Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə15/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   11   12   13   14   15   16   17   18   ...   70

64
üç müşketyor, Dostoyevski, Şukşin, Qorki. Bütün pyeslər-
də insan ruhunun, xarakterinin fəlsəfi dərk edilməsi vardı. 
Müəyyən mənada bizim cəmiyyət steril idi.     
Mənə  isə  sözsüz  oynamaq  lazımdı.  Heyvani  qorxu  və 
dəhşəti, qorxunc həyəcanı göstərməli idim. Gənc qızın hə-
yatında baş verə biləcək ən ağır hadisədən sonra emosional 
vəziyyətini verməli idim: hətta ağlı çaşa, qorxulu yuxuları 
ola bilərdi.
Bütün bunlar çilililər haqqındadır. Film bizim haqqımız-
da,  bizim  həyatımızdan  deyil.  Hər  şey  adət  etmədiyimiz 
tərzdədir.  Yalnız  xarici  pyesi  oynamalı  deyilsən,  bunu  öz 
həyatları haqqında kino çəkən canlı xaricilərin baxışları al-
tında etməlisən. “Özgə”, adi olmayan, “qeyri-sovet” reaksi-
yasını hiss etməli, tapmalı və verməlisən. Onlar “sovet ada-
mı” deyildilər və başa düşürdüm ki, mənim rusca köməyə 
çağırmağımı “Xilas edin! Kömək edin! Qurtarın!”, deməyimi 
gözləmirlər. Elə onların ispan dili də mənə xatırladırdı ki, 
yanımdakı  başqa  həyatdır.  Sakit  səslə  qısa  replikalarla  Se-
bastyan və Kristian mənim etdiklərimi qiymətləndirirdilər.
Boş, qırılmış masa və stullar arasında nə etmək olar? On-
ların üstünə hoppanıb, yerə tullanmaq? Oturmaq mümkün 
deyil.  Birdən  düşündüm  ki,  oturmağa  yer  nəinki  yoxdur, 
mümkün  deyil.  Ağırdır.  Bəs  uzanmaq?  Hara?  Döşəməyə? 
Mən tozlu, üstü sürtülmüş masanın altına girdim. Əllərimlə 
gah üzümü tutur, gah qulağımı tıxayırdım. Kristian isə hər 
şeyi çəkirdi. O da demək olar ki, masanın altına girdi, başqa 
masanın altından isə Sebastyan mənə nəyi isə pıçıldamağa 
çalışırdı. 
Yəqin ki, əgər kənardan kimsə içəri girsə idi, səhnəmizi 
faciəyə  deyil,  komediyaya  bənzədərdi.  Qəribə  adamlar  nə 
isə pıçıldaşır, nəsə hərəkət edir, iməkləyir, bağırır, hönkü-
rür və ağlayırlar, çünki sınağın sonunda Sebastyan “Çəkil-
di!” deyəndə mənim üzümdən sakitcə göz yaşı axırdı.
Yalnız  “Mosfilm”i  tərk  edəndə,  nə  baş  verdiyini  başa 
düşdüm. Hərçənd buna ad verə bilmirdim – axı həmin an 
sanki narkoz altında idim. Məndə inanılmaz dərəcədə güc-


65
 “Tabor səmaya qalxır” filmindən sonra Qriqori so-
vet ekranının ulduzu oldu
Bizim birgə oynadığımız 
“Çili üzərində gecə” filmin-
dən kadr


66
lü istək yarandı, bu rolu oynamaq sadəcə həyati ehtiyacıma 
çevrildi.  Səhnəni  bir  daha  təkrar  etmək!  Bəlkə  də    nəyisə 
yenidən yazmağı, nə isə yeni bir şey təklif etməyi düşünür-
düm. Qəfildən dua etməyə başladım. 
“İlahi, qoy məni Pamela roluna təsdiq etsinlər, - göylərə mü-
raciət edirdim, - əgər istəyirsənsə, bundan sonra ümumiyyətlə, 
mənə heç bir rol vermə”. Amma bu yerdə həddindən artıq bir-
mənalı səslənən andıma görə çox qorxdum. “Yəni yaxın on il 
ərzində”, - deyə konkretləşdirdim. 
Və Tanrı məni eşitdi. Evə təzəcə çatmışdım ki, zəng çalın-
dı, aktyorlar üzrə assistent dedi: “Nina, səni təbrik etmək olar. 
Sən təsdiq olunmusan və artıq sənə bilet alınır. Çəkilişlər üçün 
Bakıya səfərə hazırlaş”. Artıq bir neçə gün sonra mən xoşbəxt-
cəsinə Bakıya uçurdum.
Azərbaycan paytaxtına biz gecədən keçmiş çatdıq. Moskva-
dan sonra isti çox qeyri-adi idi. Mehmanxanada Sebastyanın 
nömrəsində yığışdıq. 
Mehmanxana köhnə idi, çox hündür tavanı və uzun dəhli-
zi vardı. Bütün bunlar mənə Karvansaranı xatırladırdı. Həm 
küçədən, həm də nömrələrdən şərqsayağı ədviyyat, ot, meyvə 
ətri gəlirdi.
Yığışdığımız  otaqda  qablarda  yemək  kimi  şirniyyat  və 
şəkərli meyvələr vardı. Bu mənim başqa mədəniyyətlə ilk ta-
nışlıq təcrübəm idi.
Çəkiliş qrupunun iştirakçılarının qarşısındakı masaya yaşıl 
çay piyalələri qoyulmuşdu. O şəffaf idi və qətiyyən çaya ox-
şamırdı. Biz məktəbdə “çifir” içirdik: ancaq qara, ağlasığmaz 
tünd, elit, üç filli çayı. Yaşıl çayın mövcudluğundan mən ancaq 
orada, Bakıda çəkilişlər zamanı xəbər tutdum. 
Məni həm də o heyrətləndirdi ki, çaylar fincanda yox, pi-
yalədə verilir. Düşündüm ki, bu piyalələri yəqin Çilidən gəti-
riblər. Şirniyyat da sadə nimçələrdə deyil, oval, kobud gildən 
hazırlanmış qablarda qoyulmuşdu.
Sonra isə bütün çəkiliş qruplarında olduğu kimi, kişilər şə-
rab şüşələri, meyvələr və şokoladla gəlməyə başladılar. Söhbət 
filmdən, onun çəkiləcəyi yerlərdən gedirdi. Seçilmiş naturanın 
fotolarını göstərir, deyirdilər ki, Bakı nə iləsə Santyaqoya bən-


67
zəyir. Dəniz haqqında da danışırdılar, deyirdilər ki, ora çim-
məyə getmək yaxşı olardı. “Çılpaq”, - kimsə əlavə etdi.
Mənim  çılpaq  çimmək  təcrübəm  olmadığından,  çimərlik 
paltarı da götürmədiyimdən, xəyali olaraq bu dəstəni dəstək-
ləməmək  qərarına  gəldim.  “Bu  nədir,  -  düşündüm,  -  dərhal 
hamı məni görür, sonra bu yataq səhnəsi, daha sonra isə ümu-
miyyətlə kadrdan kənar – zorlama!” “Yox, etməyəcəm, - özüm-
çün qərara gəldim, - həddindən artıq “nyu” var”.
Həmçinin, deyirdilər ki, üç gündən sonra Karmen gələcək.
Mən yetkin həyata qədəm qoyurdum. Bu, mənim ilk təcrü-
bəm idi. Mən özümü sonsuz dərəcədə xoşbəxt, Tanrının sevdi-
yi adam kimi hiss edirdim. 
Karmenin gəlişinə qədərki üç gün çox tez keçdi. Naturada 
çəkilişlər asan gedirdi. Səhnələrin əksəriyyətində dərin psixo-
logizm-filan yoxdu. 
Çəkiliş  meydançasında  ilk  dəfə  olduğumdan  ümumi  səh-
nələr  tamaşaçı  kimi  mənə  maraqlı  gəlirdi:  Bakı  küçələrində 
hərəkət edən tanklar, hərbçilərin yaralı insanı izləmələri, yük 
maşınındakı hərbçilər – indi deyildiyi kimi, “ekşn” idi. Amma 
Pamela bu filmə öz qadın dəst-xəttini  – lirik məzmunu, məhəb-
bəti, qadın zərifliyini gətirməli idi. O, demək olar ki, filmin əv-
vəlində, Manuellə səhnədə, onun evində görünürdü. 
Mənim üçün nə qədər qəribə olsa da, bütün bu vətəndaş 
müharibəsi  şəraitində  ən  çətini  məhz  yataq  səhnəsi  oldu. 
Vətəndaş  müharibəsi  bizdə  də  olmuşdu:  partizanlar  da 
vardı, faşistlərin onlara işgəncə verməsi də, bütün bunlara 
biz  dəfələrlə  sovet  filmlərində  baxmışdıq.  Və  bu  hamıya 
məlum idi. Amma mənim üçün, dörd ay sonra toyu olacaq 
nişanlı qız üçün, hətta oyun epizodunda belə naməlum kişi 
ilə yatağa uzanmaq, üstəlik otaq dolu insanın – assistent-
lərin,  işıqçıların,  qrimçilərin  yanında,  qorxunc  sınaq,  əsil 
stress idi.  
Hətta əynimdə gecə köynəyi olsa belə. Bunu çəkilişlər-
də əvvəlcədən şərt kimi qoymuşdum. Tərəfdaşım Qriqoriu 
artıq yarıçılpaq idi. 
Qriqori-Manuel əynindəki qrim xalatını yüngülcə atdı, 
yalnız  üzgüçü  tumanında  qaldı,  yatağa  uzanaraq  üstünü 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə