Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə26/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   22   23   24   25   26   27   28   29   ...   70

110
ROMAŞİNİN SAHƏSİ
Bir dəfə kimyəvi təmizləmə məntəqəsinə girən kimi – qısa 
müddətə və işlə əlaqədar internetə daxil olmuşdum. Birdən 
Anatoli Romaşinin rejissor kimi çəkdiyi yeganə filmə yazılan 
rəyi  gördüm.    Bu  çox  gözlənilməz  olduğundan,  emosional 
şok  keçirdim. Axı,  bu  filmdə  mən  onunla  tərəf-müqabil  ol-
muşdum. 
Yeri gəlmişkən, əvvəlcə yalnız zay edilmiş, yaxud itirilmiş 
əşyalarla bağlı qalmaqalların deyil, həm də olduqca maraqlı 
hadisələrin baş verdiyi kimyəvi təmizləmə məntəqəsi barədə. 
Kimyəvi təmizləmə məntəqəsində bir həftə öncə itirilmiş 
əlcəyimi  tapanda  sevincimin  həddi-hüdudu  yox  idi.  Əlcək 
nazik metal asılqandan sancaqla asılmışdı. Bu sürrealist etü-
dü xatırladırdı: yan tərəfindəki balaca dəri üçbucaqda relyefli 
qızılı hərflərlə “Prada” yazılmış balaca qara əlcək barmağın-
dan asılıb. 
-  İlahi!  Bu  ki,  mənim  əlcəyimdir!  –gözlərimə  inanmadan 
çığırdım.
- Onda götürün! – əşyaları qəbul edən qadın etinasızlıqla 
cavab verdi. – O artıq beşinci gündür ki, burada atılıb qalıb.
-  İşə  bax!  Mənsə  artıq  onun  itməyi  ilə  barışmışdım.  Hər 
yerdə axtarmışam, sizi isə unutmuşam. Heç kim də götürmə-
yib!
- Kimin nəyinə lazımdır? Tək tay...
- Elə deməyin, o hətta tək də gözəldir. – Mən “Prada”nın 
yerinə  yüngülvari  incidim.  –  Sadəcə  olaraq  bizim  insanlar 
vicdanlıdırlar. 
- Yox bir, vicdanlıdırlar – qadın təslim olmurdu. – Budur, 
bir  gün  əvvəl  biz  yataq  örtüklərini  dəyişik  salmışıq.  Daha 
yaxşı  olanını  düz  bir  gün,  özü  də    itlərlə  axtarıb  tapmışıq. 
Onu  götürən  müştəriyə  zəng  etmişik,  o  isə  qaytarmaq  istə-
mir.   «Mənimdir, - deyir, - vermərəm. Əgər mənim yataq ör-
tüyüm yeni sahibinin xoşuna gəlmirsə, özünüz pulunu ödə-


111
yin. Öz səhvinizdir, özünüz də ödəyin». Dəstəyi də asdı. Belə 
insanlar əmələ gəlib. Tamam qudurublar.
Gözlənilməz hadisə nəticəsində düzəlmiş ovqatımı sərt re-
allıqla korlamaq istəmədim. Kimyəvi təmizləmə məntəqəsinə 
getmədiyim beş gün ərzində orada ancaq vicdanlı adamların 
olduğunu düşünmək mənə daha çox xoş gəlirdi. Doğrudan-
mı, vicdanlılar ancaq yad ölkələrdə olurlar?
Yeri gəlmişkən, yad ölkələr haqqında. Bir dəfə həyat yol-
daşım  öz  pencəyini  BMT-nin  Cenevrədəki  qərargahındakı 
ayaqyolunda  yaddan  çıxarıbmış.  Hava  isti  olduğundan.  İş 
gününün sonunda yadına düşüb ki, pencək harada unudub. 
Və  aşkar  edib  ki,  pencək,  cibində  olanlarla  birlikdə  bütün 
günü asılıb qalıb. Qeyd etmək lazımdır ki, BMT-də vicdanlı 
insanlarla yanaşı, hazırcavab adamlar da çalışırdılar. Elə hə-
min ayaqyolunda makinada çap edilmiş elan asılmışdı: “Prie-
re de ne pas jetter les megots dans les toilettes” (Xahiş olunur, 
siqaret  qalıqlarını  unitaza  atmayasınız). Altında  isə  hansısa 
hazırcavab əllə əlavə etmişdi: “İl est improssible de les fumer 
apres” (Sonra onları çəkmək mümkün olmur).
Qadın  tualetində  də  unitazın  üzərində  məzəli  epitafiya 
gözə dəyirdi: “Burada ən dadlı kulinariya inciləri uyuyur”.
BMT-nin Cenevrə bölməsi – keçmiş Millətlər Liqası gözəl 
bir yerdədir – İsveçrədəki ən böyük dağ gölünün sahilində. 
Gölün suyuna təmiz demək azdır, o həddindən artıq şəffaf-
dır. 
Bir  dəfə  bu  göldə  mində-yüz  mində  bir  faiz  qədər  civə 
olduğu  aşkarlanmışdı.  Moskvada  belə  suyu  sakitcə  içirlər. 
Amma  İsveçrədə,  Cenevrə  gölündə  civə!  Məlum  oldu  ki, 
hansısa zavod gölə nəsə axıdırmış. Və başlandı!  Təlatümlər, 
vəlvələlər!  Cenevrə  və  Lozannanın  sakinləri  uzun  müddət 
özlərinə gələ bilməmişdilər. 
Qədim ağacların olduğu nəhəng park göldən şəhərə doğ-
ru uzanır. BMT-nin ərazisi böyük yaşıl çəmənlikləri olan bu 
parkın bir hissəsidir. Burada dünya siyasətinin problemləri-
ni  müzakirə  edərək  gəzişmək,  yaxud  nahardan  sonra  yaşıl 
çəmənlikdə pencəyi büküb başının altına qoymaq və sadəcə 
olaraq uzanmaq çox xoşdur. Hətta rəhbər işçilər də belə edir-


112
lər.  Ətrafda  hər  şey  təravətlidir  və  insana  təhlükəsiz  yerdə 
təlqin edilir.
Yəqin  elə  buna  görə  də  1970-ci  illərin  sonlarında  Baa-
der-Maynhoff qrupunun üzvləri növbəti terror aktını hazır-
layarkən öz görüşlərini gölə və Monblan dağına baxan gözəl 
panoramlı kafedə  keçiribmişlər. 
Bütün  Avropa  polisi  onları  axtarırmış,  onlarsa  gələcək 
əməliyyatlarını  BMT-nin  Cenevrədəki  binasında  müzakirə 
edirlərmiş. 
Bunları mənə növbəti dəfə bu yerlərin sakitliyindən vəcdə 
gəldiyimi bildirən zaman Aleksey söyləyib. O vaxt, ötən əs-
rin  60-70-ci  illərində  müasir  terrorizm  başlayıb:  maksimum 
sayda  qurbanlarla  metro  və  bazarlarda  partlayışlar,  onlarla 
və yüzlərlə girovlarla təyyarə və avtobusların ələ keçirilməsi. 
Sonralar  Yaxın  Şərqdə  müasir  dünyada  adi  hadisə  olan 
“canlı bomba”lar – ölümə gedən terrorçular da peyda oldu. 
O vaxt isə dünya daha dərdsiz, qayğısız və təhlükəsiz idi. 
Buna görə də terrorçuların həyasızlığından sarsılmış təhlükə-
sizlik xidmətləri uzun müddət inanmırdılar ki, əslində onla-
rın “yuva”sı qulaqlarının dibində olub. 
Bu  hadisəni  illər  sonra  BMT-də  işləməyə  gələnlərin  ha-
mısına danışırdılar. Kafedən gölə və dağa açılan mənzərəyə 
heyran olan və “Necə də gözəldir!” söyləyənlərə deyirdilər: 
“Bəli, bu görüntü Baader-Mayhoffun qrupundan olan uşaqla-
rın da xoşuna gəlirdi”.
Xarici  ezamiyyətə  yollanan  sovet  vətəndaşlarına  hər  şey 
xoş gəlirdi, onlar xaricdəki həyatdan eyforiyaya qapılırdılar.
SSRİ dövründə beynəlxalq təşkilatlarda çalışanların əmək 
haqlarının ödənmə sistemi də yeri gəlmişkən, fərqli idi. BMT-
nin  sovet  əməkdaşı  ona  ödənilən  əmək  haqqının  hamısını 
özündə saxlaya bilməzdi. O, bütün məbləği sovet nümayən-
dəliyinin kassasına gətirir və yalnız burada ezamiyyətə gələnə 
sovet standartlarına uyğun olaraq çatası məbləği ödəyirdilər. 
Məsələn,  BMT-nin  Cenevrə  bölməsində    tərk-silah  komitə-
sində  çalışan  Aleksey  on  min  İsveçrə  frankı  alırdı.  Bu,  çox 
böyük məbləğ idi. O, əskinaslara baxır, həcmini dəyəndirilib 
bizim mühasibə aparırdı. Sovet nümayəndəliyindən çıxanda 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə