Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə24/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   20   21   22   23   24   25   26   27   ...   70

101
Vladimir Naumov (solda) – “Qaçış” filminin rejissoru həyat 
yoldaşı Natalya Beloxvostikova ilə. Sağda – “Oskar”lı Vladimir 
Menşov. Ərimi “Postskriptum” proqramının 15 illiyi münasibətilə 
təbrik etməyə gəliblər. 


102
vacib deyil.
Mən onda yəqin nadir hal kimi gördüm ki, günah kişiyə 
necə əzab verir. Onlar özlərinin necə cəlladı ola bilərlər. Qa-
dınların  zəhərli  danlaqları  bununla  müqayisə  edilə  bilməz. 
Qışqırmaq,  qalmaqal  salmaq  üçün  bəhanə  heç  nədir.  İnsan 
özü-özünü günahlandırır. Bir də onu gördüm ki, kişilər tam 
“əcl...” deyillər.
- Bax belə, sanki tövbə edirəm, - Vladislav Vatslavoviç özü-
nü saxladı. – Sən hər halda atanı xatırlayırsan? – pauzadan 
sonra soruşdu. – Heç nəyə baxmayaraq, sevirsən?
- Sizi də sevirlər. Onlar sizi çox sevir. Sizinlə fəxr edirlər. 
Sizi, qoyub getdiyinizə baxmayaraq, öz atanızı sevdiyiniz və 
onunla fəxr etdiyiniz kimi.  Biz axı hamımız ittiham edən və 
müttəhimlərik, - heç kimi mühakimə etmək olmaz, - inamla 
söylədim.
- Çox şey bilirsən...
- Bəli, çox, - qızğınlıqla etiraz edirmiş, yoxsa davam edir-
miş kimi dedim. – Bir də bilirəm ki, heç vaxt günah yalnız bir 
adamda olmur. İki nəfərdirsə, hər ikisi günahkardır.
- Bütün bunlardan sonra sən Bembisən? – Dvorjetski yum-
şaq səslə dedi. – Sən əsil İzergil qarısan.
Birdən onun sifəti əyildi, kül ələnmiş kimi bozardı. Nəhəng 
ovcunu  sinəsinə  sıxaraq,  yataqda  uzandı.  Və  ölürmiş  kimi, 
dondu. Mənə bir saniyəlik elə gəldi. Mən elə özümü itirdim 
ki, heç nə deyə bilmədim. O isə sanki qorxutmaq istəmirmiş 
kimi sakitcə dedi:
- Sən get. Halım pisdir.
- Necə yəni get? Heç hara getmirəm. Mən ancaq təcili yar-
dımı çağıracağam. 
- Yox, heç kimi və heç kimə, eşidirsən... - əvvəlkindən də 
sakit söylədi.
- Vladislav Vatslavoviç, - mən az qala ağlayırmış kimi, yal-
vardım. – Bu, ürəyinizdir. Mən yarımçıq təhsilli həkim kimi 
dəqiq deyirəm. Bu, bəlkə infarktdır. Qoyun mən aşağı qaçım. 
Təcili yardım lazımdır. 
- Sən yaxşısı budur, təhsilini başa vurmamış həkim kimi 
həb ver, - gözlərini açmadan, zarafat etdi. – Orada, masanın 


103
üstündə, dəftərin altındadır. 
Mən dərman şüşəsini götürdüm. Bu nitroqliserin idi. Mən 
hər şeyin ötüb keçməsi üçün tanrıya dua edərək, həbi onun 
ağzına  qoydum.  Baş  verənlər  mənə  hansısa  filmin  səhnəsi 
kimi gəlirdi. O, yataqda uzanmışdı, mən isə həbləri sinəmə 
sıxaraq, başının üstündə durmuşdum və sifətinə baxırdım.
Mən onun sözündən çıxmağa qorxurdum: birdən onunla 
bağlı hansısa xoşagəlməz hadisə ola bilər, yaxud onu roldan 
çıxararlar. Tanrı bilir, nəyə görə heç kimə heç nə deməməyimi 
tapşırdı. Digər tərəfdən isə əgər bu infarktdırsa, hər dəqiqə-
nin öz hökmü var. 
Xatırlamıram, bu sükut nə qədər davam etdi. Nəhayət, o, 
gözlərini açdı:
- Nədir, səni qorxutdum?
- Bəli, - qorxulu hər şeyin geridə qalması ümidilə səmimi 
cavab verdim.
- Sən təhsilini başa vurmamış həkim haqqında nə danışır-
dın?
- Mən əvvəllər tibb institutunda oxuyurdum. Anam istə-
yirdi  ki,  həkim  olum.  Mən  hətta  anatomiyadan  imtahan  da 
vermişəm, - onun danışmasından, rəng-ruhunun özünə gəl-
məsindən sevincək halda tez-tez dedim.
- Bəlkə anan doğrudan da haqlı idi?  Yaxşı, aydındır. Artıq 
gecdir. Get, yat.
- Bəs siz? Özünüzü necə hiss edirsiniz?
- Artıq  yaxşıyam.  Mən  də  təhsilini  başa  çatdırmamış  hə-
kiməm. Görürsən, bizim nə qədər oxşarlığımız var.
Onun  sözlərindən  dəhşətli  dərəcədə  xoşallanırdım.  Belə 
bir dahi insandır, amma oxşarlıqlarımızın olmasını söyləyir. 
Elə bütün bu gecə mənə sehrli kimi görünürdü. 
Azdanışan, qapalı, yetkin, çox şeylər görmüş bu kişi bir-
dən öz həyat qapısını mənim üzümə açmışdı. Başa düşürdüm 
ki, qoyub getdiyi uşaqları, tərk etdiyi qadınları haqqında da-
nışdıqları onun sirləridir. Bu etirafın səbəbləri haqqında dü-
şünmədən  qürurlanırdım,  insan  hiss  və  həyəcanlarının  vəl-
vələsindən  isə mənim özümün ürəyimdə ağrı başlayırdı. 
-  Yaxşı,  get  yat,  -  Dvorjetski  təkrar  etdi.  –  Doyunca  yata 


104
bilməyəcəksən axı. Artıq saat dörddür.
Amma mən qətiyyən yatmaq istəmirdim.
- Qorxuram, bəlkə Marina Nikolayevna orada, qapının qar-
şısında gözləyir, - yalandan dedim. Mən onu bu halda qoyub 
getmək istəmirdim. – Mən sizin vəziyyətinizin tam qaydasın-
da olduğuna əmin olmayana kimi, yanınızda oturacağam. 
- Yaxşı, onda uzan, - o, gözlənilmədən təklif etdi. 
- Necə yəni? - anlamadım. – Harada uzanım?
- Bura uzan. O, çarpayıda mənim üçün yer etmək üçün bir 
az kənara çəkildi.
- Bilirsiniz... Mən noyabrın sonunda ərə gedəcəm, - ciddi 
surətdə dedim.
-  Lap  yaxşı.  Mən  səni  nikah  masasının  yanından  oğurla-
mayacağam. Nişanlın kimdir?
Mən ona Aleksey – Alyoşa haqqında danışmağa başladım.
- Zəhmət olmasa, pəncərəni aç və uzunboğaz çəkmələrini 
çıxart, - o, bir dəqiqəliyə sözümü kəsdi.
Doğrudan da stulda oturmaq rahat deyildi. Elə uzunboğaz 
çəkmələrimi də məmnuniyyətlə çıxarıb kənara atdım.
Pəncərənin yarısı boyda olan böyük sosialist nəfəsliyindən 
otağa daxil olan təmiz hava içərini tez bir zamanda soyutdu. 
Dvorjetski çarpayının örtüyünü mənə uzatdı.
Mən ayaqlarımı uzatdım, ədyala bürünüb, kürəyimin al-
tına  qoyduğum  yastığa  söykəndim.  Biz  çarpayıda  baş-ayaq 
uzanmışdıq.
Mən bu insana münasibətdə nədənsə minnətdarlıq qarışıq 
elə yaxınlıq, qohumluq duyurdum ki.  
Fiziki  yaxınlıq  belə  həyəcanlandırmır.  Bu,  mənəvi  yaxın-
lıq idi. Bir-birinə açılmış iki daxili aləm. Mənfəət güdmədən, 
gənclikdən, şöhrətdən, imkanlardan istifadə etmədən. Görür-
düm ki, o da bunu hiss edir. 
- Biz səninlə iki köhnə, xarab robot kimiyik, - o, zarafat etdi.
- Niyə köhnə? – mən heyrətləndim.
- Doğrudan da. Birimiz köhnə, birimiz yeni, amma hər iki-
miz xarabıq, - Vladislav Vasloviç dəqiqləşdirdi.  – Sən öz Al-
yoşanla şənbə günü tamaşaya gəl. Savva Kuliş kinoaktyor te-
atrında “Müqəddəs Antoninin möcüzələri”nə quruluş verib. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə