Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə56/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   52   53   54   55   56   57   58   59   ...   70

235
Skripka işi ustalarının qonağı olarkən. 
Skripkanı belə düzəldirlər. Kremona. İtaliya


236
Birdən  yadıma  düşdü  ki,  Nikolay  Nikolayeviçin  verdi-
yi, ad yazılmış kağızı götürməmişdim. Soyad mənə o qədər 
sadə görünmüşdü ki, unutmayacağımı düşünürdüm. 
Həmin illərdə Rusiya televiziyası ilə tez-tez pop mahnılar 
oxuyan  panamalı  gombulu  göstərirdilər.  Onun  adı  Sergey 
Krılov  idi.  Altşüur  onun  adını  yadıma  saldı:  Aleksandrın 
əvəzinə, Sergey. Qız sevincək telefon nömrəsini mənə uzat-
dı və söylədi:
- Sergio, Sergio Krilov. Budur, onun telefonu.
Mən zəng etdim, “Pronto” deyən gənc səs eşitdim və ar-
tıq ümidsizcəsinə rus dilində soruşdum: 
- Siz Sergey Krılovsunuz?
- Si, daha doğrusu, bəli, - mənə coşqunluqla, yüngül ital-
yan ləhcəsi ilə, amma rusca cavab verdilər!
Mən  özümü  təqdim  etdim,  dedim  ki,  Moskvadanam  və 
rus televiziyası üçün Stradivari haqqında film çəkmək istə-
yirəm.
- Mamma mia! Sizə mənim padre, atam lazımdır. O, indi 
qısa müddətə çıxıb. O, Aleksandr Krılovdur. Atam çox se-
vinəcək.  Moskva,  Moska,  Madonna  mia,  o,  xoşbəxtlikdən 
öləcək.  Mən  onun  oğluyam  –  Sergey.  Siz  indi  hardasınız? 
Hə, bu “Piazza del Comme”nin yanındadır. Orada gözləyin. 
Pyetronun yanında qəhvə için. Mən indi atamı taparam. Si-
zin yanınıza gələcəyik. Çinkve minuti.
Dəstək asıldı. Yanımda dayanan və söhbətin bir hissəsini 
eşidən Fyodor karıxıb qalmışdı. Etiraf edim ki, elə mən də.
Yaxşı, hansı Pyetronun yanında qəhvə içək?
Səhər tezdən idi. Kiçik şəhərciyin mərkəzi meydanı çiçək, 
sərinlik və qəhvə ətrinə bürünmüşdü. Adama elə gəlirdi ki, 
bu ətirlər hər açılan qapıdan, hər açıq pəncərədən saçır.
Bizim  yanımızdan  kiçik  sürətlə,  əyləci  basaraq  və  süd 
dolu  şüşə  bankaları  cingildədərək,  süd  satan  velosipedlə 
keçdi. O, fitlə “Faust”dan Mefistofelin ariyasının musiqisini 
elə təmiz çalırdı ki, Fedya heyfsiləndi: “Lənət şeytana, gör  
necə gözəl kadrdır, mən isə kamerasızam”. 
-  Heyfsilənmə  Fedya,  İtaliya  –  milyonlarla  kadrdır. 
Güclə  çəkməyə  macal  tapacaqsan,  -  uzaqdakı  təpələrə 


237
baxaraq, operatora dedim. 
- Burdadılar onlar! Calme, calme! Trankvile... Ke Bella sə-
nin russa, - biz rus dili ilə italyancanın qarışığını eşitdik.
Kiçik meydanı keçən iki kişi bizə yaxınlaşırdı – Krılovlar: 
ata və oğul – bu onlar idi. 
Sonra biz Pyetronun yanında səhər qəhvəsini içdik. Onda 
mən anladım ki, film artıq hazırdır. Mühacirətdə də öz sənə-
tindən  ayrılmayan  skripka  ustası  Aleksandr  Krılovu  din-
ləmək mənə xoş idi. 
Aleksandr Krılov danışırdı ki, skripka ustası olmaq üçün 
musiqi  mədəniyyəti,  materialşünaslıq,  musiqi  akustikası, 
rəsm, rəsmxət, kimya və fizikadan xüsusi hazırlığın, materi-
allar müqaviməti haqqında təsəvvürün olmalıdır. 
Aleksandr  skripkalar  haqqında  şair  məhəbbət  haqqın-
da danışdığı kimi, saatlarla danışa bilərdi. O özü də gözəl 
skripkalar düzəldirdi, amma Stradivarinin adını şövqlə çə-
kirdi. 
-  Axı  bunu  ancaq  dahi  edə  bilərdi!  O,  elə  yapışqan  ya-
ratmışdı ki, heç kəs onu təkrarlaya bilməzdi. Halbuki indi 
hamı onun kimyəvi tərkibini bilir! O, dekaları elə cilalayırdı 
ki, bunu başqa alətlə etmək mümkün deyil! Deyirlər, o, biz-
də kəndlərdə saman tədarük edilən kimi, Po çayının çaytu-
tarında bitən qatırquyruğunu tonlarla yığıb, hazırlayırmış. 
Özünə məlum olan qaydada onların duzunu çıxarır, quru-
dur, məhz onlarla sevimli skripkalarını cilalayırmış.
O, Venesiyaya arabalar göndərir, gəmilərdən heyrətamiz 
əks-səda  xüsusiyyətinə  malik  və  kəsiyində  fantastik  şəkil-
ləri olan Bosniya ağcaqayını aldırırdı. “Skripka düzəldin”, 
deyiləndə qətiyyən xoşuna gəlmirdi. Az qala nifrətlə cavab 
verirdi: “Skripkanı düzəltmirlər! Çəllək və skamyanı düzəl-
dirlər! Skripkanı isə çörək, üzüm və uşaq kimi doğur və ye-
tişdirirlər”.
Yuxarı deka adətən şamdan düzəldilir, çünki şamın gözəl 
əks-səda xüsusiyyəti var. Şam səsi uzun müddət saxlayır və 
asta-asta verir, onun üzərində bu səsin çıxdığı nəfis kəsiklər 
– eflər açılır.
Aşağı  deka  tamamilə  başqa  ağaclardan  –  tozağacı,  ağ-


238
caqayın, bəzən isə armuddan hazırlanır. Burada da demək 
olar  ki,  hər  bir  ustanın  öz  sirri  var.  Yalnız  ağacın  cinsini, 
onun  yaşını,  məhz  haradan  kəsilməli  olmasını  bilmək  az-
dır. Xüsusi yuyulma, qurudulma, lakın hopdurulma xüsu-
siyyətlərini, ağacın şəklini korlamamaq və səsini almamaq 
üçün neçə təbəqə vurmaq lazım olduğunu düşünüb, tapmaq 
lazımdır. Bəs lakın altındakı naxışların görünməsi nə qədər 
vacibdir! Naxış darıxdırıcı və maraqsız, yaxud da şəkildəki 
kimi qəşəng ola bilər. Burada ağacın faktura və şəklini hiss 
etmək üçün rəssamlıq duyumun olmalıdır. 
Bəs astarlama və lakla örtülmə… Axı, səslənmənin gözəl-
liyi onlardan asılıdır. Lak skripkaya yalnız fantastik gözəl-
lik vermir, həm də təkrarsız səslənməni təmin edir. Köhnə 
skripkaların  səsi  təkrarsızdır. Artıq  üç  əsrdir  ki,  Stradiva-
rinin  skripkalarına  oxşar  nəsə  yaratmağa  çalışırlar,  amma 
bu, heç kəsə müyəssər olmur. Yaxşı usta skripkanın səsini 
artıq onun üzərində işləməyə başlayanda və o hələ anadan 
olmamış eşidə bilər.
Skripkanı heç də əbəs yerə oxuyan heykəl adlandırmırlar.  
Bu, insan qəlbinin surətidir. O, füsunkar və misilsizdir. Ona 
oxşada bilərsən, amma mütləq oxşarlığa nail olmaq heç vaxt 
mümkün deyil. 
Deyilənə görə, Stradivari  92-93 il yaşayıb. Hələ sağlığın-
da ona dəhşətli dərəcədə həsəd aparırdılar, elə ölümündən 
sonra  da  həsəd  davam  edir.  İndiyə  kimi  iddia  edirlər  ki, 
bütöv artellər ona işləyirmiş və guya o, öz skripkalarından 
başqa heç kimi sevmirmiş. Yaşlı vaxtında gənc qadınla ev-
lənmişdi və uşaqlarını mirassız qoymuşdu.
-  Təsəvvür  edirsiniz,  onun  haqqında  indiyədək  canlı 
kimi, işləməkdə davam edən insan təki danışırlar. Və əvvəl-
ki kimi paxıllıq edirlər, necə ki, bir neçə yüz il əvvəl paxıllıq 
edirdilər. Onun çox evi var idi. Onlardan birində indi meh-
manxana  yerləşir.  Stradivarinin  emalatxanası  isə  -  bilyard 
zalıdır. Dahi ustadın öz skripkalarını qurutmaq üçün asdığı 
ilgəklərdən indi bura gələnlər öz pencəklərini asırlar. Şəhə-
rin, küçələrin həminki olmasına, texnikanın irəli getməsinə 
rəğmən, heç kəs Stradivarini təkrarlaya bilmir. Dahi həmişə 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə