Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə58/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   54   55   56   57   58   59   60   61   ...   70

243
1 200 000 funt sterlinq qiyməti olan əsil Stradivari skripkaçı Ser-
gey Krılovun əlində. Küçədə! Mühafizəsiz


244
- Bura İtaliyadır, - Volodya filosofsayağı qeyd etdi. – Bəlkə 
də qadınlar polislərlə əlbirdirlər. Kino, komissar Katani ya-
dınızdadır? Mafiya... Onunla necə mübarizə aparmaq olar?
- Gəlin, çəkək! Bəlkə lazım oldu, - Fyodor təklif etdi.
- Yox, dərhal görəcəklər! Sənin kameranı qıracaqlar, mə-
nimsə maşınımın şüşələrini. – Volodya sürəti artırdı.
Qəddar reallıq gözəllik vaxtını sıxışdırdı.
* * *
P.S. Sergey Krılov isə 2009-cu ildə Litva Kamera Orkestri-
nin baş dirijoru oldu.


245
SERB LƏNƏTİ. KÜLDƏN TÖRƏYƏN İNSAN 
Radovan Karaciç siyasətə qırx il bundan əvvəl, Sarayevo 
universitetinin  tələbəsi  olanda  gəlib.  Fəlsəfə  fakültəsinin 
binasının  damında  dayanaraq  gənc  üsyancılar  dəstəsinə, 
“Böyük Serbiya” ideyası uğrunda məsləkdaşlarına passio-
nar çıxışla müraciət edəndə.
Siyasət yolunu isə Haaqa tribunalının əsiri, “dünya miq-
yaslı cani” kimi başa vurdu. “Sərhədsiz ədalət” uzun müd-
dət idi ki, onu tədbirli, tələlərdən qurtulan heyvanı  təqib 
edən kimi onun dalınca düşmüşdü. 
Bizim  qısa,  bir  günlük  görüşümüz  isə  onun  hələ  cani 
elan  olunmadığı,  özünü  isə  zalım  dünyanın  istədiyi  kimi 
oynatdığı dövrə təsadüf etmişdi. 
1993-cü il. Bosniyada Sbornik adlı yer. Serbiyanın NATO 
tərəfindən bombalanmasına hələ bir neçə il var, amma bu-
rada artıq müharibə gedir. 
Bizim o zaman hələ də Yuqoslaviya adlandırdığımız bu 
ölkəyə  yuxarı  sinif  şagirdi  olan  qızımla  birgə  getmişdim. 
Mən o vaxt Mənəvi yaxın ölkələr konfransının mədəni la-
yihələr üzrə direktoru və icraçı katibi işləyirdim. 
İslam  dünyasında  daimi  fəaliyyət  göstərən  orqan  möv-
cuddur  –  İslam  Konfransı  Təşkilatı.  Bir  neçə  pravoslav 
ölkəsini  birləşdirən  bizim  struktur  İKT-nin  analoqu  kimi 
yaradılmışdı.  Ona  Yeltsin  konstitusiyasının  müəllifi  –  Ali 
Sovetin deputatı Oleq Rumyantsev rəhbərlik edirdi. Amma 
konstitusiya  üzərində  iş  xeyli  vaxt  apardığından,  o,  yeni 
beynəlxalq  siyasi-mədəni  strukturun  təşkilatlanması  və 
mədəni təminatı ilə bağlı məsələləri mənə həvalə etmişdi. 
Biz gah Yunanıstana, gah Yuqoslaviyaya, gah Kiprə, gah 
da Bolqarıstana yollanırdıq. Mən hər yerə qızımı da özüm-
lə  aparırdım.  İstəyirdim  ki,  onun  dünyanın  müxtəlifliyi 
haqqında təsəvvürü formalaşsın. Bu səfərdə isə o, hələ mü-
haribənin bədheybət üzünü görəcəkdi.


246
Budur,  Bosniyaya  səfər  edirik.  Ən  yaxşı  döyüşçü  kimi 
yekdilliklə Sborniki meri seçilən şəxs bizi avtobusla yaxın-
lıqdan keçən cəbhə xəttinə apardı. 
İngilis dilində bilmədiyindən, hərəmiz öz dilimizdə da-
nışırdıq. Mən onu yaxşı başa düşürdüm, çünki qulaqlarım 
serb-xorvat  dilinə  alışmışdı.  Həm  də  çex  dilini  bilməyim 
köməyimə çatırdı. 
Hərbçi  kimi  o,  çox  danışmırdı  və  geniş  jestlərlə  sözlər-
dən daha mənalı izahatlar verirdi. Biz mərmilərin dağıtdığı 
müsəlman  şəhərciyinin  yanından  keçirdik.  Mer  möhkəm-
dən öskürərək qulağıma qışqırdı: “Burada türklər yaşayır-
dı. Biz onların hamısını...” – və əli ilə voleybol topunu oyu-
na daxil edirmiş kimi jest göstərdi. Bu, hər şey ola bilərdi. 
Mən vaxtilə burada yaşayan türklərin başlarına nələrin gəl-
diyini öyrənməyə cürət etmədim. 
XVII əsrin əvvəllərindən bu ərazidə müsəlmanlar yaşa-
yırdı – Osmanlı imperiyasının Balkan yarımadasına doğru 
genişlənməsi  nəticəsində  islamı  qəbul  edən  yerli  sakinlər. 
Osmanlı imperiyasında islamı qəbul edən ərazilər zorakılıq 
və soyğunçuluqdan xilas olurdu. Amma islamı yeni qəbul 
edənlərlə  xristianlar  arasında  düşmənçilik  davam  edirdi. 
Və budur, üç yüz il sonra bu evlər boşalmışdı. 
Ətrafımızda  gördüklərimiz  öz-özünə  danışırdı:  iki  illik 
müharibə ərzində insanın qurşağına çatan alaqotu qəbirs-
tanlığı  bürümüşdü,  məzarları  heç  kimin  ziyarət  etmədiyi 
aydın  sezilirdi.  Burada  müsəlmanlar  tərəfindən  öldürül-
dükləri deyilən serblərin evləri də vardı. Yarıdağılmış evlər 
boş idi, ətrafda ins-cins yoxdu. Bəzi yerlərdə, qayaların ara-
sından qızılgüllər qızarır, hortenziyanın papaqları ağarırdı 
və bu da cansıxıcı təəssüratı daha da gücləndirirdi.  
Fikrə  daldığımdan,  Karaciçlə  -  Serb  Krainasının  Pre-
zidenti  ilə  görüşümün  baş  tutmalı  olduğu  restorana  necə 
yaxınlaşdığımızı  duymamışdım.  O,  artıq  burada  idi.  Qar-
şımda  hündür,  yekəpər,  təqribən  əlli  yaşlı  adam  dayan-
mışdı.  Qırmızı  çalarlı,  parıldayan  dərisi  vardı,  donqarbu-
run idi, türk qanı hiss olunurdu.  Sıx, çal saçları, tünd albalı 
rəngli  gözəl  gözlərində  qırmızımtıl  damarlar  vardı.  Qərara 


247
Prezident Karaciç – Bosniya serblərinin hələlik hamı tərəfindən 
qəbul edilən lideridir.  Bu, onların qələbə dövrü idi
14 il sonra həbs olunarkən


248
aldım  ki,  o  yata  bilmir,  ya  da  həddindən  artıq  yorğundur. 
Hazırki  şəraitdə  bu  qətiyyən  təəccüblü  deyildi.  İxtisasca, 
həkim, psixoloqdur. Əlbəttə, həkim kimi ona nəyin faydalı 
olub-olmadığını yaxşı başa düşürdü. Amma pəhriz saxlayan 
adama oxşamırdı: qəhvə fincanına düz dörd çay qaşığı qənd 
tozu tökdü. 
Serblər yeməyi çox sevirlər. Əsas milli yeməkləri olan çor-
ba çox yağlıdır. O müxtəlif cür ola bilər: içalat, ət və tərəvəz-
lə. Çox dadlıdır, amma həddindən artıq yağlıdır. Yağ haləsi 
üzə çıxır.
Serblər əti adətən böyük məcməyidə, ən müxtəlif növlər-
lə verirlər: donuz əti, mal əti, sümüklü qoyun əti, içi donuz 
piyi ilə doldurulmuş kolbasa, qızardılmış bekon: çəkilmiş ət, 
formaya salınmış kökə, donuz piyi ilə kabab halında birləş-
dirilmiş halda və s. Bütün bunları serblər həm gecə saat iki-
də, həm səhər saat səkkizdə, həm də günorta vaxtı yeməyə 
hazırdırlar. Onlarda hətta bu barədə məsəl var: “Əlli yaşına 
kimi serb öz qarnına, əlli yaşdan sonra isə qarın öz serbinə 
əziyyət verir”. 
Restoranda olarkən kənardakı faciəvi kaleydoskopu: mü-
haribəni, ölümü, əzabları, tabutları təsəvvür etmək çətindir. 
Elə  restoran  binasının  özündə  də  güllə  izləri  və  dağıntılar 
vardı. Mən Karaciçlə müharibədən danışırdım. Nə qədər ki, 
müharibə  insanın  özünə  toxunmayıb,  o,  bu  barədə  düşün-
mür, fikirləşir ki, hər şey qaydasındadır. Əks-təqdirdə ağlını 
itirə bilər.
Amma  mən  özüm  anlamaq  üçün  münaqişənin  düzgün 
sxemini  qurmaq,  onun  təbiətini  aydınlaşdırmaq,  başlanğıc 
nöqtəsini, sərhədlərini, son həddini qeyd etmək istəyirdim. 
Həkim və şair, insan qəlbinin incəliklərinin bilicisi kimi Ka-
raciçin  döyüşməyə  və  öldürməyə  necə  başladığını  özünün 
izah etməsini istəyirdim. 
Nə üçün əlinə silah alıb? Əgər bu, şair qəlbinin fədakar-
lıqla coşmasıdırsa, bütün dəhşətləri dayandırmaq üçün şans 
var ikən, ağrıları daha da artırmaq nəyə lazımdır?
O,  deyir:  “Əgər  NATO  öz  qoşunlarını  Serbiyanın  sərhə-
dində yerləşdirsə, biz NATO ilə döyüşəcəyik. Tanrı serblərin 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə