Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə20/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   16   17   18   19   20   21   22   23   ...   70

85
Bulqakovun “Qaçış” romanındakı general Xludov – Dvorjetskidir. 
Başqası olmayıb və olmayacaq


86
Əlbəttə,  mənə,  təzə  çəkilməyə  başlayan  aktrisaya  məşhur 
Dvorjetskini çəkiliş meydanında görmək maraqlı idi. Axı, yal-
nız böyük aktyorun yanında olmağın özü artıq gözəl məktəb-
dir. 
Həm  də  “Çili  üzərində  gecə”dən  sonra  mən  çox  sevinir-
dim ki, epizodik rol da olsa, məni yeni filmə dəvət ediblər. 
Çəkilişlərə yüksək əhvali-ruhiyyə, tam ümidlə gedir, bütün 
vaxt ərzində özümü inandırırdım: “Hər şey yaxşı olacaq. Mə-
nim  çəkilməməyimlə  bağlı  sərəncam  yoxdur”.  Hadisələrin 
necə  inkişaf  edəcəyini  bilsəydim!  Yox,  belə  bir  hadisəni  əl-
bəttə ki, əvvəlcədən görə bilməzdim – ümumiyyətlə, heç kim 
bacarmazdı.
Beləliklə, soyuq noyabr axşamında, Moskvaya ilk qar düşən-
də, mən Çernoqolovkaya – nüvə fizikləri şəhərciyinə gəldim.
Həmin yerə axşamdan keçmiş çatdım və dərhal ikinci rejis-
sorun əlinə düşdüm. O, hələ Çernoqolovkaya gəlməmiş quru-
luşçu rejissoru əvəz edirdi.
Marina  Nikolayevna  adlandıracağımız  köməkçi,  qırx  yaşlı 
boy-buxunlu  qadın  idi.  Məni  dərhal  kostyumçunun  otağına 
apardı və amerikasayağı geyindirmək üçün geyim axtarmağa 
başladılar. 
Mən onun yanında əynimi dəyişməli oldum. Qeyd etmək la-
zımdır ki, o vaxt mini-ətəklər dəbdə idi, sviteri isə büstqaltersiz 
geyinirdilər.  Mən  bu  qadından  qətiyyən  çəkinmədən,  əynimi 
dəyişdim. 
Biz bir neçə variantı sınadıq, amma heç biri onun xoşuna gəl-
mədi. 
- Yox, bu yaramaz. Bu da pisdir. Çıxart. Gəl, bunu yoxla, - 
məni tamamilə təngə gətirdikdən sonra qərara gəldi: - Qulaq 
as, bəlkə geyinib gəldiyin paltarda çəkiləsən? Bu, tamamilə 
amerikasayağıdır. 
Mən buraya gəldiyim paltarda qaldım: qısa ətəkdə və çıl-
paq bədənə geyindiyim nazik sviterdə.
Artıq axşamdan keçmişdi və Marina Nikolayevnanın san-
ki yol yorğunu olan, üstəlik yeni yerə hələ düz-əməlli öyrəş-
məmiş qıza yazığı gəldi və məni öz nömrəsinə dəvət etdi:
- Gedək, mənim otağımda heyva mürəbbəsi ilə çay içək.


87
Moskvadan  uzaq,  balaca  şəhərcikdə  bu  vaxtlar  işləyən 
kafe, yaxud ərzaq mağazası tapmaq mümkün deyildi. Burada 
isə ətirli heyva mürəbbəsi ilə çay, qış gecəsinin qaranlığında 
kiçik ada və çəkiliş qrupunda bir çox məsələləri həll edə bilən 
qadın! Mən sadəcə olaraq xoşbəxt idim.
Marina  çayı  dəmləyənə,  buterbrodlar  hazırlayana  və 
mürəbbə bankasını çıxarana kimi, mən ona maraqla baxa-
raq  düşünürdüm:  “Necə  də  gözəldir!  Zövqlə  geyinib. 
Özünə  baxandır”.    Ümumiyyətlə,  o,  belarusa  oxşamırdı 
– mən isə çəkilişlərdə əyalətdən olan adamlarla görüşəcə-
yimə  hazırlaşmışdım.  Marina  sadədil  əyalət  qadınına  qə-
tiyyən oxşamırdı. Mənim nədənsə ona yazığım gəldi. “İşə 
bax,  -  düşünürdüm,  -  bəxti  gətirməyən  aktrisalar  beləcə 
rejissor köməkçiləri olurlar”. Gəncliyə xas olan iddialı yel-
beyinliklə özümə vəd etdim ki, mən heç vaxt belə olmaya-
cağam.
Bu arada, Marina həssaslıqla mənə qulluq edirdi. O, fa-
siləsiz  olaraq  saçlarımı  tumarlayır  və  deyirdi:  “Sənin  bu 
uzun  saçlarınla  nə  edəcəyik?  Sabah  tezdən  qrimçinin  ya-
nına getmək lazım gələcək”. Mənə elə xoş idi ki! Mən heç 
bir  təhlükə  hiss  etmirdim.  Bunu  kişi-rejissor  edəndə  ayrı 
məsələdir, qadın sığallayanda isə ayrı.  Xüsusilə bunu zə-
rifliklə, bacı, ana kimi edirsə.
Mən çay içdim, yemək yedim.
- İndi isə meyvə arağı. Çaydan sonra əladır. Məndə çox 
dadlı evdə hazırlanmış meyvə arağı var, dadına bax.
Mən  tamamilə  ləms  düşdüm,  meyvə  arağından  qızar-
dım.  Məni  belə  yaxşı  qarşılayan  gözəl  qrupa  düşdüyümə 
elə sevinirdim ki. 
Marina çarpayıda oturmuşdu, mən isə kamodun yanın-
da, stulda. 
-  Bəsdir  mənə  “siz”  dedin,  -  o,  nəyəsə  sevinirmiş  kimi 
səsləndi və əlini mənə uzatdı. – Gəl, biz səninlə bruderşaft 
içək. Yaxın gəl.
Bilirdim  ki,  ona  “sən”  deyə  bilməyəcəyəm,  amma  bu 
gözəl  qadını  incitmək  istəmirdim,  ona  görə  də  çarpayıda 
oturdum.  Biz  əllərimizi  “bruderşaft  üçün”  qovuşdurduq 


88
və o, məni öpdü.
Bu, qətiyyən dost öpüşü deyildi. Belə öpüşdən gərildim 
və yüngülvari qorxdum. 
İndi  həyatımız  elə  dəyişib  ki,  heç  kimi  qeyri-ənənəvi 
seksual  orientasiya  ilə  heyrətləndirmək  və  şoka  salmaq 
mümkün deyil. Gey-paradlar açıqca gedir, lesbiyanların öz 
klubları  mövcuddur.  Lakin  sosializm  dövründə  belə  şey-
lərə tamamilə başqa münasibət vardı. Bundan utanır, nəin-
ki  normadan  kənara  çıxmaq  kimi  baxır,  ən  böyük  əxlaq-
sızlıq hesab edirdilər.  Bunu gizlədir, ört-basdır edirdilər, 
uzun müddət homoseksualizmi qanunla cəzalandırırdılar. 
Qeyri-ənənəvi  orientasiyalı  insanlar  haradasa  yaxınlıq-
da  olsalar  da,  sanki  başqa  bir  planetdə  yaşayırdılar.  Bu 
hadisəyə  qədər  isə  mən  ağlıma  da  gətirməzdim  ki,  həyat 
yolumda seksual azlığın nümayəndəsi ilə qarşılaşacağam. 
Özü də o mənimlə maraqlanacaq. 
Ziyalı  sovet  ailələrindən  olan  qızlar  Svetayeva,  Axma-
tova,  Pasternakın  məhəbbətin  titrək  hisslər  kimi  qələmə 
verildiyi poeziyası ilə böyümüşdülər. Məhəbbətə pərəstiş 
edirdik. Ondan məhrum olmaq, sevməmək zəiflik göstəri-
cisi idi. Hər kəs hökmən öz sevgisini  tapmağa çalışırdı – 
amma ənənəvi forma və normalar çərçivəsində. “Bircinsli” 
aşiqlik bizim dəyərlər sisteminə qətiyyən uyğun gəlmirdi.
-  Sən!  Mənə  sən  de!  –  Marina  təkid  edir  və  hissiyyatla 
əlimi tumarlayırdı. – Nə gözəl dərin var! Sənin dərin atlaz 
kimidir.
Belə komplimentdən sonra başa düşdüm ki, getmək la-
zımdır.
Mən  getməliyəm,  -  durmağa  cəhd  etdim.  –  Hər  şeyə 
görə sağ olun.
Amma o, mənim əlimi buraxmırdı. Hiss edirdim ki, iliş-
mişəm. Hadisələrin belə inkişafı məni heç açmırdı. Məsələ-
ni necə çözməliyəm? Özüm də başa düşmürdüm. Mən onu 
incitmək istəmirdim, hər şeyi sakitcə bitirməyə çalışırdım.  
Amma necə? Elə suallar var ki, onları birbaşa, müqəddimə-
siz-filansız vermək olmur axı... Mən beynimə gələn ilk və 
ən axmaq sualı verdim: 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə