Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə23/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   19   20   21   22   23   24   25   26   ...   70

97
İnsanları evlərindən quldursayağı belə qovurdular


98
- Xeyr, nənəm yox idi. Dayəm – nənəm kimi idi.
- Bəs nənələrin hanı? Ölüblər?
-  Nənələrim  həbs  olunmuşdular.  Onlardan  biri  fars  qızı  idi. 
Onun əri – mənim babam Roman – Kuban kazak ordusunun dö-
yüşçüsü 1912-ci ildə çar ordusunun İran yürüşündə iştirak edib, 
oradan əsir yox, sevimli qanuni arvadını gətirmişdi. Onu əzizləyir, 
gəlincik kimi geyindirirdi. Ailəsi varlı idi.
Adı – Nuşami idi, fars dilindən tərcümədə “xoşbəxtlik” demək-
dir, xaç suyuna salınarkən adını Nataliya qoymuşdular. Üç uşaqla-
rı doğulmuşdu. Mənim gələcək anam sonbeşikləri idi.
İnqilabçılar gəldilər və 1927-ci ildə onların hamısını “düşmən 
element”  kimi  tutdular  və  qışın  oğlan  çağında  hərəsini  bir  yerə 
apardılar. Yalnız ən kiçiyi, üçyaşlı qızcığazı saxlayıblar. O, ayaq-
yalın anasının dalınca qaçıb. Nuşami-Nataliya öz keçə çəkmələrini 
onu aparan xizəkdən, şaxtada anasınan arxasınca qaçan ayaqyalın 
qızına atıb. Onu heç hara apara bilməyiblər – yolda donvurmadan 
ölüb. Onun rus “xoşbəxtliyi” bax, beləcə sonuclanıb.
İkinci nənəm isə Ploskdan olan polyak qadın idi. Onu 1947-ci 
ildə həbs ediblər.
Mən ona, tanımadığım insana ailə sirlərini danışırdım. Mənim 
etimadımı necə qazana bilmişdi? Biz elə hey gedirdik, gedirdik. 
Artıq  mehmanxananı,  parkı,  ins-cins  olmayan  küçələri,  icraiyyə 
komitəsinin binasını arxada qoymuşduq. Mən hey danışır, bu qey-
ri-adi, yadplanetliyə oxşayan adam isə qulaq asırdı. 
Birdən hiss etdim ki, donuram. Hətta titrəməyə başladım. Diş-
lərim bir-birinə dəyirdi.
-  Bu  soyuqdan  deyil,  yaşadıqlarına  görədir,  -  Vlad  əminliklə 
söylədi.
- Axı bunları mən yaşamamışam. Onlar yaşayıblar.
- Sən, sən, - həmsöhbətim tərəddüd etmədən təkrarladı. – De-
dim axı, araq içmək lazım idi, - əsəbiliklə məni məzəmmət etdi.
Şükür tanrıya, biz artıq mehmanxanaya çatmışdıq. 
- Gedək mənim otağıma, sənə qızınmaq lazımdır.
Biz Vladislav Vatslavoviçin nömrəsinə qalxdıq, o, bütün yolbo-
yu təkrarlayırdı:
- İşə bax, polşalı və fars qızı. Nəsə hiss edirdim...
Nə hiss etdiyini o, demədi. Mən isə soruşmadım. Başqa şey so-


99
ruşdum:
- Bəs nə üçün siz məni orada Bembi adlandırdınız?
- Bu gün sən mənə tərəf dönəndə, gözlərin hürküdülmüş maral 
balasının gözlərinə oxşayırdı. Bax belə, Bembi.
Biz  onun  otağına  girdik.  Bu  otaq  mənimkindən  böyük  idi, 
amma əslində heç nə ilə fərqlənmirdi. Yalnız geniş idi və yazı ma-
sası qoyulmuşdu. Masanın, stulların üstündə çoxlu kitab və kağız-
lar vardı. Stulda oturmağım üçün o, üstündəki kitabları götürdü. 
Bunlar fantastların kitabları idi: Bredberi, Azimov, Stanislav Lem...
- Nədir, məğrur polşalı, araq içəcəksən? – gülməli tərzdə soru-
şaraq, ancaq özünə süzdü.
- İçəcəm, - mən meydan oxuyurmuş kimi cavab verdim.
- Jeszcze Polska nie Zginela – o, polyak dilində elan etdi.
- Kiedy my zyjemy, - tanış ifadəni göydə tutdum və kiçik qə-
dəhdəki soyuq arağı başıma çəkdim.
Gözləyirdim ki, araq acı və yandırıcı olacaq. Xoş olmayan hiss-
lərə hazırlaşmışdım. Amma o soyuq və hətta şirintəhər idi. Qətiy-
yən acı deyildi. 
- Sizin şüşədəki doğrudan araqdır? – soruşdum. – O nəsə dadlı-
dır. İlk dəfədir ki, bu, mənim xoşuma gəlir.
- Çünki mən sehrbazam. Məndəki odlu su ən yaxşısıdır. – O, 
onsuz da iri olan gözlərini genişləndirdi və “Sannikovun torpağı” 
filmindəki qəhrəmanına oxşadı. 
- Siz sehrbaz deyilsiniz, - mən də Vlad kimi gözlərimi geniş-
ləndirərək, elə onun kimi təkrar etdim. Kiçik dozaya baxmayaraq, 
araq mənə təsir edir, xumarlanırdım.  Mən artıq qızınmışdım.– Siz 
sehrbaz deyilsiniz, siz başqa planetdən gəlmisiniz, - ağzımdan qa-
çırdım.
O,  elə  qəhqəhə  çəkdi  ki.  Mən  tez  fikrimi  düzəldərək  “başqa 
planetdən  gələnə  oxşayırsınız”  desəm  də,  Vlad  gülməyə  davam 
edərək, söylədi: 
-  Mən  başqa  planetdən  gələnə  oxşayıram?  Nəyə  görə?  Mənə 
bunu hec vaxt söyləməyiblər.
- Bəs necə, - indi artıq mən qəhqəhə çəkirdim, - sizin belə böyük 
alnınız var, saçlarınız tökülüb, onların, havaya görə saçları olmur 
axı, gözləri irəli çıxır... – mən sərxoşluqla sadalayırdım.
- Qulaqlarım isə arxadadır, - Vlad əlavə etdi, - çünki orada hava 


100
yoxdur, sən necə deyirdin? Hə, havaya görə. Bax belə. Mənim yer-
dəki bacım, gəl mənim yoxsul planetimin şərəfinə içək... – Biz 
yıxılana kimi güldük. Qədəhlərimizi toqquşdurduq.
- Mənim atam da fantastikanı sevirdi. Nişanlım da sevir, - ki-
tablara baxaraq dedim. 
- Bəs nə üçün sevirdi? İndi yoxsa sevmir?
- Bilmirəm. Bəlkə də sevir. O, bizdən gedib.
- Nə vaxt gedib? – Vladislav Vatslavoviçin sifəti ciddiləşdi.
- Mənim beş, bacımın iki yaşı olanda.
- Bəs sonra?
- Heç nə. Anam yenidən ərə getdi. İndi biz üç nəfərik – yəni, 
üç bacıyıq. Onların da bir qızı doğulub.
- Bəs atalığın? Sən onu sevirsən? O, sizə yaxşı münasibət bəs-
ləyir?
- Mən atamı sevirəm.
- Sən atanı sevirsən? Nədir, indiyə kimi onu sevirsən? Axı, 
o, sizi atıb! – O sanki mənə təzyiq edir və üzümə baxırdı. Gözü-
nü qırpmadan baxırdı. Başa düşmürdüm ki, bu adi əhvalat niyə 
onu belə maraqlandırır.
- O ki, sizi atıb... İki balaca qızı... Bəs sən? Onu doğrudan se-
virsən? Sən onu bağışladın?
- O atmayıb, gedib. Və mən onu doğrudan da sevirəm.
Hər  ikimizi  bürüyən  yüngülvari  sərxoşluq  halı  harasa  uç-
muşdu. Sanki birdən ayılmışdıq. Elə bil ki, biz aramızdakı han-
sısa problemi həll etməli olan qohumlar idik. 
- Mən də getmişəm, uşaqlarımı tərk etmişəm, - boğuq səslə 
dedi.
Onun sifəti bu anda kəskin surətdə qocalmışdı. O, aşağı, diz-
lərinin  üstündə  tutduğu  əllərinə  baxırdı.  Mən  onun  gicgahın-
dakı  damarın  necə  vurduğunu,  qırçınlı  boz  pərdəyə  oxşayan 
uzanmış gözlərini görürdüm. 
İndi o danışırdı. Uşaqları, özü, tərk etdiyi arvadları haqqında 
danışırdı. Sanki danışdıqlarını min dəfələrlə içində təkrarlamış-
dı. Səsi də daxildən gəlirdi.
Bax,  mən  o  daxili  səsi  eşidirdim.  Düşünürdüm  ki,  mənim 
atam da yəqin beləcə öz günahlarını və ağrılarını dilə gətirir ki, 
içərisini dağıtmasın. Öz-özünə, ya da təsadüfi həmsöhbətinə - 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə