Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə44/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   40   41   42   43   44   45   46   47   ...   70

185
- Yaxşı, Alyoşa, biz heç yerə gecikmirik. Tez gedərik. Yadın-
da deyil, bura nə tez gəldik və hansı sürətlə? 
Mən bunu deməyə macal tapmamış, sürücü maşını saxla-
dı. Həm də mən Moskvada artıq normaya çevrilən, Amerikada 
isə ilk dəfə qarşılaşdığım fenomenlə tanış oldum – tıxac! Özü 
də bir neçə kilometr  uzunluğunda. Ürəyim şiddətlə döyündü. 
Doğrudan da geciksək, necə olacaq? 
Çox asta gedirdik, bəzən bir dəqiqəyə maşının yarım kor-
pusu qədər. Sürücü güman edirdi ki, qəza olub. Nə qədər vaxt 
itirəcəyimizi  təsəvvür  belə  etmək  olmurdu.  Mən  Alekseyin 
necə həyəcanlandığını görürdüm. Daşa əhvalı pozulmuş hal-
da, öz yeni eynəyini çantasının dərinliyində gizlətmişdi. Hətta 
mən də bütün nikbinliyimə baxmayaraq, əməlli-başlı həyəcan-
lanmışdım. Üstəlik, sürücüyə məsləhətlər də verirdim. 
- Gəlin, o biri çərgəyə keçək, - dostcasına dedim. – Mənə elə 
gəlir ki, birinci cərgə daha tez hərəkət edir. 
Bizim  yaxınlığımızda  sirenanın  uğultusu  eşidildi.  Bütün 
maşınlar bir-birinə sıxılaraq, yaxınlaşan təcili yardım maşınına 
yol verdilər. 
- Dərhal təcili yardım maşınının arxasınca sürün, - sürücüyə 
məsləhət gördüm.
-  Yox,  mem,  ixtiyarım  yoxdur.  Ayrılmış  zolaq  başladı.  – 
Mənə cavabı belə oldu.
Biz tıxacda iyirmi beş dəqiqə itirdik. Yanından keçib getdi-
yimiz qəza o qədər də ciddi deyildi. Yüngülcə əzilmiş iki avto-
mobili artıq kənara çəkmişdilər. Bununla belə, parıltılı işıqları 
yanıb-sönən yanğın söndürmə, polis və əslində lazım olmayan 
təcili yardım maşınları dayanmışdı. 
Yaxınlıqda hər iki maşının görünür, heç də dilxor olmamış 
sərnişinləri dayanmışdı. Hamı sərbəst şəkildə bir-biri ilə söh-
bət edirdi. 
Bizim də içində olduğumuz axın sürəti artırmışdı. Amma 
mənə elə gəlirdi ki, bizdən başqa heç kəs tələsmir.
Tamaşaçılar Bryus Uillisə ümid etdikləri kimi, mən də hələ 
sürücüyə  ümid  edirdim.  Amma  daz  olmasına  baxmayaraq, 
get-gedə “Məğlubedilməz” filminin qəhrəmanına daha az ox-
şayır, mənim ümidimi isə boşa çıxarırdı. 


186
Mükəmməl olmayan ingiliscəmdə mən bir daha ona sürəti 
artırmağı inandırmağa  cəhd etdim.
- Yox, mem, yol işarəsinə görə, burada sürət məhdudiyyəti 
var, - sürücümüz  dedi.
- O, nə dedi? – qaşqabaqlı ərimdən soruşdum.
- Bura sənin üçün Rusiya deyil, - Aleksey rişxəndlə söylədi 
və  mənə  elə  baxdı  ki,  hətta  rusca  bir  söz  də  başa  düşməyən 
sürücü də hər şeyi anladı.
Amma mən hələ də inanırdım ki, pis heç nə ola bilməz, biz 
axı  indicə  Fordla  söhbət  edirdik!  Bu  yaxınlarda  Valeri  Jiskar 
d’Estenlə yanaşı dayanmışdıq! Baş nazirlər, nazirlər... Və biz 
gecikəcəyik, uçmayacağıq?..
- Zəhmət olmasa, zəng edin və deyin ki, təyyarəni bir az ge-
cikdirsinlər, - mən sürücüyə təklif etdim. Həyəcandan mən çox 
danışqan olmuşdum və maşındakı gərginliyi azaltmağa cəhd 
edirdim.
- Yox, yox. Mən heç yerə zəng edə bilmərəm. Edə biləcəyim 
yeganə şey sizin əşyalarınızı qeydiyyat masasına kimi çatdır-
maqdır.
Nəhayət, aeroport göründü.
Biz  qeydiyyat  masasına  yaxınlaşıb,  əşyalarımızı  tərəziyə 
qoyanda, aeroportun işçisi kompüterdə bizim adlarımızı, so-
yadlarımızı çap edib, çamadan birkalarımızı yapışdırdı. “Şü-
kür tanrıya, - mən düşündüm – özümüzü çatdırdıq”. Gərginlik 
zəifləməyə başladı.
Budur, artıq bizim baqajımız nəqliyyat lenti ilə aeroportun 
dərinliyinə  getdi.  Pasportlarımızı  və  çamadan  birkalarımızı 
bizə qaytardılar. Amma bir neçə dəqiqə sonra minik çıxışına 
yaxınlaşanda,  minik  talonlarını  yoxlayan  aeroport  işçisi  bizi 
karıxdırdı:
- Cənablar, siz gecikmisiniz. Sizin yerləriniz artıq başqa sər-
nişinlərə verilib. 
Mənə elə gəldi ki, yanlış eşitdim.
- Siz bizimləsiniz?
- Bəli, mem. Siz gecikmisiniz və biz yerlərinizi gözləyənlərə 
vermək məcburiyyətində qaldıq. 
- Necə yəni vermək? Məgər belə ola bilər? Onda nə üçün əş-



188
yalarımızı qeydiyyata aldınız?
- Sizin əşyalarınız Vaşinqtona göndəriləcək və orada sizi göz-
ləyəcək. 
- Necə? Bizim əşyalarımızı bizsiz göndərəcəklər? – mən bütün 
ailəmi şahidliyə çağıraraq və hələ nəyisə başa düşmədiyimi zənn 
edərək , dəqiqləşdirdim.
Ərim dönərək, başqa tərəfə baxdığından, mən Daşadan soruş-
dum.
- Daşa, onlar doğrudan bizim yerlərimizi veriblər? Bu, belədir? 
Və əşyalarımız bizsiz uçacaq?
- Hə, ana, - özünü gözləri önündə cərəyan edən dramın günah-
karı olduğunu hiss edən qızım gözləri yaşarmış halda cavab verdi.
- Bura baxın, mem, - bir dəqiqəlik sükutu aeroportun işçisi poz-
du. – Bu gün artıq Vaşinqtona təyyarə olmayacaq. Siz aeroportun 
yaxınlığındakı mehmanxanada gecələyə bilərsiniz. Siz oraya bizm 
“şattl”da gedərsiniz. Mən indi sizə rahat nömrə düzəldərəm. Sabah 
tezdən isə siz uçacaqsınız.
O, bütün bunları elə bir tonla deyirdi ki, sanki heç nə baş vermə-
mişdi!
- Siz nə danışırsınız?! Bəs əşyalar? – onun gözlərinin içinə baxa-
raq,  kirpiklərimi  qırpmadan  ucadan  səsləndim.  –  Bizim  əşyala-
rımız?! Bəs onlar bu gün axşam mənə lazım olsalar necə? – mən 
amerikalı qadını sual yağmuruna tutmuşdum, amma o, deyəsən 
mövcud vəziyyətin müdhişliyini anlamırdı. 
Bütün Amerika mənim üçün tədricən dəhşətə çevrilirdi! Elə bu 
anda tərtəmiz yuyulmuş böyük pəncərədən qoşqulu balaca maşı-
nın bizim doğma çamadanlarımızı sakitcə təyyarənin yanına apar-
dığını gördüm. 
Yəni əşyalarımızı götürdülər! Onları artıq yükləyirlər! Bizi isə 
oraya buraxmırlar!!!
Sovet  keçmişi  olan  insanın  içində  yeni  və  gözəl  əşyaları  olan 
baqajının  onun  nəzarətindən  kənar,  onun  müşayiəti  olmadan 
məchulluğa uçmasından nə  qədər məyus ola biləcəyini təsəvvür 
edə bilərsiniz. 
- Siz həyəcanlanmayın, - aeroportun işçisi birnəfəsə danışmağa 
davam etdi, - əşyalarınız sizi Vaşinqtonda gözləyəcək. Burada meh-
manxana isə kifayət qədər rahatdır, - “Red Lion”, - deyərək, o, meh-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə