Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə19/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   15   16   17   18   19   20   21   22   ...   70

80
sürətilə  əlim  havaya  qalxdı  və  sillənin  cingiltili  səsi  dəhlizdə 
uğultulu  əks-səda  verdi.  Heç  kim,  özüm  də  nəyisə  başa  düş-
məyə macal tapmamış. 
- Mən sizə nifrət edirəm. Bilirsiniz nəyə görə, - astaca pıçıl-
dadım.
Başa düşürdüm ki, bu sondur. Həmin saniyədə mənim hələ 
başlanmamış  karyeramın  üstündən  xətt  çəkildi.  Onun  ağırlığı 
üstümə çökdü və elə bir hiss vardı ki, sanki məni ayaqlayıblar. 
Bədənim sanki boşaldı, elə bil həcmi dəyişdi, ayrıldı və başqa 
həyatla yaşamağa başladı. Bu bədən birtəhər yolu keçdi, trolley-
busa çatdı. Beynimdə isə ancaq döyəclənirdi: “Ola bilməz, ola 
bilməz, ola bilməz”.
Başa düşmürdüm ki, necə bu dahi, əfsanəvi insan məndən – 
məktəbi yenicə bitirmiş uşaqdan, sadəlövh qızdan belə xırda qisas 
ala bilər. “Ola bilməz” – demək olar ki, hündürdən hönkürdüm.
Trolleybusda gedən insanlar heyrətlə mənə tərəf döndülər. 
İki dəqiqədən sonra dayanacaq idi. Mən trolleybusdan düşdüm 
və uzun müddət piyada getdim.
Həyatımda ilk dəfə olaraq heç nə haqqında düşünmürdüm. 
Başımda da bədənimdəki kimi boşluq vardı. Mən yola baxma-
dan gedirdim. Çox getdim. Yolun kənarı ilə gedirdim, hansısa 
maşınlar dayanır, hansısa insanlar məni mənzil başına çatdır-
mağı  təklif  edirdilər.  Amma  mənim  üzümdəki  ifadəni  görən 
kimi, çox tez sürüb gedirdilər.
Mən  parklardan,  məktəb  həyətlərindən,  mikrorayonlardan, 
binaların  qarşısında  əyləşmiş  qarıların  yanından  keçib  getdim. 
Çay boyunca, körpülərdən, dəmiryol keçidlərindən keçdim. Mən 
şəhəri tanımadan gedirdim. Məni ancaq qaranlıq dayandırdı.
Gördüm ki, Çistoprudnıy bulvarında öz alaqapımızın qar-
şısında dayanmışam. Mərtəbəmizə qalxdım, qapını açıb, otağı-
ma girdim və elə paltarlı-paltarlı çarpayıma yıxıldım.  Ancaq 
yay ayaqqabılarımı çıxartdım.
Mən demək olar ki, iki sutka yatdım. Hərdən yuxudan dur-
duqda, gözümü açmadan su içir və yenidən yuxuya gedirdim. 
Bu sanki letargiya yuxusu idi. Mən nə ona kimi, nə də ondan 
sonra belə yatmışam.
Yalnız  cümə  axşamı  gecəsi  şüurum  real  dünyaya  qayıtdı. 


81
Gecə yarısı mehmanxana nömrəsinə rejissorun yanına 
məşq etməyə gedəndə necə sadəlövh imişəm


Baxış isə çərşənbə axşamı olmuşdu.
Mən ümumi dəhlizə çıxdım. O vaxt kommunal mənzildə iki 
otaq  kirayə  tutmuşdum.  Məni  gördükdə  qonşum  qorxdu  və 
əlini yellədi:
- İlahi, Nina?! Biz elə bilirdik ki, sən çəkilişə getmisən. Biz 
hamımız  sənin  qapını  döyürdük.  Sənə  “Mosfilm”dən  zəng 
edirdilər. Budur, mən telefonu yazmışam.
Nə olsun ki, zəng ediblər? Çaydanı yenicə qoymuşdum ki, 
telefon zəng etdi.
- Gəl, yəqin sənədir! Sevinəcəklər, - qonşu gülümsədi.
- Mən yemək istəyirəm, - dedim.
- Mən dedim axı, - səni. Evdədir, evdədir, indi gəlir! – Qon-
şu  eyni  zamanda  həm  mənimlə,  həm  də  telefondakı  adamla 
danışırdı. – Ninoçka, dəstəyi götür. Orada necə sevindilər.
Mən ayaqlarımı güclə sürüyərək, giriş qapısının yaxınlığın-
da asılmış telefonun yanına sürünə-sürünə getdim.
- Bəli? Kimdir?
- Nina, qulaq as – zəif, naməlum qadın səsi söylədi. – Biz 
hamımız burada birtəhər olmuşuq. Biz sənə zəng edirdik. Qu-
laq as, afərin sənə. Biz elə edə bilmədik. Sən bizim hamımızın 
qisasını aldın.
Mən  dəstəyi  asdım  və  həvəssiz  düşündüm:  “Amma  Tanrı 
doğrudan da mənim istəyimi yerinə yetirdi”.


83
GENERAL XLUDOV VƏ FARS QIZI
Elə görüşlər olur ki, insanın ən mühüm məsələlər haqda 
təsəvvürlərini dəyişir. Sən kim olmalısan, necə olmalısan və 
bu həyatda nə etməlisən? Bu sualları cavablandıran görüşün 
baş  verəcəyi  meridianı  əvvəlcədən  hesablamaq  mümkün 
deyil. Amma yer kürəsi sanki bu anda sənin taleyinə doğru 
fırlanmaqdadır. 
Mənim həyatımda belə bir görüş Vladislav Dvorjetski ilə 
olub. 
Əminəm  ki,  Mixail  Bulqakovun  “Qaçış”  pyesi  əsasında 
çəkilmiş  filmə  baxmayan  yoxdur.  Və  bu  filmin  tamaşaçısı 
adamları  edam  edən  general  rolunu  oynayan  Dvorjetski-
ni heç vaxt unuda bilməz. Biz bu filmə o qədər baxmışdıq 
ki.  “Qırmızı”ların  ölkəsinə  uduzan  və  tapdalanan  “ağ”lar 
haqqında  bütün  təsəvvürləri  alt-üst  edən  zadəgan  Xludov 
soxulur.  O,  öz  ölkəsinin  elə  bir  dramının,  faciəsinin  daşı-
yıcısıdır  ki, uzun-uzadı şərhlərə ehtiyac yoxdur. Hündür, 
arıq qamətli, çuxura düşmüş, az qala sifətinin yarısı boyda 
olan gözlər. İnsanın bu adama necə rəhmi gəlməyə bilər? Və 
heç kimi onun ekranda  “qırmızı”ların, yəni “bizimki”lərin 
qanını tökməsi, tamamilə başqa, düşmən düşərgəsindən ol-
ması narahat etmirdi. Biz o vaxt məhz Xludovun sayəsində 
valideynlərimizin  öz  valideynlərilə  pıçıltı  ilə  müzakirə  et-
dikləri faciədən xəbər tutduq. 
İstər  “Müqəddəs  Lukanın  qayıdışı”,  istər  “Solyaris”, 
istərsə də “Sannikovun torpağı” olsun, ya da hər hansı bir 
başqa film – Dvorjetskinin həmin filmdə görünməsi onu ha-
disəyə çevirirdi. Elə onun özü də bir hadisə idi.
Omskda mama həkimi işləyib. Sonra isə elə oradaca uşaq 
teatrında. Daha sonra paytaxta gəlib və çətinliklə Moskvaya 
öyrəşib. Çox filmlərə çəkilsə də, nə mənzili, nə də pulu var-
dı. Uşaqlarını, əsl ailə dramını qoyub gəlmişdi və bu barədə 
danışmağı sevmirdi. Onusa sevirdilər. Qadınları cəlb etmək 


84
üçün yaramayan xarici görünüşü, dazlaşmış kəlləsi, solğun 
rəngi, xəstəhal arıqlığı ilə o, heç kəsi məftun etməyə çalış-
masa da. Lakin yer kürəsinin quru hissəsinin altıda birini 
tutan SSRİ adlı ölkənin qadınları ona heyran idilər. 
O cəmi 39 yaşında dünyanı tərk etdi. Onun ölümündən 
cəmi il yarım əvvəl qarşılaşdıq. O vaxt onun cəmi 37 yaşı 
olsa  da,  çox  qoca  görünürdü.  Qoca  demək  azdır!  Dazbaş, 
qədim allah Savaof! Mənim o zaman çəkildiyim film “Uzaq 
meridianda görüş” adlanırdı. Çəkilişlər Moskva yaxınlığın-
da, Çernoqolovkada keçirilirdi. Məhz orada Vladislav Vats-
lavoviç mənim qapımı döyən tale oldu. 
Amma hər şey barədə ardıcıllıqla.
“Çili  epopeyam”  kədərli  sonluqla  başa  çatsa  da, 
“Mosfilm”də  məni  “xarici  qız”,  “özgə  planetdən  gələn” 
ampluasında görürdülər. 1976-cı ildə “Belarusfilm” studiyası 
Mitçell Uilsonun romanı əsasında “Uzaq meridianda görüş” 
teleserialını  çəkəndə  məni  amerikalı  Evelin  roluna  təsdiq 
etdilər.
Sovet  İttifaqında  Uilson  tərəqqipərvər  müəllif  kimi  qə-
bul edilirdi. O, 1975-ci il Helsinki sazişlərinin ruhuna uy-
ğun olaraq Amerika və sovet nüvə alimlərini düşmən kimi 
deyil, həmkar kimi göstərirdi. Bəsit və o qədər də maraq-
lı  olmayan  romanın  süjeti  əsasında  yazılmış  ssenaridə  so-
vet-Amerika əməkdaşlığına böyük yer verilmişdi. Fizik Ni-
kols  Rennet  SSRİ-yə  gəlir.  Burada  onu  bir  sıra  ciddi  elmi, 
həm də əxlaqi problemlərin həlli, başlıcası isə qarşılaşacağı 
böyük məhəbbəti gözləyir. Sovet kinosunda ilk dəfə olaraq 
müasir amerikalı obrazı bu qədər humanist və müsbət idi. 
Filmdə  Vasili  Lanovoy,  Janna  Bolotova  oynayırdılar, 
Rennet  roluna  isə  Vladislav  Dvorjetski  dəvət  olunmuşdu. 
Bu təsadüf deyildi. Uilson öz qəhrəmanını belə təsvir edir-
di: “O, öz hesablamalarından ayrılanda və stulun arxasına 
söykənəndə, onun arıq və üzgün siması elə ciddiliklə nəfəs 
alır,  elə  qəm  və  ağrı  ilə  dolu  olurdu  ki,  sanki,  o,  gülüm-
səməyi bacarmır. Lakin elə ki, gülürdü, bu heyrətamiz gü-
lüşdə  kədərin  bütün  izləri  itir  və  o,  nadinc  oğlan  uşağına 
oxşayırdı”.


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə