Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə33/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   29   30   31   32   33   34   35   36   ...   70

137
yirdi: “Cəsarətiniz çatırsa, bunu oxuyun”. Kitabda aclıqdan ağ-
lını itirmiş kimyaçı-həkim qurbanların sayını insan ətinin tonla 
hesablanması sistemini yaradır: “Yalnız Krımda hansısa üç ay 
ərzində! – məhkəməsiz, məhkəməsiz güllələnən insan əti! – sək-
kiz min vaqon, doqquz min vaqon! Üç yüz qatar! On min ton 
təzə insan əti, ca-van ət! Yüz iyirmi min baş! in-san!” Krımda 
terror qurbanları ilə bağlı 120 min rəqəmi tarixi tədqiqatlarda 
da xatırlanır.
Zemlyaçka  haqqında  Şmelyovun  romanında  qısaca  deyi-
lir: “Vəhşi!” Sovet mətbuatında isə oxuyuruq: “Qəribə insan 
idi,  Zemlyaçka.  İnsanların  qayğısına  qalmaqdan  yorulmur-
du. Qüvvəsinə heyfsilənmədən çalışırdı”.
Düzdür,  bolşevik  Sultan-Qaliyevin  də  xatirələri  var: 
“Zemlyaçka həddindən artıq əsəbi və xəstə qadındır... Krımda 
demək  olar  ki,  bütün  işçilər  onun  qabağında  əsir,  hətta  ən 
sarsaq və səhv sərəncamına tabe olmamağa cəsarət etmirdilər”. 
Sultan-Qaliyevi  həbs  etdilər  və  güllələdilər.  Zemlyaçkaya 
isə  partiyadakı  bu  təmizləmələr  toxunmadı  –  onun  özü  bu 
təmizləmə  ilə  məşğul  olurdu.  Yoxlama  ilə  getdiyi  partiya 
təşkilatlarını dəhşətə gətirirdi. Tutduğu ən yüksək vəzifələrdən 
biri SSRİ Xalq Komissarları Soveti sədrinin müavini vəzifəsi idi. 
İndiki qayda ilə - Baş nazirin müavini.
İşdən  kənara  çəkildikdən  sonra  pilləkən  qonşularından  şi-
kayət yazmağa başlamışdı. Zemlyaçka Moskvada, partiya rəh-
bərliyinin  yaşadığı  sahildəki  evdə  yaşayırdı.  “Sahildəki  ev”in 
müzeyində  “AiF”ə  Zemlyaçkanın  201  saylı  mənzilinin  Nikita 
Xruşovun yaşadığı onuncu alaqapıda olduğunu deyiblər. 
Onun şəxsi həyatı haqqında cüzi məlumat var. Uşaqları yox 
idi. Təəccüblüdür ki,  xalqın rifahı naminə fəaliyyətinə rəğmən, 
arxivdə çox az şəkilləri qalıb. Sanki kiminsə sehrli əlləri on min-
lərlə insanın edamı ilə bağlı şəkilləri məhv edib. 
Zemlyaçka 70 yaşında ölüb. Və dərhal 1947-ci ildə Moskva-
nın mərkəzindəki küçəyə onun adı verilib. Düzdür, 20 il öncə, 
küçəyə onun əvvəlki adı qaytarılıb – Bolşaya Tatarskaya. Amma 
Rusiyanın digər şəhərlərində yüzlərlə küçə Zemlyaçkanın adını 
daşıyır.  Bu  küçələrlə  yeriyən  insanlar  isə  İblisi  xatırlamırlar. 
İnqilabçının külü Kreml divarlarına gömülüb.


138
1991-Cİ İLİN YAYI. BAŞ TUTMAYAN KİNO
Bu  şəxsi  çox  az  adam  xatırlayır.  Yaxın  keçmişimizdə, 
Yeltsin  hakimiyyətindən  əvvəllər  onun  -  Qorbaçovun  ən 
yaxın  silahdaşının  adı  dillər  əzbəri  idi.  Qorbaçovla  dost 
olub-olmadıqlarını bilmirik, amma yenidənqurma, deməli, 
həm  də  böyük  ölkənin  “dəyişdirilməsi”  ideyası  ona  məx-
susdu.  Onu  əbəs  yerə  “yenidənqurmanın  memarı”  adlan-
dırmırdılar. Yenidənqurma iflasa uğradıqdan, Sovet İttifaqı 
isə süqut etdikdən sonra mətbuatda “Memar xarabalıqda” 
məqaləsi peyda oldu. 
Bu  adamın  adı  Aleksandr  Nikolayeviç  Yakovlev  idi. 
Onu Qorbaçovun “boz kardinal”ı adlandırırdılar. Deyilənə 
görə,  onlar  Kanadada  dostlaşmışdılar.  Sərbəst  düşüncə-
li  Yakovlevi  1980-ci  illərin  əvvəllərində  oraya,  mərkəzdən 
uzağa  səfir  göndərib,  bir  növ    “sürgün”  etmişdilər.  Hələ 
Sov.İKP MK-nın kənd təsərrüfatı üzrə katibi olarkən Mixail 
Qorbaçov  da  Kanadaya  səfər  etmişdi.  Deyirdilər  ki,  daha 
dərin  və  ağıllı  siyasətçi  olan  Yakovlev  gələcək  baş  katibin 
fikir tərzinə həlledici təsir göstərib.
O  vaxt  həyat  yoldaşım  Qorbaçovun  spiçrayterlər  qru-
punda  işlədiyindən,  Yakovlev  və  Medvedevlə  (o  dövrki 
siyasi büronun başqa bir üzvü) tez-tez ünsiyyətdə olurdu. 
Məni  isə  yenidənqurma  haqqında  bədii  yox,  sənədli  film 
çəkmək ideyası cəlb edirdi. Alekseyin sayəsində, daha doğ-
rusu  onun  vasitəsilə  ölkənin  siyasi  həyatını  dərk  etdiyim-
dən,  filmi  də  siyasət  haqqında  çəkmək  istəyirdim.  Həmin 
illər siyasət hamının iliyinə işləmişdi. Siyasət hər evə, hər 
ailəyə  girmişdi.  Böyük  dəyişikliklər  yaxınlaşırdı.  Hamıda 
böyük ümid vardı. 
Mən  filmə  “Köləlikdən  aparan  yol”  adını  vermək  istə-
yirdim.  Sifariş  yazıb  “Novosti”  mətbuat  agentliyinə  təklif 
etdim – RİA əvvəllər belə adlanırdı. 
O vaxt bu sayaq sənədli filmləri Xarici Mətbuat Agentliyi 
çəkirdi.    Filmin  ideyası  agentlik  rəhbərliyinin  çox  xoşuna 
gəldi. Xüsusilə ona görə ki, baş qəhrəman Qorbaçovla birgə 


139
ölkəni dəyişən insanlardan biri, onun müttəfiqi və nüfuzlu 
siyasi fiqur Yakovlev olmalı idi. 
Yadımdadır,  bu  mürəkkəb  filmin  ssenarisini  yazanda, 
yaman həyəcanlanırdım.
Bir vaxtlar Anatoli Vladimiroviç Romaşin mənə gileylən-
mişdi ki, Kino evində bizim “Ümidsiz ümid edirəm” filmi-
nin premyerasında Nikita Sergeyeviç Mixalkov ona yaxın-
laşaraq deyib: “Tolya, sən gözəl aktyorsan! Üstəlik rejissor 
da olmaq nəyinə lazımdır? Bu başqa bir sənətdir”. Halbuki 
Romaşinin böyük təcrübəsi vardı: həm aktyor kimi, həm də 
quruluşçu kimi – axı o, ÜİDKİ-də dərs deyirdi. Elə mənim 
də “başqa sənət”im vardı – politoloq, tarixçi deyil, aktrisa 
idim. Amma elə hallar olur ki, uğur utanıb-çəkinmədən öz 
qüvvəsinə inanan adamın payına düşür. Mən ərimdən Ya-
kovlevlə  görüşməyimi  təşkil  etməyi  xahiş  etdim.  O,  bunu 
etdi.
Aleksandr Nikolayeviçin kabinetinə daxil olanda, uzun 
və qalın hörüyüm vardı. Mənə elə gəlirdi ki, əgər saçlarımı 
Alyonuşka kimi hörsəm, bu ona anadan olduğu Yaroslavl-
dakı kəndi xatırladacaq. Təsəvvür edirsiniz, mən onu inan-
dıra bildim ki, kino aləmindən olan gənc qadının yaratdığı 
film, peşəkarın hazırladığı filmdən daha yaxşı olacaq. 
Üstəlik məni xüsisilə hadisələrin psixoloji səbəbləri ma-
raqlandırırdı.  Hakimiyyətin  “yuxarı  eşelon”larındakı  in-
sanlara yaxından baxmaq maraqlı idi. Başa düşmək istəyir-
dim,  hakimiyyət  insana  necə  təsir  edir,  onun  şəxsiyyətini 
deformasiyaya  uğradır,  yoxsa  o,  bu  deformasiyaya  qarşı 
durmağa qadirdir. 
Əlbəttə,  indi  o  dövrdə  baş  verənlərin  əksəriyyəti  bizim 
tərəfimizdən başqa cür dərk edilir. Amma o vaxt sosializ-
min  məcburi  köləlik  kimi  dərk  edilməsi  ümumi  dəb  sayı-
lırdı.  Mənim  filmim  isə  hakimiyyət  olimpinin  zirvəsində 
olan  və  dəyişiklikləri  hazırlayan  insanların  yalnız  sistem 
köləliyinə deyil, həm də öz quldarlıqlarına qalib gəlmələri 
haqqında olmalı idi. 
Biz  çəkməyə  başlayanda,  mən  birdən  aşkar  etdim  ki, 
kamera  qarşısında  Yakovlev  mürəkkəbləşdirilmiş,  siya-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə