Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə52/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   48   49   50   51   52   53   54   55   ...   70

219
Kino aləmindən ayrılaraq, 
mən televiziya filmləri 
çəkməyə başladım


220
Qeyd etmək lazımdır ki, bu məntiqin hardan gəldiyi mənə dər-
hal aydın oldu. Hollandiya protestant etikalı protestant ölkəsidir. 
Protestantlığın  əsas  postulatı  ondan  ibarətdir  ki,  cənnətə  yalnız 
işləyən və zəngin insanlar düşəcəklər. Çünki məhsuldar iş insanı 
daim zənginləşdirir. Buna görə də sərvət toplamaq, qənaətcillik, 
ciddilik və səliqəlilik ideologiyası ana südü ilə hopdurulur. Ailə-
də böyüməkdə olan körpə öz ovcuna maraqla baxdıqda, ana və 
yaxud nənə hökmən ona ovucdakı xətlərin “M” hərfini, holland 
dilində Man-insan sözünü yaratdığını göstərəcəklər.  Ovucu tər-
sinə çevirdikdə isə “M” hərfi asanlıqla “W” hərfinə çevrilir ki, bu 
da Work-iş sözünə işarə edir. Yəni insan iş üçün doğulub.
Onlar üçün pul əməyin  meyarı hesab edilir. Bəzən isə hətta ağır 
əməyin. Buna görə də hollandiyalının restoranda pul səpələmək, 
yaxud baha qiymətə paltar və ya maşın almaq heç ağlına da gəlmir. 
Orada hətta zadəganlar da işləyirlər.
Bu, məni baronessa de Vas fon Steynveykin evində təəccüb-
ləndirdi. Öz qədim ata-baba malikanəsində o, atlara qulluq edir, 
şetland yunundan daha yaxşı yun verən qoyunlar yetişdirmək 
istədiyindən, qoyunların doğuşlarını şəxsən qəbul edirdi. 
Onların evlərinin divarlarında başlanğıcını XII əsrdən götürən 
nəsillərinə mənsub şəxslərin - ulu babalarının şəkilləri asılmışdı. 
Birinci Steynveyk qətiyyən zadəgana oxşamırdı: kürənsaqqallı, 
az qala quldur görkəmli. Mən bu barədə Klaraya demək fürsəti-
ni qaçırmadım:
- Sizin əcdadınız bizim “Quldurların Peterburqu” filminə çə-
kilə bilərdi.
Klara gülümsəyərək, cavab verdi:
-  O,  elə  quldur  olub.  XII  əsrdə  yollarda  soyğunçuluq  edib. 
Həbsxanaya  düşəndən  sonra  işləyib,  torpaq  alıb  və  çoxlu  pul 
toplayıb. Ağlı başına gəlib.
Klara evi mənə göstərərək, qürurla danışdı:
- Bizim əcdadlarımız çox işləyiblər. Və bizdə zadəgan titulu o 
qədər də əhəmiyyət daşımır. Daha əhəmiyyətlisi odur ki, sən özün 
kimsən.  Bax,  deyək  ki,  mənim  atam  hələ  Stalinin  dövründə  Ni-
derland Krallığının Sovet İttifaqında səfiri vəzifəsində işləyib. Mə-
nim ərim də səfirdir, Moskvada işləyir. Qardaşım isə musiqiçidir, 
musiqi yazır və bu pulla dolanır. Qohumlarımdan biri kəndlilərə 


221
icarəyə torpaq vermişdi, onlar isə həmin torpağı qaytarmaq istəmə-
diklərindən, uzun müddət məhkəmə çəkişmələrinə girişməli oldu. 
Xalam oğlu məhkəmədə sübut etməli oldu ki, o, öz torpaqlarında 
daha çox pul qazanar və fayda gətirər, nəinki icarəçi – kəndlilər. İşə 
uzun müddət baxdılar, baronu isə məcbur etdilər ki, öz torpaqların-
dan istifadə ilə bağlı biznes-planını təqdim etsin. 
Ümumiyyətlə, Hollandiya maraqlı ölkədir. Deyilənə görə, on-
ların  Nassau  sülaləsinə  mənsub  kraliçası  Beatriksin  mağazada 
alış-veriş  üçün  kassa  önündə  növbəyə  durduğunu  görmək  olar. 
Və heç kim onu irəliyə buraxmır. Ona hörmət edirlər, görüşürlər, 
amma hollandiyalının hətta kraliçanı özündən irəli buraxmaq ağlı-
na da gəlmir: axı, o, daha əvvəl gəlib və növbə tutub. Onlar vaxtları-
nı yüksək qiymətləndirirlər, buna görə də hər şeyi bloknotlarına ya-
zırlar. Hərənin öz bloknotu var. Bir dəfə dilənçinin bloknotuna nəsə 
yazdığını gördüm. Bilmirəm, bəlkə də telefon nömrəsini, yaxud gün 
ərzindəki qazancını yazırdı, amma o, hər halda nəsə qeyd edirdi. 
Təsadüfən kafedə gördüyüm, beş yaşlı nəvəsini kapuçinoya qo-
naq edən mühacir qadınla bloknotlar barəsində danışarkən, maraq-
lı bir əhvalatla tanış oldum. 
O, Ukraynadan olan mühacir idi, səsini qısmırdı və onun qırtlaq 
“qe”si sakit səslənən musiqini eşitməyə qoymurdu. Kök Qalya şən 
halda mənə danışırdı:
- Onlar öz bloknotları ilə hamını bezdiriblər! Bax, bizdə necədir? 
Götürək, mənim qızımı. O, birbaşa qapının zəngini çalır: “Ana, Ro-
manı götür, gəzməyə apar”.
Onu  maraqlandırmır,  mən  nə  edirdim,  nə  etmək  istəyirdim, 
planlarım  necədir.  Heç  nə  vacib  deyil!  Romanı  götür  –  gəzməyə 
get. Qanundur! Amma onlarda hər şey başqa cürdür. O, bloknotu 
götürür, zəng edir:
- Ana, cərşənbə günü sənin yanına gəlmək olar?
- Nə? Nə vaxt? Çərşənbə günü? Saat neçədə?
- Beşdə.
- Oy, qızım, dayan, bu dəqiqə baxıram.
Bloknotu götürür.
-  Yox,  bilirsən,  çərşənbə  günü  olmaz.  Mən  məşğul  olacağam. 
Yaxşısı budur, bir həftə sonra, bazar ertəsi.
- Oy, ana, bazar ertəsi mən gələ bilməyəcəyəm.


222
Onlar razılığa gələnə kimi, xeyli vaxt vaxt keçə bilər. Və blok-
notlar, bloknotlar, razılaşdırmalar. Mənimkinə isə pul lazımdırsa, 
dolabçanı açıb, götürür. “Ana, sonra qaytararam”. Nə vaxt qayta-
racaq, və ümumiyytələ qaytaracaqmı, mən ona nə deyəcəm? Qı-
zımdır axı. Onlarda isə yox! Onlarda hər şey başqa cürdür...
Yenidən təxəyyülündəki hollandiyalı qadını yamsılayır:
- Kristina, sən nə vaxt yeddi quldeni mənə qaytaracaqsan?
Yadındadır! Hamısını bloknota yazıb.
Yaxud  başqa  misal.  Mənim  qızım  soyuducunu  açır:  “Ana, 
necə də dadlıdır”. Özü də yeyir, Romanı da yedirdir, özü ilə də 
götürür. Nə etsin? Restoran borşu, ya da ki, qutudakı Çin əriştəsi 
deyil. Özümündür. Necə verməyə bilərsən? Onlarda isə hesabla-
yırlar, hesablayırlar və hesablayırlar.
Doğrudan da hər şeyi xatırlayırlar, mən özüm də buna əmin 
oldum. Hər yerdə, hər şeyi yazırlar. Amma biz ruslar üçün ən hey-
rətamizi bu deyil. Məni xüsusilə heyrətləndirən odur ki, 18 yaşlı 
gənc hollandiyalı oğlana və ya qıza ailəsində “Xudahafiz” deyir-
lər. Qanuna görə, valideynlər övladlarını 18 yaşına kimi saxlama-
lıdırlar. Bu yaşdan sonra uşaq həyatını özü təmin etməli, özü qa-
zanmalıdır. Uşağın böyüdüyü ata evi və ya mənzil valideynlərinə 
məxsusdur. Yalnız onlara. Bu, onların zəhmətinin məhsuludur. Və 
ondan məhz necə faydalanmağı yalnız özləri müəyyənləşdirirlər. 
Bir  çox  hollandiyalılar  öz  mülkiyyətlərindən  belə  istifadə 
edirlər: onu satırlar və əldə etdikləri pulla xospislərə, yəni qoca-
lar evinə köçürlər. 
Mən xospisə baxanda, elə bildim ki, dəbdəbəli sanatoriyaya 
gəlmişəm. Yay və qış bağçaları, qırmızı balıqlı gölməçələr, lom-
ber masaları arxasında oturub bric oynayan qarılar. Onları qarı 
da adlandırmaq olmaz – sadəcə olaraq Amsterdamdan olan qa-
dınlar. Mirvarilərlə, manikürlü və makiyajlı. Bəzi dəstələrdə yaş-
lı centlmenlər də olduğundan, makiyaj yerinə düşürdü. Bunlar 
məhz evlərini və mənzillərini satıb, xospisdə bir neçə otaq tutan, 
doğma əşyaları ora daşıyanlar idi. Onlar öz pullarından həmçi-
nin, xəstə baxıcılarının, tibb bacılarının və həkimlərin haqlarını 
ödəyirlər. Turist agentlərini yanlarına çağırıb, səyahətə də yolla-
na bilərlər. Ölkə içərisində və yaxın ölkələrə səyahət üçün avto-
buslar holland təqaüdçülərinin ixtiyarındadır. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə