Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə61/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   57   58   59   60   61   62   63   64   ...   70

257
yeməyi  zamanı  onunla  söhbət  edəndə  bildirdim  ki,  ekstra-
senslərə,  qara  magiyaya  və  fala  inanmıram,  qətiyyən  möv-
humatçı deyiləm. 
- Mən də mövhumatçı deyildim, tanrı heç kəsi sınağa çək-
məsin,  həyatımda  bir  hadisə  olmasaydı,  -  Nataliya  dedi.  – 
Sovet  İttifaqından  gedəndə  müxtəlif  ölkələrdə  çıxış  etmək 
üçün dəvətlər almışdım. Amma mənə əsil uğur ərə getdik-
dən sonra gəldi. Ərim yuqoslav idi. Mən Belqrada onun ya-
nına köçdüm. Bir dəfə konsertdən əvvəl çıxışa hazırlaşarkən, 
qapının zəngi çaldı. Qapını açıram – heç kəs yoxdur, yalnız 
yerdə bir zərf var. İçində də kiçik məktub: “Belqraddan rədd 
ol! Mənim Slobodanımdan əl çəkməsən, öləcəksən!” Bu aciz 
qadın təhdidini oxuyub, konsertə getdim. Mən xoşbəxt idim, 
o  vaxt  hər  şeyə  nail  olurdum.  Mən  Milanda  oxumuşdum, 
Münhendə oxumuşdum, Barselona və Londonda mükafatlar 
almışdım. Dünyanın bütün şöhrətli opera teatrlarında məni 
alqışlayırdılar.  Elə  görünürdü  ki,  mühacir  həyatının  uzun 
sınaqlarından və əzablarından sonra tale nəhayət məni mü-
kafatlandırır. Yaxşı əhval-ruhiyyədə işığın sönməsini və ilk 
alqışların  səslənməsini  gözləyirdim.  Qrim  otağından  çıxış-
da mən oxumalı olacağım sevimli “Aida”nın bir neçə notu-
nu  səsləndirmək  istədim.  Və  dəhşət  bədənimi  dondurdu: 
mənim səsim yox idi! O nə itməmiş, nə də yatmamışdı, heç 
“xoruzlamırdım da”, sadəcə səsim yox idi.   Səsim eşidilmir-
di.  Hədəqədən  çıxmış  gözlərlə,  səhnə  rejissorunun  əlindən 
yapışaraq,  ona  fəlakət  baş  verdiyini  anlatmağa  çalışırdım. 
Amma  boğazımdan  xırıltıdan  başqa  heç  nə  çıxmırdı.  Kon-
serti bir neçə dəqiqədən sonra təxirə saldılar, daha bir neçə 
dəqiqədən sonra isə təcili yardım gəldi. Çünki məni əsməcə 
tutmuşdu və sanki yüksək hərarət məni içəridən gəmirirdi. 
Ərimin də özünü çatdırdığı hospitalda məni ən yaxşı Belq-
rad həkimləri müayinə etdilər, konsilium toplandı. MƏNDƏ 
HEÇ NƏ TAPMADILAR... Slobodan təkrar müayinədə israr 
edirdi. Mən özüm də bunu tələb edirdim. Məndən qan gö-
türdülər, kompüterlə, UZİ ilə yoxladılar – hər şey normanı 
göstərirdi. Amma hər halda yüksək hərarətim vardı! Axı bü-
tün teatr gördü ki, necə titrəyirəm, danışa bilmirəm. Amma 


258
cihazlar hər şeyin qaydasında olduğunu göstərirdi. Hər şey 
gecəki kabus kimi görünürdü.
Biz evə qayıtdıq. Səhər naxoşluğumdan əsər-əlamət qal-
mamışdı. Hər şey əvvəlki kimi oldu. Səsim geri qayıtdı, mən 
öz  tamaşaçılarıma  –  “Aida”  operasını  təqdim  etməli  idim. 
Mən  Verdini  sevirdim.  “Aida”  isə  ən  sevdiyim  rollardan 
biri idi. Növbəti konsert günündə, ərim işə getdikdən sonra 
zəng çalındı və dəyişdirilmiş qadın səsi dedi: “Sən hələ bu-
radasan rus əxlaqsızı? Ölümdən qorxmursan? Sənə az oldu? 
Mənim  Slobodanımdan  əl  çək!  Belqraddan  rədd  ol!”  Mən 
başa  düşdüm  ki,  qadın  səsi  tanınmasın  deyə,  ağzını  bərni 
ilə  tutub,  amma  mənim  üçün  səs  sanki  cəhənnəmdən  gə-
lirdi.  Mənim  yenidən  bir  neçə  dəqiqədə  hərarətim  qalxdı. 
Mən Slobodanı çağırdım, onunla birgə mənim serb rəfiqəm 
Zorka da gəldi. Konsert yenidən təxirə salındı, mən isterika 
içində çırpınırdım. Slobodan hansısa xidmətlərə zəng edir, 
zəngin haradan olduğunu aydınlaşdırmağa çalışırdı, Zorka 
isə ancaq soruşurdu: “Sən təcili mənimlə gedə bilərsən? Biz 
səni xilas edərik!”
Mən mənzildə qala, Slobodana baxa bilmirdim. Mən Zor-
kanın maşınına mindim və biz Novi Sad şəhərinə getdik. 
Yolda  əsirdim  və  mənə  elə  gəlirdi  ki,  məhz  orada  ölə-
cəyəm. Novi Sadın girişində biz kiçik xüsusi evlərin arasın-
da  dolaşdıq  və  əyri  hasarın  yanında  dayandıq.  Doqqazın 
cırıltısına qapıda orta yaşlı, qara saçlı serb qadın göründü. 
O,  bizi  içəri  dəvət  etdi.  Qaranlıq  otaqda  mənim  üzərimdə 
hansısa manipulyasiyaları etdi, nəsə pıçıldadı. Od yandırdı, 
başıma içində soyuq su olan qab qoyulmuşdu və oraya qay-
nar mum tökürdü. Suda qəribə fiqurlar yaranırdı, o, uzun 
müddət  onlara  baxdıqdan  sonra,  nəhəyət  Zorkaya  müra-
ciətlə  dedi:  “Mən  burada  kömək  edə  bilmərəm.  Sənin  rus 
rəfiqəni ölümə məhkum ediblər. Bu lənəti ancaq onu edən 
götürə bilər”.
Gecədən keçmiş biz mənim əvvəllər sevdiyim Ağ şəhərə 
qayıtdıq.  Hiss  edirdim  ki,  bu  şəhərə  məhəbbətim  sürətlə 
azalır. Öz ərimin gözlərinə necə baxacağımı bilmirdim. Zor-
ka ona hər şeyi danışdı. 


259
Sergey Lavrovla. Bir ali məktəbin iki məzunu


260
“Mən onu taparam. Mən hamını taparam. Sən oxuyacaq-
san. Sənə heç nə olmayacaq. Mən hər şeyi edərəm”, - qaran-
lıqda ərim and içirdi. Mənim artıq özüm üçün qərar verdi-
yim kimi, keçmiş ərim.
Tezliklə Nataliya Rusiyaya qayıtdı. Onun bir sıra konsert-
ləri oldu, o cümlədən də Böyük Teatrın səhnəsində. 1990-cı 
il mövsümünü açarkən Dmitri Xvorostovski və Yevgeni Ko-
lobovla birgə konserti “Aida”nın “Qələbə ilə qayıdın” ariyası 
ilə başladı. Moskva publikası istedadlı müğənninin qayıdışı-
nı coşqunluqla salamlayırdı. 
Bir neçə il sonra o, Moskvada bankirə ərə getdi. Səhnədən 
demək  olar  ki,  aralandı  –  get-gedə  daha  çox  müəllimliklə 
məşğul olmağa başladı. Amma serb torpağında keçirdiyi mis-
tik sarsıntılar xatirindən silinmirdi ki, silinmirdi. 
O, bu əhvalatı mənə danışanda tüklərim ürpəşirdi, sanki 
mən özüm onunla birgə Novi Sada getmişəm və  qarğa qana-
dına oxşayan saçında bir dənə də ağ tük olmayan orta yaşlı 
qadının dəhşətli hökmünü özüm eşitmişəm. 
Biz tez-tez görüşmürdük, amma hər dəfə onu gülən, həyat 
ehtiraslı görəndə, düşünürdüm ki, nahaq həmin cadugərlərə 
inanıb. Bu cür dəhşəti özünə yaxın buraxmamalısan, öz alə-
mini belə müdaxilələrə bağlamalısan ki, heç nə olmasın. 
İki  il  sonra,  Rəssamlıq  Akademiyasına,  Zurab 
Konstantinoviç Seretelinin yanına gedəndə, mənə doğru gələn 
dərddən  qəddi  bükülmüş  adamla  rastlaşdım.  Bu  adamın 
Nataliyanın əri olduğunu anlayanda dəhşət məni bürüdü. 
- Budur, gəlmişəm Zurab Konstantinoviçdən Nataşa üçün 
qəbirüstü abidə düzəltməsini xahiş etməyə. 
- O məgər ölüb? – mən pıçıldadım.
-  Hə.  Bəs  sən  bilmirdin?  Qəzetlərdə  yazmışdılar,  televi-
ziyada göstərdilər, nekroloqlar, çiçəklər ... – o artıq göz yaşı 
içində davam etdi.
“Aman tanrım, düşündüm – Aman tanrım... Doğrudanmı 
həmin serb lənəti üstündən neçə il keçdikdən sonra onu hətta 
Moskvada yaxalaya bilib?” O vaxt keçmiş əri ona demişdi ki, 
hədə-qorxu zəngi edən həmin qadını tapa bilməyib. Amma 
Nataliyanın öz ehtimalları var idi. Slobodan yaraşıqlı, zəngin 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə