Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar


XRUŞOVUN QIZININ QONAQLIĞINDA



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə31/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

129
XRUŞOVUN QIZININ QONAQLIĞINDA
Bu hadisə 90-cı illərin əvvəllərində baş verib. 
Moskvada amerikalı tarixçi Robert Takkerin Stalin haqqın-
da kitabı rus dilində təqdim edilirdi. O, Moskvaya həyat yol-
daşı ilə birgə gəlmişdi. Xruşovun qızı – Yuliya öz mənzilində 
Takkerlərin şərəfinə şam yeməyi verirdi, bizi də dəvət etmişdi. 
Xruşovun oğlu – Sergey artıq Amerikaya mühacirətə getmişdi, 
Yuliyanın  qızı,  nənəsinin,  Nikita  Sergeyeviçin  həyat  yoldaşı 
Nina Petrovnanın adını daşıyan Nina da ABŞ-da təhsil alırdı. 
hiss olunurdu ki, o da geri qayıtmaq fikrində deyil. 
-  Alyoşa,  nə  üçün  ölkə  rəhbərlərinin  uşaqları  ölkəni  tərk 
edirlər?  Stalinin  qızı,  Xruşovun  uşaqları  və  nəvələri?  -  ərim-
dən  soruşdum.  –  Bəlkə  bizim  bilmədiyimiz,  onlara  məlum 
olan hansısa sirr var?
- Fürsətdən istifadə edib, özün soruşarsan, - Aleksey cavab 
verdi.
Şam  yeməyi  Moskvanın  mərkəzində,  Novoslobodskaya 
küşəsindəki  geniş mənzildə verilirdi.
Takkerlər vaxtında gəldilər və uzun sürən uçuşa, saat qur-
şaqları arasındakı 8 saatlıq fərqə baxmayaraq, heç yorğun gö-
rünmürdülər. Bizi tanış edəndə, ingiliscə danışmağa başladıq, 
amma Yevgeniya Takker gözlənimədən, rus dilinə keçdi. Onun 
əri də Rusiya tarixinin tədqiqatçısı kimi bizim arxivlərdə  işlə-
diyindən, rusca başa düşürdü.
- Mən rus əsilliyəm, - deyə Yevgeniya zorla hiss edilən ləhcə 
ilə izah etdi.
- Bəs sizin əriniz necə? O da rus əsillidir? O da sizin kimi 
rusca danışa bilir? 
Mister Takker gülümsəyərək dedi ki, o rusca yaxşı başa dü-
şür. Söhbət siyasətlə bağlı mövzulara keçən kimi o dərhal ingi-
lis dilində danışmağa başladı. 
Yuliyanın Mərkəzi Komitənin işçiləri üçün yenicə inşa edil-
miş binadakı mənzili əla idi. Ev sahibəsinin ünsiyyətcilliyinə 


130
də söz ola bilməzdi. O, Vaxtanqov teatrında işləmişdi və evin-
də daim Moskva elitasının nümayəndələrini – aktyorları, rəs-
samları, siyasətçiləri, musiqiçiləri qəbul edirdi.  
Əvvəlcə  hamı  mənzilə  dağılışdı  və  hər  kəs  öz  marağına 
uyğun söhbət etməyə başladı. 
“Aktyor qrupu”nda  yeni tamaşaları, quruluşunu gözləyən 
pyesləri, rejissor ideyalarını müzakirə edirdilər.
“İqtisadi künc”də Yuliyanın keçmiş əri tanınmış deputat 
və iqtisadçı Nikolay Petroviç Şmelyov ruh yüksəkliyi ilə o 
vaxt  məşhur  olan  regionlararası  deputat  qrupundan  danı-
şırdı.
Sonra  sahibə  hamını  masa  arxasına  dəvət  etdi  və  dərhal 
bütün mübahisə-söhbətlər ümumi mövzuya çevrildi.
Əsas qonaq 70 yaşlı Robert Takker olduğundan, amerika-
lının Stalin, Xruşov, hər ikisinin tarixdəki rolu haqqında rəyi 
diqqət mərkəzində idi.
Bizə, 35 yaşlılar üçün  bu insanlar çox maraqlı idilər: onlar 
Stalin  dövründə  yaşamışdılar,  şəxsən  Xruşovu  tanıyırdılar, 
kimsə  müharibə  dövrünü  yaşamışdı,  kimsə  evakuasiyadan, 
başqa biri repressiya illərindən danışırdı.
Birdən Yevgeniya Takker mənzildəki mebelə nəzər salıb və 
məşhur Kuznetsov çinisindən olan nimçəyə toxundu və hün-
dürdən səsləndi: 
- Xatırlayıram, valideynlərim repressiyaya məruz qalanda 
bütün  bunları  bizdən  necə  müsadirə  etdilər.  Hər  şeyi  apar-
dılar:  mebeli,  çini  qabları,  anamın  qiymətli  əşyalarını,  hətta 
paltarları da. Biz çılpaq və ayaqyalın qaldıq...
Düşündüm ki, bu qadın yəqin o vaxtkı zadəganlardandır. 
Axı dedi ki, onun rus kökləri var. Necə maraqlıdır. Bu haqda 
ondan ətraflı soruşmaq lazımdır. Mövzunu davam etdirirmiş 
kimi, həyəcanlı əhvalat eşitmək ümidilə soruşdum:
- Bəs sizin valideynləriniz kim idi?
- Biz sahildəki evdə yaşayırdıq, - Yevgeniya qürurla cavab 
verdi.
Bu cavab mənə çox az mətləbdən xəbər verirdi.
- Bəs valideynləriniz nə işlə məşğul idilər?
- Onlar inqilabçı idilər.


131
Rəssam İlya Qlazunovun qonağı olarkən


132
Bu cavab məni daha da heyrətləndirdi.
- Mən başa düşmədim, bəs onlar kim idilər... – mən dəqiq 
söz axtardım, tapmadığımdan, dedim: - peşə etibarilə?
Mən qəribə ailənin həyatı haqqında,  inqilabçıların  mü-
sadirə etdikləri köhnə və gözəl mebel, çini qablar, qiymətli 
daşlarla bağlı qeyri-adi əhvalat eşitmək istəyirdim.
- Onlar, - mənim anlamazlığımdan qeyzlənən Yevgeniya 
möhkəm  və  inamlı  səslə  söylədi,  -  onlar  peşəkar  inqilabçı 
idilər.
-  Necə  yəni  –  peşəkar  inqilabçı?  Məgər  belə  sənət  var? 
Mən düzgün başa düşdüm, inqilab etmək onların sənətləri 
idi? – İndi mənim səsim cingildədi.
- Bəli. Onlar Rusiyada inqilab edirdilər.
- Bəs onda əntiq qablar və qiymətli daşlar onlarda har-
dan  idi?  Bizə  məktəbdə,  inqilabçıların  yoxsul  olduqlarını, 
kasıblara kömək etdiklərini deyirdilər axı. 
Masa ətrafında sakitlik çökdü.
Amma peşəkar inqilabçıların qızı qətiyyən pərt olmadı.
- O vaxt inqilabın düşmənlərindən müsadirə etmişdilər...
-  Güllələnmiş  inqilab  düşmənlərindən,  -  mən  əlavə  et-
dim.  –  Amma  bütün  bunlar  sizin  deyildi.  Siz  onları  həbs 
olunanlardan, güllələnənlərdən ələ keçirdikdən sonra almı-
sınız, məgər elə deyil? Mən sahildəki evdə olmuşam. Orada 
bəzi mənzillərdə indiyə kimi arxalarında inventar nömrələ-
ri olan mebel əşyaları var. Sizdə də belə nömrəli mebellər 
vardı?
İndi  artıq  masa  arxasında  qəbir  sükunəti  yaranmışdı. 
Hətta hər şeyi gözəl anlayan professor Takker də arvadını 
müdafiə etmək əvəzinə, pərt halda susurdu. 
Peşəkar inqilabçıların  ABŞ-a mühacirətə getmiş qızı isə 
incik halda özünə qapanmışdı. Görünür, inanırmış ki, peşə-
kar inqilabçıların keçmiş sahiblərindən aldıqları və oğurla-
dıqları qədim mebeldən tutmuş gümüş çəngəl- bıçağa kimi 
– qanunla ona və ailəsinə məxsus olmalı imiş. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə