Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə57/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   53   54   55   56   57   58   59   60   ...   70

239
Sinyor Marassi ustaların hələ yaranmamış skripkanın səsini 
necə eşitdiklərini danışır


240
dahidir. Onlar hansı dövrülüklə doğulurlar? Yüz ildən bir, 
bir neçə yüz ildən bir? Bu, ilahi sirrdir.
Küçədə  gözəl  bir  axşam  başladı.  Qəhrəmanımızı  çəkdi-
yimiz  kafenin  yerləşdiyi  balaca  küçənin  üzərində  parlaq 
cənub  ulduzları  sayrışırdı.  Biz  artıq  çox  videokasset  çək-
mişdik, yalnız axırıncısı qalmışdı. Aleksandrın oğlu, həmçi-
nin, skripkaçı olan Sergey Krılovla da danışmaq istəyirdik. 
Rus  dilini  qoruyub  saxlaya  bilən,  italyan  dilində  asanlıqla 
danışan, özündə iki mədəniyyəti birləşdirən adam kimi, o, 
italyanların müasir adətləri haqqında çox maraqlı danışırdı. 
Bu, başadüşüləndir – cəmi 24 yaşı vardı.
- Hə, ata, burada hamı dahidir, - o, şən idi. – Onlar qədər 
heç bir xalq musiqini başa düşə bilməz. Onların istənilən zibil 
daşıyanı ən mürəkkəb opera ariyasını fitlə çala bilər – adam 
həsəd  aparır.  Gör  necə  gözəllikdə  yaşayırlar!  Florensiyanın 
küçələri ilə gedirsən – hər tərəf incilərdir. İtalyanlar isə onları 
hətta görmürlər. Onların arasında yaşayırlar: ağlayır, gileylə-
nir, şənlənir, şam edirlər. Ətrafda isə nağılvari gözəllik var. 
Və bu gözəllik onlar üçün təbii mühitdir.
- Bax, deyirlər ki, lap bu yaxınlarda təcrübə qoyublar, ey-
nilə  Stradivarinin  skripkasını  yaratmağa  cəhd  göstəriblər. 
Kompüterdə skripkanın bütün parametrlərini mikrona qədər 
hesablayıblar,  laboratoriyada  kimyəvi  məlumatlara  əsasən, 
onun  istifadə  etdiyi  lakı  hazırlayıblar,  daha  doğrusu,  onun 
etdiklərinin  hamısını  ediblər.  Dahiyanə  skripka  isə  alınma-
yıb. Bu doğrudur? Bu barədə heç nə eşitməyibsiniz?
- Kompüterdə nəyisə necə hesablamaq olar? – Aleksandr 
yenə qızğınlıqla danışdı. – Axı, rəqəmlərdən və kimyəvi düs-
turlardan başqa, bunu dahinin əlləri etməlidir. 
-  Bəs  siz  skripkanı  əlinizdə  tutanda  nə  hiss  edirsiniz?  – 
mən Sergeydən soruşdum.
- Musiqi dilini hamı başa düşmür. Bu, səslərin assosiativ 
düzülüşüdür,  insanda  xüsusi  assosiasiya  oyadır,  daxili  alə-
mini ehtizaza gətirir. Musiqiçi – mediumdur, Tanrı ilə insan 
arasında vasitəçidir. 
- Seryoja, bəs siz hansı skripkada çalırsınız? Atanız düzəl-
dənlərdə?


241
Mən şübhə etmirdim ki, onun skripkaları bu qədər sevən 
atası onları yəqin Stradivarinin vəsiyyət etdiyi kimi yaradır 
və  sevə-sevə  bəsləyir,  Sergey  də  atasının  skripkasında  ifa 
edir.
-  Yox,  -  stulun  ayağına  söykənən  futlyara  baxan  Sergey 
cavab verdi. – Yeri gəlmişkən, mən Stradivarinin skripkasın-
da... 
- ???!!!
Mən inana bilmirdim!
-  O  sizin  yanınızdadır?  –  aşağıya,  futlyara  baxdım.  – 
Demək istəyirsiniz ki, siz onu almısınız? Bizə deyirlər ki, o 
bir milyon iki yüz min funtadır. Bu, doğrudur?
- Bəli, doğrudur, bəzən isə daha bahadır, - Sergey cavab 
verdi. – Amma biz onu almamışıq. Böyük ümidverici musiqi-
çilərə  və  musiqi  müsabiqələrində  qalib  gələnlərə  hökumət 
dahiyanə  alətlər  verir.  Mənə  də  veriblər.  Mən  konsertlərdə 
bu skripka ilə çıxış edirəm. 
O, artıq futlyardan “canlı” Stradivarini çıxartdı. 
Kremon  günəşinin  qürubu  altında  skripkanın  lakı  canlı 
kimi alışdı, qızılı-kəhraba və qırmızı-yaqut çalarlar titrədi.
Biz  hamımız  donduq.  Yalnız  Fedka  açarla  işə  salınmış 
kimi tarixi skripkanın ətrafında dolandı.
Sergey adət etdiyi hərəkətlə onu çiyninə qoydu və Nikko-
lo Paqanininin 24 saylı Kaprisini çaldı. Skripka üçün solonu.
Meydan  tamamilə  dəyişdi.  Sanki  evlərin  fasadına  dəyən 
musiqi, səmaya, görünməyən günbəzə qalxırdı. Bütün mey-
dan ilahi məbədə çevrildi. Yalnız mənim deyil, bütün sarsıl-
mış çəkiliş qrupunun gözləri yaşla doldu. Mən bunu cavan 
oğlanların simasından görürdüm.
Nədənsə, Boris Pasternak yadıma düşdü: 
Mənə bir dəfə, nə vaxtsa, konsert zalında,
Bramsı çalacaqlar, həsrətdən üzüləcəyəm... 
Uçub gedən səs itənə kimi, təntənəli həyəcan bizi saxladı. 
Elə bil ki, bütün evlərdə həyat donmuşdu. Pəncərələr tayba-
tay açılmışdı, kremonlulara əla konsert bəxş edilmişdi. Onlar 


242
bunu dəyərləndirdilər.
-  Bravissimo!  –  gecə  səmasında  möhkəmdən  səsləndi. 
–  Bravissimo!  –  Səs  gözəl  akustikalı  konsert  zalındakı  kimi 
yüksəlirdi.
Sergey  səhnədəki  kimi  təzim  etdi.  Skripkasını  götürüb, 
futlyara qoydu və bizimlə xudahafizləşdi.
- Siz doğrudanmı gecə vaxtı küçə ilə elə-belə Stradivari ilə 
gedəcəksiniz? Mühafizəçilərsiz?
- Mən ki, küçə ilə mühafizəçilərsiz, Stradivari ilə gəlmişəm.
Gecə  qaldığımız  Milana  qayıdanda,  bizim  yaşadığımız 
hissləri təsvir etməyə çətinlik çəkirəm. 
Artıq Milana yaxınlaşanda, işıqlar get-gedə çoxalanda və 
yolboyu şəhər evləri qırılmaz xətt boyunca uzananda, sürü-
cümüz gözlənilmədən əyləci basdı.
- Bu nədir? – Fedya elə bir səslə soruşdu ki, sanki kabusla 
qarşılaşmışdı.
Heyrətlə  gözlərini  bərəldərək,  o,  evlər  boyunca  səkiləri 
göstərdi. Küçə fonarları və evlərin pəncərələrinin işıqlandır-
dığı səkilərdə çılpaq qadınlar dayanmışdılar. Onlar təkbaşına 
və qruplarla durmuş, açılıb-bağlanan stullarda, yaxud hara-
dansa çıxarılmış kreslolarda əyləşmişdilər.  Bu qadınlar bizə 
fantasmaqoriya kimi görünürdülər. Birbaşa qızmış səkilərin 
üstünə  sərələnərək  uzanan  qadınlar,  təəssürat  yaratdıqları 
tamaşaçı ilə təcili görüşə hazır olanlar daha çox ruhlara bən-
zəyirdilər.    Onlar  çimərlik  xalçalarında,  fitnes-mərkəzlərdə 
məşğələlər üçün nəzərdə tutulmuş hava ilə doldurulmuş re-
zin  döşəkcələrdə  uzanmışdılar.  Bu  çimərlik  az  qala  qəzaya 
səbəb olurdu. Xüsusilə bu “diyar”da ilk dəfə olan italyanla-
rın idarə etdikləri maşınların əyləcləri vıyıldayırdı. 
- İlahi, bu nədir belə? – Fyodorun ardınca mən də soruş-
dum.
İlahinin  əvəzinə,  Rusiya  Federasiyasının  Milandakı  kon-
sulluğunun  bizə  məsləhət  gördüyü  sürücü  Volodya  cavab 
verdi:
- Onlar həmişə belədir. Şosse hərəkətlidir. Müştərilər çox-
dur. 
- Bəs onları polis qovmur?


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə