Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə18/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

76
dub. Axı hər halda o, dahidir, deməli, həm də böyük ürəkli 
insandır.  Yaxşı,  axmaq  qız  nəsə  törədib,  nə  olsun  –  mənim 
təsəlliverici  fikirlərim  belə  idi.  İnanmaq  istəyirdim  ki,  hər 
şey  ötüb  keçəcək.  Dayəmin  tez-tez  dediyi  kimi,  zaman  hər 
şeyi unutdurur. Anam isə mənim teatr institutuna daxil ol-
mağımı istəmədiyindən, başqa sözlər deyirdi: “Bütün aktri-
salar fahişədirlər”.
- Necə belə deyə bilirsən? – hiddətdən səsim dəyişirdi.
- Əlbəttə fahişədirlər, - anam inamla dediyində israr edir-
di.  –  Gah  bədənləri  ilə  alver  edirlər,  gah  da  prinsipləri  ilə, 
gah məhəbbəti təqlid edirlər, gah da ehtirası.
- Hər cür istedadsızlar aktyorlar haqqında böhtanlar ya-
yırlar, sən də onları təkrarlayırsan. Ayıbdır, - ana vicdanını 
oyatmağa çalışırdım. – Bax, aktrisalığa gedəcəyəm və bütün 
həyatımla sənin düzgün danışmadığını sübut edəcəyəm. İs-
tedad, yalnız istedad hər yerdə özünə yol açır. Yalnız istedad 
əsas meyardır.
- Get-get, mən isə baxaram, görüm bu meyarı sonra hansı 
divara asacaqsan, - anam təslim olmurdu. – Lakin ağıllı məs-
ləhətə  qulaq  as:  əvvəlcə  sənət  qazan,  özünə  dayaq  düzəlt, 
sonra get – istərsən aktrisalığa, istərsən direktrisalığa.
Lakin  mən  ağıllı  məsləhətə  qulaq  asmadım.  Və  budur, 
mən gənc aktrisayam. Və budur, ilk rol, ilk problem.
“Ümid edək ki, hər şey qaydasına düşəcək”, - özümü sa-
kitləşdirirdim.
Amma mənim istirahət günlərim şübhəli tərzdə uzanırdı. 
Mən artıq üç gün idi ki, çəkilmirdim. Mənim yaradıcı orqa-
nizmim özünüifadə tələb edirdi.
Bu haqda düşünərkən, mən mehmanxanaya girən Sebast-
yanla toqquşdum. 
- Sebastyan, - sevindim, - mənim səhnəm nə vaxtdır? Siz 
indi nə çəkirsiniz?
Rejissor  mənə  cavab  verərkən  karıxdı.  Gözlənilmədən 
güclənmiş  ləhcə  ilə  mənim  səhnələrimin  Moskvada  pavil-
yonda  çəkilməsi  haqqında  qərar  qəbul  edildiyini,  nəyinsə 
dəyişdiyini danışmağa başladı.
“Yalan danışır”, - hiss etdim. Bu qəfil ifşadan ürəyim ayaq-


77
“Mosfilm” kinostudiyası. Sovet “xülya fabriki” və 
aktyor talelərinin emal olunduğu “ət maşını”


78
larımın altına düşdü. Amma möhkəm səslə söylədim:
-  Deməli,  belə  çıxır  ki,  mən  burada  daha  işləməməliyəm? 
Deməli, gedə bilərəm?
Dünyada  hər  şeydən  çox  haqlı  olmadığımı  eşitmək  istər-
dim. İstərdim ki, o, etiraz etsin: “Hara gedirsən? Necə gedir-
sən? İşləmək lazımdır. Nə qədər işsiz avara-avara gəzə bilər-
sən?” Amma bunun əvəzinə o dedi:
- Bəli. Sən azadsan və Moskvaya qayıda bilərsən.
- Nə vaxt? Əgər belədirsə, elə bu gün gedə bilərəm. – Elə 
incimişdim ki, həmin dəqiqə getmək istəyirdim.
- Əgər təyyarə varsa, bu gün də olar. Mən Marona (o, filmin 
direktoru idi)  deyərəm ki, bilet dalınca adam göndərsin.
- Bəs material? – zəif səslə soruşdum. – Çəkilmiş materiala 
nə vaxt baxacağıq?
- Hər şeyə Moskvada. Biz bir həftə sonra qayıdacağıq, - Se-
bastyan tələsik gedərkən, mənə cavab verdi.
Bilet axşama alınmışdı. Mən yağışlı Moskvaya qayıtdım və 
bir həftə gözlədim. Həmin həftəni necə yaşaya bilmişəm? Hələ 
də başa düşə bilmirəm. Mən heç kimə heç nə danışmaq istə-
mirdim. Aleksey səfərdə idi. Mən də heç kimi görmək istəmir-
dim. Evdə oturmuşdum və siqareti-siqaretə calayırdım. Ağlı-
ma dəhşətli mənzərələr gəlirdi. 
Nəhayət,  “Mosfilm”ə  zəng  edib  öyrəndim  ki,  qrup  bazar 
ertəsi, yəni artıq dünən gəlib, çərşənbə axşamı (yəni bu gün) 
saat 11-ə baxış təyin olunub. Amma mənə heç kim zəng etmə-
mişdi,  heç  kim  məlumat  verməmişdi  ki,  baxış  harada,  hansı 
zalda olacaq. Baxış vaxtını da mən təsadüfən öyrəndim.
On  birə  on  beş  dəqiqə  qalırdı.  Baxışın  əvvəlinə  yetişmək 
demək olar ki, mümkün deyildi. Lakin xoşbəxtliyimdən, alaqa-
pının qarşısında taksi tutdum. Sürücü maşını dəlisovcasına idarə 
edirdi. Bəzi yerlərdə mən qorxudan hətta gözlərimi yumurdum. 
O, öz toyuna gecikən bəy kimi maşını qovur, zarafat edir, zər-
bi-məsəllər,  çastuşkalar  söyləyirdi.  Çox  qısa  müddətdən  sonra 
məni mənzil başına çatdırdıqda, hətta bəxşişdən də imtina etdi:
- Lazım deyil. Bəlkə siz xalq artisti olacaqsınız. Sonra müsa-
hibədə sizi ilk baxışa çatdıran İqoryoku xatırlayarsınız. 
Mən ona gülümsəyərək, bunu taleyin xoş işarəsi kimi qəbul 


79
etdim.
İş  otağına  gəldikdə,  gördüm  ki,  orada  heç  kim  yoxdur. 
Külqabında hələ də siqaret qalıqları tüstüləyirdi. Deməli, in-
dicə gediblər, - Şerlok Holms kimi gəldiyim nəticə belə oldu.
Mən sonsuz uzun dəhlizlərlə gedir, bir binadan digərinə ke-
çirdim. “Mosfilm”  ayrıca şəhər-labirintdir, bəzən orada işləyən 
adamlar da olduqları yerin səmtini çətinliklə müəyyənləşdirirlər.
Amma mən onları tapmalı idim. Hansısa qapını özümə tərəf 
çəkdim və ekranda tanış kadrları gördüm: budur, tanklar tanış 
küçə ilə gedirlər, budur, yaralı insan qaçır, onu hərbçilər izləyir, 
mən isə onunla alaqapıda toqquşuram və nəsə deyirəm.
İşçi  material  olduğundan,  səsləndirilməmişdi.  Ekrandan  gö-
zümü çəkmədən, sakitcə boş kresloda əyləşdim.
Budur,  biz  Qriqori  Qriqoriu  ilə  bir  saniyəlik  göründük. 
Həyəcandan ölərək, yataq səhnəsini gözləyirəm. Çəkilmiş pl-
yonka fırlanır, həmin səhnə isə yoxdur. Vidalaşma səhnəsi də 
yoxdur. Həbs səhnəsi də yoxdur, demək olar ki, heç nə yoxdur!
Bu anda zalda işıq yandı. İlahi, sən demə, Sebastyanın ya-
nında oturmuşammış. 
O da məni burada görəcəyini gözləmirdi. 
Salam, - o, deyir. – İşlər necədir? – Dərhal da zalı tərk etdi.
-  Pisdir,  Sebastyan.  Bəs  mən  hardayam?  Özümü  görmədim. 
Mən filmdə varam?
- Bilirsən, materiala Sizov (“Mosfilm”in baş direktoru) baxıb. 
O, bizə dedi: “Sizin filminiz “Baş əyməyən qəhrəman Çili xalqına 
həsr edilir” ithafı ilə gedir. Müqavimət xəttini gücləndirin”. Buna 
görə də bizə əmr edilib ki, onu sənin iştirakınla olan lirik səhnələr 
hesabına gücləndirək. Yəni, onları qurban verək.
- Necə yəni qurban verək? – dərhal başa düşmədim.
- Yəni kəsib ataq.
Mən çaşıb qalmışdım. Bu anda hardansa yandan mənə Roman 
Lazareviç yaxınlaşdı.
- Nədir, qorxaq dovşan? – O, salamlaşırmış kimi əlini üç dəfə 
yanaqlarıma toxundurdu.
- Xoşuna gəldi? – O, gülümsəyərək mənə baxırdı, amma göz-
ləri heç gülümsəmirdi.
Mən hər şeyi anladım. Və bu yanağıma toxunmanı... İldırım 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə