Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə48/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   44   45   46   47   48   49   50   51   ...   70

201
ödənilməlidir.
Yeri gəlmişkən, ABŞ-da demək olar ki, çiçək bağışlamır-
lar. Bəzi amerikalıların fikrincə, çiçəklər – atılmış pullardır. 
Sən çiçəklə gələndə, sanki özünü göstərmək istəyirsən, çünki 
orada çiçək bizdəkindən xeyli bahadır.
Nyuportdakı  “party”nin  necə  keçdiyini  yığcam  şəkildə 
belə  ifadə  etmək  olar:  cənablar,  siz  yeməyə  yox,  söhbətləş-
məyə gəlmisiniz, əgər doyunca yeməmisinizsə - evdə yeyər-
siniz. Ümumiyyətlə, çox yemək nəyə lazımdır? 
* * *
Bostondakı  tanışımın  evində  mən  demək  olar  ki,  bir  ay 
yaşadım. O, iri konsaltinq firmasının rəhbəri idi. İngilis əri 
Oksfordu Toni Blerlə birgə bitirmişdi, heç yerdə işləmirdi və 
evlə  məşğul  olurdu.  Vaxtilə  restoran  sahibi  olub,  amma  işi 
iflasa uğrayıb və indi evdədir. Qadın işi ilə məşğul olmaqdan 
utanmırdı.  Onların  uşaqları  yox  idi.  İki  it  saxlayırdılar.  O, 
itlərlə məşğul olur, yemək hazırlayır, qabları yuyur, tozso-
ranla evləri təmizləyir, qaçışla məşğul olur və arvadının iş-
dən gəlməsini gözləyirdi. Bundan əlavə, türk dilini öyrənir, 
kurslara gedir və Türkiyə haqqında kitab yazmaq istəyirdi.
Onların  pəncərələri  çəmənliyə  açılan  səciyyəvi  Amerika 
mətbəxi  olan  evlərinin  şüşəli  qapıları  vardı  və  istənilən  ci-
nayətkar onu sındırıb, içəri girə bilər. Bu evin də hasarı yox 
idi.
Onların evləri məndə nəsə tez-tez yığılmış, tələsik düzəl-
dilmiş təəssüratı yaradırdı. Nuf-Nufun evcikləri. Bunun da 
öz məntiqi var. Amerikalılar evlərini tez-tez dəyişirlər. Gə-
lirlərin  çoxalıbsa,  başqa  evə  köçürsən.  Karyeran  sürətlə  və 
uğurla  inkişaf  edir?  Deməli,  səni  daha  qəşəng  ev  gözləyir. 
Onlar üçün köçmək təbii prosesdir. Onlar fotolardakı dün-
yalarını asanlıqla mənzildən-mənzilə, evdən-evə  keçirir və 
yeni evdə ilk növbədə ailə fotolarını qoyurlar. Fotolar ame-
rikalının əsas vizit kartıdır və onları portmanetində gəzdirir. 
Baxın, mən necəyəm və necə gözəl amerikan ailəm var: bu 
arvadımdır, burada isə mən sevimli pişiyim və ya itimləyəm. 
Amerikalı dərhal sənə, az tanıdığı adama öz şəxsi həyatını, 


202
belə deyək, şəxsi işini göstərməyə hazırdır.
Xarici aləmə açıq olmalarına və özlərini səmimi, nəzakət-
li, problemsiz, ətrafdakıları xoşbəxt etməyə çalışan insanlar 
kimi  göstərmələrinə  baxmayaraq,  bu,  əlbəttə  ki,  belə  deyil. 
Hər  birinin  ətraf  aləmin  görmədiyi  göz  yaşları,  həyəcanla-
rı olsa da, ABŞ-da bunu nümayiş etdirməyi lazım bilmirlər. 
Qərb  dünyası  zəifliklərini  göstərməyi  sevmir.  Onlar  üçün 
Hollivud yalnız kino deyil, həyat üçün dərslikdir: hansı pal-
tarları geyinməlisən, saçını necə kəsdirməlisən, ailə münasi-
bətləri necə olmalıdır, orduda necə xidmət etmək gərəkdir. 
Həm də onlar öz filmlərində çox vaxt problemlərini göstərir-
lər – ailədə şiddət, onların üzləşdikləri zorakılıqlar. Kinola-
rına baxın – onlar həmin filmlərində özlərinə çox oxşayırlar.
* * *
...Vaşinqton – Nyu-York – Moskva – çox çətin uçuşdur. 
Və keçmiş dövlət katibi, doxsan yaşlı Henri Kissincer Mos-
kvaya gəlib. 
Hər dəfə Moskvaya səfərində o, əvvəlcədən telefonla ra-
zılaşdırmaqla, ərimlə görüşür. 
Bu səfərində də belə oldu. Söhbətin təfərrüatını danışma-
yacağam, yalnız məni heyrətləndirən bir detalı deyəcəyəm.
Moskva  tıxaclarına  bələd  olduğumdan,  ərimə  əvvəlcə-
dən yola çıxmağı təklif etdim və haqlı oldum: biz vaxtında 
yetişdik, hətta bir qədər vaxtından qabaq. Amma Henri Kis-
sincerin  bizi  gözlədiyini  görəndə  təəccübümün  həddi-hü-
dudu olmadı! O, holldakı kresloda ünsiyyətə hazır olmayan 
adam pozasında, fikrə dalmış halda oturmuşdu. Bəlkə də bu 
anda o, mürgüləyirdi. Mən ancaq onu gördüm ki, o, gözləri 
yarıqapalı vəziyyətdə oturub. Görünür, uçuşdan yorulmuş-
du. Biz yaxınlaşan kimi, Aleksey ona müraciət etdi: “Mister 
Kissinger”, - o, dərhal qəddini düzəltdi, gülümsədi və göz 
önündəcə  dəyişdi.  Vaxtanqov  aktyor  məktəbinin  məzunu 
olduğumdan,  onun  bizə  gülümsəməyinin  səmimi,  yaxud 
qeyri-səmimi olması mənim üçün vacib deyildi. 
Amerikalılar  çox  gülümsəyirlər.  Deyirlər  ki,  böhrandan 
sonra  onlar  az  gülümsəməyə  başlayıblar,  amma  hər  halda 


203
Amerika diplomatiyasının “patriarxı” Henri Kissincerlə 
Moskvada. “Bütün ləyaqətli insanlar kəşfiyyatdan başlayıblar”, - 
bir dəfə o, Vladimir Putinə belə demişdi


204
bizim Rusiyadakı kimi yox. 
Onların  mağazalarına  girirsən  –  sənə  gülümsəyirlər,  ap-
tekdə  də  gülümsəyirlər,  mehmanxanada  da,  sanki  pul  gə-
tirmisən. Digər tərəfdən isə axı, sən doğrudan da pul, gəlir 
gətirirsən. 
Bizdə isə həm sosializmdə, həm də kapitalizmdə müştə-
riyə münasibət az və aşağı sürətlə dəyişir.
Bir sözlə, hətta qeyri-səmimi də olsa, amerikalının gülüm-
səməsi daha xoşdur, nəinki bizimkilərin qaşqabaqlı görkəm-
ləri və əlbəttə bədxahlıqları.


205
BİLLARİ
Bu ailə cütlüyünü hamı tanıyır. Ayris Merdokun “Qara şah-
zadə”  romanında  müəllifin  Hamlet  haqqında  maraqlı  müla-
hizələrini oxumuşam. Merdok Şekspirin bu əsərinin aşiqi olan 
baş qəhrəmanının dili ilə patetik tərzdə bildirir: “Hamleti hamı 
tanıyır! Argentina maldarları, Avstraliya meşəqıranları, Hindis-
tan əkinçiləri, Norveç dənizçiləri, hətta amerikalılar – bir sözlə, 
hamı, bəşəriyyətin bütün qaranlıq və vəhşi nümayəndələrinin 
hamısı heç olmasa, bir dəfə Hamlet haqqında eşidiblər”.
Mən də cəsarətlə deyə bilərəm ki, Klintonları hamı tanıyır. 
Bill  Klinton  ABŞ-ın  qırx  ikinci  prezidenti  olub,  amma  onun 
haqqında yazılan məqalələrin, çəkilən filmlərin və nəşr edilən 
kitabların sayına nəzər salsaq, qətiyyətlə demək olar, o Ağ evin 
ən məşhur sahibidir. 
Hillari və Bill Klintondan danışarkən, Ayris Merdokun ro-
manını təsadüfən xatırlamadım. Roman hələ SSRİ dövründə 
nəşr edilmişdi. Baş qəhrəmanın – yazıçı Bredli Pirsonun məni 
necə heyran etdiyini yaxşı xatırlayıram. Çox yaxşı təhsil almış 
böyük ziyalı biz oxucuların gözləri qarşısında hansı hoqqalar-
dan çıxmırdı. Ən yaxşı dostunun həyat yoldaşı ilə yatır, alt-
mış yaşında elə həmin dostunun 18 yaşlı qızına vurulur (yeri 
gəlmişkən, qızı da özünə aşiq etmək şərti ilə), nümayişkaranə 
tərzdə doğma bacısının dəfninə getmir... Mən, gənc qız idim, 
Merdokun qəhrəmanının bir çox hərəkətlərini şübhə doğur-
mayan əclaflığın, saxtakarlığın, ya da ikiüzlülüyün təzahürü 
kimi görürdüm. Amma roman başqa həyat haqqında səmimi-
liklə,  düzgünlüklə  dolu  idi.  Və  mən  özümü  bu  yad  həyatın 
bir hissəsi kimi hiss edir, romanda baş verən hadisələrə görə 
həyəcanlanır, kədərlənir və acıyırdım.
Etiraf edim ki, Klintonlarla bağlı da oxşar hissləri yaşayı-
ram. Bütün dünya bu cütlüyün həyatını əyləncəli serial kimi 
qəbul edir. Burada xanımın öz həyat yoldaşının ən yaxşı dostu 
ilə çoxillik sevgi münasibətləri də var, prokuror istintaqı da. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə