axşam 
prezident Ford öz arvadı Betti ilə rançolarında yekun qəbu-
lu təşkil etmişdilər.
Onların evi şəhərdə deyil, dağın ətəyində idi. Bizi oraya 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə