Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə65/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   62   63   64   65   66   67   68   69   70

275
Viktor Suxorukov Mossovet adına teatrda ən mürəkkəb rolları 
incəliklə oynayır: həm çar Fyodor İoannoviçi, həm də 
Porfiri Petroviçi


276
üçün, dostlarım və tanışlarım üçün hazırki həyatda dəyər-
lərin saxtalaşdırılması çox hiss olunur. Həm də bu hər yerdə 
duyulur. Həyatın əvvəllər daha yaxşı, necə deyərlər qəndin 
nə vaxtsa daha şirin olduğunu iddia edən insanlara oxşamaq 
istəmirəm. İngilislər bu təzahürü “substitute” adlandırırlar. 
Məhəbbət əvəzinə sənə “substitute for love” (məşhur müğən-
ni Madonnanın populyar mahnısının adı), ailə əvəzinə - part-
nyorluq, sevimli iş əvəzinə - pul qazanmağı təklif edirlər. 
Axı müasir rus dilində “guya ki” parazit - sözü təsadüfən 
yaranmayıb:  guya  ki,  məhəbbət,  guya  ki,  ailə,  guya  ki,  iş, 
guya ki, evli, guya ki, ərdə. Söhbətin nədən getdiyi isə hamı-
ya aydındır.
İndi insanların idealları itib, demək də düz  olmazdı. Amma 
insanların  əksəriyyəti  üçün  ideallar  istehlakla  məhdudlaşır. 
Belə çıxır ki, bir ideallar sisteminin və dəyərlər meyarının iti-
rilməsi digərinin əldə edilməsinə gətirib çıxarmayıb. 
Ətrafımızdakı dünya doğrudan da dəyişdi. Səkidə uzan-
mış  adama çox güman ki, zəif bir qarı köməyini təklif edəcək, 
ətrafda harasa tələsən insanlar yox. Küçədə uzanmış adamı 
sadəcə olaraq sərxoş kimi qəbul etmək hamı üçün daha asan-
dır,  nəinki  onun  əhvalını  bilmək.  Əgər  həmin  adam  maşın 
yolunda uzanıbsa, yüz faizlik inamla söyləmək olar ki, yüz 
maşından doxsan doqquzu yanından ötüb keçəcək! Həm yol-
da maşını əyləmək təhlükəlidir, həm də oturacağın çirklənmə 
ehtimalı var. Üstəlik, maşında yer olmaya bilər. Xariclə bizi 
ayıran “dəmir pərdə” artıq yoxdur, amma o ölkə daxilində, 
insanlar arasında, qəlblərdə qurulub.
Təsadüfi deyil ki, “tusovka” kimi anlayış meydana çıxıb. 
“Tusovka”dakı  insanları  nəzərdən  keçirəndə  bu  insanları 
pulun tükənməsi və “tusovka”dan çıxarılmaq qorxusundan 
başqa  nəyinsə  narahat  edə  biləcəyinə  inanmaq  olmur.  Ən 
çətini  isə  onların  vicdan  əzabı  çəkməyə  qadir  olduqlarını 
təsəvvür etməkdir (ümid etmək istəyirəm ki, bu qərarımda 
yanlışlığa yol verirəm).
“Tusovka”  oxuduğun  kitabı,  gördüyün  tamaşanı  müza-
kirə edə biləcəyin yer deyil. Burada insanı həyəcanlandıran 
və  ağrıdan  hadisələr  haqqında  danışmaq  mümkünsüzdür. 


277
Orada  sponsor  tapmaq  olar,  amma  səni  çətin  durumdan 
çıxarmaq  üçün  faizsiz  borc  verən  dostu  yox.  Kimin  pulu 
varsa,  o  həmin  pulu  işlətməlidir.  Qazanmalıdır.  Zəmanə 
belədir. 
Amma dünyaya və zəmanəyə hökm oxumaq iddiasında de-
yiləm. Mən sadəcə olaraq, patoloqanatom kimi onu yarıram. 
Və  maraqla  yeni  insanlığın  təzahürlərini  müşahidə  edirəm. 
Bax,  deyək  ki,  bizim  həyatımızda  kübar  cəmiyyətin  dişi  as-
lanları peyda olub. Onlar yeni “ali dünya”nı yaratmağa iddi-
alıdırlar. Amma bu adamların əsl kübar dünyaya aidiyyatları 
belə yoxdur. 
Əslində bizim “dişi aslanlar” sadəcə olaraq qərb aləminin və 
rəngli jurnalların Paris Hilton kimi “ulduz”larını təqlid etmək-
lə məşğuldurlar. Əsil ali dünya da mövcuddur, amma bu dün-
ya elm, mədəniyyət, siyasət, kinematoqraf, biznes sahələrində 
nailiyyət qazananlardan ibarətdir. Zadəgan soylarının qaldığı 
bəzi ölkələrdə isə bu təbəqə həm də əsilzadələrin seçilməsi ilə 
formalaşır. Amma bu şəxsləri “xüsusi adam”lar saymaq olmaz. 
Onların əksəriyyəti təşəxxüs və lovğalıqdan uzaq insanlardır. 
Qabsburqların və Qoqentsollernlərin xələfləri adi həyatda öz-
lərini çox sadə aparırlar. Maltanın qədim ailələrindən birinin 
evindəki  əhvalat  haqqında  danışım.  Bu,  Mdine  qəsrində  ol-
muşdu. Özəl qəbul idi. Qəbulda Maltanın 29 qədim zadəgan 
ailələrinin  nümayəndələri  iştirak  edirdi.  Bu  ailələrin  tarixi 
qədim zadəgan ordenindən başlanır.Və XVI əsrdə ispan kralı        
V Karl bütün Malta arxipelaqını bu ordenə hədiyyə edib. Orada 
həmçinin, ölkə prezidenti Qvido de Marko iştirak edirdi.
Malta zadəganlığı Avropada qapalılığı ilə seçilir. Məsələn, 
baron  titulunu  Avropanın  bir  sıra  ölkələrində  satın  almaq 
olar, Maltada isə bu qətiyyən mümkün deyil! Buna görə də 
Malta baronu zadəgan titullarının iyerarxiyasında həmişə di-
gər Avropa baronlarından yüksəkdə dayanacaq.
Furşet zamanı mənə düzgün sifət cizgiləri və gözəl ingilis-
cəsi olan emosional qadın yaxınlaşdı. O, mənə venzelli, ağır 
gümüş çəngəli və bıçağı kənara qoyaraq, əti əllə götürməyi 
təklif  etdi.  Toxunma  salfetin  künclərini  incə  tərzdə  qatladı, 
bir tikə əti əsl məharətlə götürüb dişlədi və dedi:


278
- Burda bıçaq lazım deyil - ət sadəcə ağızda əriyir!
Həqiqətən ət əla hazırlanmışdı. 
Yeri gəlmişkən, bu dəyirmi sonluqlu bıçaq formasını məhz 
mənim ulu babalarım hazırlayaraq XIV Lüdovikə bağışlayıb-
lar.  Doğrudur,  o  bıçaqlar  qızıldan  olub,  -  kənara  qoyulmuş 
bıçağı göstərən İzabel əlavə etdi.
- Bəs onadək əti nə ilə kəsirdilər?
-  İti  sonluqlu  bıçaqla.  Xəncərə  oxşayırdı.  Öz  tikəni  qoruya 
bilərsən.  Dişlərini  qurdalamaq  da  öz  yerində.  Kral  da  məhz 
buna dözə bilmirmiş, - həmsöhbətim danışırdı və mənə elə gə-
lirdi ki, həm XIV Lüdovik, həm də zadəganların qonaqlıqlarda 
ət  tikələrini  yeyərkən  istifadə  etdikləri  xəncərlər,  uzaq  tarix 
deyil. 
- Yeri gəlmişkən, salfetlər də bizim ailəmizin “dünya xə-
zinəsi”nə  töhfəsidir.  –  İzabel  gülümsəyərək,  havada  dırnaq 
işarələri çəkdi. – Bizim Reymsdəki toxuculuq fabrikində on-
lar ilk dəfə kətandan tikilib. Dərhal VII Karlın tacqoyma mə-
rasimində ona hədiyyə edilib və taxt zalındakı təntənəli na-
harda süfrəyə qoyulub.
- Hansı Karla? – dövrləri müəyyənləşdirməyə macal tap-
madığımdan, maraqlandım.
- Yeddinciyə. Janna d’Arkın sevdiyi Karla.
Həmin  axşamın  xatirələrinin  dərinliklərinə  varmağa  ehti-
yac yoxdur. Bizim “dişi aslan”ların əsas xüsusiyyəti qeyri-adi 
dərəcədə ictimailəşmələridir. Əsl aslanlardan xeyli çox. Nəcib 
davranış qaydalarına dair bütün təsəvvürlər isə “Kosmopoli-
ten” jurnalından götürülüb.
Ədalət  naminə  demək  lazımdır  ki,  “tusovka”da  dəyərli 
insanları da görmək mümkündür. O qara dəlik kimi hamını 
içinə çəkib.
Mənim dostlarım və tanışlarımın içində də “tusovka”ya cəlb 
olunmuş xeyli adam var. Onlar oraya “tusovka”nın bir hissəsi 
kimi gəlmirlər. Məsələn, deyək ki, Saşa Jurbin və onun arvadı, 
İra Qinzburqu “tusovka” adamı saymaq olarmı? O, gözəl mu-
siqilər, bir çox teatrlarda nümayiş etdirilən operalar yazır. İra isə 
mahnılara gözəl sözlər yazır. Bu mahnılarsa kinoda da səslənir. 
Bir dəfə Saşa danışırdı ki, hələ sovet dövründə Bəstəkarlar 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə