Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə60/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   56   57   58   59   60   61   62   63   ...   70

253
-  Bu  maşın  hansı  markadandır?  –  Mən  həvəslə  qapının 
laklanmış oxrasına, qızılı dekorativ elementlərinə, oturacaq-
ların zərif süd rəngli dərisinə baxırdım. 
- Bu, “Maserati”dir, - sürücü təmkin və məğrurluqla ca-
vab verdi və yüngülcə qızılı düyməciyə toxundu. “Sən mə-
nim yatmış ağcaqayınımsan” səsləndi.
Hətta indi, demək olar ki, iyirmi ildən sonra da bu maşın-
ları əksəriyyət heyranlıqla süzür. O vaxt, uzaq 1993-cü ildə 
isə qərb dövlətlərinin iqtisadi sanksiyaları altındakı ölkədə 
demək olar ki, benzin tapılmırdı, sərhəddə isə ərzaq, yuyu-
cu toz, corab, uşaq paltarı, tualet kağızı, oyuncaqlarla dolu 
nəhəng  furqonlar    böyük  növbələrdə  dayanmışdılar.  Buna 
görə də boş yolda italyan avtosənayesinin fəxrini görmək – 
qəribə hadisə, mistika və xəyal idi.
Maraq məni didib-parçalayırdı: bu kimdir? Hardandır? 
Necə olub?
- Axı sizdə müharibə, embarqodur?.. – ehtiyatla, Sergey 
Yesenin  şeiri  və  Nikolay  Sliçenkonun  səsi  altında  başla-
dım. Belə avtomobil hardandır – birbaşa soruşmaq istəyir-
dim. Amma həmsöhbətim mənim sözlərimi özünəməxsus 
tərzdə yozdu. Onun gözləri parıldayırdı.
-  Bizi  boğmaq  istəyirlər.  Onlarda  heç  nə  alınmayacaq. 
Onlar pravoslav dünyasını didirlər, parçalayırlar, bomba-
layacaqlar da , - naməlum şəxs inamla təkid edirdi.
- Siz nə danışırsınız! – hündürdən etiraz etdim. – Bizim 
zamənəmizdə heç kəs heç kimi bombalamayacaq. Siz bunu 
necə  təsəvvür  edirsiniz?  Sivilizasiyalı  Avropa  təyyarələr-
dən  Avropa  ölkəsini  bombalayacaq?  Avropa  paytaxtını? 
Deməli, həm də öz mərkəzini?
Bombalayacaqlar,  bombalayacaqlar,  mənim  əzizim,  - 
mənə  “sən”  deyə  müraciət  edən  müsahibim  cavab  verdi. 
– Amma  biz  təslim  olmayacağıq.  NATO-nin  bir AVAKS  –
ını  (pilotsuz  kəşfiyyat  təyyarəsi  –  N.P.)  artıq  vurmuşuq, 
yenə vuracağıq. Əgər Rusiya bizə S-300 satsa, yalnız onda 
bombalamayacaqlar. Amma Yeltsin onlarla əlbirdir. Bizim-
kilər  nahaq  ona  ümid  edirlər.  Sizin  Yeltsin  lazım  gələrsə, 
öz ölkəsini də bombalada bilər. Siz hələ onunla çox acılar 


254
dadacaqsınız. Görərsən.
Biz artıq çatırdıq. Mən çantamdan on dollar çıxartdım. O 
baxdı, ağ dişlərilə güldü.
- Zarafat edirsən? Gəl tanış olaq, mən hələ sənin adının 
nə olduğunu bilmirəm. Mən Draqanam. Gəlin, axşam şam-
da görüşək, danışaq, - Draqan təklif etdi. – Qızını da götür, 
gör nə gözəl və ağıllıdır, dərhal görünür. Mən oğlumu gə-
tirərəm, o da məktəblidir. Qoy bir-birinə həyatları, adətləri 
haqqında  danışsınlar,  maraqlıdır.  Düzdür,  onun  görünü-
şü, - Draqan başını buladı, - başını daz qırxdırıb. Mən ona 
deyirəm: “Səfeh, niyə daz qırxdırmısan? Sənə tez-tez sata-
şacaqlar,  dalaşmalı  olacaqsan”,  o,  isə  cavab  verir:  “Atacan, 
mən cəbhəyə gedəcəyəm, heç nədən qorxmamalıyam”. Hə, 
gəl, bizim həyatımız haqqında öz konfransındakından daha 
çox şey öyrənərsən.
Biz vidalaşdıq.
Bilirdim ki, getməyəcəyəm. O, qəribədir. Həm də ki, ax-
şam yekun şam yeməyi planlaşdırılmışdı. Rumyantsev təcili 
Moskvaya uçmalı idi: Rusiya parlamenti Yeltsinə etimadsız-
lıq  bildirmişdi.  Embarqo  üzündən  Belqrada  təyyarələr  uç-
madığından, onu maşınla Budapeştə kimi aparmalı idilər.
Həmin axşam biz Oleqi yola salanda, heç kəs güman edə 
bilməzdi ki, cəmi bir neçə saatdan, bir neçə gündən sonra, 
o,  artıq  deputat  olmayacaq  və  üstəlik  onu  döyəcəklər  də. 
Moskvada  aeroportdan  birbaşa  mühasirə  edilmiş  Ağ  evə 
yollandığından, elə Belqraddan getdiyi geyimdəcə  yarımac 
saxlayacaqlar. Həmin evdə, Ali Sovetin binasında, demokra-
tik Rusiya paytaxtının mərkəzində tanklar atəş atacaq. Yara 
kimi, qara ləkələr kimi gah bu, gah da digər mərtəbə yanğı-
na bürünəcək.
Bu  mənzərəni  dünyanın  bütün  telekanalları  göstərdilər. 
Mən bütün bunları Belqraddan sonra gəldiyim Afinada gör-
düm. Yunan həmkarım hündürdən qışqıraraq məni ofisdən 
televizor qoyulan holla çağırırdı: “Nina! Nina! Moskva ya-
nır! Ali Sovetin Moskvadakı evi yanır!” Mən əvvəlcə onun 
nə üçün danışır Moskva dediyini anlamadım (“yanır” əvə-
zinə,  “danışır” kimi eşitmişdim). Amma televizora yaxınla-


255
Gözəl müğənni Tamara Qverdtseteli. Təsadüf olub-olmadığını deyə 
bilmərəm, amma biz Abxaziya Gürcüstandan ayrıldıqdan sonra 
ünsiyyəti dayandırdıq


256
şanda, yanan parlament binasını gördüm, Bi-Bi-Sinin xəbər-
lərini eşidəndə, prezidentimiz Yeltsinin hələ bizə sürprizlər 
edəcəyinə dair öncədən xəbər verən bığlı serbin sifəti gözlə-
rimin önünə gəldi.  
Amma hələ buna bir neçə gün qalırdı...
Hələlik isə gələcəkdən xəbərsiz  bizlər coşqun fəaliyyətə 
girişmişdik. Çox sayda güllərlə bəzənmiş “İnterkontinental” 
mehmanxanasında bizim konfransın birinci və əsas forumu 
keçirilirdi.  Hollda  və  xırda  fəvvarələrdə  su  sakitləşdirici 
tərzdə şırıldayır, içində ekzotik bitkilər, qızıl balıqlar, liana-
lar  olan gözəl rezervuarlara yığılırdı. Bir sözlə, qızmar Belq-
radda – əsl vadi. 
Çoxlu  xarici  nümayəndələr  var  idi.  Hər  yanda  ingilis, 
fransız,  italyan,  yunan  dillərində  sözlər  eşidilirdi.  Bütün 
dünyadan  pravoslav  icmaları  öz  nümayəndələrini  foruma 
göndərmişdilər. Onlar arasında serb qadınları təzadlı gözəl-
likləri  ilə  çox  seçilirdilər.    Onların  saçları  adi  qara  deyildi, 
göyümtül qara idi, həm də süni tük kimi parıldayırdı. Qarğa 
qanadına oxşayırdı. Onlar qaraçı qızlarına bənzəyirdilər, yal-
nız rəngbərəng şallar və güllü ətək geyinməmişdilər, qaraçı 
qızlarının  adət  etmədikləri  ofis  kostyumlarında  idilər.  Bir 
cadugər başqasını əvəz edirdi. Onlar nümayəndələri harasa 
aparır,  oturdur,  beyclər  paylayır,  qəhvəyə  və  sərin  içkilərə 
qonaq edirdilər. Məni yanımdakıların katibə-köməkçilər və 
tərcüməçilər deyil, falçılar olması hissi bir saniyə də dinc bu-
raxmırdı. Elə bilirdim ki, onlar indicə kartları çıxararaq, fala 
baxacaq, qonaqlara talelərini əvvəlcədən xəbər verəcəklər. 
Çox sonralar başa düşdüm ki, intuisiyam məni aldatma-
yıb. Sən demə, bir çox serb qadını üçün cadugərlik və magiya 
haqqında  kitablar  az  qala  stolüstü  kitab  imiş.  Onlar  ovsun 
nüsxələri, otların xüsusiyyətlərini, ay təqvimi və qoroskop-
ları  bilir,  fal  kartlarına  isə  sağlamlıq  və  kulinariya  kitabla-
rından  daha  tez-tez  müraciət  edirlər.  Serbiyada  cadugərlik 
– yemək hazırlanması kimi, adi haldır.
Mənim tanışım Karreras, Dominqo, Pavarotti və Xvoros-
tovski  ilə oxumuş məşhur opera müğənnisi bir dəfə mənə 
inanılması  çətin  olan  bir  əhvalat  danışmışdı.  Bir  dəfə  şam 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə