Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə25/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   21   22   23   24   25   26   27   28   ...   70

105
“Qaçış” filminin rejissoru Vladislav Dvorjetski hər bir 
rolu ürəyindən buraxırdı. Ürəyi dözmədi...


106
- Gələrik, - vəd etdim.
Əlbəttə, biz tamaşaya getdik. Mən və gələcək həyat yolda-
şım.  Biz  Vladislav  Vatslavoviçi  gələcək  toyumuza  dəvət  et-
dik. Mən xoşbəxt idim ki, onlar tanış olublar – mənim sevimli 
Alyoşam və bir neçə gün ərzində mənə əziz olan insan. Mə-
nim Dvorjetskiyə olan hisslərim çoxtəbəqəli idi. 
Mən bizim açıq söhbətimizdən sonra çox tez yetkinləşdim. 
Biz  aktyor  həyatı  və  aktyor  aləmi  haqqında  çox  danışırdıq. 
Mən  ona  “Çili  üzərində  gecə”nin    başıbəlalı  çəkilişlərindən 
danışırdım, o, isə Floberdən sitat gətirirdi: “Heç vaxt pərəstiş 
etdiklərinizə yaxınlaşmayın – onların bütün zərləri barmaq-
larınızda qalacaq”.
- Bembi, bil ki, bir çox “dahilər” – kifayət qədər xırda və qi-
sasçı adamcıqlardır. Ümumiyyətlə, bizim peşəmiz vicdansız 
və alçaq peşədir. Ondan qaç, qurtul.
-  Necə  yəni?  Siz  kədərlisiniz,  ona  görə  belə  deyirsiniz. 
Nəyə  görə  alçaq?  –  Bu,  incəsənətdir!  İnsanlara  yaşamağa 
kömək  edən,  güc  və  qüvvə,  ilham  verən,  qəlbini  genişlən-
dirən yüksək incəsənət...
- Hə, hə, - o, mənim ehtiraslı monoloqumu yarıda kəsdi. – 
Qaç, Bembi, bu aləmdən get. Sən bacarmazsan.
-  Siz  demək  istəyirsiniz  ki,  mən  istedadsızam?  Mənim 
müəllimlərim səhv ediblər? –Hiddətdən, inciklikdən az qala 
hönkürəcəkdim. 
- Əlbəttə, yox, səfeh. İstedadlısan sən, istedadlısan. Amma 
istedadın çox fərdidir. Başa düş, aktyorlar çox asılı insanlar-
dır.  Onlar  rejissorlardan,  onların  arvadları  və  məşuqələrin-
dən,  rəhbərliyin  zövq  və  şıltaqlıqlarından  asılıdırlar.    Əgər 
tanınmış aktyor deyilsənsə, hətta aktyorlar üzrə assistentdən 
də.  Çünki  o,  sənin  fotoşəklini  aktyor  şöbəsindən  tapmaya 
bilər.  Onlar,  xüsusilə  aktrisalar  operator  və  işıqçılardan  da 
asılıdırlar. Elə çəkə bilərlər ki, özün-özündən utanarsan. Həm 
də başqasının sözlərini söyləmək öz nitqini inkişaf etdirmir. 
Hə, aktyora heç fikirləşmək də o qədər lazım deyil. Bu artıq 
rejissorun vəzifəsidir.
Taleyin Dvorjetskinin faciəvi şəxsiyyətini mənim həyatıma 
buraxdığı qısa müddət ərzində, o, mənə çox şey danışdı. La-


107
kin onun şəxsiyyətinin və aktyor aləmini tərk etmək haqqın-
da çağırışının təsiri çox boyük oldu. Demək olar ki, onun söy-
lədiyi kimi baş verdi. Mən kinodan getdim, o, isə həyatdan.
* * *
P.S.  Onda,  Çernoqolovkada,  qarlı  noyabrda  o,  hər  halda 
infarkt keçirmişdi və mən bunun səssiz şahidi olmuşdum.
O  vaxt  ölmədi.  Amma  ölüm  başı  üzərindən  asılmışdı. 
Ölüm onu il yarımdan sonra apardı. Həmin il yarım mənim 
ailə həyatı təcrübəmin zənginləşməsi dövrü oldu. Mən kino 
və  dostlarımı  unudaraq,  məmnuniyyətlə  özümü  bu  həyata 
həsr etmişdim, çünki bizim qızımız Daşa doğulmuşdu. Sonra 
isə  biz  xarici  ezamiyyətə  getdik.  Bir  neçə  il  sonra  qayıtdıq-
da isə aptekdə təsadüfən görüşdüyüm tanışımdan öyrəndim 
ki, Dvorjetski çoxdan həyatda yoxdur. Ölüm onu qastrolda, 
deyəsən  Qomeldə  yaxalamışdı.  O,  həmişəki  kimi,  uşaqları, 
qadınları, həyatı boyu sahiblənə bilmədiyi evi üçün pul qa-
zanırdı.
Danışırdılar ki, onu uzanmış vəziyyətdə deyil, masa arxa-
sında oturmuş halda tapıblar. O, başını kitabların və nə isə 
yazdığı  dəftərin  üstünə  qoyduğundan,  içəri  girənlər  elə  bi-
liblər ki, o, yuxuya gedib. Görünür, o vaxt mənim xoşbəxt tə-
sadüf üzündən yanında olduğum və xilasedici nitroqliserini 
verdiyim uzaq gündəki kimi, ölüm ona qəfildən yaxınlaşıb.
Onda mən dayanıb, nəfəsinə qulaq asaraq onu həyat üçün 
qorumuşdum. Görünür, tanrıya onu saxlamaq lazım imiş. O 
vaxt o, oğlunun Moskvaya gəlişini gözləyirdi və tanrı mənim 
şəxsimdə qoruyucu mələk göndərmişdi.
İl yarım sonra Qomeldə isə onun yanında heç kəs olmayıb.
Meyitin yarılması göstərdi ki, həmin sonuncu və məşum 
üçüncü infarkta kimi olan iki infarktı o, ayaq üstündə keçirib. 
Onların izi yeni idi və hələ axıra kimi sağalmamışdı.
Mən hətta ağlamadım. Bu xəbəri alınca mən sadəcə olaraq 
bir  müddət  tərpənə  bilmədim.  Mən  əvvəllər  eşitmişdim  ki, 
insanlar bəzən yerində donur və əlləri, ayaqları sözlərinə qu-
laq asmır. Həmin gün, aptekin pillələrində mən  bunu özüm 
yaşadım.  Mən  sadəcə  olaraq  çöməldim  və  anladım  ki,  nə 


qalxa, nə gedə, nə də hərəkət edə bilmirəm. 
Pillələrdə donmuşdum, yanımdan insanlar məni ötüb ke-
çirdilər. Kimsə canıyananlıqla soruşdu:”Ay qız, halın pisdir? 
Bəlkə  həkim  lazımdır?”  Mən  tərpənməyə  qorxaraq,  cavab 
vermirdim. Onun ürək ağrısı tutanda tərpənməyə qorxduğu 
kimi.
Rəfiqəm həm də dedi ki, onu Moskvada dəfn etmək istə-
mirlərmiş. Rejissorlar Alov və Naumov dövlət mükafatlarını 
taxaraq,  şəhər  partiya  komitəsinə  gediblər  və  Moskva  qey-
diyyatı  olmayan  məşhur  aktyoru  paytaxt  qəbirstanlıqların-
dan birində dəfn etməyi xahiş ediblər. 
Mən  indiyə  kimi  onun  məzarına  getməmişəm.  Heç  ora 
getmək  də  istəmirəm.  Bəzən  insanlar  deyir:  “Mənim  üçün 
bu adam ölməyib”. Bununla da onlar sanki həmin adamı bu 
dünyada sağ saxlayırlar. 
İndiyə kimi başqa planetdən bizim dünyamıza qısa müd-
dətə möcüzə sayəsində gəlmiş insanın sifətinin yarısı boyda 
olan gözləri mənə baxır.


109
Tezliklə ərimlə xaricə getdik və kino aləmindən bir 
müddət aralanmalı oldum


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə