Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə27/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   23   24   25   26   27   28   29   30   ...   70

113
“Ümidsiz umid edirəm” filmində


114
isə ona ancaq min dörd yüz yetmiş frank qalırdı. Səkkiz min 
yarımı isə dövlət özünə saxlayırdı!
Bəs  necə?  Səni  pulsuz  oxudublar,  xaricə  getmək  imkanı 
qazanmısan,  Cenevrədə  mehmanxana,  yaxud  mənzil  üçün 
pul ödəyirlər, nəqliyyat xərcləri qismən ödənilir. Orada mən-
tiq və riyaziyyat bax, belə idi. 
Amma bütün bunlar bizi fantastik dərəcədə qane edirdi. 
Həm də müntəzəm olaraq şənbə-bazar günləri ekskursiyalar 
olurdu.  Nümayəndəliyin  avtobusunda  İsveçrənin  ən  mən-
zərəli yerlərinə getmək mümkün idi.
Moskvada həyətlərdə hələ də qar yağdığı, mağazalarda isə 
seçimin sadə və miskin olduğu vaxtda, səhər yeməyinə gedib 
vetçina, yaxud təzə çiyələk almaq imkanının olması bayram 
təəssüratı  yaradır,  ürəyin  Tanrıya,  taleyinə,  ərinə  və  hətta 
sovet hökumətinə minnətdarlıqla dolur. Hətta qazandığının 
yalnız 20 faizinin sənə çatdığını bilsən də. 
Ədalət  naminə,  axı  doğrudan  da  pulsuz  oxudurdular. 
Həm də necə oxudurdular! Necə tələb edirdilər! 
Biz o vaxt da, indi də xaricilərlə ünsiyyət zamanı anlayır-
dıq ki, nə qədər təhsilliyik, məlumatlıyıq, gözüaçığıq. Onlar 
da bunu etiraf edirdilər.
Mətləbdən çox uzaqlaşdım. Axı fəslə mən Anatoli Romaşi-
nin filminə rəylə başlamışam. Əvvəlcə təsadüfən İnternetdən 
tapdığım həmin məqaləni təqdim edirəm.
ÜMİDSİZ ÜMİD EDİRƏM
Rejissor: Anatoli Romaşin
Aktyorlar: Anatoli Romaşin, Boris Beket, Valentin Nikulin, 
Valentina İzbeşuk, Svetlana Toma, Boris Xmelnitskiy, Yevge-
ni Lazarev, Nina Puşkova
Ssenari müəllifi: Georgi Malarçuk
Film haqqında: Yazıçı Kostaş ekoloji forumda çıxış ərəfə-
sində  yerli  hakimiyyəti  qonaqların  gələcəyindən  xəbərdar 
etmək və onların hazırlıq səviyyəsini şəxsən yoxlamaq üçün 
doğma  rayonuna  səfər  edir.  Lakin  həmyerlilərinin  mənəvi 
təmizliyinə  və  əməksevərliliyinə  inanan  yazıçını  üzləşdiyi 


115
sünilik  və  bayağılıq  tamamilə  çətin  vəziyyətə  salır.  Filmdə 
hadisələr səksəninci illərin sonlarında baş verir.
Anatoli Romaşinin “Ümidsiz ümid edirəm” filmi Berdya-
yevin tam yerində işlədilmiş iqtibası ilə başlayır. Bu iqtibas 
- günahın mənbəyi özümüzdədir mərkəzi fikri ilə  müvafiq 
musiqi fonunda və poetik tərzdə səslənir. Kadrarxası səs qa-
baqcadan bildirir ki, “müqəddəs od həbsxananı da, laqeydlik 
evini də yandıracaq”. Bütün bunlar fəlsəfi münasibətə köklə-
yir.
Filmdə  düşüncə  həqiqətən  var.  Bu  gün  üçün  vacib  olan, 
ətrafda baş verənlərə görə hamının günahı, məsuliyyəti, gü-
nahlardan  təmizlənmə  mövzuları  var.  Bununla  belə  demək 
istəyirsən: “Cansıxıcıdır, qardaş, cansıxıcıdır!”
Axı, hər şey necə də tanışdır: qırılmış yüzillik ağaclar, əl-
dən  salınmış  torpaq,  qanlı  irin  kimi  axıb  tökülən  baxımsız 
pomidor  sahələri,  zəhərlənmiş  çaylar,  məhv  edilmiş  üzüm-
lüklər  (film  moldav  materialı  əsasında  çəkilib).  Amma  bu 
həqiqət ağrı doğurmur. Bəlkə ona görə ki, bizə onu nümayiş 
etdirirlər,  elan  edirlər,  amma  hiss  etməyə  imkan  vermirlər. 
Ehtirasların qızışması təəssübkeşlik doğurmur. Tamaşaçı öz 
kreslosu ilə ekran arasındakı məsafəni aşmır.
Əsas süjet sadədir. Məşhur yazıçı Kostaş (A.Romaşin) res-
publika MK-nın üzvü olduqdan sonra “İnsan, cəmiyyət, tə-
biət”  mövzusunda  dəyirmi  masa  təşkil  etmək  tapşırığı  alır. 
Tapşırığı yerinə yetirmək üçün uşaqlıq dostunun rayon parti-
ya komitəsinin rəhbəri olduğu doğma yerlərə yollanır.  Kos-
taş insanların tamamilə vicdansızlaşdığını, cəmiyyətin pozul-
duğunu  və  təbiətin  öldüyünü,  çirkləndirildiyini  aşkarlayır. 
Raykomun tam seksual xidmət göstərilən yeraltı “cənnət”inə  
baş çəkir. “Yaradıcı əməyin” bəhrəsinə doyunca tamaşa edən 
yazıçı mənəvi böhran keçirir və bütün bu biabırçılıqların sə-
bəbləri ilə bağlı olduqca cəsarətli nəticələrə gəlir. 
A.Romaşinin zəhmətini qeyd etmək lazımdır. O, hər halda 
“ölü”  ssenarini  dirildə  bilib.  Film  bəzi  fikir  və  alleqoriyalar 
hesabına canlanır. Ən əsaslarından biri isə bizim qəbristanlıq 
həyat  tərzimizdir.  Bizdə  sadəlövhlülüklə  “inzibati  amirlik” 
adlandırılan ictimai sistemi təbiət, canlı olan heç nə qəbul et-


116
mir. Bu sistemin hələ sona kimi korlamadığı insanlar da  onu 
qəbul etmirlər. Əslində bütün film şəxsi günahımızı dərk et-
məyə,  bizim  vicdanımızı  günahlardan  təmizləməyə  çağırış, 
müraciətdir. 
Sözsüz  ki,  final  səhnəsi  alınıb.  Qarşımızda  barbarcasına 
şumlanmış sahə var. Ay landşaftına bənzəyən sahədəki qalx-
mış torpaq parçalarının fonunda səbəbkarlar növbəti qurul-
taydan,  yaxud  plenumdan  xatirə  fotosu  çəkdirəcəklərmiş 
kimi qalstuklar və qızıl ulduzlar taxaraq təntənə ilə əyləşiblər. 
Görünür  ki,  elə  buraya  gəlmiş  insanların  onlara  çinayətkar 
kimi baxmalarından qətiyyən utanmırlar. Ancaq gözlənilmə-
dən hardansa qalxan külək mane olur, onların saç düzümlə-
rini dağıdır, gözlərini qıymağa, əllərilə gözlərini bağlamağa 
məcbur edir. Adama elə gəlir ki, indicə külək dayanacaq və 
hər şey əvvəlki kimi olacaq. Lakin xeyr – külək alov kimi şahə 
qalxır, qara tüstü qəhrəmanlarımızı udur.
Beləliklə,  tutaq  ki,  “müqəddəs  alov”  “laqeydlik  evi”ni 
yandırır. Bəs sonra? Antiteza hanı? Lentdə o yalnız qırıq-qırıq 
qeyd olunub. Kilsə, din? Bəli, bu başqa dünyadır. Və rejissor 
onun üçün rəng əsirgəmir. Amma bu hamı üçün çıxış yolu-
durmu? Qurtuluş bərəsi çox kiçik deyilmi?
Filmin yaradıcıları sanki bunu hiss edərək özlərində əbə-
diliyi tərənnüm edən iki personaj daxil edirlər. Bu bir əlində 
İncil, digərində isə köhnə tüfəng  tutaraq üzümlüyü vandal-
lardan qoruyan, Allahın yaratdığı hər şeyin müqəddəs oldu-
ğuna  inanan  qocadır  (V.Nikulin).  Yazıçının  arvadı  Mariya 
(N.Puşkova)  isə  zərifliyin,  analığın  və  gözəlliyin  rəmzidir. 
Ssenari  zəif  olmasına  rəğmən,  kinomuz  üçün  yeni  olan  bu 
aktrisanın fədakarlığı, əziz adamı üçün ağrı çəkməyi, iztirab 
və ümidsizliyi necə oynamağa nail olması heyrətamizdir. Və 
o bütün bunları demək olar ki, sözsüz edir. Filmin finalından 
əvvəl qadın qarşımızda əri üçün təmiz ağ köynəklə dayanır, 
sanki onu vicdan məhkəməsinə yola salır. Daha doğrusu, cəl-
lad kötüyünə.  Bəli, məhz cəllad kötüyünə, Mariyanın üzün-
dəki səmimi göz yaşları da buna görədir.
Mühakimə etmək, hər şeyi olduğu kimi vermək, qisas yanğı-
sını ifadə etmək – yalnız işin yarısıdır. Bu gün artıq bunlar çey-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə