Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə45/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   41   42   43   44   45   46   47   48   ...   70

189
manxana üçün üç vauçeri adi təbəssümlə bizə uzatdı.
Ona qulaq asmağa məndə taqət qalmamışdı. Bir andaca dünya-
nın ən bədbəxt qadınına çevrildim: mənim qəbul paltarlarım, təzə 
əşyalarım, suvenirlər, hamısı-hamısı bir dəfəyə həyatımdan uçub 
getdi!  Yanımızda ancaq içində pasportlarımız və kor Pyunun eynə-
yi olan kiçik yol çantası qalmışdı.
Biz “Red Lion”a gedənə kimi, Aleksey bizi o ki, var danladı. Pa-
rıdayan “Hyatt” parlaq həyatla birgə yuxu kimi uzaq keçmişə uçub 
getdi. Qarşıda isə bizi hansısa “Qırmızı Aslan” və səhər reysinin 
intizarı ilə kədərli axşam gözləyirdi. 
On dəqiqədən sonra, hüznlü əhval-ruhiyyədə biz “Red Lion”a 
daxil olduq. Amma gözlənilmədən başa düşdüm ki, aeroport işçisi 
haqlı imiş. Mehmanxana həqiqətən də yaxşı idi. Üstəlik burada nə 
qədər heyrətli olsa da, basseyn və SPA vardı. Elə nömrənin özü də 
“Hyatt”dakı kimi də olmasa, kifayət qədər rahat idi, yumşaq divan-
lar qoyulmuşdu. Sakitlik və rahatlıq məni həqiqətlə barışdırmağa 
başladı. 
- Alyoşa, bəsdir kədərləndin. Biz sağıq. Salamatıq. Nə olsun ki, 
gecikmişik? Sabah tezdən bizi yola salarlar. Əşyalarımız isə bəlkə 
doğrudan  da  gedib  çatacaq.  Gedək,  içək.  Ya  da  basseyndə  üzək, 
stress ataq.
Bu anda biz çimərlik paltarı və sauna üçün ləvazimatlar olan 
şüşəli vitrinin yanından keçirdik. Qiymətlər gülməli idi. Beş dolla-
ra... yeddi dollara... Moskva, Moskva, axı sən nə vaxt möhtəkirçilik-
dən əl çəkəcəksən?
Amma ərim acıqlı və ac idi və mənim həddini aşmış nikbinli-
yimə reaksiya vermədi. Başa düşürdüm ki, onu təcili olaraq yedirt-
mək lazımdır. 
Şam etməyə əyləşəndə, ofisiantın: “Nə içəcəksiniz” sualına cə-
sarətlə cavab verdim:
- Mənə ikiqat “Macallan” gətirin.
Sonra bir daha ikiqat viski, daha sonra isə təkrarı oldu. Beləcə 
həyatımda ilk dəfə olaraq rus ənənəsinə uyğun hərəkət etdim.Və 
öz dərdimin üstünə üç dəfə spirtli içki səpdim. Amma təəccüblü-
dür: səhər başım ayıq idi. Mən asanlıqla və yaxşı əhval-ruhiyyədə 
oyanmışdım.
Tez səhər yeməyini yeyərək, bir dəqiqə də gecikmədən aeropor-


190
ta yollandıq. 
Bu dəfə biz vaxtından əvvəl gəldik və heç bir hadisə baş ver-
mədən dərhal qeydiyyatdan keçdik. Dünənkinin təkrarlanmasını 
istəmirdik. 
“Neşnl”  Vaşinqton  aeroportunda  saatın  erkən  olmasına  bax-
mayaraq, çox adam vardı. Mən “İtmiş baqaj” duracağını tapmaq 
ümidilə informasiya lövhələrini gözdən keçirirdim. Bizə doğru ae-
roportun sinəsində böyük nişan olan işçisi gəlirdi.
- Gəlin, itmiş əşyaların harada olmasını bu adamdan soruşaq, - 
mən təklif etdim.
Amma adam qəfildən hansısa nəfəsliyə doğru çevrildi və... İlahi! 
Mən gözlərimə inanmadım! Bu işçinin arxasında, əlli metrlik mə-
safədə, düz zalın ortasında bizim üç rəngli çamadanımızı gördüm!
Mən onları intuitiv olaraq tanıdım. Mənim beynim hələlik ça-
madanların  salamat  çatmaları,  açılmamaları  və  elə  burada,  zalın 
mərkəzində, tranportyorun yaxınlığında olmaları haqqında infor-
masiyanı dərk etmirdi.
Ətrafda isə insanlar gəzişir... Şübhəli görkəmli afroamerikalılar 
rəngli  toxunma  beretlərdə,  yay  olmasına  baxmayaraq  başlarında 
papaq, öz yük arabaları ilə ora-bura vurnuxurlar, amma bizim ça-
madanlara heç kim toxunmur! Onlar bütün gecəni beləcə qalıblar. 
Onları hətta tərpətməyib, çevirməyiblər. Amerika!
Bax, beləcə qəfildən öz baqajımızı tapdıq və Alekseyi yola sal-
mağa  yollandıq.  O,  Moskvaya  yola  düşməli  idi,  bizi  isə  Daşa  ilə 
Amerika evlərində gözləyirdilər.
* * *
Əvvəlcə  biz  düz  Potomokun  üstündəki  məşhur  “Waterga-
te”  kompleksinin  nəhəng  apartamentlərində  yaşayırdıq.  Böyük 
ikimərtəbəli mənzil naşir Fil Mürreyə məxsus idi. Mürrey bizə Va-
şinqtondakı boş mənzilində yaşamağı təklif etdi və sadəcə olaraq 
açarı haradan götürməyimizlə bağlı telefonla təlimat verdi. Biz də 
bundan yararlandıq.
İki gün sonra Koloradodan uçan Kris de Muss qızımla məni öz 
evlərinə  apardı.  Onun  ailəsi  Vaşinqton  ətrafındakı  böyük,  gözəl 
evdə yaşayırdı.
Şəhərətrafı  inanılmaz  dərəcədə  yaşıllıq  rayon  idi.  Orada 


191
Hamı elə hesab edir ki, “Forbs” – jurnaldır. Amma bu, həm də 
onu yaradan ailənin soyadıdır. İsveçrə Alpında Robert Forbsla


192
hətta qartallar yaşayırdılar. 
Ev sahibi Amerika Sahibkarlar İnstitutunun prezidenti idi. 
Əvvəlcə  amerikalıların  bizi,  yarıtanış  adamları  öz  evlə-
rinə buraxmaları, orada yaşamalarına imkan vermələri, ye-
dirib, ora-bura aparmaları və əyləndirmələri məni çox hey-
rətləndirdi. 
Amma  sonra  mən  mühüm  bir  şeyi  sezdim:  bütün  zahiri 
demokratizminə  rəğmən,  ABŞ-da  cəmiyyətin  təbəqələşməsi, 
kastalar  mövcuddur.  Düzdür,  o  müxtəlif  sosial    təbəqədən, 
məşğul  olduğu  sənətdən  asılı  olaraq  müxtəlif  insanların  hər 
cür qapalı klublarda birləşdiyi İngiltərədəki kimi aşkar deyil.
Amerikada təbəqələşmə bu qədər hiss olunmasa da, hər 
halda mövcuddur. Əgər hesab edirlərsə ki, insan onlarla bir 
dairədəndir, onu qəbul etməyə şaddırlar. Həm də ona görə 
yox ki, bu qədər xeyirxahdırlar. Bunun arxasında adi hesab-
lama, praqmatizm dayanır.
Amerikalılar  əmindirlər:  əgər  sən  uğur  qazanmış  insan 
təbəqəsinə  mənsubsansa,  öz  uğurluluğunu  dəfələrlə  isbat 
etmisənsə, səninlə dost olmağa dəyər. Axı uğurlu tanış kim 
istəsən ola bilər: nüfuzlu senator, prezidentin köməkçisi, iri 
korporasiyanın rəhbəri, hətta ABŞ-ın dövlət katibi. Və əmin 
ola bilərsən ki, həmin insan zirvəyə çatana qədər ona edilən 
köməyi unutmayacaq. Həmin insanla yüksək vəzifə tutma-
mışdan öncə yaratdığın dostluq, yaxud səmimi münasibət-
lər,  nadir hallarda unudulur və yüksək qiymətləndirilir. 
Buna görə də müəyyən səviyyədə hamı, hətta yüksək sta-
tuslu  şəxs  də  hər  kəsə,  o  cümlədən  də  böyük  ümid  verən 
gənc insanlara – iyirmi və otuz yaşlılara diqqət və iltifatla 
yanaşır. 
Bizdə  isə  amerikalılardan  fərqli  olaraq  hamı  paxıllıq  və 
qısqanclıq girdabına yuvarlanıb. Sənə nəinki hansısa köməyi 
etmirlər, badalaq vurmağa, mane olmağa, dostluq etdiyinlə 
dalaşdırmağa  səy  göstərirlər.  Hələ  sənin  haqqında  qeybət 
edə, olmayanları uydura bilərlər. Mən hesab edirəm ki, bu 
murdar xüsusiyyət bizi amerikalılardan çox fərqləndirir.
Bizim  insanlarımız  öz  paxıllıqlarını  ram  edə  bilmirlər. 
Demək istəmirəm ki, paxıllıq amerikalılara xas deyil. O bu 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə