Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə37/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   33   34   35   36   37   38   39   40   ...   70

153
Və kişi bizə qarderobda qalan lüməyi göstərir.
Mənim ərim özündən çıxdı:
- Qulaq asın, - amerikalıya dedi, - mənim arvadımın böyük 
çiyinliyi olan Samur xəzindən kürkü vardı. Onu qolunun içinə 
qoymuşdu  ki,  düşməsin.  Kürkü  geyinmək  üçün  qolunu  azad 
etmək lazım idi. Ona görə də dəyişik sala bilməzdilər. Mən bu 
barədə cənab Pikerinqlə danışmaq istəyirəm.
- Əlbəttə, - mən də söhbətə qoşuldum. – Bu məsələni həll et-
mək lazımdır. Həm də müşahidə kameralarına baxmaq olar.
Burada amerikalı həyasızcasına bildirdi:
- Əgər burda kamera varsa da, yəqin ki, bizim tərəfimizdən 
qoyulmayıb.
- Mənim vecimə deyil, kameraları kim qoyub. Mənə lazımdır 
ki, kürklə bağlı məsələ həll edilsin. Zəhmət olmasa, səfiri dəvət 
edin, - Aleksey soyuq rəsmiyyətlə tələb etdi, - və xahiş edirəm, 
soyadınızı deyin.
- Yaxşı, - səfirliyin işçisi cavab verdi. – Sizin maşınınızı indi 
içəri buraxarlar. Necə istəyirsiniz, ərizənizi yazın, səhər mən onu 
səfirə verərəm. – O, maşınla bağlı sərəncam vermək üçün çıxdı.
Maşınımız alaqapının qarşısına gəldi. Mən açıq paltarda çıx-
dım. Axşamın sonunda bizimlə danışan əməkdaş, nəzakətlə ma-
şının qapısını açdı və örtdü. Görünür, bu, “üzr istəyirəm” əvə-
zinə idi.
Biz təzəcə evə çatırdıq ki, pilləkən meydançasından mənzili-
mizdən arasıkəsilmədən gələn telefon zəngini eşitdik. 
Zəng  səfirlikdən  idi.  Dəstəkdə  qadın  səsi  eşidildi:  “Xanım 
Puşkova? Sizin kürkünüz tapılıb. Onu sadəcə olaraq qalan kürk-
lə qarışıq salıblar. Gəlib, götürə bilərsiniz”.
- Deyin, kürkün qolunda böyük sancağa oxşayan düyməli çi-
yinlik var?
- Bəli, bəli! Hər şey yerindədir!
- Əla. Amma gecə saat bir olduğundan, mən sabah gələcəyəm. 
Mənim ancaq bir sualım var: necə düşünürsünüz, içində çiyinlik 
olduğundan, qolunu geyinmək mümkün olmayan kürkü qarı-
şıq salmaq olar? –Təkidlə irəli sürülən və həqiqətə qətiyyən bən-
zəməyən versiyanı qəbul etmək xoşuma gəlmirdi. 
Mən xudahafizləşdim.


154
Ertəsi gün səhər səfirliyə getdikdə, iqamətgahı qoruyan rus 
milis nəfərinə içəri keçmək üçün soyadımı dedikdə, o, ucadan 
soruşdu:
- Demək, sizin kürkünüz itibmiş?
- Bəli. Siz bilirsiniz, o necə itib və kim qaytarıb?
- Yox, bizə demirlər, - o, cavab verdi. Amma qadının gözündə 
mebelin  yanında  qoyulmuş  müqəvva  kimi  görünməmək  üçün 
əlavə  etdi:  -  Ümumiyyətlə,  bilirsiniz,  bu  Yeltsinin  deputatları 
əliəyri camaatdır: gah tualetdə kağızı oğurlayırlar, gah da nəyisə 
burub açıb aparırlar. Hərdən eşidəndə hətta utanırsan. Mən belə 
bilirəm ki, - o, mövzunu inkişaf etdirdi, - kiminsə arvadı, axmaq, 
qərara gəlib ki, guya dəyişik salaraq, başqasının kürkündə get-
sin. Əri isə yəqin görən kimi ona deyib: “Nə etmisən, gicbəsər! 
Geri qaytar, çalış, nə isə uydurasan. Onlarda kamera var...” Və 
sizin  kürkünüzü  tez  bir  zamanda  qaytarıblar,  -  o,  özünün  de-
duktiv təhlilini başa çatdırdı.
Mən iddia edə bilmərəm ki, məhz belə olub. Amma mənə də 
maraqlı idi ki, kürkü kim gətirib. Artıq orada, içəridə bu barədə 
səfirliyin əməkdaşından soruşdum:
- Kürkü geri qaytaran kim idi?
Mənə belə cavab verdilər:
- Missis Puşkova, mən sizə ancaq onu deyə bilərəm ki, bu, si-
zin kürkünüzdür. Biz hadisəyə görə sizdən çox-çox üzr istəyirik.
Başqa bir izahım olmadığından, mən asanlıqla milis nəfərinin 
versiyasına inandım.
Bilirsiniz,  hələ  hakimiyyət  dəyişikliyi  zamanı,  Yeltsin  Qor-
baçovu əvəzləyəndə, ac insanlar hakimiyyəti ələ alarkən, sakit 
soyğunçuluq var idi. Həmin insanlar qısa müddətdə varlanmaq 
istəyirdilər. Varlanmaq üçün bəziləri hətta 1-ci poliklinikanın tu-
alet kağızı rulonundan da vaz keçmirdilər. 
Qorbaçov dövründə ərim MK-nın beynəlxalq şöbəsinin məs-
ləhətçisi olduğundan, biz SSRİ Səhiyyə Nazirliyi yanında dör-
düncü  baş  idarənin  1-ci  poliklinikasına  gedib-gəlirdik.  Rusiya 
Federasiyası Ali Sovetinin ilk deputatları ora gələndə mən tez-
tez  orada  işləyən  xadimələrin,  sanitarların  replikalarını  eşidir-
dim:
- Bu oğru-əyrilik necə artıb! Necə əliəyrilikdir? Bax, yenə qul-


155
Prezident Yeltsinin administrasiyasının rəhbəri Yuri Petrovla


156
pu burub, açıb aparıblar! Get, baş tibb bacısını çağır! Kimsə yenə 
dəstəyi burub, açıb aparıb! 
Növbəti gün isə başqa bir fəryad eşidilirdi:
- Bu nə əliəyrilikdir, necə insanlar var! Bir baxın: burada dəs-
mal üçün latun qarmaqlar vardı – hamısını burub, açıb aparıblar! 
Onlar dırnaqları ilə açıblar?! Bunu axı təsəvvür etmək belə çətin-
dir ki, insanlar poliklinikaya vintaçanla gəliblər...
Bəli, biz ərimlə bir çox hadisə və proseslərin təfərrüatının as-
tar üzünü çox tez gördük. İslahatçılar və tarixi yaradanların isla-
hatlarının füsunkarlığına inamı qorumaq mümkün deyildi. Yeri 
gəlmişkən, baş verənlərin əsil qiymətini yalnız biz görmürdük. 
Yeltsinin yaxın ətrafındakı namuslu insanlar daxildə baş verən-
lərdən dəhşət hissi ilə uzaqlaşırdılar. 
Yaltaq ətrafının “çar Boris” adlandırdığı Yeltsinin administ-
rasiyasının rəhbəri vəzifəsində Yuri Petrov çalışırdı. Yeltsin onu 
hələ  Sverdlovskdan  tanıyırdı.  Prezident  olanda  isə  onu  Mosk-
vaya “dartıb gətirdi”. Görünür, çox namuslu və vicdanlı insan 
olan Yuri Vladimiroviç üçün Boris Nikolayeviçlə Moskvada gö-
rüşmək və işləmək gözlənilməz və ağır sınaq idi. 
Biz Zalsburqda regional iqtisadi forumda cənab Petrovla və 
onun həyat yoldaşı ilə tanış olanda, söhbət qarşıdakı prezident 
seçkilərindən düşdü. Onun arvadı emosionallıqla ucadan söylə-
di:
- İlahi, hərdən küçəyə çıxmaq və qışqırmaq istəyirsən – insan-
lar, insanlar! – Bir bilsəydiniz, kimi seçirsiniz!
Əri onun sözünü ağzında qoydu:
- Lazım deyil, Lida, bu, yaxşı deyil!
- Nə yaxşı deyil? Onsuz da hamı nə vaxtsa həqiqəti biləndə 
dəhşətə gəlir!
- Qoy bilsinlər, amma bizdən yox, - Yuri Vladimiroviç təkid 
edirdi.
Tezliklə Petrov istefa ərizəsi yazdı və Yeltsin qəbul etdi. Sonra-
lar onun neçə-neçə silahdaşı və tərəfdarı onların gözləri qarşısın-
da baş verənlərə laqeyd qala bilmədilər. Amma mənim kitabım 
siyasət haqqında olmadığından, həyatdan əhvalatlar danışacam.
Biz uzun illər ərzində “Qırmızı daşlar” sanatoriyasında dincəl-
mişik. Bu sanatoriyanı bolşeviklər tikmişdilər. Onların əksəriyyəti 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə