Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə29/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   25   26   27   28   29   30   31   32   ...   70

121
Mən doğrudan da çox yaşamayacağam və ölümüm 
dəhşətli olacaq


122
məntiqi sonluğuna kimi inkişaf etdirirdim. 
-  Fu!  –  Romaşin  gülürdü.  –  Deyirəm  ki,  ağıllısan,  ağıllısan, 
amma səfehsən! Sən məni sevəcəksən, çünki mən artıq sevirəm. 
Sevgi isə sirayətedicidir. Göyöskürək kimi, - o, uşaq xəstəliyini 
xatırlatdı.
Onun nə dərəcədə ciddi olduğunu anlamaq çətin idi. O, sözün 
əsil mənasında aktyor idi. Bir vəziyyətdən digərinə asanlıqla ke-
çirdi. Həyəcanlanmağa, hiss etməyə, oynamağa, inanmağa hazır 
idi.
Tezliklə bizim çəkilişlərə 17 yaşlı qız qoşuldu. O deyəsən, Ki-
yevdən idi. Arıq, solğun olduğundan, ömründə bir dəfə də öpüş-
məmiş yeniyetməyə, məktəbliyə oxşayırdı. Amma ilkin təəssürat 
aldadıcı oldu. 
Çəkiliş meydançasında qız asanlıqla lüt soyundu və çaya gir-
di. Romaşin öz filmində bütün kinematoqrafiya simvollarını: at-
ların çimizdirilməsini, çaydakı çılpaq rahibəni, qəbirstanlıqda ya-
nan xaçları çəkmək istəyirdi. Onun rejissor fantaziyası simvollar 
tələb edirdi. 
Ertəsi gün o, özünə xas manerada elan etdi: 
- Bax, sən məni sevmirsən, amma Yulka ayağımı öpür.
Mən kimin haqqında söhbət getdiyini, ümumiyyətlə Romaşi-
nin ayağını kimin və harda öpdüyünü anlamadım.
- Yulka, dünən çayda çılpaq çimən. Sən demə, o, teatr institu-
tundan kəsilib. Mən ona Moskvada görünməyə kömək etməyə 
söz vermişəm. Ağlayır, deyir ki, sizə vurulmuşam. Və ayaqlarımı 
öpür. – O, deformasiyaya uğramış şişlər olan pəncələrini göstər-
di. – Mən ona deyirəm ki, Yulka, tfu, murdardır... – o, həyəcanla 
danışırdı. – O isə sığallayır və öpür. Necə fikirləşirsən? Düz de-
yir? – Yenidən bicliklə mənə baxır.
Başa düşmürsən ki, özü nə vaxt düz danışır? 
Çəkilişlər başa çatdıqdan sonra artıq Moskvada Kino evində 
qarşılaşanda, o mənə dedi:
- Mən Yulka ilə evləndim. Sən istəmədin, görürsən... Yeri gəl-
mişkən,  mən  Yulkanın  valideynlərindən  iyirmi  yaş  böyüyəm, 
amma o, məni indiyə kimi sənə qısqanır. Təsəvvür edirsən? – və 
qəhqəhə çəkir. – Yulka indi hamilədir. Necə bilirsən, məndəndir?
Və kədərlə:


123
- Amma təəssüf ki, biz səninlə evlənmədik. Sən heyfsilənmir-
sən ki? 
- Bir buna bax! Biri hamilədir, digərinə isə evlilik təklif edir! 
Sizin  Göy  saqqallı  kimi  arvadlarınızın  sayı-hesabı  yoxdur.  Yeri 
gəlmişkən, onlar hamısı sağdır? Siz axı onların taleyi haqqında 
heç vaxt danışmırsınız.
- Ay şeytan! Get, yoxsa yenidən sənə aşiq olacağam. Hər halda 
səndə bir flakondadır. Ərinin bəxti gətirib. O, heç olmasa bunu 
başa düşür?
Mənə doğrudan da Romaşinin bu qədər çox evlənməsinin sə-
bəblərini öyrənmək maraqlı idi. Nə üçün ayrılırdı? Axı o əxlaqsız 
deyildi, amma altı dəfə evlənmişdi! Həm də altıncı dəfə nəvəsi 
yaşda qıza. O, mənim suallarıma həmişə müxtəlif cür, demək olar 
ki, “yaradıcılıq”la cavab verirdi. Mən hətta bəzən onu kələkbaz-
lıqda günahlandırırdım. Amma mənim bəzi suallarıma inam və 
qətiyyətlə cavab verirdi. 
Öz çoxsaylı nikahlarından danışanda, anasının sözlərini təkrar 
etməyi sevərdi: “Tolya, sən vicdanlı adamsan! Sevdin – evlən!”
Boşanmalarından danışarkən isə hətta xəyanətdən yox, darıx-
mağından gileylənirdi.
-  Mənim  qadınlara  sevgimə  rəğmən,  onlarla  başa  düşürsən, 
az şey haqqında danışmaq olardı. Faktiki olaraq, bu mənasız əy-
ləncədir, çünki onun nə deyəcəyini, yaxud edəcəyini əvvəlcədən 
bilirsən. Əgər onun haqqında və ya onun əvəzindən xəyala qapıl-
masan, tez darıxacaqsan. Bax sən ilk və yeganə qadınsan ki, sə-
ninlə darıxmıram, halbuki mənim yaşım çoxdur! Başa düşürsən, 
BEYİN – KİŞİNİN EROGEN ZONASIDIR! 
Bu  sarsıdıcı  kəşf Anatoli  Vladimiroviçin  ölümündən  bir  çox 
illər sonra məni valeh etdi. Bunun təsdiqini mən gözlənilmədən 
tanınmış Moskva bərbər-stilistindən, onlar özlərini belə adlandı-
rırlar, aldım. 
Anadangəlmə malik olduğu zövqü, fantaziyası, yaradıcılığını 
inkişaf etdirmək meyli onu uzaq – çox uzaq əyalətdən Moskvaya 
gətirmişdi. 
İlk dəfə onu görəndə, forumdakı Roma patrisisinə oxşatmış-
dım:  sarışın,  qısa  kəsilmiş  saçları  yüngül  dalğalarla  yığılmışdı. 
Kaliqula kimi. Nazik qaytanla düyün vurduğu açıq rəngli xirqə 


124
geyinmiş,  qırxılmış  ayaqlarında  dəri  qayışları  və  qızılı  toqqası 
olan, dizinin altında bağladığı səndəl vardı. Belə səndəllər satış-
da yox idi. Kostya deyirdi ki, bunu o, dostu ilə birlikdə yaradıb.
Mənə elə gəlirdi ki, çəkiliş meydançasına düşmüşəm. Hər yer-
də işıq zəiflədilmişdi, boğuq musiqi səsi gəlirdi. Bir sözlə, aydın 
idi: fantaziyalı stilist magiyası. Ümumiyyətlə, sözsüz də başa dü-
şülürdü ki, bu ağbəniz gözəl oğlan həmişəlik qadın sevgisi üçün 
itirilib.
Münasibətlərimiz asanlıqla alındı, o, mənə özü haqqında çox 
danışırdı. Saşlarımı uzun-uzadı darayırdı. Niyə belə uzun müd-
dət daradığını soruşduqda, dedi:
- Mən bunu çox tez də edə bilərəm, amma sizinlə söhbətləş-
mək çox maraqlıdır. 
Onun  necə  işləməsi  çox  xoşuma  gəlirdi,  deməliyəm  ki,  heç 
kim  və  heç  vaxt  əyalətdən  olan  Kostyanın  saçlarımla  elədiyini 
təkrarlaya bilməyib. 
Bir dəfə yenidən yanına gəldikdə, onu çarpayının yanında di-
vara vurulan xalçadan tikilmiş ətəkdə gördüm. Bu cür ceyranlı, 
marallı və saçaqlı xalçalar uzaq, köhnə illərdə kommunal mənzil-
lərdə və yataqxanalarda asılırdı. Bunlar sovet “qobelen”ləri idi. 
Sonralar onları zövqsüzlük və əyalətçilik rəmzləri kimi atdılar. 
Lakin sosartın bu əsərini Kostyanın əynində görəndə sadəcə ola-
raq, heyranlığımı gizlədə bilmədim.
- Kostya, bunu düşünən və tikən adama alqışlarımı çatdır, - 
dedim.
- Oy, Nina, çox sağ ol, bunu mən etmişəm. Beləsini daha kim 
düşünə bilər?
- Mən isə elə bildim ki, arvadın. Sənin barmağında üzük var. 
Yeri gəlmişkən, sən evlisən?
- Burada necə evlənmək olar! – o, lətifədəki kimi cavab verdi. 
– Onlar hamısı özlərini ləyaqətli sayırlar! Amma nəyə layiqdir-
lər? Elə bilirlər ki... layiq olmaq asandır. Qəlbləri  isə bom-boşdur. 
Hələ üstəlik kütbeyindirlər! Müasir qızlar ancaq sənin pul qabına 
vurulurlar, mənsə öz biznesimi qurmalıyam. Üstəlik, onlarla bir 
yerdə olanda adam darıxır. Bax, sən bu yaxınlarda mənə öz yuxu-
nu danışdın, mən sanki kinoya baxırdım – maraqlıdır. Onlar isə 
heç maraqlı əhvalat da uydura bilmirlər. Kədərli, hüznlüdürlər. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə