Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə53/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

223
Baron və baronessa de Vas fon Steynveyk (sağda) bizim 
qonağımız olarkən


224
O  ki,  qaldı  uşaqlara    və  nəvələrə,  onlar  əlbəttə  ki,  bay-
ramlarda görüşməyə gəlirlər. Qarşılıqlı ittihamlar səslənmir. 
Hər kəsin öz həyatı var – məgər bu normal deyil? Özünüz 
nəticə çıxarın. 
Hollandiyalılar  gözəl  millətdir.  Onlar  qətiyyən  Breygelin 
əsərlərində olan insanlara bənzəmirlər. Ucaboydurlar, Avro-
pada ən ucaboy millət onlardır. Orta boyları – bir metr səksən 
üç santimetrdir. Kişilər üçün bir metr doxsan santimetr norma 
sayılır. 
Mənim bir tanışım, orada görüşdüyüm mühacir yazıçı da-
nışırdı ki, o, bura gələndə və bu sayda hündürboy, uzunayaq-
lı qızları görəndə, cənnətə düşdüyünü fikirləşib. Onun boyu 
iki  metr  bir  santimetrdir.  Rusiyada  özünə  qız  tapmaqda  çə-
tinlik çəkirmiş. Onların hamısı ona alçaqboylu görünürmüş. 
Nəhayət, Hollandiyada özünə uyğun gözəlliyi tapıb. Görüşə 
çağırıb, restorana dəvət edib. Qız razılaşıb. O, ən yaxşı kost-
yumunu geyinib, çiçək alıb və səadətini gözləməyə başlayıb.
- Təsəvvür edirsən, o, içəri girəndə, şok keçirdim. Gözlə-
rimə inana bilmədim. Mən hətta onu tanımadım. Hər halda 
restorana gedən adamlar başqa cür geyinir. O isə bel çanta-
sı ilə, dizə qədər şalvarda gəldi. Qaməti qətiyyən hiss olun-
mur! Ayaqında isə “zibiltapdalayan” var idi. Yadındadır, So-
vet  İttifaqında  üçqat  altı  olan,  palçığı  “üzüb”  keçmək  lazım 
olan  ayaqqabıları  belə  adlandırırdılar?  Hardan  tapmışdı  bu 
ayaqqabıları? Başa düşə bilmədim. Amma restorana məhz bu 
geyimdə gəldi. Şok keçdikdən sonra biz birtəhər yedik, içdik. 
Hesabı ödəmək üçün pul qabımı çıxaranda, o da məcmeyiyə 
öz bank kartını atdı. Mənim hesabı bütünlüklə ödəmək istə-
yimə o, qəribə cavablar quraşdırdı:
-  Mənim  əvəzimə  pul  ödəməyini,  sənə  borclu  qalmağımı 
istəmirəm. Ümumiyyətlə, bizdə belə qəbul edilməyib. 
Mən qərara gəldim ki, bu, sonrakı münasibətlərdən imtina-
dır. Məni  yüngül ümidsizlik bürüdü. Amma biz küçəyə çıxan-
da şadlıqla soruşdu:
- Belə, hara gedirik: sənin evinə, yoxsa mənimkinə?
- Gəl, mənim evimə gedək, - inamsızlıqla təklif etdim. Fürsə-
ti əldən verməyəcəkdim ki. 


225
Biz taksiyə mindik və qəfildən yeni sual:
- Səndə prezervativ var? 
Mən bir anlıq düşündüm ki, bu cür açıq-saçıqlıqdan sonra ona 
bəlkə də ehtiyac yoxdur. Birdən o, sevincək var gücü ilə çiynimə 
vuraraq, çığırdı:
- Bax, görürsən, yaxşı ki, məndə var imiş.
Öz  bel  çantasında  eşələnərək,  təcili  əmin  olmaq  istəyirdi  ki, 
problem olmayacaq. Ümumiyyətlə, onlar zərif deyillər. Burada 
bir az çox yaşasan, geylərə qoşula bilərsən, - Feliks şikayətləndi.
Geylər üçün Hollandiyada həyat cənnətdir. Onların hətta öz 
bayramları var. Adətən, sentyabrda, suyun içində keçirilir. Hə-
min  vaxt  bütün  ölkənin  geyləri  Amsterdama  yığışır  –  kimisi 
bərədə,  kimisi  qayıqda,  kimisi  də  motorlu  qayıqda  gəlir. Ams-
terdamın çoxsaylı kanalları ilə demək olar ki, bütün gün ərzində 
kişi tənasül orqanı ilə bəzədilmiş, müxtəlif şəkillər çəkilmiş, rəqs 
edən, sevinən, mahnı oxuyanlarla dolu, çılpaq və yarıçılpaq sər-
bəst hollandiyalılar qayıq və gəmilərdə gəzirlər.   Kanallarla qır-
mızı fonarlar məhəlləsindən keçəndə, işsiz və darıxan “məhəbbət 
pəriləri” onlara təkəbbürlə, mənasız insan materiallarına baxır-
mış kimi baxırlar.
Çar  Pyotr  haqqında  öz  filmimi  çəkəndə,  mən  Hollandiyada 
uzun müddət qalmalı oldum. Gənc çar bura çox gənc oğlan olan-
da  gəlibmiş.  Onun  yaşı  hələ  heç  iyirmiyə  çatmayıbmış. Amma 
o,  təcrübəli  və  zəhmətkeş  hollandiyalılardan  gəmi  düzəltməyi 
öyrənmək istəyirdi. O, hər yeri gəzə bilmək, dəniz gözəlliklərini 
görmək və Rusiyaya dəniz bağışlamağı arzulayırdı. 
Çar  Rusiyadan  dəbdəbəsiz  gəlmişdi,  onu  şagird  kimi  Zaan-
dam  yaşayış  məntəqəsində,  dəmirçi  Qeret  Kvistin  daxmasında 
yerləşdirmişdilər. Onun əslində kim olması heç kəsə məlum de-
yildi, amma zəhmətsevər hollandiyalılar tez bir zamanda anladı-
lar ki, yaliki dörd yüz əlli quldenə alan bu adam sadəcə dülgər 
deyil. 
İndi  Zaandamda  çar  Pyotrun,  daha  doğrusu,  dülgər  Pyotr 
Mixayloviçin balaca muzeyi var. Ziyarətçiləri ən çox heyrətlən-
dirən isə iki metr boyu olan gənc Romanovun yatdığı çarpayıdır. 
Əslində bu çarpayı qapaqlı yeşikdir. Uzunluğu bir metr alt-
mış beş santimetrdir. Yeşiyin ensiz qapağının üstündə gənc, iki 


226
metr boyu olan Pyotr yatmalı və hərarətli, cavan bədəni ilə döşə-
yin altında saxlanılan kartofu qızdırmalı idi. Evləri o vaxt yaxşı 
qızdırmırdılar və kartofu donmaması üçün sandığa oxşar qapaqlı 
yeşiklərə doldurur və onun üstündə yatırdılar.
Hollandlardan öyrəniləsi çox şey vardı. XVI-XVII əsrlərdə on-
ların donanması dünyada ən güclü donanma idi. Onlar hamıdan 
əvvəl  gəmilərə  topların  qoyulmasını  düşündülər  və  dünyanın 
yarısını fəth etdilər. İndoneziya, Surinam, Seylon, Avstraliya, An-
til adaları, Yeni Zelandiya – bütün bunlar keçmiş koloniyalardır. 
Hətta Nyu-York o vaxt “Yeni Amsterdam” adlandırılırdı. Bütün 
Avropa Hollandiyanı o vaxt “böyük ağızlı kiçik ölkə” sayırdı.
Pyotrdan  başlayaraq  bütün  rus  çarları  Vətənə  yeni  dəniz 
çıxışları,  başqa  aləmə  çıxışlar  verməyi  öz  borcları  hesab  edir-
dilər. 
Yalnız sonralar, onu “çar Boris” adlandıranda xoşallanan pre-
zident Yeltsin rus silahının gücü ilə əldə edilən həmin çıxışları 
bir saatın içində payladı. Nə qədər apara bilirsinizsə, suverenlik 
götürün – onun əsas şüarı belə idi. 
Çəkilişlərdən  sonra  bəzən  hollandiyalı  dostlarımın  müşa-
yiəti ilə, bəzən isə operator və çəkiliş kamerası ilə Amsterdam 
küçələrini  gəzəndə  hollandların  pəncərələrinin  necə  təmiz  ol-
duğunu görməyə bilməzdik. Bir qayda olaraq onları pərdə ilə 
örtmürdülər. Ev həyatı küçədən görünürdü. Budur, ailə çay içir, 
indi ailə başçısı qəzet oxuyur, kimsə televizora baxır, hardasa 
tort və yanan şamlarla ailə bayramını qeyd edirlər. Belə “açıq-
lıq” bizi çox təəccübləndirirdi. Mən hətta həmin slavist tanışım 
Harri Peynenburqdan soruşdum:
-  Harri,  pərdə  asılmayan  pəncərələr  sizdə  adətdir?  Bir  ailə 
idilliyasını digəri əvəz edir.
Harri gülərək cavab verdi:
-  Əlbəttə,  yox.  Bizim  öz  problemlərimiz  kifayət  qədərdir. 
Bəzən  bunu  hətta  saxtakarlıq  da  adlandırmaq  olar.  Bir  baxın, 
biz  necə  yaxşı,  necə  mehriban  yaşayırıq.  Pərdəsiz  pəncərələr 
həm də protestant ənənəsidir. Küre istənilən anda öz rayonun-
da gəzə və pəncərələrə baxa bilər. Bu ona nəinki qadağan edilir, 
əslində onun borcudur. O, görməli və bilməlidir ki, öz icmasına 
mənsub adamlar nə edirlər. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə