Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə13/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   9   10   11   12   13   14   15   16   ...   70

55
əsas sirri – vicdandır, insan – ali həqiqi mahiyyətdir” fikri yeni 
təəssüratla qalmışdı. Və birdən həmsöhbətimin səsində belə bir 
nifrət, hətta deyərdim ki, çimçəşmə var. Həm Mamardaşvilidən, 
həm də ruslardan...
- Mən – rusam! Siz alicənab insanı təhqir edirsiniz. Əgər o, indi 
burada olsaydı, yəqin sizi sillələyərdi, - qəzəblə dedim.
- O mənimlə müqayisədə hər cəhətdən zəifdir, gəlin, bu barədə 
danışmayaq. Amma siz mənim xoşuma gəlirsiniz. Sizdə nəciblik 
duyulur. Mən sizin xoşunuza gəlmək istəyirəm. Çiçəkləri götürün 
– sizədir. Mən sizə özüm haqda danışaram, özüm haqda oxuya-
ram... Gedək, artıq gecdir.
- Sizinlə heç hara getməyəcəyəm. İndi mənim kavalerim qayı-
dacaq... (başa düşmürdüm ki, Peters hara yoxa çıxıb, yeri gəlmiş-
kən, mənim kürkümün asılqandakı nömrəsi də onda idi).
- O, sizinlə vidalaşmağı unudub və bunu sizə qoyub. – Zviad 
ovcunu açdı və mənim (!) asılqandakı nömrəmi göstərdi.
- Mən tamamilə çaşqın vəziyyətdə idim: restoranda tək qalmış-
dım, bu qəribə, maraqlı gürcü ilə. Peters öz katolik miladı ilə ha-
rasa yoxa çıxmışdı. 
- Mən məktəbə qayıtmalıyam, - tələsik dedim. Amma belə bö-
yük qızılgül dəstəsini, üstəlik də qışda, ilk dəfə aldığımdan, qo-
yub getməyə heyfim gəlirdi. 
- Çiçəklərə görə minnətdaram, onlar çox gözəldir, - dedim.
- Hara? Gənc qızın tənha, gecə vaxtı şəhərdə gəzməsi yaramaz. 
Mən sizi ötürərəm.
Düşündüm ki, doğrudan da. Axı, həqiqətən də gecdir. Resto-
randan təkbaşına çıxmaq da düz deyil... Bu, sənin üçün məktəb 
deyil ki, sutkanın istənilən vaxtı uçub gedəsən. Burada xüsusi ya-
naşma lazımdır.
O, hökmdar jesti ilə kürkümü mənə geyindirdi və sədəqə kimi 
qapıçıya 10 rubl uzatdı. Qapıçı sanki onun ayaqlarına düşdü, yal-
taqcasına qapını qarşımızda açaraq, soyuğa birinci çıxdı.
Xəsisliklə  işıqlandırılmış  bulvarda,  restoranın  girişində  qara 
“Volqa” dayanmışdı. Səmadan çiçəklərin üzərinə yüngül, təzə qar 
elə gözəl ələnirdi ki. Şaxta və qızılgül ətri gəlirdi. Qamsaxurdiya 
maşının qapısını qarşımda açdı:
- Mənə bulvarla aşağıya Sivsev Vrajekə qədər, sonra isə...


56
- Yəqin ki, əvvəlcə mən düşəcəyəm. – O gürcücə sürücüyə nəsə 
əmr etdi.
Mən etiraz etmədim. İndicə bu kişinin əlindən çiçək qəbul et-
mişəm, o şamın pulunu ödəyib (mənim harasa itmiş kavalerimin 
əvəzinə). Bəli, o özünə çox arxayın adam təsiri bağışlayır, amma 
mənə pis heç nə etməyib. Həm də o, məni maraqlandırıb – mən 
nə isə sirr, yaxud aşkar qeyri-adilik  hiss edirdim. “Əgər görüş 
haqqında xahiş etsə, bəlkə də şənbə günü gündüz görüşdüm”, - 
maşın az sonra dayanana kimi, düşünməyə macal tapdım.
- Mənimlə qalxın, sizə öz kitablarımı bağışlayım. – Zviad Kons-
tantinoviç maşından çıxdı və mənim tərəfimdəki qapını açdı.
- Yox, yox, başqa vaxt, gecdir...
- Bu çox vaxt aparmayacaq. – O, mənim sağ əlimdən tutub sə-
kiyə çəkdi.
- Mən bacarmaram, getməliyəm...
Amma fikrimi qurtara bilmədim. Faktiki olaraq maşından dü-
şürüldüm.
O, dərhal qapını örtdü və “Volqa” getdi.
Baş verənlərdən qorxuya düşərək və heç nə anlamayaraq onun 
qarşısında durmuşdum. Biz küçədə tək idik. Bilirdim ki, o, quldur 
deyil, yırtıcı deyil, kitab yazır və ümumiyyətlə, ziyalıdır. Amma 
onun sifətində qorxunc, qeyri-normal nəsə vardı.   
- Gedək mənim otağıma! – ayrı-ayrı, hecalarla dedi və məni ko-
budluqla küçə qapısına itələdi.
-  Buraxın  məni,  buraxın!  –  öz  növbəmdə  mən  də  “qorxunc” 
səslə çığırdım. Teatral səslə, deməli həm də bərkdən çığırdığım-
dan – səsim boş küçədə uğultu doğurdu. Həm də mən doğrudan 
da qorxurdum. O, hətta çaşqınlıqdan dayandı.
- Nədir? Sən məni rədd edirsən? – gözlənilmədən sakitcə dedi. 
– Sən kimi rədd edirsən? Mən knyazam! Mən hökmdaram! Mən 
gürcü hökmdarı olacağam! Bir saatlığa, bir anlığa olsa da! – O, 
demək olar ki, xırıldadı. 
Onun gözəl siması tanınmaz hala düşdü və eybəcərləşdi. Hə-
min anda biləyimi elə dartdı ki, gözlərim qaraldı. Çiçəkləri yerə 
salıb, sağ əlimdən yapışdım və körpə kimi onu yırğalayaraq, yan-
dırıcı ağrını birtəhər sakitləşdirməyə çalışdım. Sifətim boyu göz 
yaşı axırdı. Mən heç nə görmədən və anlamadan maşın yoluna, 


57
Zviad Qamsaxurdiya: “Mən 
gürcü hökmdarı olacağam! 
Lap bir saatlıq, bir anlıq 
olsa da!”...
...xəyal gerçəkləşdi


58
demək olar ki, sürətlə gələn maşının altına atıldım.
Sürücü kəskin surətdə əyləci basdı, maşın əks tərəfə dönüb 
dayandı. Sürücü maşından çıxanda məni dünyadakı bütün sö-
yüşlərə qonaq etməyə hazır idi. Mən əsən və göz önündəcə şişən 
əlimi ona uzadıb, demək olar ki, dərin bayğınlıq içində sızıltı ilə 
xahiş etdim: “Xahiş edirəm! Sklifə!”
- Oy, qızım, sənə nə olub? – O, artıq mənə oturmağa kömək 
edirdi. – Az qala məni də məhv edəcəkdin. Yaxşı ki, qar yağdığı-
na görə yavaş gedirdim. Bununla belə, görürsən, güclə saxladım. 
Xoşbəxtlikdən qarşı yol boşdur. Tanrı görünür, hamımızı qoru-
du. Deyəsən sənin yanında qarın üstündə çiçəklər vardı, yoxsa 
mənə elə gəldi?
- Sizə elə gəlib. Çox sağ olun. – Mən şiddətli ağrıya baxma-
yaraq, xoşbəxtcəsinə gülümsündüm. – Siz çox yaxşı adamsınız.
- Qoy bir görək, yaxşıyam. Sən hər şeyi dərhal görürsən. Bi-
lirsən, gecə necə ola bilər? Mən beləsini o qədər görmüşəm. – O, 
mənim fikrimi yayındırmağa çalışırdı. Yəqin qorxurdu ki, huşu-
mu itirərəm.
Sklifosovski  adına  xəstəxananın  qəbul  şöbəsinin  qarşısında 
dayananda, mənim xilaskarım içəri qaçdı. Eşitdim ki, o, kiməsə 
deyir: “tez olun, tez olun, ölü kimi ağappaqdır”.
Xəstəxanadan mən səhər tezdən çıxdım. Ağrıkəsici və yuxu 
gətiricidən sonra hələ başım ağrıyırdı və yüngülvari ürəyim bu-
lanırdı. Sağ əlim gipsdə idi. Bütün ötən gecə mənə irreal gəlirdi, 
sanki bütün bunlar mənimlə əlaqədar olmamışdı: restoran, Pe-
ters, Qamsaxurdiya, sürücü əmi, həkimlər, rentgen, gips...
Mən  məktəbə  getdim.  Arbatdakı  “Dieta”  mağazasında  10 
qəpiyə  yüksək  kalorili  iki  bulka  və  bir  iri  stəkan  südlü  qəhvə 
aldım. Bunların hamısını adət etmədiyim sol əllə tutmalıydım. 
Əlimdəki pəncərənin o tayındakı qar kimi ağ təzə gipsi görən 
rəhmdil xadimə qəhvəni hündürayaqlı masaya qədər aparmağı-
ma kömək etdi. 
- Yıxılmısan? – canıyananlıqla maraqlandı.
- Hə, - yalandan dedim. Dərhal bu versiyanı maraqlananların 
hamısı üçün cavab kimi qəbul etdim.
- Hələ bəxtin gətirib. Amma mən bu yaxınlarda döşəmədə qan 
yumuşam. Bir gombulun bizdə başı yarılmışdı. Al, ye, nuş olsun.


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə