Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə55/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   51   52   53   54   55   56   57   58   ...   70

231
Yujno-Saxalinsk, 1995-ci il. Skripka saxta çıxdı və filmin yanım-
dakı ssenarisini yenidən yazmalı oldum


232
İşin  araşdırılması  başa  çatana  kimi,  skripka  Saxalin  vi-
layətinin o vaxtkı qubernatorunun seyfində qalmışdı. Biz adi 
adamların “möhür”, mütəxəssislərin isə “etiket” adlandırdıq-
ları damğaya səylə baxıldıqdan sonra ilkin verdikt çıxarıldı – 
skripka surətdir, yaxud Nikolay Nikolayeviçin adlandırdığı 
kimi, “replika”dır.
- Stradivarinin replikaları XIX əsrdən, çox güman ki, çex 
ustaları  tərəfindən  düzəldilməyə  başlamışdı,  -  o,  bildirdi.  – 
Çexlər xüsusilə “amatizləri” (Amati sözündən) hazırlayırdı-
lar, amma “stradivariuslar” da onların məhsulu idi. 
“Məhsul olmağına məhsuldur, amma sensasiya alınmadı”, 
- mən düşünürdüm. Amma mən uzun müddət qanımı qaralt-
maq  niyyətində  deyildim.  Çünki  filmi  kiçik  alətdə  yaranan 
səsin istənilən ürəyə yol tapmaq iqtidarında olması haqqın-
dakı hekayə kimi düşünmüşdüm. Həm də qarşıda bizi skrip-
ka  düzəldən  dahilərin  vətəni  –  Kremon  gözləyirdi.  Amati, 
Qvarneri və əlbəttə, Sradivarinin skripka yaratdıqları şəhər.
Deyilənə  görə,  bir  dəfə,  uzaq  dövrlərdə  dənizdə  batmış 
gəmidən qiymətli daşlarla yanaşı, futlyarlarda Stradivarinin 
işi olan musiqi alətləri də çıxarılıbmış.  Əlbəttə, onları açan-
da orada skripkanı təşkil edən hissələrin – yuxarı deka, aşağı 
deka,  şadara,  çürüməmiş  balina  sümüyündən  kamanın  his-
sələri bir-birindən ayrılmışdı.   
Amma təmizlənmiş, qurudulmuş və yapışdırılmış alətlər 
skripkaçının əlində səslənəndə hadisənin şahidləri çox hey-
rətlənmişdilər.  Dərindən  sarsılan  həmin  adamlar  Stradivari 
haqqında səs tanrısı kimi danışırdılar. Hətta dənizin dərinlik-
lərindən salamat çıxan, hər şeyi dağıdan fəlakətə qalib gələn  
səsin.
Qumilyovun yaradıcılığın mahiyyəti haqqında maraqlı şe-
iri var:
Əziz oğlan, elə şənsən, işıqlıdır təbəssümlərin,
Dünyanı zəhərləyənlərdən diləmə sən səadət,
Bilmirsən, bilmirsən, bu skripka nədir,
Oyun törədənlərin iyrənclikləri nədir!
Onu bir dəfə amiranə əllərinə götürənin,


233
Rahat işığı itəcək, həmişəlik gözlərinin, 
Cəhənnəm ruhları sevir bu möhtəşəm səsləri, 
Quduz qurdlar dolaşır skripkaçının yollarında.
Əbədi ağlamaq və oxumaq lazımdır, bu cingiltili simlərə,
Əbədi döyüşməli, qıvrılmalıdır havalanmış bu kaman,
Günəş, çovğun altında, həm ağaran ləpədöyəndə,
Qərb zəbanə çəkəndə, həm də şərq qızaranda,
Yorulur, ləngiyirsən, bir anlıq kəsilir nəğmə,
Və artıq qışqırıb, tərpənə, ah çəkə bilməyəcəksən.
Quduz qurdlar həmin an qana həris azğınlıqla
Dişlərilə boğazından yapışıb, pəncəsilə 
sinəndə duracaqlar.
Onda başa düşəcəksən, bütün oxuyanlar necə istehza edir,
Gecikmiş, amma qüvvətli qorxu gözlərinə baxacaq.
Kədərli ölüm soyuğu parça kimi bədəninə sarılacaq,
Nişanlı qız ağlayacaq və dostun fikrə gedəcək.
Oğlan, davam et! Burda görməyəcəksən 
nə şənlik, nə xəzinə!
Amma görürəm mən güldüyünü, bu baxışlar - iki şəfəq.
Al, sahib çıx, sehrli skripkaya, yırtıcının gözünə bax
həlak ol, öz dəhşətli skripkaçı ölümünlə.
Bax belə, Kremonda skripka divanəsi olan adam haqqında 
film çəkməli idim.
İş sadə deyildi. İtalyanlar (xüsusilə də əyalətlərdə, Kremon 
isə doğrudan da əyalət hesab olunur) öz doğma dillərindən 
başqa heç bir dildə danışmırlar. Mən bu məsələdə çox böyük 
çətinliklər  görürdüm.  Skripkalar  haqqında  film  üçün  mən 
az  məbləğ  istəmişdim.  Saxalinə  bilet,  İtaliyaya  uçuş,  çəkiliş 
qrupunun xərcləri, əmək haqqı, texnikanın icarəsi – hər şeyi 
nəzərə  almaq  lazım  gəlirdi.  Smetanı  tərcüməçiyə  qonorar 
vermək üçün heç cür “sıxa” bilmirdim. 
Həmişəki kimi russayağı “bəlkə” xilas etdi. Artıq uçuşdan 


234
əvvəl mən bizim skripkalar üzrə ekspertimiz Nikolay Nikola-
yeviçə zəng etdim, o mənə Sovet İttifaqından İtaliyaya getmiş 
skripka ustalarının adlarını verdi.
- Deyəsən, o, Kremona köçüb, çoxdan mühacirətdədir. Har-
dadır, nə işlə məşğuldur, - heç nə bilmirəm. Onun adını, so-
yadını yazın – Aleksandr Krılov. Birdən bəxtiniz gətirər, - o, 
tərcüməçi ilə bağlı gileyimə cavab olaraq mənə təsəlli verdi. 
Kremona  gəldikdən  sonra,  skripka  muzeyinə  getmək, 
yaxud Stradivari muzeyini tapmaq qərarına gəldim. Artıq orda 
Krılov haqqında soruşacaqdım. Amma italyanlar mən onlara 
ingiliscə “Excuse me, could you pleas tell us how to get to the 
violin museum, if there is one your town, or to the Stradivarius 
museum?” - müraciət etdikdə, belə mürəkkəb ifadəni eşidib, 
cavabında başlarını yelləyirdilər. Onlar şənliklə gülümsəyərək 
uzun-uzadı italyanca cavab verirdilər. Nə haqqında danışdıq-
ları isə aydın deyildi. 
Nəhayət, bizim qrupun operatoru Fyodor dedi:
- Nina, bilirsiniz, bu, ingiliscə deyil. Onlardan nə haqqında 
soruşmağınızı mən də başa düşmürəm. Gəlin, mən öz ingilis-
cəmdə onlardan soruşum. 
O, itlə gəzən yaşlı italyanı dayandırdı. Onun təsəvvürünə 
görə, Kremonun köklü sakini məhz belə olmalı idi. Və rus di-
lində soruşdu:
- Sinyor, Stradivari burda hardadır? – Sonra isə öz ingiliscə-
sində soruşdu: - Where Stradivari? – Əli ilə ətrafı göstərdi.
Və möcüzə baş verdi! İtaliyalı onu başa düşdü! Huşu özünə 
gəlmiş kimi başını yellədi:
- Stradivarius! Stradivarius!
- Muzey! Skripkalar! – Fedya xəyali skripkanı çiyninə qoy-
du və sağ əlini tez-tez onun üstündə aparıb-gətirdi. 
- Museo! –qoca bizim arxamızdakı binanı göstərdi.
- Qrasiya, - Fyodor ona təşəkkür etdi və təntənə ilə baş əydi.
İşə bir bax, qaraçı xoşbəxtliyi deyilən şey var imiş! İki dəqiqə 
sonra biz muzeydə idik və mən ingiliscəmi yaxşı anlayan eks-
kursiyaçı qızla danışırdım. Mən ondan rus skripka ustası Ser-
gey Krılovun telefon nömrəsini tapmaqda bizə kömək göstər-
məsini xahiş etdim.


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə