Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə49/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   45   46   47   48   49   50   51   52   ...   70

206
Məşuqənin  dövlətin  birinci  şəxsi  tərəfindən  ləkələndirilmiş 
paltarı da... Amma gəlin, ardıcıllığa riayət edək.
Amerikada bu cütlüyü “Billari” adlandırırlar. Bu siam əkiz-
ləri  yalnız  ölkənin  siyasi  olimpinə  qalxmaqla  kifayətlənmə-
dilər,  həm  də  bütün  dünyanın  taleyini  müəyyənləşdirməyə 
başladılar. Kim bilir, bəlkə də son nəticə etibarı ilə Hillari də 
prezident kürsüsündə əyləşəcək. 
1992-ci  ildə  Uilyam  Cefferson  Klintonun  46,  onun  həyat 
yoldaşının isə 45 yaşı var idi. Onlar əl-ələ tutub Ağ evə daxil 
oldular. Amerikalılar ölkənin bu cütlük tərəfindən idarə olu-
nacağını  sezmişdilər.  Hətta  belə  bir  lətifə  vardı:  Bill  Klinton 
prezident olan kimi, öz həyat yoldaşının cangüdənlərinin sa-
yını iki dəfə artırır. Heyrətlənmiş maliyyə nazirinin – “Axı, nə 
üçün”  –  sualına  Klinton  belə  cavab  verir:  “Axı,  Hillariyə  bir 
şey olsa, prezidentliyi mən etməliyəm”.
Doğrudan da, Hillari Klinton həmişə çox və uğurla işləyib. 
O,  ciddi  ənənələrlə  tərbiyə  alıb.  Heç  demə,  atası  hər  axşam 
evin istilik sitemini söndürürmüş. Bu şəxsin qənaətincə soyuq 
insan xarakterini formalaşdırır. Dörd yaşı olanda, qonşu qızı 
ona əl qaldırır. Səs-küyü eşidib özünü yetirən anası nəinki qı-
zını  dəstəkləmir,  əksinə,  onu  tənbeh  edir:  “Bizim  ailəmizdə 
heç  vaxt  qorxaq  olmayıb.  Cavab  verməyi  bacar”.  Yəqin  elə 
buna görə də Hillari döyüşçü xarakterini uşaqlığından nüma-
yiş etdirməli olub. Ölkənin gələcək birinci ledisi onu incidənin 
cavabını lazımınca verməklə, öz küçəsində hamının hörmətini 
qazanmışdı. Bu səriştə sonralar tez-tez onun dadına çatacaq. 
Özünü müdafiə edərkən, ailə şərəfini qoruyarkən, vəfasız əri-
nin tərəfini saxlayarkən.
Mən onu elə bu ampluada gördüm. Davosda. Amerikada 
məşhur  “Monika  Levinskinin  işi”  ətrafında  qalmaqal  yenicə 
səngimişdi. ABŞ prezidentinin prokuror tərəfindən sorğu-su-
al edilməsini, onun  teleekranlardakı çaşqın durumunu hamı 
yaxşı xatırlayırdı. Əri üçün yəqin ki, ən dəhşətli gündə Hil-
lari jurnalistlər qarşısına çıxaraq, inamla dedi: “Bu məsələdə 
həddən artıq çox siyasi intriqalar var. Amma mən öz ərimi bu 
dünyada istənilən adamdan daha yaxşı tanıyıram”. Son ifadə-
ni o, pauzalarla söylədi. Demək olar ki, hecalarla.


207
Bill Klinton, 2009-cu il: artıq prezident deyil, amma əvvəlkitək 
ünsiyyətcildir və insanları məftun edə bilir


208
17  avqust  1998-ci  ildə,  istintaqdan  sonra  bütün  ölkə  öz 
prezidentini həyat yoldaşı və qızı ilə əl-ələ tutub addımlayan 
halda gördü. Hamı başa düşdü, onu öz ailəsi xilas edib. Görü-
nür, məhz bu anda amerikalıların çoxu Klintonu dəstəkləmək 
qərarına  gəldi.  Konqress  də  öz  növbəsində  ona  impiçment 
elan etmədi. 
Sadə amerikalı qadınlar ümumiyyətlə, başqa cür düşünür-
dülər: “Nə olsun ki, and içərək yalan danışıb? Prezidentlik və 
and kişini öz centlmenlik öhdəliyindən  azad etmir. Kişi intim 
həyatı  haqqında  laqqırtı  vurmamalıdır.  Yalnız  zorlama  məh-
kəmə araşdırmasının predmeti ola bilər. Yerdə qalanlar ailənin 
daxili işləridir”. O zaman çoxları məhz belə düşünürdü. 
Və bütün yaşananlardan beş ay sonra Hillari Klinton Av-
ropaya,  İsveçrəyə,  hər  il  keçirilən  Davos  forumuna  gedir. 
Nəhəng zalda yer yox idi. İnsanlar zalın perimetri boyu da-
yanmış,  girişlərdə  sıxlaşmışdılar.  Mən  çox  çətinliklə    konq-
res-hollda yer tutmuşdum. Həmin il Davos forumunun mət-
buat xidmətində çalışan qızımızın köməyilə. 
Hillari Klinton öz çıxışında uşaqların tərbiyəsi, xəstə uşaq-
larını  müalicə  etdirə  bilməyən  ailələrin  problemləri,  ailə 
dəyərləri  və  onların  bütün    insanlar  üçün  əhəmiyyətindən 
danışırdı.  O,  çox  sakit  idi  və  həddindən  artıq  arıqlamışdı. 
Çöhrəsində depressiyadan əlamət də yox idi. Açıq-aşkar hiss 
olunurdu ki, ailə problemlərindən danışarkən, o, öz ailəsin-
dəki problemlərlə bağlı sualı da cavablandırmağa hazır idi. 
Bu sual əlbəttə, verildi və dərhal cavablandırıldı: “Biz 25 ildir 
ki, bir yerdəyik. Əgər kimsə mənə bu müddətin ailə problem-
ləri üçün az olduğunu söyləsə, mən o adamla tanış olmağa 
hazıram. Bu, yalnız bizim problemimizdir. Və biz bu proble-
mi adlatmışıq”. Zal ayaq üstə alqışlayırdı.
“Mən həmişə güclü qadınları sevmişəm. Əgər insanlar hə-
yat yoldaşımın yaxşı prezident ola biləcəyi qənaətinə gəlsələr,  
bu  mənim  xeyrimədir”  –  Klinton  hələ  prezident  olarkən, 
müsahibələrindən birində demişdi. Xatırlayırsınızsa, Hillari 
2008-ci  ildə  demokratik  “praymeriz”də  Obamaya  uduzma-
saydı, prezident ola bilərdi.
Bu qalmaqaldan və nə vaxtsa Klintonla əlaqədə olmuş qa-


209
dınların coşqun açıqlamalarından xeyli əvvəl, ərim Oval ka-
binetdə olması ilə bağlı şəxsi təəssüratlarını mənimlə bölüş-
müşdü. 
Bu elə bir dövr idi ki, Amerika bizi, biz isə Amerikanı kəşf 
edirdik. “Dəmir pərdə” artıq yox idi. Və bu yoxluğun yarat-
dığı  emosiyalar  real  siyasəti  arxa  plana  keçirə  bilmişdi.  Elə 
görünürdü ki, biz sadəcə olaraq anlaşılmazlıq üzündən geo-
siyasi barrikadaların müxtəlif tərəflərinə düşmüş iki xalqıq. 
Aleksey  o  zaman  “Moskovskiye  novosti”  qəzetinin  baş  re-
daktorunun müavini idi. Həmin illər ərzində beş, ya altı dəfə 
ABŞ-da olmuşdu. Həm də yalnız Nyu-York və Vaşinqtonda 
yox. O, Şimali Karolina və Arkanzasda mühazirələr oxumuş, 
Kolorado  və  Texasda  böyük  konfranslarda  çıxış  etmişdi. 
Səfərlərin bəzilərinə biz birlikdə gedirdik. İndi sizə danışaca-
ğım əhvalat onun mənsiz getdiyi səfər zamanı baş verib. 
Səhv etmirəmsə, 1994-cü ilin mayı idi. Bizim köhnə tanışı-
mız, uzun müddət “Yu Es Nyus ənd Uorld Riport” jurnalının 
Moskva bürosuna rəhbərlik etmiş,  ABŞ-a qayıtdıqdan sonra 
jurnalın rəhbərliyinə daxil olan Ceff Trimbl Alekseylə Vaşinq-
tonda görüşür. Və deyir ki, onu Ağ evə dəvət edə bilər. Özü 
də Bill Klintonun Oval kabinetdən xalqa həftəlik radiomüra-
ciəti zamanı. Bunu təşkil etməyi isə Alekseyin tanışı olan, ta-
nınmış Amerika jurnalisti Devid Qerqen öz üzərinə götürüb. 
Cənab Qerqen o zaman Bill Klintonun müşaviri idi.  Klinton 
dövründə belə bir praktika vardı – prezident radio ilə birbaşa 
öz otağından çıxış edirdi, onun administrasiyasında çalışan-
ların tanışlarından və qohumlarından ibarət kiçik auditoriya 
da elə bura toplaşırdı.  Necə deyərlər, “hamısı özününkülər” 
idi. Radiomüraciətdən sonra isə qısa müddət ərzində prezi-
dentlə danışmaq olardı. 
O  zamanlar  terror  aktları  hələ  gündəmi  zəbt  etməmişdi. 
Ağ  evin  qarşısında  banına  partlayıcı  maddə  doldurulmuş 
yük  maşınlarının  içəri  girməsini  əngəlləyə  biləcək  iri  beton 
bloklar hələ qoyulmamışdı. Elə “sekyuriti” də indiki kimi bü-
tün xırdalıqlara fikir vermirdi. İçəri girənlərin çəkmələrini və 
kəmərlərini də heç kim çıxarmırdı. Hətta bir neçə ay sonra elə 
həmin David Qerqenin vasitəsilə Daşa ilə mən Ağ evdə olan-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə