147
QKÇP-yə üç gün qalmış Yakovlev partiyadan çıxması
haqqında ərizə yazır. Öncədən görürdü, yoxsa bilirdi?
148
dirəndi. Mən ölkənin qət etdiyi məsafə, köləlik yolunun
hara çıxardığı haqda düşünəndə, anlayıram ki, əksəriyyət
üçün quruluşun əvəzlənməsi azadlığın başlanğıcı olmadı.
Puldan və bazardan – onun kobud, yırtıcı, primitiv forma-
sından kəskin asılılıq köləliyin yeni forması oldu.
1990-1991-ci illərdə Yakovlev başladığı yenidənqurma-
nın ölkəni hara aparacağını anlayırdımı? Yoxsa hər şeyi
bilir və başa düşürdü? Sonralar, Yeltsin hakimiyyətə gəl-
dikdən və Sovet İttifaqı buraxıldıqdan sonra, mən fikir ve-
rirdim, o heç vaxt nə Yeltsin, nə islahatçılar, nə də onların
ölkənin başına açdıqları haqqında heç vaxt çıxış etmədi. O,
əlbəttə, öz siyasətinin nəticələrini görməyə bilməzdi. Vic-
danı ona əzab verirdimi, yoxsa onunla çoxdan, hələ Ko-
lumbiya Universitetində ikən vidalaşmışdı – bu, mənə mə-
lum deyildi.
149
ƏLİƏYRİ DEPUTATLAR VƏ MƏNİM KÜRKÜM
Bu hadisələrin necə baş verdiyini xatırlayanlar üçün
əlavə təfsilata ehtiyac yoxdur. Daha sonra anadan olanlara
isə yəqin ki, qohumları danışıblar. Hər ailənin öz əhvalatı
var və əminəm ki, hamı nə vaxtsa lazım olduğu qədər həyə-
canlana bilib.
1991-ci il inqilab ili idi. Bu hadisələr baş verəndə, mən
Lenini, dövrün, talelərin yarıda qırılmasını yaşamış baba
və nənələrimizi yaxşı başa düşürdüm. Bizim də payımıza
Yeltsin, yenə də həyat və talelərin qırılması düşdü. Nəhəng
ölkənin kəskin kiçilməsini bir çoxları, o cümlədən də ərim
çox ağır həyəcanla qarşıladı. Çünki həm ailədə, həm də
institutda dövlətçilik ruhunda tərbiyə olunmuşdu. Moskva-
dan Cenevrəyə kimi, işlədiyi bütün yerlərdə də həmişə öz
ölkəsinin maraqlarını qorumuşdu. İndi isə həmin dövlətin
sonu yetişmiş, çoxları işsiz, pulsuz, tibbi yardımsız qalmış,
bəziləri isə hətta həyatlarının mənasından məhrum olmuş-
dular.
İndi başa düşürsən, - mən ərimə deyirdim, -bolşeviklər
evini əlindən alanda və orada özləri yerləşəndə, baban nə
hiss edirmiş. Əladır! Heç nə tikmək lazım deyil – köç, öldür,
sonra hara istəyirsən, yenidən köç.
Yeri gəlmişkən, onun babasının Borovskun mərkəzindəki
gözəl, ikimərtəbəli malikanəsi hələ də durur, orada indiyə
kimi milis idarəsi yerləşir!
Mənim babamın mənzilinə isə qalib proletariatı yerləş-
dirərək onu sıxışdırıblar, babam qaçıb, zorla canını qurtarıb.
İkinci babamın, 1912-ci ildə İrana kazak yürüşünün iştirak-
çısının var-yoxunu əlindən alıb, evini talayıb, pravoslav adı
Nataşa olan fars arvadı Nuşami ilə birgə düşərgələrə, sür-
günlərə göndəriblər. Arvadının adı farsca “xoşbəxt” olsa da,
düşərgəyə göndəriləndə, yolda xəstəlik və soyuqdan həlak
olub. Çünki keçə uzunboğaz çəkmələrini onu apardıqları
xizəkdən dörd yaşlı qızına – mənim gələcək anama atıbmış.
150
Balaca qızcığaz onun anasını aparan quldurların dalınca
ayaqyalın qarın üstü ilə qaçmışdı.
Bizim dövrümüzdə, şükür tanrıya, nə sürgünlər, nə də
düşərgələr yox idi. Amma onların zərbəsini çoxları hiss et-
mişdi.
Mən bu dövrü yaxşı xatırlayıram. Pul yox idi, qəndi ta-
lonla verirdilər, yeni hökumət əvvəlkindən hər şeyi alaraq
bərqərar olmuşdu. Düzdür, “1991-ci ilə kimi nə işlə məşğul
olmusunuz?” sualını hamıya vermirdilər, amma “yeni bol-
şevizm” ruhu çox güclü hiss olunurdu. Guya, lənətə gəlmiş
sosialist keçmişinə son qoyuruq! Yaşasın azadlıq – işıqlı ka-
pitalizmi qarşıla!
O vaxt bütün ölkə “biznes”lə məşğul idi – kim nəyi ba-
carırdısa, satırdı. Qocalar, müəllimlər, həkimlər, mühəndis-
lər, müəssisələri bağlanan hər kəs ev avadanlığı ilə küçələrə
çıxır, nəsə satmağa ümid edirdilər. Uşaq bağçalarını bağla-
yır, yerinə restoran və mağazalar açırdılar. 1917-ci ildə oldu-
ğu kimi, vağzallarda səfillər, küçələrdə yolçular, zibilliklər-
də dilənçilər peyda oldular. O vaxta qədər rast gəlmədiyimiz
yeni insanlar - bomjlar (yəni daimi yaşayış yeri olmayanlar)
yarandı. Onların əksəriyyəti evlərini mənzil bazarındakı fı-
rıldaqçıların üzündən itirmişdilər. Ümumiyyətlə, fırıldaq-
çılar hər yerdə kifayət qədər idi. Bu haqda çoxları və çox
yazıblar. Mən isə Amerika səfirliyində baş vermiş qeyri-adi
hadisə haqqında danışacağam.
1994-cü ildə Çernomırdin-Qor, Rusiya - Amerika komissi-
yası yaradıldı. Onun məqsəd və vəzifələri barəsində yazma-
yacağam. Mən həyati müşahidələrlə maraqlanıram. Həmin
vaxt Aleksey yeni işə başlamışdı. “Moskovskiye novosti”nin
baş redaktoru Len Karpinski onu özünə beynəlxalq məsələlər
üzrə müavin dəvət etmiş, qəzetin ingilis və fransız nəşrlərinə
rəhbərliyi tapşırmışdı. Bizim fəal “diplomatik” həyatımız
başlanırdı. Biz bir çox səfirliklərdə arzu edilən qonaqlar idik
və kifayət qədər xarici dostlarımız vardı. Yeni rejim xaricilər-
lə ünsiyyətə maneə törətmirdi. Buna görə də xaricdə oldu-
ğumuz vaxt ərzində alışdığımız ünsiyyət Moskvada bərpa
olundu.
151
Len Karpinski – “Moskovskie novosti”nin baş redaktoru. Leninin
şərəfinə Len adlandırmışdılar.
Krupskayanın xaç oğulluğu
152
ABŞ vitse-prezidenti Albert Qorun Moskvaya səfəri münasi-
bətilə böyük qəbul təşkil edilmişdi. Spaso-Xausdakı iqamətga-
hında səfir Pikerinq öz həyat yoldaşı ilə qonaqları qəbul edirdi.
Qış idi. Mən səfirliyə kürk və çiyin örtüyü ilə gəlmişdim. Qeyd
etmək lazımdır ki, səfirlik iqamətgahında sən üst paltarını so-
yunanda onu nömrə ilə qəbul etmirlər, onu özün asılqanda
qoyursan. Biz üst geyimlərimizi soyunub, zala keçdik. İki saat
yarımdan sonra, istədiyimiz adamlarla söhbətləşib getməyə ha-
zırlaşanda, aşağıda, qarderobda öz kürkümü görmədim. Ərimin
paltosu asılıb, mənim kürküm isə yoxdur. Mən dəhşət içində de-
yirəm:
- Alyoşa, kürkü oğurlayıblar!
- Yox, ola bilməz, onu yəqin harasa asıblar, - Aleksey məni
sakitləşdirdi.
Qəbul başa çatdı, artıq paltarlar azalıb, mənim kürküm isə
heç harda yoxdur. Biz səfirliyin əməkdaşını çağırıb, vəziyyəti
başa saldıq. O, bizə dedi ki, bütün qonaqların getməsini göz-
ləmək lazımdır.
Bu anda ABŞ-ın vitse-prezidenti və bizim baş nazir getdilər
və hamı çox tez bir müddətdə dağılışdı. Sonuncu qonaq səfirin
iqamətgahını tərk etdikdən sonra, qarderobda lümək və çox ey-
bəcər bir kürk qaldı. Bizim vəziyyətimizdən xəbərdar olan səfir-
lik əməkdaşı deyir:
- Yaxşı, bu tək qalan kürkü geyinin. Nə etmək olar? Görünür,
dəyişik salıblar.
Ərim deyir:
- Necə yəni, nə etmək olar? Birincisi, onu edəcəyik ki, başqası-
nın kürkünü geyinməyəcəyik. Buna görə də, siz aydınlaşdırana
kimi, qoy mənim maşınım alaqapıya yaxınlaşsın.
- Yox, biz sizin maşınınızı içəri buraxa bilmərik.
- Necə yəni buraxa bilməzsiniz?
- Bura başqa dövlətin ərazisidir.
- Amma mənim həyat yoldaşım yüngül geyimdədir. Onda
bizə öz maşınınızı verin, bizi mənim maşınımın yanına aparar, -
Aleksey təkid edirdi. – Həm də mən kürkün itməsi ilə bağlı ərizə
qoymaq istəyirəm.
- Sizin kürk itməyib. Onu yəqin oxşarı ilə dəyişik salıblar... –
Dostları ilə paylaş: |