Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə35/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   31   32   33   34   35   36   37   38   ...   70

143
1961-ci il. Aleksandr Yakovlev və onun dostu Oleq Kalugin 
Kolumbiya Universitetinin pilləkənlərində. 30 il sonra DTK 
generalı Kalugin açıq-aşkar vətənini satdı


144
vəllər bu söz terapiyası idi. O, cəbhədə yaralanmasından, 
uşaqlığının keçdiyi kənddən, yaxınlarının qismətinə düşən 
sınaqlardan,  doğumun  sirlərindən  danışırdı.  Mənim  də 
doğum  sirrim  vardı  –  onun  açıqlamalarına  cavab  olaraq, 
bundan  danışdım.  Və  təbəqə-təbəqə  soyularaq,  başqa  hə-
yat açılır, başqa insan dünyası meydana çıxırdı. 
Məhz  orada,  xəstəxananın  ərazisində,  onun  xiyabanla-
rında, uzun, işıqlı iyun axşamlarında ilk dəfə mənə görün-
düyündən tam fərqli Aleksandr Nikolayeviçlə kilometrlər-
lə  məsafə  qət  etdikdən  sonra  başa  düşdüm  ki,  film  artıq 
hazırdır. Həm də istədiyim kimi hazırdır.
20  avqust  1990-cı  ildə  biz  Yaroslavl  vilayətinə  -  Alek-
sandr  Nikolayeviçin  anadan  olduğu  kəndə  səfər  etmək 
niyyətindəydik. Mən ssenarini yekunlaşdırıb çəkilmiş ma-
teriala baxa-baxa, çəkilişlərə hazırlaşırdım.
Məzuniyyəti  avqustun  19-da  başlayan Aleksey,  Yakov-
levin səfəri 20-nə təyin etməsindən dilxor olmuşdu. Bu sə-
bəbdən bizim Krıma, sanatoriyaya birgə yola düşməyimiz 
pozulurdu. 
- Alyoşa, sən özün get, - deyə təkid edirdim. – Əgər biz-
də hər şey planlaşdırılan kimi getsə, bəlkə mən bir az gec 
sənin yanına gəldim. Qoy “putyovka”lar batmasın...
Bazar ertəsi səhər erkəndən, qiyam günü (onda biz hələ 
bilmirdik),  ərimi  Vnukovoya  yola  saldım.  Aeroportdan 
şəhərə qayıdanda gördüm ki, Kiyev şossesi ilə Moskvaya 
doğru tanklar hərəkət edir. Onlar sıra ilə asta hərəkət edir, 
svetoforda xarakterik səslə dayanırdılar. 
“Yəqin  onların  təlimidir”,  -düşündüm.  Kantemirov  di-
viziyası tanklarının bu asta hərəkəti ilə yalnız şəxsi həyatı-
mızın deyil, həm də dünyanın ən böyük dövlətinin həyatı-
nın köklü surətdə dəyişdiyi ağlıma da gəlmirdi. 
Saat  on  ikidə  Aleksandr  Nikolayeviçin  yanına  çəkilişə 
gedirdim.  O, Aleksandr  Nevski  küçəsində  yaşayırdı.  Ma-
nej meydanından Qorki küçəsinə dönmək istəyirdim. Bir-
dən gördüm ki, Manej meydanında da anklar var!
Ətraflarında isə - insanlar. Onlar gediş-gəliş hissəsi ilə 
hərəkət  edir,  tankın  zirehini  döyəcləyərək,  nə  baş  verdi-


145
yini aydınlaşdırmağa çalışırdılar. Tankçılar lyukdan çıxır, 
çaşqın halda boylanaraq, nəsə cavab verirlər. Mən Yakov-
levin evinə tələsərək, gördüklərimi bölüşmək üçün səbir-
sizlikdən yanırdım. 
O,  qapını  özü  açdı,  həyəcanlı,  pencəksiz  ağ  köynəkdə: 
“Çəkiliş olmayacaq”, dedi.
- Aleksandr  Nikolayeviç,  nə  baş  verib?  Orada,  küçədə, 
tanklar, adamlar...
-  Bu  dövlət  çevrilişidir,  -  qısa  pauzadan  sonra  dedi.  – 
Mən  bəyanat  hazırlamışam.  Qorbaçovun  yanına,  Forosa 
uçmaq lazımdır. 
-  Bu  bəyanatı  bizim  kamera  qarşısında  oxuyun.  Xahiş 
edirəm!
Hələ  sona  kimi  dövlət  çevrilişinin  nə  olduğunu  dərk 
etmədən,  film  haqqında  düşünürdüm.  Qorxurduq  ki,  Ya-
kovlev  Forosa  uçarsa,  çəkilişlər  baş  tutmayacaq.  Mənim 
xəstəxana  xiyabanında  beynimə  gələnlər  isə  reallaşdırıl-
mamış qalacaq. 
Yakovlev kresloda əyləşdi, uzun müddət öz bəyanatının 
mətninə  baxdı.  Biz  sakitcə  hərəkət  edərək,  texnikanı  qu-
rurduq. Onun ev kabineti bizə tanış idi, çünki orada artıq 
çəkiliş aparmışdıq. 
O,  bizə  öz  bəyanatını  oxudu.  Sonra  Yeltsin  haqqında 
danışdı.  O,  Yeltsinə  o  vaxt  böyük  ehtiyatla,  hətta  neqativ 
yanaşırdı.
-  Bizə  inqilab  lazım  deyil.  Bizə  təkamül  lazımdır.  Par-
tiyanı parçalamaq lazım idi. İki partiya ola bilərdi. Başqa 
ölkələrdəki  kimi,  normal.  Mən  Qorbaçova  bu  barədə  min 
dəfə  demişəm.  Necə  səfehlik,  bacarıqsızlıqdır...  Nə  üçün 
hadisələri bu mərtəbəyə çatdırmaq lazım idi? Yox. Çəkiliş 
olmayacaq. Kameranı söndürün.
Mən onu saxlamağa cəhd göstərdim, kameranı qətiyyən 
söndürmək  istəmirdim.  Onun  necə  çətinliklə  qərar  qəbul 
etdiyi  görünürdü.  O,  məndən  utanmırdı,  biz  bir-birimizi 
anlayırdıq. Mən onun həyəcanını – canlı, səmimi, hamıya 
aydın olan iztirabını kameraya yazmaq istəyirdim. 
Amma Aleksandr Nikolayeviç operatora  çığırdı:


146
- Heç bir çəkiliş olmayacaq! Kameranı söndürün!
Operator həmin andaca əmrə tabe oldu. Kamera söndü-
rüldü,  onun  ardınca  işıqçı  işığı  söndürdü  və  sakitcə  qur-
ğuları yığışdırmağa başladılar. Mən isə çəkilişlərə nə vaxt 
qayıdacağımı aydınlaşdırmağa çalışdım. 
- Bir neçə gündən sonra gəl, sənə zəng edəcəklər, - Alek-
sandr Nikolayeviç bildirdi.
Sonra, sonra isə həyəcan və təşviş dolu günlər. Meydan-
ları  doldurmuş  insanlar.  Uzun-uzadı  nələrisə  müzakirə 
edən kişilər. Moskvanın mərkəzindəki insan kütləsi. Han-
sısa yeni mərhələnin gözləntisi. O vaxt biz küçələrdə çəkir-
dik. Orada həyatın yeni ssenarisi yazılırdı. 
Bu ssenari “Rusiyaya kapitalizmin gəlişi” adlanırdı. So-
sialist köləliyindən keçən yol başqa aləmə aparırdı. 
Hamı  sosializmdən  azad  olmağı  arzu  edirdi.  Və  o  baş 
verdi.
Əgər pulun varsa, istənilən ölkəyə gedə bilərsən. 
İstədiyini yaza bilərsən və əminsən ki, səni Soljenitsını 
sürgün etdikləri kimi, ölkədən sürgün etməyəcəklər. Lakin 
nədənsə yeni Soljenitsın yoxdur.
Əgər vəsaitin varsa, nədən istəsən, hətta özün haqqında 
da  film  çəkə  bilərsən. Amma  yeni  Tarkovski  nədənsə  gö-
rünmür.
Əgər valideynlərin pul ödəyirlərsə, yaxud özün qazanır-
sansa, istənilən ali məktəbi bitirə bilərsən. 
HƏR ŞEY mümkündür. Lakin Sov.İKP-nin hökmranlığı-
nı pulun hökmranlığı əvəzlədi. Bazarın hökmranlığı. 
“Siz necə şübhə edə bilərsiniz? Axı bu, bazarda aproba-
siyadan keçib!” – çox tez-tez dəbdə olan bu dəlili keyfiyyət 
nişanına final verdikti kimi çıxarırlar. 
Əslində isə bazar sənə yalnız nəsə satılan yer deyil, ora-
da səni həm də aldatmaq istəyirlər. Tutulmamısansa, oğru 
deyilsən. Kim oğurladı – o da qalib gəlir. “Bazarın aproba-
siyası”nı  həqiqət  ölçüsü  hesab  etmək  olmaz,  axı  bazarda 
əksər hallarda fəndgirlik qalib gəlir. 
Mənim “Köləlikdən aparan yol” haqqında düşüncələrim 
1991-ci  ilin  avqustundakı  dramatik  hadisələrin  gedişinə 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə