Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə21/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   17   18   19   20   21   22   23   24   ...   70

89
Nə mən, nə də Dvorjetski bir neçə saatdan sonra 
başımıza nə gələcəyini bilmirdik


90
Deyin, mən sizin xoşunuza gəlirəm?
O istək dolu xırıltılı səslə “bəli” dedi. Adətən kişilər belə 
səslə sevgi etirafını edirlər. Amma mən hələ də nəyisə başa 
düşmədiyimə ümid edirdim. Bəlkə mən sadəcə olaraq insan 
kimi onun xoşuna gəlirəm?
- Yəni necə xoşunuza gəlirəm?
- Sən mənim tale kimi xoşuma gəlirsən. Sən – mənim ta-
leyimsən!
Amma mən belə tale istəmirəm! Mən bunun əleyhinəyəm! 
Birdən yerimdən qalxdım. Güllə kimi nömrədən çıxaraq, zəh-
lətökən  kişinin  təcavüzündən  xilas  olan  kimi,  qaçıb  qurtul-
dum. O, bütün mehmanxana boyu ardımca qışqırdı:
- Dayan, səfeh qız! Mən sənə izah edərəm! Səfeh, qaçma! 
Niyə belə axmaqsan?!
Nömrəmdə  qapını  arxadan  bağladım  və  uzun  müddət 
özümə gələ bilmədim. Sarsıntı keçirdiyimdən, gecə gözümə 
yuxu getmədi. Yuxuda   da nə görsəm yaxşıdır? Marina Ni-
kolayevna mənə sataşır, üstəlik o qadın deyil, qadın paltarı 
geymiş kişidir! Qorxu filmlərini xatırladan yuxudan ayılanda 
bu  çətin  vəziyyətdən  qurtulmaq  yolunu  bilmirdim.Yenidən 
yuxuya getdikdə isə təkrar həmin yuxunu gördüm.
Səhər mən əlbəttə ki, hazır deyildim. İlk çəkiliş günündə, 
özümü gücsüz, inamsız hiss edirdim. Görəsən işləyə biləcək-
dimmi?  Üstəlik,  qorxurdum,  görəsən,  Marina  Nikolayevna 
özünü necə aparacaq?
Rejissor hələlik gəlməmişdi: o, hələ Minskdə idi, hansısa 
səbəbdən yubanırdı. Marina çəkiliş meydanının əsl sahibəsi 
kimi  çıxış  edirdi.  Mən  gələn  kimi,  o,  bütün  diqqətini  mənə 
yönəltdi və operatora göstəriş verməyə başladı:
- Feliks! Gör necə məftunedici təbəssümü var, oradan çək-
mə, çəkmə. Rakursu dəyiş. İşıq ver bura. Zəif işıq ver.
O, mənim ətrafımda fırlanır, bütün meydançanı mənə uy-
ğun qururdu, elə bil yaxınlıqda başqa birisi yox idi. Meydan-
çada, yaxınlıqda isə Dvorjetskinin özü dayanmışdı. Elə ekran-
da gördüyüm kimi: iki göl kimi gözlər, sifətin yarısı boyda iki 
burulğan. Adama  elə  gəlirdi  ki,  sənin  daxilinə  nüfuz  edir... 
Utandığımdan üzüm qırmızı ləkələrlə örtülmüş,  qıpqırmızı 


91
qızarmışdım: “İlahi! İndi hamı fikirləşəcək ki, mən də bunun 
tayıyam! İlahi, mən nə edim?”
Dvorjetski kresloda oturmuşdu, diqqətlə qarşısına baxırdı, 
sanki baş verənləri duymurdu, sonra ayağa qalxdı və dedi:
- Marina, gəl işləyək. Qız da başlayacaq.
Düşündüm: “İlahi, mənim bu filmdə həyatım necə drama-
tik başlayır”.
Fasilə  elan  olunan  kimi,  yeməkxanaya  qaçdım.  Səhnələr 
Çernoqolovkadakı elmi institutlardan birində çəkildiyindən, 
bizə orada bir neçə otaq ayrılmışdı. Heç kəs bizim üçün süfrə 
açmağa  hazırlaşmırdı.  Amma  sovet  dövründə  nüvə  şəhər-
ciyindəki  qapalı  elmi  müəssisənin  yeməkxanasında  məhru-
miyyətlərə öyrəşmiş kino işçiləri yaxşıca nahar edə bilərdilər. 
Ən çox ondan qorxurdum ki, Marina Nikolayevna arxam-
ca  qaçıb  gələr.  İnstitutun  uzun  dəhlizləri  ilə  gedəndə  hətta 
arxadan onun addımları qulağıma gəldi və ürəyim sıxılmağa 
başladı. Yeməkxanada kassaya növbəyə durdum və bu anda 
arxamda Vladislav Vatslavoviçin səsi eşidildi:
- Nədir? Onun sənə gözü düşüb?
Rahatlıqla geri döndüm, iki dərin gölü xatırladan gözlərə 
baxa-baxa şikayətləndim:
- Bilirsiniz, dünən dəhşətli hadisə yaşadım. Bu fövqəladə 
hadisə idi! Güclə qaçıb qurtuldum.
- Aydındır,  mənə  heç  nə  danışma.  Sənin  senturionun  ol-
malıyam. Deməli, belə. Bu axşam səni öz yanıma yox, məni 
qonaq çağırdıqları yerə dəvət edirəm. Mənimlə gedəcəksən. 
Çəkilişlər 5-də bitir, sənin dalınca 5.10-da gələcəyəm. Sənə 10 
dəqiqə bəsdir?
-  Bəli!  –  demək  olar  ki,  qışqırdım.  –  Elə  çəkiliş  qurtaran 
kimi də gedə bilərik!
- Yox, mən çəkilişdən gedə bilmərəm, -dedi. – Amma 5.10-
da sənin dalınca gələcəm. Sən hansı nömrədəsən?
Mən nömrəmi dedim.
Çəkiliş  günü  qurtaran  kimi,  güllə  kimi  pavilyondan  çıx-
dım. Paltomu düymələyə-düymələyə, küçəyə atıldım. Artıq 
hava qaralsa da, küçə işıqlarını yandırmamışdılar. Yolu ins-
titutun uzun binası işıqlandırırdı. Pəncərənin işıqları yenicə 


92
yağmış noyabr qarının üstünə süzülürdü. Heç şəhər havasına 
oxşamırdı. Yaxınlıqda böyük meşə massivinin olması duyu-
lurdu. Bu dərhal əhval-ruhiyyəmi düzəltdi. 
Vaxtım çox az idi. Duş qəbul etmək, sviterimi dəyişmək 
istəyirdim,  hər  halda  hava  soyuyurdu.  Həm  də  Moskvaya 
zəng  etmək,  Alyoşaya  Dvorjetski  ilə  tanışlığımdan,  onun 
məni qonaq dəvət etməsindən danışmaq istəyirdim. Marina 
haqqında heç nə demək fikrim yox idi. Onu pis yuxu kimi az 
qala unutmuşdum. 
Qonaq otağına girən kimi, bir saniyənin içində paltarımı 
soyunub,  saçlarımı  dəsmala  bükərək,  duşun  altında  dur-
dum.  Vanna  otağında  həmişə  mahnı  oxuyurdum.  Özümsə 
götür-qoy  edirdim,  Vladislav  Vatslavoviçdən  nəyi  soruşa-
cam  –  axı  o,  böyük  aktyor  idi!  “Ay,  ana!”  çığıraraq,  buzlu 
suyu  başıma  əndərib,  tez  özümü  ovuşdurdum.  Şəhər  kə-
narındaki  evlərin  borularında  su  buz  kimi  olur.  Yorğunlu-
ğu da götürür. Dəsmala bürünərək, saçımı qurutmaq üçün 
otağa qaçanda yerimdə dondum: Marina mənim çarpayımda 
qaşqabağını sallayıb oturmuşdu. 
- Hə, nədir, - ölgün səslə dedi, - səni Dvorjetskinin yata-
ğında axtarmaq lazımdır?
- Necə cürət edirsiniz? Xahiş edirəm, çıxın!
İçimdə  hər  şey  qırıldı.  Çəkiliş  meydançasında  münasi-
bətlərin  aydınlaşdırılmasının  yeni  raundu  başlayır.  Roman 
Karmenlə  olan  əhvalat  yaddaşımda  hələ  yaşayırdı.  Burada 
da həmin şey... Yalnız əsas surətlər, eyni cinslilərlə əvəzlən-
mişdi.  
Birdən  Marina  çarpayıdan  qışqıraraq  qalxdı:  “Məni  tərk 
etmə! Bütün kişilər - əclafdır! Görərsən, biz bir-birimizi necə 
sevəcəyik, sən hələ sınamamısan... Sən bilmirsən!..”
O, mənim çiyinlərimi öpməyə, məni qucaqlamağa başla-
dı. Birdən dizi üstə çökərək, mənim ayaqlarımı qucaqladı.
Mən elə qışqırdım ki, elə bil yanğın başlayıb: “Qalxın, dər-
hal qalxın!! İlahi! Bu nədir belə?!”
Mən gah hönkürən Marinanı döşəmədən qaldırmaq istə-
yirdim, gah da qorxu içində dəsmaldan yapışırdım ki, onu 
mənim əynimdən dartıb salmasın.


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə