Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə28/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   24   25   26   27   28   29   30   31   ...   70

117
Anatoli Romaşin narahat yazıçı rolunda. 
Mənim filmdə ərim


118
nənib. Bu gün bizə lazım olan necə, nəyə söykənib yaşamağa 
davam etməyi bilməkdir.
N.Topuridze
“Sovetskiy ekran” №13, 1990-cı il 
Haqqında  söhbət  açılan  filmi  Anatoli  Vladimiroviç  1989-cu 
ildə çəkməyə başlayıb. Biz xarici ezamiyyətdən yenicə qayıtmış-
dıq. Kinoya geri dönməyə hazırlaşmırdım. Mənim xaricdə yaşa-
maq təcrübəm,təhsilim vardı, iki yeni dil - fransız və çex dillərini 
bilirdim. Tamamilə başqa iş haqqında düşünürdüm. Və birdən 
“Mosfilm”dən dəvət. 
Deməliyəm ki, tam alınmamış kinematoqraf keçmişim məni 
rahat buraxmırdı. Anatoli Vladimiroviçi mən əlbəttə ki, tanıyır-
dım, sevirdim və ona heyran idim. Onun güllələnən çar rolunda 
oynadığı filmə,  Elem Klimovun populyar “Can vermə” filminə 
hamı baxmışdı. O, sonralar II Nikolay haqqında başqa bir filmə 
çəkilmiş  Oleq  Yankovskidən  daha  çox,  heyrətamiz  dərəcədə  II 
Nikolaya bənzəyirdi. 
Anatoli Vladimiroviç ÜİDKİ-nin professoru idi. Bizim tanışlı-
ğımız anında o, subay idi. Qadın gözəlliyinin böyük bilicisi olan 
Romaşinin tərcümeyi-halındakı beş nikah qətiyyən təsadüfi fakt 
deyildi. 
Onunla görüşə ağappaq geyimdə getdim – hətta ayaqlarımda 
da ağ rəngli, yüngül yay uzunboğazları vardı. O vaxt çox az adam 
belə geyinirdi. Bunlar təsadüfi, tələsik alınmamışdı, seçilmiş, ide-
al səviyyədə mənə yaraşan geyim əşyaları idi. Və mənim “Mosfil-
m”də görünməyim həqiqətən effektli alındı. 
Otağa daxil olanda Anatoli Vladimiroviç söylədi:
- Necə də təmizdir! Sanki Moskva üçün deyil! Venesiyalıya ox-
şayır! Gözləri mavi, saçları kürən!
Mənim gur və uzun kürən saçlarım vardı. O vaxt saçlarımı yu-
yanda hənadan istifadə etməyi xoşlayırdım. Bax, bu İran hənası 
möcüzələr yaradırdı. Mənim saçlarımda Süleyman şahın saqqalı 
kimi parlaq sarı-qırmızı misdəki 38 rəng çaları oynayırdı. Mən öz 
qüvvəmi hiss edirdim və kişi həyəcanını duymaqdan xoşallanır-
dım. Ani rəğbət və meylinin yaranmasından aydın idi ki, Mariya 
rolunu mənə etibar edəcək. 


119
Anatoli Vladimiroviç inanılmaz dərəcədə tez aşiq ola bilirdi. 
Həm  də  bunu  sadəlövhcəsinə  nümayiş  etdirərərək.  Ondan  iki 
dəfə gənc olsam da, onu az qala uşaq kimi qəbul edirdim. Çə-
kilişlərdən sonra tez-tez kimsə moldavan şərabı gətirirdi (axı çə-
kilişlər  Moldovada  aparılırdı)  və  aktyorların  əyləncə  məclisləri 
başlayırdı.
- Sən nə üçün ərdəsən? – xumarlanmış Romaşin soruşurdu. 
– Bir kişi ilə bu qədər yaşamaq olar? – qəzəblə məni məzəmmət 
edirdi.
- Anatoli Vladimoroviç, bax siz beş dəfə evlənmisiniz. Nədir, 
elə yaxşıdır? – özümü doğrultmağa çalışırdım.
- Bəli, - tərəddüd etmədən təsdiqləyirdi. – Həzərə al ki, arvad-
larımdan biri ilə iki dəfə evlənmişəm. Həm də rəsmi qaydada. 
– Sanki tanrını şahidliyə çağırırmış kimi, barmağını yuxarı qal-
dırırdı.
- Mənim isə kişiləri şarf kimi dəyişmədən, hər gün özümdə və 
ərimdə yeni-yeni nələrisə kəşf etmək xoşuma gəlir, - deyə təkid 
edirdim.
-  Ona  görə  ki,  sən  özündən  uyduran  və  oyunbazsan.  Hamı 
belə edə bilmir. Yaxşı, Alyoşan səni bezdirəndə, yanıma qaçar-
san, - bədxahlıqla əlavə edirdi.
- Bəs əgər bezdirməsə?
- Sən bu gözəlliklə bir neçə müxtəlif həyat yaşaya bilərdin.
Ümumiyyətlə, aktyor aləmi həyəcanlar, ehtiraslar, aşiqliklər, 
ayrılıq ağrıları, ümidlər, onların sarsılması ilə doludur.  Peşənin 
mahiyyəti belədir. Hisslər palitrası nə qədər zəngindirsə, bu təc-
rübənin aşkar edilməsi bir o qədər maraqlı olur. Əlbəttə, bir şərtlə 
ki, sən yalnız intriqalar dəstinə deyil, həm də istedada maliksən.
Anatoli Vladimiroviç məni rola asanca təsdiq etdi. Öz taleyimi 
sınağa çəkməmək üçün, mən təxirə salmadan Anatoli Vladimiro-
viçi öz ərimlə tanış etdim.
- Yaramaz qız, bilirəm, bilirəm bunu nə üçün etdin. Eybi yox-
dur. Mənim də belə xoşuma gəlir, - çox tez bir zamanda təsəlli 
tapdı.
Mən  çox  razı  idim  ki,  münasibətlərimizi  dostluq  məcrasına 
salmışdım. Biz Alekseylə Romaşinin Vspolnı döngəsindəki bala-
ca mənzilinə getdikdə diqqət yetirdik ki, mənzildə necə gözəl me-


120
bellər qoyulub, bəzi yerlərdə isə onlar elə bil ki, bura doldurulub.
O, yüksək maaşlı aktyor idi və böyük həvəslə antikvar mebel 
alırdı. Bu, onun çox böyük ehtirasına çevrilmişdi. Mən də belə 
mebeli sevirdim. Öz mebellərini Anatoli Vladimiroviçə köhnə rus 
məktəbini təmsil edən və ölüm astanasında olan aktyorlar ucuz 
qiymətə satır və yaxud bağışılayırdılar. Həmin aktyorlar sonuncu 
çarı xatırlayırdılar. Romaşini çarla oxşarlığına və istedadlı oyu-
nuna görə sevir və keçmiş həyatlarına dair hədiyyələri ona verir-
dilər. 
Mənim  köhnə  mebelə  olan  sevgimi  bildiyindən,  mənim  rə-
yimə, xüsusilə də ezamiyyətlərdən gətirdiyimiz kitab və kataloq-
lara çox etibar edirdi. 
Biz  onunla  saatlarla  ağacların  xüsusiyyətləri  və  həyatı  barə-
də  danışa  bilərdik.  Əllərimizlə  köhnə  əşyaları  elə  sığallayırdıq 
ki, sanki onlar canlıdır. Bir-birimizə sonradan aydınlaşdığı kimi, 
müxtəlif vaxtlarda həyatımızdan keçmiş, artıq vəfat edən, yaxud 
mühacirətə gedən insanlar haqqında əhvalatlar danışırdıq. 
- Yox! Bax nəyə görə sən ərindən ayrılmırsan? –Anatoli Vladi-
miroviç insanı gözlənilmədən təəccübləndirə bilərdi. – Sən artıq 
neçə ildir ərdəsən? – Özü də cavab verirdi: - Ona görə də bəsdir! 
Səninlə mənə çox maraqlıdır.
- Gəl sevək - gözlənilmədən təklif edə bilərdi. – Gəl! Mən yox-
lamaq istəyirəm ki, hər şey bir flakonda ola bilərmi, - o, etimadla 
və məftunedici tərzdə dərdini bölüşürdü. – Yoxsa öləcəm və bil-
məyəcəm. Mən axı çox yaşamayaçağam. Sən conra öz Alyoşana 
qayıda bilərsən. Ninka, gəl yoxlayaq.
- Müsibətə bax. Elə dilə tutursunuz ki, çox inandırıcı olmaq 
üçün ölümü də bura qatırsınız, - əsəbiliklə ona deyirdim. 
-  Yox,  mən  doğrudan  da  çox  yaşamayacağam.  Ölümüm  də 
dəhşətli  olacaq.  Mən  yuxuda  özümü  dəhşətli  tərzdə  ölən  gör-
müşəm, - və onun mavi gözləri yaşla dolurdu.
- İlahi! Sevməyi təklif edir və ölümdən kədərlənir. Siz necə in-
sansınız?
- Məhz belə! Sən beləsini sevmirsən! Axmaq deyilsən ki? Yeri 
gəlmişkən,  mən  əminəm  ki,  -  yaltaqcasına  davam  edirdi,  -  sən 
məni sevəcəksən.
- Bəli, olan kimi, o... onda... o dəqiqə sevəcəyəm! – mövzunu 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə