Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə32/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   28   29   30   31   32   33   34   35   ...   70

133
* * * 
P.S. Yeri gəlmişkən, peşəkar inqilabçıların özlərini necə apar-
maları ilə bağlı “Arqumentı i faktı” qəzetinin 21 noyabr 2012-ci 
il tarixli 47-ci sayında Mariya Pozdnyakovanın məqaləsini oxu-
muşam. Məqalə “Yoldaş İblis” adlanır. Ona görə bu məqaləni 
tam  verirəm  ki,  ölkəmizin  belini  qıranların  canlı  xələfləri  bizi 
yeni sarsıntılara hazırlayırlar. Yeni inqilablar həvəsilə yananlara 
bunun nə ilə bitəcəyini bilmək artıq olmazdı. Beləliklə...
Yoldaş İblis
Bu qadının rəhbərliyi ilə on minlərlə insan məhv edilib.
Pensneli  qurumuş  qarının  –  Rozaliya  Zemlyaçkanın  həyat-
dan köçməsindən 65 il ötür. Partiya rəhbərliyinin yaşadığı məş-
hur sahildəki evdə o, ən titullu sakinlərdən biri idi. 
Qırmızı terror dövrünün ən məxfi rekordu ona məxsus olub: 
bu qadının rəhbərliyi ilə on minlərlə insan edam edilmişdi. Bu-
nunla da o, inqilabdan xeyli əvvəl özü üçün seçdiyi İblis ləqəbi-
ni doğrultmuşdu.  Onun digər ləqəbi – Zemlyaçka yalnız 1917-ci 
ildən sonra rəsmiləşdi. Amma İblis ləqəbini o çox sevirdi. 
Viran etmə elmi
...1903-cü il. Rozaliya Piter küçələri ilə fəhlələrlə gizli görüşə 
tələsir. Bolşevik fəallarının nümayəndəsi elan edir: “Yoldaş İb-
lis  Londondan  gəlib.  O,  partiyanın  qurultayının  necə  keçməsi 
haqda məlumat verəcək”.  Rozaliyanın gizli fəaliyyəti haqqın-
da hələ sovet dövründə Lev Ovalov yazıb və fransız papaqla-
rından, ingilis plaşlarından, qeyri-leqal ədəbiyyatın daşınması 
üçün istifadə olunan iki altlıqlı yol güzgülərindən, tez-tez qaç-
dığı çar həbsxanalarından danışıb. 
Fəhlə  və  kəndlilərin  hüquqları  uğrunda  mübarizə  aparan 
Rozaliya mənşəcə nə fəhlə olub, nə də kəndli. 1876-cı ildə Kiyev-
də, varlı tacir Samuil Zalkindin ailəsində doğulmuşdu. Sol ide-
yalarla gimnaziyada oxuyanda maraqlanıb və onu bitirdikdən 
sonra fransız universitetində təhsil almağa yollanıb. Növbəti 20 
il ərzində, 1917-ci ilin oktyabrına kimi, bir gün də rəsmi surətdə 
işləməyib. Bu cəhətdən onun bioqrafiyası bir sıra məşhur inqi-


134
labçıların tərcümeyi-halındakı kimidir. 
Paltar, yemək, mənzil və xaricə səfərlər üçün pul partiya kas-
sasından  götürülürdü.  Bu  baxımdan  inqilabçılar  heyrətamiz 
sosial qrupu təmsil edirdilər. Mixail Bakuninin müəyyənləşdir-
diyi siyasi portretə nəzər salaq: “İnqilabçıda qohumluq, sevgi, 
dostluq, minnətdarlıq hissləri və hətta vicdanın özü boğulma-
lıdır. Onun əgər bu dünyada nəyəsə və ya kiməsə yazığı gəlir-
sə, inqilabçı deyil. O, ancaq bir elmi bilir – viran etmə elmini”. 
Rozaliya bu sözlərin altından qanla imza ata bilərdi. Əlbəttə, öz 
qanı ilə yox, onun iradəsi ilə əzab verilən on minlərlə insanın 
qanı ilə. Söhbət ilk növbədə Krımdan gedir. Zalkindi oraya vi-
layət partiya komitəsinin katibi kimi yeni qayda-qanun yarat-
mağa  göndərmişdilər.  Onun  gəlişindən  sonra  Qara  dəniz  sa-
hilləri güllələnənlərin qanından qırmızıya boyanmışdı. “Qırğın 
aylarla davam edirdi. Pulemyotun ölümgətirən şaqqıltısı səhərə 
kimi kəsmirdi... Elə ilk gecə Simferopolda – 1300, Feodosiyada 
– 420, Kerçdə - 1300 insan güllələnmişdi”, - Oktyabr inqilabını 
yaşamış Sergey Melqunov “Rusiyada qırmızı terror. 1918-1923-
cü illər” əsərində belə yazıb. 
Yoldaş İblisin – “Onlara patron heyifdir. Hamısını batırın”, 
əmrinə kimi Krımda pulemyotlar dayanmadan işləyib. Edama 
məhkum edilmişləri barja yığır, ayaqlarına daş bağlayaraq, də-
nizə atırdılar. Çox vaxt bunu onların sahildə dizi üstə dayanıb, 
bağışlanma haqqında dua edən qadınları və balaca uşaqlarının 
gözləri qarşısında edirdilər.  Amma maarif xalq komissarı Lu-
naçarskinin dediyi kimi: “Rədd olsun yaxınlara məhəbbət! Biz 
nifrət etməyi öyrənməliyik”. Sonra balıqçılar suda ölülər ordu-
sunun dayandığını görürdülər. Rozaliya yalnız insanların məhv 
edilməsi əmrini vermirdi, həm də edamlarda fəal iştirak edirdi. 
Komissarlara məxsus dəri gödəkcədə, böyründən mauzer asıl-
mış halda Aleksandr Soljenitsinin onu adlandırdığı kimi, “qır-
mızı terrorun davakarı” bu şəhərdən o birisinə, bir qəsəbədən 
digərinə gedirdi. 
“Ölülərin günəşi”
Zemlyaçkaya tabe olanların bəziləri onun sadizmini gördük-
də Kremlə xəbər verməyə cəhd etmişdilər: hamını güllələyirlər 


135
Etna yüksəkliyində. 
Sanki Ayda idik


136
– həkimləri, müəllimləri, tibb bacılarını, hospitaldakı xəstələri, 
balıqçıları,  liman  işçilərini,  keçmiş  gimnaziyaçıları,  keşişləri. 
Krım şəhərlərində işıq dirəklərində, parkdakı ağaclarda və hətta 
heykəllərdə cəsədlər asılmışdı. Küçələr bom-boş idi. Hamı qaçıb 
gizlənmişdi.  Şəhər kənarlarında güllələnənlərin cəsədləri yerə 
səpələnmişdi. Çoxlarını diri-diri yerə basdırırdılar. Gecələr canı 
çıxmayanlar  yaşayış  evlərinə  doğru  sürünür  və  inildəyirdilər. 
Melqunov  südəmər  uşaqları  olan  qadınların  güllələnmələrini 
görmüş şahidlərin ifadələrindən bəhs edir. Amma Lenin Zeml-
yaçkanın vakxanaliyasını dayandırmaq fikrində deyildi. Axı o, 
Leninin diktatura haqqındakı sözlərini həyata keçirirdi: “dikta-
tura zorakılığa əsaslanan və heç bir qanunla bağlı olmayan ha-
kimiyyətdir”.  Terrorla  bağlı  təlimatlarda  Lenin  yazırdı:  “daha 
sərt insanlar tapın”.
Zemlyaçkanın sərtliyinə isə onu 20 ildən artıq tanıyan Lenin 
şübhə etmirdi. Və sədaqətinə görə mükafatlandırırdı: Zemlyaç-
ka Qırmızı Bayraq ordeni ilə təltif edilən ilk qadın oldu.
Lakin 20-ci illərin Krım faciəsi haqqında həqiqətlər yalnız ta-
rixçi Melqunovun əsərlərində deyil, həm də böyük rus yazıçısı 
İvan Şmelyovun “Ölülərin günəşi” əsərində açılır. Şmelyovun 
yeganə oğlu Sergey Krımdakı cəzalandırma tədbirlərinin qur-
banı  olub.  Oğlunun  necə  həlak  olduğunu  və  harada  basdırıl-
dığını araşdırarkən, yazıçı VÇK-nın (ÜFK) müvəkkili Redensə 
müraciət  edib,  o  isə  cavab  verib:  “Siz  nə  istəyirsiniz?  Burada 
Krımda elə bir “kaşa” var ki!..” Şmelyov Krımda həm qırmızı 
terroru, həm də dəhşətli aclığı yaşayıb – xüsusi dəstələr evlərə 
girir, yemək və geyim ehtiyatlarını götürür, insanların əynində-
ki son paltarlarını dartıb çıxarırdılar.  Şmelyovun qonşusu onun 
yanına ayaqyalın və qızılgül naxışlı önlükdən tikdiyi şalvarda 
gəlmişdi. Onun evindən hətta köhnə aşbaz önlüklərini də apar-
mışdılar. Aclıqdan əziyyət çəkən insanlar güclə yeriyir, uşaqlar 
gəbərmiş atların sümüklərini it kimi gəmirirdilər. “Doğrudan-
mı, insanı xoşbəxt etmək üçün insan qırğınlarından başlamaq 
lazımdır?..  Eh,  Rusiya!  Səni  hansı  ovsunla  yoldan  çıxartdılar? 
Hansı şərabla içkiyə aludə etdilər?” – yazıçı bu sözlərlə kədərini 
ifadə edirdi.
“Ölülərin günəşi” haqqında alman yazıçısı Tomas Mann de-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə